Elfaq Nağıyev

Elfaq Nağıyev
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Parakənd, Gədəbəy rayonu, Azərbaycan
Vəfat tarixi (23 yaşında)
Vəfat yeri Xocavənd rayonu, Azərbaycan
Dəfn yeri Parakənd
Vətəndaşlığı
Təhsili
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 2016-2017; 2019-2020
Rütbəsi Gizir
Döyüşlər İkinci Qarabağ müharibəsi
 • Füzulinin azad edilməsi
 • Zəngilanın azad edilməsi
 • Qubadlının azad edilməsi
 • Cəbrayılın azad edilməsi
 • Hadrutun azad edilməsi
Təltifləri "Vətən uğrunda" medalı — 2020 "İgidliyə görə" medalı — 2020 "Cəbrayılın azad olunmasına görə" medalı — 2020

Elfaq Azad oğlu Nağıyev (26 dekabr 1996, Parakənd, Gədəbəy rayonu21 oktyabr 2020, Xocavənd rayonu) - Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi.     

Həyatı[redaktə | mənbəni redaktə et]

Elfaq Nağıyev 1996-cı il dekabrın 26-da Gədəbəy rayonunun Parakənd kəndində anadan olub.[1]

2003—2011-ci illərdə kəndin tam orta məktəbində təhsil alıb.

2012—2016-cı illərdə Şamaxı rayonu Humanitar Kollecində "Bədən tərbiyəsi müəllimliyi" ixtisası üzrə ali təhsil alıb. Nişanlı idi.

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

Elfaq Nağıyev 2016-cı ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.

2016—2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Gədəbəy rayonunda yerləşən "N" saylı hərbi hissəsində həqiqi hərbi xidmətdə olub.

Azərbaycan Ordusunun giziri Elfaq Nağıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi uğrunda başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli, Zəngilan, Cəbrayıl, Qubadlı, Hadrut əraziləri və bir neçə strateji yüksəkliklərin azad olunması uğrunda gedən döyüşlərdə şücaət göstərib.

Oktyabrın 9-da Hadrut qəsəbəsinə bayraq sancan əsgərlərdən biri olub.

Elfaq Nağıyev oktyabrın 21-də Xocavənd rayonu ərazisində gedən döyüşlərdə şəhid olub. Gədəbəy rayonunun Parakənd kəndində torpağa tapşırılıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elfaq Nağıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]

Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Elfaq Nağıyev ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.[1]

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Elfaq Nağıyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.[3]

Şəhid Elfaq Nağıyeva məxsus materiallar ailəsi tərəfindən Milli Azərbaycan Tarixi Muzeyinin İkinci Qarabağ müharibəsi fonduna təhvil verilmişdir.[4]

Təltifləri[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF) (az.). mod.gov.az. 2020-12-08. 2020-12-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-12-10.
  2. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  3. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.12.2020-ci il tarixli Sərəncamı" (az.)). 24.12.2020. 2020-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.12.2020.
  4. "Arxivlənmiş surət". 2021-10-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-01.
  5. "Arxivlənmiş surət". 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-17.
  6. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "İgidliyə görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 18.12.2020-ci il tarixli Sərəncamı". 18.12.2020. 2020-12-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18.12.2020.
  7. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.12.2020-ci il tarixli Sərəncamı". 24.12.2020. 2020-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.12.2020.
  8. 1 2 (#empty_citation)