Vəhdət Partiyası

Vəhdət Partiyası
VP
Loqonun şəkli
Sədri Tahir Kərimli
Qurucu
Sədr müavinləri Abdul Vahab Manafov
Quruluş tarixi 1994
Qeydiyyat tarixi 11 dekabr 1998
Birləşən Azərbaycan Müstəqil Demokrat Partiyası[a] (1998)
Bölünmə Milli Vəhdət Partiyası (2002-2023)
Sələfi Azərbaycan Xalq Cəbhəsi
Baş qərargah Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 161-B
İdeologiya Vəhdət
Üzvlüyü Azərbaycançı Qüvvələr Birliyi (1999-2006)
Üzv sayı 5 mindən çox[1]
Milli Məclisdə
1 / 125
Ali Məclisdə
0 / 45
Bələdiyyə sədrləri
0 / 1.605
Bələdiyyə üzvləri
0 / 15.156
Himn "Koroğlu" üverturası
Mətbuat orqanı "Vəhdət" qəzeti

Vəhdət Partiyası və ya qısaca VP[2] ― Azərbaycanda 1994-cü ildə Hacı Cəbrayıl Əlizadə rəhbərliyində yaradılmış, 1998-ci ildən bu yana Tahir Kərimlinin sədrlik etdiyi siyasi partiya.

Partiyanın təsisçiləri sırasında Azərbaycan Xalq Cəbhəsinin təsisçilərindən və ilk Müvəqqəti Təşəbbüs Mərkəzinin üzvü Abdul Vahab Manafov, Azərbaycan Respublikası Ali Məhkəməsinin sabiq sədri Tahir Kərimli, Bakı və Kəndlər Birliyinin təsisçisi və ilk sədri Sabunçu Rayon İcra Hakimiyyətinin sabiq başçısı Hacı Cəbrayıl Əlizadə, Pənahi Makulunun oğlu professor Şəfiq Pənahi, Yasamal Rayon İcra Hakimiyyətinin sabiq başçısı Sahib Məmmədov kimi şəxslər olmuşdur. Partiyaya 1995–1998-ci illərdə Hacı Cəbrayıl Əlizadə sədrlik etmiş, 1998-ci ildən isə Tahir Kərimli sədrlik etməkdədir. Partiya sədrinin birinci müavini vəzifəsini isə 1995–1996-cı illərdə Sahib Məmmədov, 1998–2000-ci illərdə Yunus Oğuz, daha sonra isə Abdul Vahab Manafov icra etmişdir.

Partiyaya müxtəlif dövrlərdə dövlət qeydiyyatı olmayan Azərbaycan Müstəqil Demokratlar Partiyası kimi bir neçə partiya birləşmiş, 2000-ci ildə isə partiyadan ayrılanlar Milli Vəhdət Partiyasını təsis etmişdir. Partiya sıralarında Leyla YunusYunus Oğuz kimi şəxslər də bir müddət fəaliyyət göstərmişdir.

Vəhdət Partiyası Azərbaycan Respublikasının Milli Məclisinin VVI çağırışında 1 deputatla — partiya sədri Tahir Kərimli ilə təmsil olunmuş və dövlət büdcəsindən maliyyə yardımı almışdır.

Vəhdət Partiyası 2016–2021-ci illərdə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasında Azərbaycan Sosial Demokrat PartiyasıAzərbaycan Sosial Rifah Partiyası ilə birgə vahid üzvlə — İlkin Zaur oğlu Şahbazovla təmsil olunmuşdur.

Vəhdət Partiyası 2006-cı ilədək radikal müxalifət, 2006-cı ildən isə konstruktiv müxalifət mövqeyində olmuşdur.

Tarixi[redaktə | mənbəni redaktə et]

Vəhdət Partiyası 1994-cü ildə Bakı və Kəndlər Birliyinin bazasında Azərbaycan Respublikası Ali Məhkəməsinin sabiq sədri Tahir Kərimli, Sabunçu Rayon İcra Hakimiyyətinin sabiq başçısı Hacı Cəbrayıl Əlizadə, Şəfiq Pənahi və başqaları tərəfindən yaradılmışdır.[3]

Hacı Cəbrayıl Əlizadə dövrü (1994–1998)[redaktə | mənbəni redaktə et]

1995-ci ilin aprel ayında Vəhdət Partiyası I Qurultayında Hacı Cəbrayıl Əlizadə partiyanın sədri, Sahib Məmmədov isə sədrin birinci müavini seçilmişdir.[3]

Həmçinin Leyla Yunusun rəhbərlik etdiyi Azərbaycan Müstəqil Demokrat Partiyası Vəhdət Partiyasına birləşmişdir.[4]

Leyla Yunus 1997-ci ilin aprel ayında Vəhdət Partiyası adından Rusiya Federasiyası baş nazirinin sabiq birinci müavini Yeqor Qaydarın rəhbərlik etdiyi Rusiyanın Demokratik Seçimi Partiyası ilə saziş imzalamışdır.[5]

Tahir Kərimli dövrü (1998-)[redaktə | mənbəni redaktə et]

Radikal müxalifətdə (1998–2006)[redaktə | mənbəni redaktə et]

Vəhdət Partiyası 11 dekabr 1998-ci il tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən rəsmi dövlət qeydiyyatına alınmışdır.[2]

1998-ci ildə Xalq Azadlıq Partiyası daxilində bölünmə yaşanmış, Yunus Oğuz və tərəfdarları partiyanın Vəhdət Partiyasına birləşdiyini elan etmişdir. Birləşmə qurultayında Tahir Kərimli partiya sədri, Yunus Oğuz isə sədrin birinci müavini seçilmişdir.[6][7]

Müxtəlif zamanlarda Azərbaycanın Bütövlüyü Uğrunda Mübarizə, Milli Demokrat və Milli Qurtuluş kimi dövlət qeydiyyatına alınmamış partiyalar da Vəhdət Partiyasına birləşmişdir.[8]

1999-cu ildə Azərbaycan İslam Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası və Vəhdət Partiyası Azərbaycançı Qüvvələr Birliyi adlı siyasi ittifaq təsis etmişdir. Azərbaycançı Qüvvələr Birliyinə daxil olan partiyalar 2000-ci il parlament seçkilərinin ardından 19 siyasi partiya ilə birgə seçki nəticələrinin tanınmaması ilə bağlı sənəd imzalamışdır.[9] Sonralar bu ittifaqa Birlik Partiyası və Azərbaycan Xalq Dirçəliş Partiyası da qatılmışdır.[10]

1999–2000-ci illərdə Vəhdət Partiyası daxilində bölünmə yaşanmış və Yunus Oğuz başçılığında qrup partiyanın adını Milli Vəhdət Partiyası olaraq dəyişdirildiyini elan edərək yeni partiyanın təsis edildiyini açıqlamışdır. Partiya qurultayında Yunus Oğuz Milli Vəhdət Partiyasının sədri seçilmişdir.[6] 13 mart 2023-cü ildə Milli Vəhdət Partiyası fəaliyyətini dayandırmışdır.[11]

Həmçinin 2000-ci ildə partiyada daha bir parçalanma baş vermiş, bir qrup Vəhdət Partiyası adına iddiaçı şəxs partiyanın Azərbaycan Xalq Cəbhəsi Partiyasına birləşdiyini elan etmişdir.

Vəhdət Partiyası 2001-ci il əlavə parlament seçkilərində 1 namizədlə iştirak etmək istəmişdir. Partiya üzvü Tofiq Astan oğlu Cəfərov 52 saylı Ağcabədi şəhər seçki dairəsi üzrə deputatlığa namizəd olmuşdur.[12][13] Lakin, o namizədlik üçün lazımlı olan imzaları toplaya bilmədiyi üçün namizədliyi rəsmi olaraq təsdiqlənməmişdir.[12]

Vəhdət Partiyası 2003-cü il prezident seçkilərində əvvəlcə partiya sədri Tahir Kərimlinin namizədliyini irəli sürmüşdür, lakin Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası 15 avqust 2003-cü il tarixli iclasında müraciətə baxmış və Tahir Kərimlinin namizədliyinin qeydə alınmaması ilə bağlı qərar qəbul etmişdir[14] Partiya daha sonra Bizim Azərbaycan Blokuna daxil olmuş və vahid namizəd İsa Qəmbəri dəstəkləmişdir.[15]

Vəhdət Partiyasının da daxil olduğu Azərbaycançı Qüvvələr Birliyi 2004-cü il bələdiyyə seçkilərində iştirak etmək qərarı almışdır. Siyasi partiyalar birliyi Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 1 oktyabr 2004-cü il tarixli iclasında qeydiyyata alınmışdır.[16]

Vəhdət Partiyası 2005-ci il parlament seçkilərində Azərbaycançı Qüvvələr Birliyinin əsasında Xudadat Xudiyevin rəhbərlik etdiyi Birlik Partiyası, rəsmi dövlət qeydiyyatı olmayan Azərbaycan İslam PartiyasıAzər Qasımzadənin sədrlik etdiyi Azərbaycan Xalq Dirçəliş Partiyası ilə bərabər "Azərbaycançı Qüvvələr" Siyasi Partiyalar Blokunu təsis edərək vahid blok adı altında iştirak etmişdir. Blokda sabiq deputat Toğrul İbrahimlinin təsis etdiyi, rəsmi dövlət qeydiyyatı olmayan "Namus" Respublika Partiyası da təmsil olunmuşdur.[17] Blok Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 24 iyul 2005-ci il tarixli iclasında qeydiyyata alınmışdır.[18] Azərbaycançı Qüvvələr Birliyinin üzvü olan Azərbaycan Sosial Demokrat Partiyası isə seçkilərə "Yeni Siyasət" Seçki Bloku daxilində qatılmış, seçkilərdən sonra isə AQB-dən ayrılmışdır.[19] Vəhdət bu seçkilərdə 46 deputatlığa namizəd irəli sürmüşdür.[20] Blokun ümumilikdə 61 namizədi qeydiyyata alınmışdır.[21]

2006-cı il təkrar parlament seçkilərindən öncə Vəhdət Partiyası Azərbaycançı Qüvvələr Birliyindən ayrılmışdır.[19] Təkrar seçkilərdə partiya 1 nəfərin namizədliyini irəli sürmüşdür, lakin mandat qazana bilməmişdir.[22] Təkrar seçkilərdən sonra, 2006-cı ilin avqust ayında Vəhdət Partiyası sədrinin birinci müavini Abdul Vahab Manafov Trend İnformasiya Agentliyinə verdiyi müsahibədə 2005-ci il parlament seçkilərindən sonra sədr Tahir Kərimli ilə fikir ayrılığı yaşadığını, o gündən partiya qərargahına getmədiyini, növbəti qurultayda sədr müavinliyindən ayrılacağını bildirmişdir. Abdul Vahab Manafov: "Biz nə vaxtadək müxalifətdə olacağıq. İnsanda siyasi etika lazımdır ki, istefasını versin" deyə qeyd etmişdir. Trend İnformasiya Agentliyinə partiyanın qərargahından verilən məlumatda isə sədr Tahir Kərimlinin Bakıda olmadığını, onun fəaliyyətinə xitam verildiyi bildirilmişdir. Partiyanın mətbu orqanı olan "Vəhdət" qəzetinin məsul katibi Əvəz Qurbanlı isə partiya qəzetinin fəaliyyətinin dayandırldığını söyləmişdir.[23]

Konstruktiv müxalifətdə (2006-)[redaktə | mənbəni redaktə et]

Vəhdət Partiyası Siyasi Şurası 14 fevral 2006-cı il tarixində radikal müxalifət mövqeyindən çəkildiyini, daha konstruktiv fəaliyyət göstərəcəyini açıqlamış, bu səbəbdən hakim Yeni Azərbaycan Partiyasına dialoq təklifi göndərmişdir. Dialoq işlərini yürütmə isə partiya sədri Tahir Kərimliyə həvalə olunmuşdur.[24]

Vəhdət Partiyası 2008-ci il prezident seçkilərində isə Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevi dəstəkləmişdir.[25]

2009-cu il bələdiyyə seçkilərinə Vəhdət Partiyası 8 namizədlə qatılmışdır.[26] Onlardan heç biri bələdiyyə üzvü seçilə bilməmişdir.[27]

Vəhdət Partiyası 2010-cu il parlament seçkilərində 1 namizədlə — partiya sədri Tahir Kərimli ilə deputat mandatı uğrunda mübarizə aparmışdır.[28] Vəhdət Partiyasının sədri Tahir Kərimli 85 saylı Şamaxı seçki dairəsi üzrə deputatlığa namizəd olmuş,[29] 2186 səs toplayaraq seçkiləri deputat seçilə bilməmişdir.[30]

Əli Həsənov rəhbərliyində iqtidar-müxalifət görüşü (Bakı, 2015)

Vəhdət Partiyası 2012-ci ildə iqtidarın başlatdığı yeni iqtidar-müxalifət dialoqlarında iştirak etmiş, partiya sədri Tahir Kərimli prezidentin köməkçisi Əli Həsənovun rəhbərliyində keçirilmiş bir neçə görüşdə iştirak etmişdir.[31]

Vəhdət Partiyası 2013-cü il prezident seçkilərində isə Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevi dəstəkləmişdir.[32]

Vəhdət Partiyası 2014-cü ilin dekabr ayının 14-də baş tutmuş iqtidar-müxalifət görüşündə sədr səviyyəsində təmsil olunmuşdur.[33]

Vəhdət Partiyası Baş Məclisinin 2015-ci ildə aldığı qərarla partiya 2015-ci il parlament seçkilərində 2 namizədlə — partiya sədri Tahir Kərimli və Vəhdət Partiyası Şamaxı Rayon Təşkilatının sədri Akif Soltanovla[34] deputat mandatı uğrunda mübarizə aparmışdır.[35] Vəhdət Partiyası Şamaxı Rayon Təşkilatının sədri Akif Soltanov 85 saylı Şamaxı seçki dairəsi üzrə deputatlığa namizəd olmuş,[36] 478 səs toplayaraq seçkiləri 7-ci sırada tamamlamışdır.[37] Partiya sədri Tahir Kərimli isə 87 saylı Ağsu-İsmayıllı seçki dairəsi üzrə deputatlığa namizəd olmuş[38] və 14592 səs (66.3%)[39] toplayaraq deputat seçilmişdir. Beləliklə, Vəhdət Partiyası tarixində ilk dəfə parlamentdə təmsil olunma hüququnu qazanmışdır.[40]

9 aprel 2016-cı il tarixində Vəhdət Partiyası Azərbaycan Sosial Demokrat PartiyasıAzərbaycan Sosial Rifah Partiyası ilə birgə azlıqda olan partiyalar adından Azərbaycan Mərkəzi Seçki Komissiyasına İlkin Zaur oğlu Şahbazovun namizədliyini irəli sürmüşdür.[41] Azərbaycan Respublikasının Milli Məclisinin 15 aprel 2016-cı il tarixində keçirilmiş plenar iclasında üzvlər səsverməyə çıxarılmış və iştirak edən 104 deputatın 104 lehinə səsiylə təsdiqlənmişdir.[42][43]

21 may 2016-cı il tarixində Vəhdət Partiyasının IV Qurultayı keçirilmişdir. Qurultayda Tahir Kərimli sədr, Abdul Vahab Manafov sədrin birinci müavini, Şəfiq Pənahi isə Baş Məclisin sədri seçilmişdir. Qurultayda seçilən 7 üzvlük (Etibar Səmədov, Habil Abdullayev, Habil Hümbətov, Zaur Kərimli, Hacıbaba Vahabov, Qərinə Babayeva, Akif Şahverdiyev) Mərkəzi Nəzarət-Təftiş Komissiyasının sədri isə daxili səsvermə ilə Etibar Səmədov seçilmişdir.[44]

Qurultaydan sonra, 23 iyun 2016-cı il tarixində Vəhdət Partiyası Baş Məclisinin iclası keçirilmiş, iclasda Partiya Siyasi Şurası və Sədr Aparatı təsdiqlənmişdir. Belə ki, Tahir Kərimli partiyanın və Siyasi Şuranın sədri, Abdul Vahab Manafov partiya sədrinin birinci müavini və Sədr Aparatının rəhbəri, Şahlar Məmmədov sədrin ideoloji məsələlər üzrə, Fəxrəddin Kərimli sədrin təşkilati məsələlər üzrə Meybulla Meybullayev sədrin ümumi məsələlər üzrə müavinləri, Səftər Baxşıyev və İntiqam Həsənov sədrin müşavirləri, Coşqun Kürçaylı isə Mətbuat Xidmətinin rəhbəri seçilmişdir.[45]

Vəhdət Partiyası 2018-ci il prezident seçkilərində isə Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevi dəstəkləmişdir.[46]

Parlament seçkiləri sonrasında Vəhdət Partiyasının sədri Tahir Kərimli iqtidarın başlatdığı yeni iqtidar-müxalifət dialoqları çərçivəsində Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə bir neçə dəfə görüş keçirmişdir.[47][48]

Vəhdət Partiyası 2019-cu il bələdiyyə seçkilərində iştirak etmişdir.[49][50]

Vəhdət Partiyası Baş Məclisinin 2019-cu ildə aldığı qərarla partiya 2020-ci il parlament seçkilərində 1 namizədlə — partiya sədri Tahir Kərimli ilə deputat mandatı uğrunda mübarizə aparmışdır.[51][52] Partiya sədri Tahir Kərimli 87 saylı Ağsu-İsmayıllı seçki dairəsi üzrə deputatlığa namizəd olmuş[53] və 11347 səs (52.4%)[54] toplayaraq deputat seçilmişdir.[55]

23 aprel 2021-ci il tarixində Vəhdət Partiyası Siyasi Şurasının aldığı qərarla azlıqda olan partiyalar adından Azərbaycan Mərkəzi Seçki Komissiyasına partiya sədrinin müavini Vasif Vaqif oğlu Əfəndiyevin namizədliyi irəli sürülmüşdür.[56] Bir öncəki tərkibdə partiyanın digər partiyalarla ortaq nümayəndəsi olmuş İlkin Şahbazov isə Azərbaycan Demokratik Maarifçilik Partiyası tərəfindən namizəd göstərilmişdir. Azərbaycan Demokratik Maarifçilik Partiyası bir öncəki tərkibdə Böyük Quruluş Partiyası ilə birgə Bəxşeyiş Əsgərovun namizədliyini irəli sürmüşdür.[41] Azərbaycan Respublikasının Milli Məclisinin 27 aprel 2021-ci il tarixində keçirilmiş plenar iclasında səsverməyə çıxarılmış üzvlər siyahısında İlkin Şahbazovun adı olsa da, Vasif Əfəndiyev bu siyahıya daxil edilməmişdir. İclasda iştirak edən 104 deputatın 102-sinin lehinə, 1-nin əleyhinə səsiylə üzvlər siyahısı təsdiqlənmişdir.[57][58]

Vəhdət Partiyasının sədri Tahir Kərimli 6 aprel 2023-cü il tarixində kütləvi informasiya vasitələrində partiyasının Vətəndaş Həmrəyliyi Partiyası ilə birləşəcəyi haqda yayılmış məlumatlarla bağlı verdiyi müsahibədə 2000-ci illərin əvvələrində Vətəndaş Həmrəyliyi Partiyası ilə Vəhdət Partiyasının birləşməsinin müzakirə olunduğunu, müvafiq komitələrin, komissiyaların yaradıldığını bildirmişdir. Birləşmənin onun öz təşəbbüsü olduğunu və partiyaların Sabir Rüstəmxanlı liderliyində Vəhdət Partiyası adı altında birləşməsi haqqında müzakirələrin gerçəkləşdiyini, lakin Tahir Kərimlinin müavinlərinin bu müzakirələrə qarşı çıxması ilə birləşmənin gerçəkləşmədiyini açıqlamışdır.[59]

"Siyasi partiyalar haqqında" qanunun qəbulundan sonra siyasi partiyalar üçün siyasi partiyaların yenidən dövlət qeydiyyatına alınması prosesi başladıldı. Bu proses çərçivəsində Vəhdət Partiyası 5 min üzvünün siyahısını Ədliyyə Nazirliyinə təqdim etdi, lakin avqust ayında siyahıda olan problemlər səbəbi ilə nazirlikdən rədd cavabı gəldi və partiyaya 1 ay müddət verildi.[60] Vəhdət Partiyası üzv reyestrini nəzərdən keçirərək yenidən nazirliyə göndərmiş və partiya 8 sentyabr 2023-cü il tarixində yenidən dövlət qeydiyyatına alınmışdır.[1]

Vəhdət Partiyası 5 noyabr 2023-cü il tarixində yarı onlayn şəkildə 405 qurultay nümayəndəsindən 360-nın iştirakı ilə V Qurultayını keçirmişdir. Qurultayda partiyanın "Siyasi partiyalar haqqında" yeni Qanuna əsasən yenilənmiş Nizamnaməsi və Proqramı qəbul edilmişdir. Həmçinin, qurultayda Tahir Kərimli sədr, Abdulvahab Manafov sədrin birinci müavini seçilmişdir. Baş Məclis və Mərkəzi Nəzarət Təftiş Komissiyası isə yenidən təşkil olunmuşdur. Qurultayın ardınca Baş Məclis ilk iclasını keçirmiş və iclasda akademik Fəxrəddin Ağayev sədr seçilmişdir. Mərkəzi Nəzarət Təftiş Komissiyasının ilk iclasında isə Ehtibar Səmədov sədr seçilmişdir.

Seçki Məcəlləsi və Azərbaycan Respublikasının Konstitusiyasına əsasən son seçkidən 7 il sonra, yəni 2025-ci ildə növbəti prezident seçkilərinin keçirilməsi gözlənilirdi,[61] lakin Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı 7 dekabr 2023-cü il tarixli sərəncamla Azərbaycanda növbədənkənar prezident seçkiləri günü 7 fevral 2024-cü il olaraq təyin olunub.[62] Həmin gün qeyri-iş günü elan olunmuşdur.[63] Vəhdət Partiyasının sədri Tahir Kərimli 16 dekabr 2023-cü il tarixli müsahibəsində Vəhdət Partiyası Siyasi Şurasının 2024-cü ildə keçiriləcək növbədənkənar prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevin dəstəklənməsi haqqında qərar aldığını, bu qərarın partiya Baş Məclisinə 20 dekabr tarixli iclasda baxılması üçün təqdim edildiyini demişdir.[64] Vəhdət Partiyası Ali Məclisi bu qərarı təsdiq etmiş və qərarla bağlı 21 dekabr 2023-cü il tarixində məlumat yayılmışdır.[65]

Seçkilərdə[redaktə | mənbəni redaktə et]

Parlament seçkiləri[redaktə | mənbəni redaktə et]

Seçki Sədr Majoritar Proporsional Cəmi
Səs % ± Mandat Səs % ± Mandat
1995

Hacı Cəbrayıl Əlizadə
0 / 100
0 / 125
2000

Tahir Kərimli
0 / 100
0 / 125
2005
0 / 125
0 / 125
2010 2 186 0.09
0 / 125
0 / 125
2015 15 070 0.53 0.44
1 / 125
1 / 125
2020 11 347 0.45 0.08
1 / 125
1 / 125

Qurultaylar[redaktə | mənbəni redaktə et]

Qurultay Tarix Seçilən sədr Namizəd
I (Təsis) Qurultay aprel 1995 Hacı Cəbrayıl Əlizadə Hacı Cəbrayıl Əlizadə
II (Birləşmə) Qurultay 1998[7] Tahir Kərimli Tahir Kərimli
III Qurultay
IV Qurultay 21 may 2016[44]
V Qurultay 5 noyabr 2023

Rəhbərlik[redaktə | mənbəni redaktə et]

Sədr Başlanğıc tarixi Bitmə tarixi
1.

Hacı Cəbrayıl Əlizadə
aprel 1995 1998
2.

Tahir Kərimli
1998 Hal-hazırda

Maddi-texniki baza[redaktə | mənbəni redaktə et]

Yarandığı gündən bir müddət Bəşir Səfəroğlu küçəsində icarə əsasında qərargah sahibi olmuşdur, lakin Qış Bulvarı Parkının salınması səbəbində partiyanın yerləşdiyi bina plana düşərək sökülmüşdür.[20] Daha sonra Vəhdət Partiyası 2020-ci ilədək Vəhdət Partiyası Bakı Kəndlər Birliyinin Vidadi küçəsi 89-da yerləşən qərargahında icarə olaraq yerləşmişdir. Binanın sahibi də Bakı Kəndlər Birliyinin üzvüdür və buna görə də icarə haqqı real bazar qiymətləri ilə müqayisədə xeyli ucuz olmuşdur.[66]

19 mart 2020-ci il tarixində Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Vəhdət Partiyasına qərargah ayrılmış və açarları sədr Tahir Kərimliyə təqdim edilmişdir.[67] Qərargah "Lider TV"yə aid olmuş binada Yasamal rayonu, Şəfaət Mehdiyev küçəsi 177 ünvanında yerləşir. Bu binada dövlət tərəfindən 10-dan çox partiyaya qərargah verilmişdir.[68]

Rəmzləri[redaktə | mənbəni redaktə et]

"Koroğlu" operasının üverturası partiyanın himnidir. Partiyanın bayrağı mavi fonda ağ kürə, loqosu isə mavi fonda üz-üzə iki simurq quşudur.[mənbə göstərin]

Qeydlər[redaktə | mənbəni redaktə et]

  1. Rəsmi dövlət qeydiyyatında olmayan siyasi partiya.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 "Vəhdət Partiyası qeydiyyata alındı". KONKRET (az.). 2023-09-08. 2023-09-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-11.
  2. 1 2 "Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış siyasi partiyalar haqqında məlumat (2022)". 2023-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-16.
  3. 1 2 Әлизадә Һаҹы Ҹәбрајыл Зәрбәли оғлу // Азәрбајҹанда ким кимдир? (Сорғу-мәлумат китабы). Тәртибчи-мүәллифләр: Тејмур Әһмәдов, Тарыјел Ҹаһанҝир. Бакы: "Азәрбајҹан Енсиклопедијасы" НПБ. 1999. ISBN 5-89600-253-x.
  4. "Daha bir partiya VHP-yə birləşir". 2023-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-15.
  5. "Arif və Leyla Yunusların məxfi dosyesi – II hissə". 2023-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-15.
  6. 1 2 "55 ilə sığan siyasətçi, yazıçı və jurnalist ömrü". 2019-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-15.
  7. 1 2 ""Deyirlər, Tahir Kərimli şou yaradır, əjdahanı mən düzəltmişəm, mağazadan almışam?"". 2023-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-16.
  8. "Partiyalar birləşə bilərmi?". 2021-11-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-16.
  9. ""Azərbaycanda sağ və sol müxalifət qüvvələrinin birliyi mümkün deyil" - solçu partiyanın rəhbəri". 2023-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-15.
  10. "AİP sədri: "Azərbaycançı Qüvvələr Birliyinin bərpa olunması üçün danışıqlar aparılır"". 2023-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-15.
  11. "Azərbaycanda bu partiya FƏALİYYƏTİNİ DAYANDIRDI". 2023-03-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-24.
  12. 1 2 "By-elections to the Milli Majlis on November 16, 2001". April 14, 2002 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 1, 2022.
  13. "I N F O R M A T I O N ON PROVIDING CANDIDATES FOR BY-ELECTIONS DETERMINED FOR NOVEMBER 16, 2001 TO THE MILLI MAJLIS OF THE REPUBLIC OF AZERBAIJAN WITH SIGNATURE SHEETS TO CANVASS VOTER SIGNATURES TO SUPPORT THEIR CANDIDACY". December 16, 2001 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 1, 2022.
  14. "2003-cü il oktyabrın 15-də keçiriləcək Azərbaycan Respublikası prezidenti seçkilərində cənab Kərimli Tahir Zayıdağa oğlunun prezidentliyə namizədliyinin qeydə alınmaması haqqında AZƏRBAYCAN RESPUBLİKASI MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ QƏRARI". 2023-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-15.
  15. ""Əbülfəz Elçibəyin nə dəfninə getdim, nə də yasında iştirak etdim" — Tahir Kərimli". Archived from the original on 2023-04-15. İstifadə tarixi: 2023-04-15.]
  16. "Oktyabrın 1-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir". 2019-12-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-15.
  17. "Azərbaycanda eks-deputat, partiya sədri vəfat edib". 2023-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-20.
  18. "İyulun 24-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir". 2023-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-15.
  19. 1 2 "AQB Sədrlər şurası sentyabrın ikinci yarısında toplaşacaq". 2023-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-15.
  20. 1 2 ""Prezidenti müdafiə edən partiyaların birliyi yaransa..." | Hafta.az".
  21. ""AZƏRBAYCANÇI QÜVVƏLƏR" SEÇKİ BLOKUNUN 61 NAMİZƏDİ OLACAQ". 2023-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-15.
  22. "Bu gün Azərbaycanda 10 seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilər keçirilir". 2023-03-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-29.
  23. "Əbdülvahab Manafov: "Vəhdət Partiyasında nə baş verdiyindən xəbərim yoxdur"". 2023-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-15.
  24. "Vəhdət Partiyası YAP-ın onlarla dialoq aparacağına ümidlidir". 2023-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-15.
  25. "Vəhdət Partiyası prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləyəcək". 2022-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-15.
  26. "2009-cu il bələdiyyə seçkiləri ilə bağlı hesabat". MDB PAA DİMBİ. 2022-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-31.
  27. "Siyahıya YAP liderlik edir". Hafta.az. 2021-11-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2022-05-31.
  28. "Namizədlərin partiya mənsubiyyəti: bülletenlərdə neçə partiya olacaq? (siyahı)". 2023-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-15.
  29. "85 SAYLI ŞAMAXI SEÇKİ DAİRƏSİ ÜZRƏ QEYDƏ ALINANLARIN SİYAHISI". 2023-04-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-15.
  30. "DAİRƏLƏR ÜZRƏ DEPUTAT SEÇİLMİŞ NAMİZƏDLƏR". 2022-10-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-15.
  31. "Hakimiyyət Avropa Oyunlarını siyasi partiyalarla müzakirə edib". Amerikanın səsi. 2022-05-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-31.
  32. "Vəhdət Partiyası Prezident İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləyəcək". 2022-05-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-15.
  33. "Tahir Kərimli iqtidar-müxalifət görüşündə iştirak etməyib". 2023-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-15.
  34. "Azərbaycanın illərdir açılan zavodlarından nə xəbər?". 2023-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-15.
  35. "Vəhdət Partiyası seçkiyə 2 namizədlə gedir". 2023-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-15.
  36. "85 SAYLI ŞAMAXI SEÇKİ DAİRƏSİ ÜZRƏ QEYDƏ ALINANLARIN SİYAHISI". 2023-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-15.
  37. "85 SAYLI ŞAMAXI SEÇKİ DAİRƏSİ üzrə nəticələr". 2023-04-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-15.
  38. "87 SAYLI AĞSU-İSMAYILLI SEÇKİ DAİRƏSİ ÜZRƏ QEYDƏ ALINANLARIN SİYAHISI". 2023-04-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-15.
  39. "DAİRƏLƏR ÜZRƏ DEPUTAT SEÇİLMİŞ NAMİZƏDLƏR". 2022-02-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-15.
  40. "87 saylı Ağsu-İsmayıllı seçki dairəsinin nəticələri". 2023-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-15.
  41. 1 2 "MSK-nın yeni tərkibi formalaşdırılır". 2021-09-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-16.
  42. "15.04.2016 - tarixli iclasın stenoqramı". 2022-05-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-16.
  43. "Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvlərinin və əvəzedici üzvlərinin seçilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN QƏRARI". 2022-05-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-16.
  44. 1 2 "Vəhdət Partiyasının növbəti IV Qurultayı keçirilib". 2023-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-15.
  45. "Tahir Kərimlinin partiyasında DƏYİŞİKLİK". 2016-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-15.
  46. "Vəhdət Partiyası prezident seçkilərində İlham Əliyevin namizədliyini müdafiə edəcək". 2023-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-15.
  47. "Ədalət Vəliyev Tahir Kərimli ilə görüşüb". 2023-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-15.
  48. "Ədalət Vəliyev partiya sədrləri ilə görüş keçirdi". 2021-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-15.
  49. "Bələdiyyə seçkilərində iştirak edəcək partiyaların sayı 12-yə çatıb - SİYAHI". 2023-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-15.
  50. "Partiyalar seçkidə maraqlıdır: Amma bələdiyyələrin səlahiyyətsizliyi... - RƏYLƏR". 2023-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-15.
  51. "AZƏRBAYCAN RESPUBLİKASI NÖVBƏDƏNKƏNAR PARLAMENT SEÇKİLƏRİ 9 fevral 2020" (PDF). 2022-01-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-04-15.
  52. "Partiyaların deputatlığa namizədlərinin sayı açıqlandı". 2023-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-15.
  53. "87 SAYLI AĞSU-İSMAYILLI SEÇKİ DAİRƏSİ ÜZRƏ QEYDƏ ALINANLARIN SİYAHISI". 2022-11-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-15.
  54. "DAİRƏLƏR ÜZRƏ DEPUTAT SEÇİLMİŞ NAMİZƏDLƏR". 2020-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-15.
  55. "87 saylı Ağsu-İsmayıllı seçki dairəsinin nəticələri". 2023-01-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-15.
  56. "Vəhdət Partiyasının MSK üzvlüyünə namizədi məlum olub". 2023-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-16.
  57. "27.04.2021 - tarixli iclasın stenoqramı" (PDF). 2022-03-02 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-04-16.
  58. "Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvlərinin və əvəzedici üzvlərinin seçilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN QƏRARI". 2022-05-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-16.
  59. "Tahir Kərimlinin partiyası VHP ilə birləşir? - "Təşəbbüs mənim olub"". 2023-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-06.
  60. modern.az. "Vəhdət Partiyası qeydiyyata alınmadı". modern.az (az.). 2023-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-11.
  61. "Azərbaycanda növbəti Prezident seçkiləri bu tarixdə keçiriləcək - Seçki Məcəlləsi DƏYİŞDİRİLİR". 2019-05-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-05.
  62. "Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək". Milli.az. 2023-12-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 dekabr 2023.
  63. modern.az. "Fevralın 7-si qeyri-iş günü olacaq". modern.az (az.). 2023-12-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-07.
  64. ""Növbədənkənar prezident seçkiləri yeni bir eranın başlanğıcı olacaq"". sia.az. 2023-12-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-16.
  65. "Tahir Kərimlinin Partiyası seçkilərə qatılmayacaq: "İlham Əliyevi dəstəkləyirik!"". Pravda.az. 2023-12-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-21.
  66. "Partiyalarımız hara sığınır?". 2010-02-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-02-04.
  67. "Daha 5 siyasi partiya ofis sahəsi ilə təmin olunub (FOTO)". 2022-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-15.
  68. ""Lider" TV-nin binası partiyalara verilib". Azərbaycan24. 2022-06-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-02.