Azərbaycan Respublikasının Milli Məclisi

Wikipedia open wikipedia design.

Azərbaycan Respublikasının Milli Məclisi
V çağırış
Gerb və ya emblem
Növü
Növü təkpalatalı parlament
İdarə heyəti
Sədri Oqtay Əsədov, YAP
2 dekabr 2005 tarixindən
Sədrin birinci müavini Ziyafət Əsgərov
Sədr müavini Bahar Muradova
Sədr müavini Valeh Ələsgərov
Quruluşu
Üzvlərin sayı 123
Fraksiyalar      YAP (70)
     bir mandatlı fraksiyalar (11)
     bitərəf (42)[1]
Seçkilər
Sonuncu seçkilər 1 noyabr 2015
Məclis zalı
Məclisin əsas iclas zalı
Sayt
meclis.gov.az
Commons-logo.svg Azərbaycan Respublikasının Milli Məclisi Vikianbarda

Azərbaycan Respublikasının Milli MəclisiAzərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir. Milli Məclisin hər çağırışının seçkiləri beş ildən bir noyabr ayının birinci bazar günü keçirilir. Milli Məclisdə hər il iki növbəti yaz və payız sessiyaları keçirilir.

Milli Məclisin tərkibi[redaktə | əsas redaktə]

  • Rəhbərlik
  • Deputatlar
  • Komitələr
  • İntizam komissiyası
  • Hesablayıcı komissiyası

Komitələr[2]

  1. Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsi
  2. Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə mübarizə Komitəsi
  3. İnsan Hüquqları Komitəsi
  4. Təbii Ehtiyyatlar, Energetika və Ekologiya Komitəsi
  5. İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsi
  6. Aqrar Siyasət Komitəsi
  7. Əmək və Sosial Siyasət Komitəsi
  8. Səhiyyə Komitəsi
  9. İctimai Birliklər və Dini Qurumlar Komitəsi
  10. Ailə, Qadın və Uşaq Məsələləri Komitəsi
  11. Gənclər və İdman Komitəsi
  12. Regional Məsələlər Komitəsi
  13. Elm və Təhsil Komitəsi
  14. Mədəniyyət Komitəsi
  15. Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsi

İntizam komissiyası

  1. Ağacan Qulam oğlu Abıyev
  2. Məlahət İbrahim qızı Həsənova
  3. Xanlar Nuru oğlu Fətiyev
  4. Mirkazım Mirməhəmməd oğlu Kazımov
  5. Səttar Suliddin oğlu Mehbalıyev
  6. Fazil Qəzənfər oğlu Mustafa
  7. Kamran Telman oğlu Nəbizadə

Hesablayıcı komissiyası

1.Fəttah Səməd oğlu Heydərov

2.Sədaqət Süleyman qızı Vəliyeva

3.Qüdrət Müzəffər oğlu Həsənquliyev

4.Rafael Baba oğlu Hüseynov

5.Xanhüseyn Hüseynağa oğlu Kazımlı

6.Zahid Məhərrəm oğlu Orucov

7.Mixail Yuryeviç Zabelin

Tarixi[redaktə | əsas redaktə]

Poçt markası (1996).

İlk dəfə 1918-ci il iyulun 21-də Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər keçirilməsi haqqında Əsasnamə təsdiqləndi. Qanuna əsasən, məclisin tərkibinə 120 nəfər daxil olmalı idi. Həmçinin, parlament seçkilərində 20 yaşı tamam olmuş hər iki cinsin nümayəndələri iştirak edə bilərdi. İstisna olaraq inzibati vəzifələr tutan şəxslər Milli Məclisə seçilə bilməzdilər, yalnız səs verə bilərdilər. Bundan başqa, dəlilər, karlar və qəyyum altında olanlar səs verə bilməzdilər. Eyni zamanda, həbsdə olanlar və fərarilər də səsvermə hüququndan məhrum idilər. Seçkilərdə iştirak etmək üçün azı 100 imza toplamaq vacib idi.[3]

1995-ci ildən etibarən Azərbaycan Respublikasının qanunvericilik hakimiyyətini Milli Məclis yerinə yetirir və 5 ildə bir dəfə olaraq Milli Məclisə 125 mandat üzrə 125 seçici dairəsində majoritar qaydada seçkilər keçirilir.

Milli Məclisin rəhbərliyi[redaktə | əsas redaktə]

Çağırış Sədr Sədrin birinci müavini Sədr müavini Sədr müavini
I çağırış (1995-2000) Rəsul Quliyev Arif Rəhimzadə Yaşar Əliyev
II çağırış (2000-2005) Murtuz Ələsgərov Arif Rəhimzadə Ziyafət Əsgərov Gövhər Baxşəliyeva
III çağırış (2005-2010) Oqtay Əsədov Ziyafət Əsgərov Bahar Muradova Valeh Ələsgərov
IV çağırış (2010-2015) Oqtay Əsədov Ziyafət Əsgərov Bahar Muradova Valeh Ələsgərov
V çağırış (2015-2020) Oqtay Əsədov Ziyafət Əsgərov Bahar Muradova Valeh Ələsgərov

Mənbə[redaktə | əsas redaktə]

İstinadlar[redaktə | əsas redaktə]

  1. "Yeni parlamentin tərkibi necə olacaq?". Azadlıq Radiosu.
  2. Milli Məclis: Komitələr
  3. ADR–100: Muğan Sovet Respublikasının ləğvi və Qarabağdakı hadisələr

Həmçinin bax[redaktə | əsas redaktə]

Xarici keçidlər[redaktə | əsas redaktə]



This page is based on a Wikipedia article written by contributors (read/edit).
Text is available under the CC BY-SA 4.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.

Destek