Aqil Mirzəliyev
Aqil Mirzəliyev | |
---|---|
Aqil Mehman oğlu Mirzəliyev | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 27 avqust 1999(1999-08-27) |
Doğum yeri | |
Vəfat tarixi | 23 oktyabr 2020(2020-10-23) (21 yaşında) |
Vəfat yeri | Tuğ, Xocavənd rayonu |
Vəfat səbəbi | həlak olmuşdur |
Vətəndaşlığı | |
Milliyyəti | azərbaycanlı |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Xüsusi Təyinatlı Qüvvələr |
Xidmət illəri | 2020-2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər | İkinci Qarabağ müharibəsi • Füzulinin azad edilməsi • Cəbrayılın azad edilməsi • Hadrutun azad edilməsi • Hadrutun azad edilməsi • Murovdağ döyüşləri |
Təltifləri | 2020 2020 2020 2020 |
Aqil Mehman oğlu Mirzəliyev (27 avqust 1999, İsmayıllı rayonu – 23 oktyabr 2020, Tuğ, Xocavənd rayonu) — Xüsusi Təyinatlı Qüvvələrin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.[1]
Həyatı[redaktə | mənbəni redaktə et]
Aqil Mirzəliyev 1999-cu il avqust ayının 27-də İsmayıllı rayonunda anadan olmuşdur. 2005-2016-cı illərdə İsmayıllı rayonunda İsrail Həsənov adına 1 saylı tam orta məktəbdə təhsil almışdır. Məktəb illərində intellektual səviyyəsi ilə daim seçilən Aqil dəfələrlə respublika fənn olimpiadalarında, bilik və intellektual yarışlarda çempion olmuşdur. 2016-cı ildə orta məktəbi əla qiymətlərlə başa vurmuş və qəbul imtahanında 613 bal toplayaraq, Azərbaycan Dövlət İqtisad Universitetinin mühasibat uçotu və audit ixtisasına qəbul olunmuşdur. 2020-ci ildə universitetdən məzun olmuş, daha sonra isə hərbi xidmətə yollanmışdır.
İkinci Qarabağ müaribəsində iştirakı[redaktə | mənbəni redaktə et]
Aqil Mirzəliyev hərbi xidmətinə Xüsusi Təyinatlı Qüvvələrin tərkibində başlamış və 2020-ci il sentyabr ayının 27-dən başlayan 2-ci İkinci Qarabağ müharibəsində fəal iştirak etmişdir. O, Murovdağ, Cəbrayıl, Füzuli və Hadrut istiqamətlərində gedən döyüşlərdə şücaət göstərmişdir.
Aqil Mirzəliyev 20 oktaybr 2020-ci ildə Xocavənd rayonunun Tuğ kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş və oktyabr ayının 23-ü Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Xatirəsi[redaktə | mənbəni redaktə et]
2022-ci ildə İsmayıllıda Aqil Mirzəliyevin ad günündə şəhidin adına küçə verilib[2].
Təltifləri[redaktə | mənbəni redaktə et]
- (05.11.2021) — 3-cü dərəcəli "Rəşadət" ordeni[3]
- (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)[4]
- (25.12.2020) — "Xocavəndin azad olunmasına görə" medalı (ölümündən sonra)[5]
- (29.12.2020) — "Kəlbəcərin azad olunmasına görə" medalı
- (25.12.2020) — "Füzulinin azad olunmasına görə" medalı[6]
- (07.11.2021) — "Cəsur döyüşçü" medalı (ölümündən sonra) [7]
İstinadlar[redaktə | mənbəni redaktə et]
- ↑ 21 yaşında tarix yazıb - Aqil Mirzəliyev Xocavənd uğrunda döyüşlərdə şəhid olub
- ↑ Baku TV. "İsmayıllıda daha bir küçəyə şəhidin adı verilib" (az.). Youtube.com. 29.08.2022. 2022-08-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-29.
- ↑ "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının və mülki işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). president.az. 16 avqust 2019. 2021-01-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 yanvar 2021.
- ↑ Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 15.12.2020. 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
- ↑ "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamı". 25.12.2020. 2020-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.12.2020.
- ↑ "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin Sərəncamı". president.az. 25 dekabr 2020. 25 dekabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 dekabr 2020.
- ↑ Sitat səhvi: Yanlış
<ref>
teqi;Cesur
adlı istinad üçün mətn göstərilməyib