Üçüncü Reyx

dağılıb | |
Almaniya İmperiyası | |
---|---|
Deutsches Reich (1933-1943) Großdeutsches Reich (1943-1945) | |
Şüar: alm. Ein Volk, ein Reich, ein Führer ("Bir millət, bir imperiya, bir rəhbər") | |
Himn: Das Lied der Deutscher Horst-Wessel-Lied (ikinci) | |
![]() 1944-cü ildə Almaniya İmperiyası | |
1933 — 1945 | |
Paytaxt | Berlin |
Dil(lər) | Alman |
Din | Dünyəvi dövlət |
Pul vahidi | Reyxsmarka |
Sahəsi | 696,265 km² (1941-ci ildə) |
Əhalisi | 90,030,775 (1941-ci ildə) |
İdarəetmə forması | Respublika |
Dövlət rəhbərləri | |
Prezident | |
· 1933 — 1934 | Paul fon Hindenburq |
Fürer | |
· 1934 — 1945 | Adolf Hitler |
Prezident | |
· 1945 | Karl Dönits |
Vikianbarda ![]() |
Üçüncü Reyx (alm. Drittes Reich; Reich – dövlət, imperiya) – Almaniya imperiyasının 1933-cü il yanvarın 30-unda 1945-ci il mayın 23-dək dövrünün qeyri-rəsmi adı. Bəzi tarixçilər Almaniyanın kapitulyasiya gününü 8 may günü hesab edirlər. Rəsmi surətdə isı o öz tarixini 23 mayda, Karl Dönits hökumətinin həbsi ilə bitirmişdir.
Ədəbiyyatda o həmçinin nasional sosialist və faşist Almaniyası kimi də tanınır. Axırıncı termin ancaq sovet tarix elmində işlədilirdi və dəqiq deyildir. Çünki, İtaliyadakı Benito Mussolininin faşist rejimi arasında siyasi rejimdə, ideologiyada və yəhudilərə münasibətdə müəyyən fərqlər vardır.
Nasist ədəbiyyatında rejim həmçinin "Minillk reyx" (alm. Tausendjähriges Reich) adlandırılırdı.
Üçüncü reyx Adolf Hitlerin rəhbərlik etdiyi Nasional Sosialist Alman Fəhlə Partiyasının hakimiyyəti ilə sıx bağlıdır. Hitler üçüncü reyxin bütün hakimiyyəti ərzində onun yeganə reyxskansleri və fürer olmuşdur.

Terminin yaranması[redaktə | əsas redaktə]
"Üçüncü Reyx" terminin yaradıcısı alman yazıçısı və tərcüməçisi Möller van den Brukdur. O, 1923-cü ildə "Üçüncü Reyx" adlı kitab nəşr etdirir.
Birinci Reyx – 962-ci ildə kral I Otto tərəfindən yaranmış Müqəddəs Roma imperiyası hesab olunur. Bu reyx I Napoleonun hücumları nəticəsində dağılmışdı.
İkinci reyx – 1871-ci ildə Alman imperatoru I Vilhelm tərəfindən yaranmış, 1918-ci ildə Noyabr inqilabı nəticəsində dağılmışdı.
Üçüncü reyx – zəif Veymar Respublikasını əvəz etməli idi.
Hitler 1934-cü ilin sentyabrında Nürnberqdə etdiyi çıxışında bu reyxin 1000 il yaşayacağını qeyd etdikdən sonra, bu dövləti "Minillik reyx" adlandırmışlar.
Nasizm ideologiyası[redaktə | əsas redaktə]
- rasizm, antisemitizm, qatı millətçilik, sosial darvinizm, irqi gigiyena;
- antimarksizm, antikommunizm, demokratiyanı inkar;
- totalitarizm, rəhbərə sevgi;
- yeni ərazilər, Şərqə hücum;
- millətin sağlamlığı (homoseksualların, psixi xəstələrin məhvi);
- Almaniyanın işğal olunmuş ərazilərin yenidən almaq.
Mənbə[redaktə | əsas redaktə]
- В. И. Дашичев. Банкротство стратегии германского фашизма. Москва, Издательство "Наука", 1973.
- Н.Гудрик-Кларк. Оккультные корни нацизма, Евразия,1993,ISBN 5-85233-003-18
- История Третьего рейха и национал-социализма в Германии в 1933—1945 гг. Военно-познавательный и Исторический портал.
- Канал истории: Третий рейх на видео
- Третий рейх в цвете История Второй мировой войны
- Материалы о политике, войсках, лидерах, знаках различия, униформе и военных традициях армии Германии времен Третьего рейха
- Марк Уолкер. "Наука при национал-социализме"
- Оружие Третьего рейха
- Самсон Мадиевский. "„Народное государство" Гитлера"
- Русскоязычный сайт "Эстетика нацизма"
- Рецензия на книгу С. А. Мадиевского "Другие немцы. Сопротивление спасателей в Третьем рейхе"
- Ватикан и гитлеровская Германия — В Либереи "Нового Геродота"
- Лица третьего РЕЙХА
- Третий рейх
Həmçinin bax[redaktə | əsas redaktə]
This page is based on a Wikipedia article written by contributors (read/edit).
Text is available under the CC BY-SA 4.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.