Mərakeş

Wikipedia open wikipedia design.

Mərakeş Krallığı
ərəb. المملكة المغربية‎‎
bər. ⵜⴰⴳⵍⴷⵉⵜ ⵏ ⵍⵎⴰⵖⵔⵉⴱ
fr. Royaume du Maroc
Mərakeş
Mərakeş gerbi
Gerbi
Şüar: Allah, Vətən və Kral
Himn: Mərakeş himni
(azərb. "Çerifian himni"‎)
Mərakeş xəritədə yeri
Paytaxt Rabat
Ən böyük şəhər Kasablanka
Rəsmi dillər Ərəb dili[1]
Amaziğ[2]
Hökumət Konstitusiyalı monarxiya
• Kral
VI Məhəmməd
• Baş nazir
Abdelilah Benkirane
• Su (%)
0,056
Əhali
• Təxmini  (2011)
35,000,000[3]
• Siyahıya alma (2011)
38-ci
• Sıxlıq
71.6/km2 (185.4/sq mi) (122-ci)
Valyuta Mərakeş dirhəmi (MAD)
Yolun hərəkət istiqaməti sağ
Telefon kodu 212
ISO 3166 kodu MA
İnternet domeni .ma
Mərakeş

Mərakeş (ərəb. المغرب‎‎‎‎, əl-Məğrib, tərcümədə "Qərb" deməkdir, və ya Məğrib əl-Əksa, "Uzaq qərb"), tam rəsmi adı Mərakeş Krallığı (ərəb. المملكة المغربية‎‎‎‎, Əl-Məmləkə Əl-Məğribiyə) - Afrika materikinin şimal-qərb hissəsində ərəb dövləti. 1999-cu ildən kral VI Məhəmməd tərəfindən idarə edilir.

Tarixi[redaktə | əsas redaktə]

Ərəb müsəlmanlar Məğribə 638-ci ildə Aqba ibn Nafinin başçılığı altında gəlmişlər. Ölkə ərəb İdrisilər tərəfindən idarə olunmağa başlamışdır ki, bu dövrdə Məğrib elm mərkəzinə çevrilmişdir. Ardıcıl olaraq bir neçə Bərbər sülalələri (əl-Murabiyun, əl-Muvahhidun, Marinilər, Sədilər) və Ələvilər tərəfindən idarə olunmuşdur. 1901-ci ildə Fransa tərəfindən işğal olunmuş, 1956-cı ildə müstəqillik qazanmışdır. 1976-cı ildə Qərbi Saharanı İspaniyadan geri qaytarmışdır.

Əlmoravilər[redaktə | əsas redaktə]

Əsas məqalə: Əlmoravilər

Əlmohadlar[redaktə | əsas redaktə]

Əsas məqalə: Əlmohadlar

Coğrafiyası[redaktə | əsas redaktə]

Məğrib Krallığı geniş çay sisteminə malikdir. Atlantik okeanına tökülən əsas çaylar Umm ər-rabi, Sibu, Tansift, Dera çaylarıdır.Ölkə Şimaldan İspaniya (Gibraltar(Cəbəli-Tariq) boğazı ilə) Cənub-Qərbdən Əlcəzair, Cənubdan Qərbi Saxara və Şərqdən Atlantik okean ilə həmsərhəddir.Mərakeşdə həmçinin İspaniyanın iki şəhərciyi (MelilaSeuta) yerləşir.Bu şəhərlər Okeana yaxın olduğu üçün hər il minlərlə turist istirahət üçün İspaniyaMərakeşdən bura gəlir.

İqlimi ölkənin şərq və cənubunda isti və quru, Aralıq dəniziAtlantik okeanı sahilləri isə mülayim və yağışlıdır.

İqtisadiyyatı[redaktə | əsas redaktə]

Yağışın çox olması kənd təsərrüfatına şərait yaradır. Burada arpa və buğda becərilməsi ilə ixtisaslaşan kiçik, ənənəvi təsərrüfatla yanaşı, sitrus meyvələri və qış tərəvəzləri ixracı üçün böyük miqyaslı təsərrüfat da var. Əsas məhsulları buğda, qarğıdalı, düyü, şəkər qamışı, çuğundur, üzüm, xurma, sitrus meyvələri, pambıq və zeytundur. Heyvandarlıq əsasən qoyun və keçi heyvandarlığıdır. Balıq sənayesi də iqtisadiyyatın əsas sahələrindəndir.

Məğrib dünyada ən böyük fosfat turşusu ixracatçısıdır. Digər təbii sərvətləri kömür, qurğuşun, dəmir filizi, gümüş və misdir.

Əsas ixrac malları fosfat turşusu, sitrus meyvələri, balıq (sardinya) yağları və xurmadır.

Sənayenin əsasını dağ-mədən sənayesi, gübrə, toxuculuq, xalçaçılıq, neft emalı, sement, qənd və meyvə şirəsi istehsalı təşkil edir.

Əhalisi[redaktə | əsas redaktə]

Əhalinin ümumi sayı - 33,8 mlyn. MisirSudan dövlətlərindən sonra üçüncü böyük ərəb dövlətidir. Əhalinin 60%-i ərəblər, 40%i isə bərbərlərdir. Mərakeşdə 7 min yəhudi yaşayır.

Mərakeş

İstinadlar[redaktə | əsas redaktə]

Həmçinin bax[redaktə | əsas redaktə]



This page is based on a Wikipedia article written by contributors (read/edit).
Text is available under the CC BY-SA 4.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.

Destek