Mikayıl Mikayılzadə

Mikayıl Mikayılzadə
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Şərq, Beyləqan, Azərbaycan
Vəfat tarixi (28 yaşında)
Vəfat yeri Şuşa rayonu, Azərbaycan
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Daxili İşlər Nazirliyi
Qoşun növü Azərbaycan Daxili Qoşunlar
Xidmət illəri 2016—2020
Rütbəsi Kiçik çavuş
Döyüşlər İkinci Qarabağ müharibəsi
 • Cəbrayılın azad edilməsi
 • Füzulinin azad edilməsi
 • Şuşanın azad edilməsi
Təltifləri "Vətən uğrunda" medalı — 2020 "Şuşanın azad olunmasına görə" medalı — 2020

Mikayıl Vidadi oğlu Mikayılzadə (4 yanvar 1992; Beyləqan rayonu, Azərbaycan7 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi.

Həyatı[redaktə | mənbəni redaktə et]

Mikayıl Mikayılzadə 1992-ci il yanvarın 4-də Beyləqan rayonunun Şərq qəsəbəsində anadan olub.[1] Ailəli idi. Bir oğlu yadigar qaldı.

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının kiçik çavuşu olan Mikayıl Mikayılzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, FüzulininŞuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Mikayıl Mikayılzadə noyabrın 7-də Şuşanın azad edilməsi zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mikayıl Mikayılzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Mikayıl Mikayılzadə ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[3]

Təltifləri[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Müdafiə Nazirliyi. "İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytı) (az.). 22.01.2021. 2021-01-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 22.01.2021.
  2. Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.president.az. 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  3. Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 29.12.2020-ci il tarixli Sərəncamı". www.president.az. 29.12.2020. 2020-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29.12.2020.
  4. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 15.12.2020. 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  5. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 29.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 29.12.2020. 2021-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29.12.2020.