Əli Əsədov

Əli Əsədov
Ali Asadov (2019-12-17).jpg
bayraqAzərbaycanın 10-cu Baş naziribayraq
8 oktyabr 2019 — hal-hazırda
Prezident İlham Əliyev
Sələfi Novruz Məmmədov
bayraqAzərbaycan Prezidentinin Administrasiyasının iqtisadi məsələlər şöbəsinin müdiribayraq
14 iyun 2017 — 24 oktyabr 2019
bayraqAzərbaycan Prezidentinin Administrasiyası rəhbərinin müavinibayraq
30 noyabr 2012 — 14 iyun 2017
bayraqAzərbaycan Prezidentinin iqtisadi məsələlər üzrə yardımçısıbayraq
18 aprel 1998 — 24 oktyabr 2019
bayraqAzərbaycan Milli Məclisinin I çağırış üzvübayraq
24 noyabr 1995 — 12 noyabr 2000
Şəxsi məlumatlar
Partiya Emblem of New Azerbaijan Party.png Yeni Azərbaycan Partiyası
Təhsili G. Plexanov adına Xalq Təsərrüfatı İnstitutu
Doğum tarixi (63 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Həyat yoldaşı Zamirə Əsədova
Uşaqları Hidayət, Ədilə
Təltifləri 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı
Commons-logo.svg Vikianbarda əlaqəli mediafayllar

Əli Hidayət oğlu Əsədov (30 noyabr 1956(1956-11-30), Bakı[1]) — Azərbaycan Respublikasının 10-cu Baş naziri[2], Azərbaycan Respublikası Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi (1998–2012), Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin müavini (2012–2019).[3]

Həyatı[redaktə | əsas redaktə]

Əli Əsədov 1956-cı il noyabrın 30-da Bakı şəhərində anadan olmuşdur. 1964–1974-cü ildə Bakı şəhərindəki 134 saylı orta məktəbi, 1978-ci ildə isə Moskva Xalq Təsərrüfatı İnstitutunu bitirmişdir.

Əmək fəaliyyətinə 1978-ci ildə Azərbaycan SSR Dövlət Plan Komitəsinin təyinatına müvafiq olaraq Azərbaycan SSR Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda baş lobarant kimi başlamışdır. 1978–1980-ci illərdə hərbi xidmətdə olmuşdur.

1980–1989-cu illərdə Azərbaycan SSR Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda baş laborant, aspirant, kiçik elmi işçi, elmi işçi, 1989–1995-ci illərdə isə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda dosent, kafedra müdiri vəzifələrində çalışmışdır.

1995–2000-ci illərdə Birinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.

1993-cü ilin fevralında Yeni Azərbaycan Partiyasına daxil olub, YAP-ın Siyasi Şurasının üzvüdür.

Fəaliyyəti[redaktə | əsas redaktə]

1995-ci il noyabrın 12-də baş tutan Parlament seçkilərində Yeni Azərbaycan Partiyasının (YAP) siyahısı üzrə 18-ci sırada olan Əli Əsədov I çağırış Milli Məclisin deputatı seçilib. 1995-ci il noyabrın 24-dən səlahiyyətlərinin icrasına başlayan Əli Əsədov Milli Məclisin İqtisadi siyasət Daimi Komissiyasının və Azərbaycan—Qırğızıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olub.[4][5]

1998-ci il aprelin 18-də Əli Əsədov Azərbaycan Prezidenti Heydər Əliyevin 786 nömrəli Sərəncamı ilə Azərbaycan Prezidentinin iqtisadi məsələlər üzrə yardımçısı vəzifəsinə təyin edilib.[6]

Azərbaycan Prezidenti Heydər Əliyevin 10 avqust 2004-cü il tarixli 350 nömrəli Sərəncamı ilə Əli Əsədova 1-ci dərəcəli dövlət müşaviri dərəcəsi verilib.[7]

Əli Əsədov Azərbaycan Prezidenti İlham Əliyevin 22 iyun 2012-ci il tarixli 2302 nömrəli Sərəncamı ilə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

2012-ci il noyabrın 30-da Əli Əsədov Azərbaycan Prezidenti İlham Əliyevin 2574 nömrəli Sərəncamı ilə Azərbaycan Prezidentinin Administrasiyası rəhbərinin müavini vəzifəsinə təyin edilib.

Əli Əsədov Azərbaycan Prezidenti İlham Əliyevin 30 noyabr 2016-cı il tarixli 2132 nömrəli Sərəncamı ilə Azərbaycanda dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

2019-cu il oktyabrın 8-də baş tutan Milli Məclisin plenar iclasında Azərbaycan Prezidenti İlham Əliyevin təqdimatına əsasən Əli Hidayət oğlu Əsədovun Baş nazir vəzifəsinə təyin edilməsinə razılıq verilməsi barədə məsələyə baxılıb. Milli Məclisin sədri Oqtay Əsədov, Əli Əsədov barəsində qısa məlumat verəndən sonra məsələ səsverməyə çıxarıldı. 105 nəfərin lehinə səsverməsindən sonra Əli Əsədov Azərbaycanın 10-cu Baş naziri seçilib. Həmin gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanan Sərəncama əsasən Əli Əsədov Baş nazir vəzifəsinə təyin edilib.

İstinadlar[redaktə | əsas redaktə]

  1. Azərbaycan Respublikasının Baş Naziri Əli Hidayət oğlu Əsədov
  2. Əli Əsədov Baş Nazir oldu
  3. Noyabrın 30-da Prezident Administrasiyasına üç rəhbər müavini təyin edilib
  4. "I çağırış Azərbaycan Milli Məclisinin İqtisadi siyasət Daimi Komissiyasının üzvlərinin seçilməsi haqqında Azərbaycan Milli Məclisinin 24 noyabr 1995-ci il tarixli Qərarı" (PDF)(azərb.)). 24.11.1995. 26.08.2020 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 26.08.2020.
  5. "I çağırış Azərbaycan Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının yaradılması haqqında Azərbaycan Milli Məclisinin 7 mart 1997-ci il tarixli 256-IQR nömrəli Qərarı"(azərb.)). 07.03.1997. 26.08.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26.08.2020.
  6. "Əli Hidayət oğlu Əsədovun Azərbaycan Prezidentinin yardımçısı təyin edilməsi haqqında Azərbaycan Prezidenti Heydər Əliyev 18 aprel 1998-ci il tarixli 786 nömrəli Sərəncamı"(azərb.)). 18.04.1998. 26.08.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26.08.2020.
  7. "Azərbaycan Prezidentinin İcra Aparatının inzibati vəzifələr tutan dövlət qulluqçularırına ixtisas dərəcələrinin verilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyev 10 avqust 2004-cü il tarixli 350 nömrəli Sərəncamı"(azərb.)). 10.08.2004. 26.08.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26.08.2020.