Banqladeş

Banqladeş Xalq Respublikası

গণপ্রজাতন্ত্রী বাংলাদেশ
Banqladeş
Banqladeş gerbi
Gerbi
Himni: Amar Şonar Banqla
আমার সোনার বাংলা
Banqladeş xəritədə yeri
PaytaxtıDəkkə
Ən böyük şəhəriDəkkə, Çittaqonq
Rəsmi dilləriBenqal
Etnik qrupları
Benqallar
Dini
İslam (sünni təriqəti)
İdarəetmə formasıParlamentli respublika
• Prezident
Əbdül Həmid
• Baş Nazir
Şeyh Hasina Vecid
Tarixi 
• Yaranması
26 mart 1971
Ərazisi
• Ümumi
144000 (92-ci)
• Su (%)
7
Əhalisi
• 2009 təxmini
162 221 000 (7-ci)
• Sıxlıq
10,993/km2 (28,471.7/kv. mil)
ValyutasıBanqladeş takası (BTD)
Yolun hərəkət istiqamətisol
Telefon kodu880
ISO 3166 koduBD
İnternet domeni.bd
.বাংলা
Banqladeş
Banqladeşin İnzibati bölgüsü

Banqladeş (benq. বাংলাদেশ ) və ya rəsmi adı ilə Banqladeş Xalq Respublikası (benq. গণপ্রজাতন্ত্রী বাংলাদেশ) — Cənubi Asiyada dövlət. Banqladeş keçmiş Şərqi Pakistanın ərazisində yaradılmışdır. 26 mart 1971-ci ildən müstəqil dövlətdir və rəsmi olaraq 16 dekabr 1971-ci ildən dövlət kimi təkşil olunmuşdur. Şimal, qərb və şərqdə Hindistan, cənub-şərqdə Myanma ilə həmsərhəddir və cənubda isə Benqal körfəzi ilə əhatə olunmuşdur. Paytaxtı və ən böyük şəhəri Dəkkə şəhəri, ümumi sahəsi 147,570 kvadrat kilometrdir.

Adın etimologiyası[redaktə | mənbəni redaktə et]

Benqalların dillərində — "Benqaliya ölkəsi" deməkdir.

Tarixi[redaktə | mənbəni redaktə et]

Gnome-searchtool.svg Əsas məqalə: Banqladeş tarixi

Banqladeş 1971-ci ilə kimi Pakistanın "Şərqi Pakistan" adlı əyaləti idi. Daha əvvəllər isə ingilislərin Benqal əyaləti olmuşdur.

12-ci əsrdən 1757-ci ilə kimi Müsəlmanların idarəsində olmuşdur. 1757–1905-ə kimi isə ingilislərin hakimiyyəti altına düşmüşdür. 1947-ci ildə Pakistanın "Şərqi Pakistan" əyaləti oldu. Bu 1969-cu ilə kimi davam etdi. Daha sonra 1971-ci ildə Hindistan - Pakistan müharibəsi başlayır. 1971-ci il dekabrda müharibə başa çatdıqdan sonra Hindistan artıq Şərqi Pakistanın böyük bir hissəsini işğal etmişdi. 1971-ci il 22 dekabrda Mucibur Rəhmanın başçılığı ilə Banqladeş Müsəlman Xalq Cumhuriyyəti yaradılır və Hindistan buranı tərk edir. 15 avqust 1975-ci ildə Mucibur Rəhman ailəsi ilə birlikdə öldürüldü. İdarəni Qəndəhar Mustak Əhməd ələ keçirdi.

Coğrafiya[redaktə | mənbəni redaktə et]

Banqladeşin sahəsi 147,570 km²-dir[1] .

Hökumət[redaktə | mənbəni redaktə et]

Dövlət quruluşu[redaktə | mənbəni redaktə et]

Banqladeşin dövlət quruluşu parlamentli respublikadir.

İnzibati ərazilər[redaktə | mənbəni redaktə et]

64 dairəni (zilanı) özündə birləşdirən, paytaxt Dəkkə şəhərinin də daxil olduğu 8 inzibati rayona (Dəkkə, Çittaqonq, Kxulna, Narayanqanc, Racşaxi, Silxet, Barisal, Ranqpur və Mymensinqh )[2][3] bölünür.

Silahlı qüvvələr[redaktə | mənbəni redaktə et]

İllik hərbi xərcləri — US$4.06 billion (2020)

İqtisadiyyat[redaktə | mənbəni redaktə et]

Banqladeş, dünyanın ən kasıb, ən çoxmillətli və ən az inkişaf etmiş ölkələrindən biridir. İqtisadiyyatının əsasını kənd təsərrüfatının yeganə önəmli sahəsi olan düyü istehsalı tutur. Pul vahidi "TAKA" dır.

Demoqrafiya[redaktə | mənbəni redaktə et]

98 faiz benqal, 250.000 bihari, 1.000.000 nəfərə yaxın yerli icmalar.

Dil[redaktə | mənbəni redaktə et]

Banqla, İngilis.

Din[redaktə | mənbəni redaktə et]

Banqladeş Xalq Respublikasında əhalinin əksəriyyətini (85 faizini) müsəlmanlar təşkil edir. Əsasən sünniliyin hənəfi məzhəbi tərəfdarlarıdır. Az sayda şiələr, o cümlədən ismaililər vardır. Ölkədə çoxlu hinduist yaşayır (13,5 %). Bununla yanaşı buddistlər (439 min nəfər) və xristianlar (150 min nəfər), protestantkatoliklər (150 min nəfər) vardır. Buddistlərə tibet-birma xalqları, xristianlara qaro qəbiləsi aiddir. Ölkənin bir sıra rayonlarında qəbilə dinləri qorunub saxlanır.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. The official website of Bangladesh Bureau of Statistics
  2. "Rangpur becomes a division | | bdnews24.com". 2011-05-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-06-17.
  3. CIA World Factbook 2007

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]