Liberiya

Liberiya
Republic of Liberia
Bayraq Gerb[d]
Bayraq Gerb[d]
The love of liberty brought us here
Azadlıq sevgisi bizi bura gətirdi
Rəsmi dilləri
Paytaxt Monroviya-882 min sakin (2008-ci il)
İdarəetmə forması Prezident respublikası
Prezident Joseph Boakai[22.I.2024 ~]
Vitse-prezident Jeremiah Koung[22.I.2024 ~]
Sahəsi Dünyada 104-cü
 • Ümumi 111369 km²
 • Su sahəsi (%) 1%
Əhalisi
 • Əhali 4 040 min nəfər (129-cu)
 • Siyahıyaalma (23.III. 2008) 3 476 608 nəf.
 • Sıxlıq 36 nəf./km²
ÜDM (AQP)
 • Ümumi 2,9 milliard dollar  (183-cü)
 • Adambaşına 750 dollar  (223-cü)
İnternet domeni .lr
ISO kodu LR
BOK kodu LBR
Telefon kodu +231
Saat qurşaqları
Nəqliyyatın yönü sağ[d][1]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Liberiyanın topoqrafik xəritəsi

Liberiya — Qərbi Afrikada dövlət. Liberiya, rəsmi olaraq Liberiya Respublikası; Qərbi Afrika sahillərində yerləşir, şimal-qərbdən Sierra Leone, şimaldan Qvineya, Şərqdən Kot-d’İvuarla həmsərhətdir. Mənası "azadların torpağı" deməkdir. Liberiya əvvəllər qul kimi Afrikadan aparılmış Amerikalıların nəsilləri tərəfindən qurulmuşdur. Ən böyük və paytaxt şəhəri Monroviyadır. Rəsmi dili ingilis dilidir.

Olduqca mürəkkəb səthi əraziyə malik olan Liberyanın təxminən 560 km olan qumlu və alçaq sahil xətti boyunca kiçik göllər, bataqlıqlar və bəzən qayalıqlar uzanır. Genişliyi 23–40 km arasında dəyişən sahil zolağında yüngül kələ-kötür təpələr birdən-birə yüksələrək yeri dar bir meşə qurşağına buraxır. Orta hündürlüyü 180–300 m olan bu qurşağı meşə örtüyünün seyrəkləşdiyi bir plato əvəz edir. Vadilərlə yarılmış bu platonun yüksəkliyi 450–650 m arasında dəyişir. Liberyanın şimal bölgəsi dağlıqdır. 1350 metrə qədər yüksələn təpələr var. Bu bölgənin ən yüksək nöqtəsi olan Nimba Dağları, Qvineya sərhədində olan Guest House (Qonaq Evi) Təpəsində 1.381 m-ə çatır.

Dağlıq bölgədən başlayan ManoMoro çayları cənub-qərb istiqamətində axaraq Atlantik okeanına tökülür. Fil Dişi Sahili sərhədini təşkil edən Cavalla çayının bir hissəsi nəqliyyata əlverişlidir. O biri əhəmiyyətli axar sular Lofa, St. Paul, St. JohnCestosdur. St. Paul çayı üzərində, paytaxtın 27 km şimal-şərqindəki şəlalələrdə qurulan anbar əhəmiyyətli bir hidroenerji qaynağıdır.

Ölkə torpaqlarının yeraltı sərvətlərini təşkil edən qranit, şist və sumaq daşı tərkibli qayalıq laylar var. Sahil boyunca qum yataqları uzanır.

İqlim xüsusilə sahildə il ərzində isti və nəmlidir. Yağış mövsümü maydan oktyabra, quraq mövsüm isə noyabrda aprelə qədər uzanır. Dekabr ayında səhradan sahilə doğru əsən və zərərli tozlu və quru çöl küləkləri da iqlimə təsir edir. İllik ortalama istilik 18 °C ilə 29 °C arasındadır. Qışda orta istilik 24 °C, yayda isə 33 °C-dir. Sahil xəttində 5.080 mm-ə çatan illik yağıntı miqdarı, daxili hissələrə doğru azalaraq 1.780 mm-ə qədər enir.

Afrikanın müstəmləkə idarəçiliyi görməmiş tək ölkəsi və qitənin ən qədim respublikasıdır. Liberiya yaxın vaxtlarda iki vətəndaş müharibəsi görüb: Liberiya vətəndaş müharibəsi (1989–1996) və İkinci Liberiya vətəndaş müharibəsi (1999–2003). İkinci vətəndaş müharibəsi yüzminlərlə insanın köçməsinə və iqtisadiyyatinin çökməsinə səbəb olmuşdur.

Liberiya hökuməti Amerika Birləşmiş Ştatları hökumət sistemini əsas tutaraq qurulmuş unitar konstitusiyalı bir respublikadır və demokratiya ilə idarə olunur. Hakimiyyətin bölgüsü prinsipi var. Qanunvericilik prezident başçılığında, icra Liberiya Məclisi və Ali məhkəmə tərəfindən həyata keçirilir.

Prezident dövlət başçısı və eyni zamanda başkomandandır.

8 noyabr 2005-ci ildə 14 illik vətəndaş müharibəsindən sonra prezident seçkiləri keçirildi. Prezident seçkilərində kemiş futbolçu George Weah və köhnə maliyyə naziri Ellen Johnson-Sirleaf namizədliyini irəli sürdülər. Seçkilərdə minlərlə beynəlxalq müşahidəçilər iştirak etdi və təhlükəsizliyi 15,000 BMT sülhməramlıları və 1 həftə əvvəl işə götürülmüş üç min Liberiya polisi təmin etdi.

23 Noyabrda seçkiləri Charles Taylor hökumətindəki keçmiş maliyyə naziri Ellen Johnson-Sirleaf qazandı və Afrika tarixində dövlət başçısı vəzifəsinə seçilən ilk qadın oldu. Seçki Komissiyasının açıqladığı nəticələrə görə, prezident seçkilərinin ikinci turunda 59,4% səs topladığı halda, George Weah 40,6% səs topladı.

Liberiyada böyük həçmdə əkinçilik və dəmir filizi ixracatına əsaslanan, inkişaf yolunda olan bazar iqtisadiyyatı qüvvədədir. Yaxın dövrdə açıq qapı siyasətinin və xarici sərmayəyə yaradılan rahat şəraitin təsiri ilə yüksək iqtisadi artım sürəti, 1980-ci illərin əvvəllərində artan idxal neft xərcinin və dünya səviyyəsindəki durğunluğu təsiri ilə nisbətən zəifləmişdir.