Prezident

Wikipedia open wikipedia design.

Vikipediya Bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediya kömək edə bilərsiniz.
Əgər mümkündürsə, daha dəqiq bir şablondan istifadə edin.
Bu məqalə sonuncu dəfə Samral tərəfindən redaktə olundu. 6 ay əvvəl. (Yenilə)
İcraedici hakimiyyət

Prezident (lat. pre - "əvvəl" və sedere - "oturmaq" sözlərindən, "öndə oturan" mənasını verir) - seçki yolu ilə müəyyən olunan dövlət və ya inzibati-ərazi vahidinin rəhbəri, yaxud kollegial orqanın, ictimai birliyin və ya kommersiya təşkilatının sədri.

Bəzi ölkələrdə isə (məsələn, ABŞ-da) bu vəzifəni nə vaxtsa tutmuş bütün şəxslərə ömürlük verilən titul. Prezident idarə üsuluna sahib olan ölkələrdə prezident icraedici hakimiyyətin rəhbəri, parlament idarə üsuluna sahib ölkələrdə isə yalnız dövlət başçısıdır. Müasir dövrdə bəzən seçki yolu ilə deyil, dövlət çevrilişi yolu ilə hakimiyyətə gələn diktatorlar da özlərini rəsmi olaraq prezident adlandırırlar.

Tarixi[redaktə | əsas redaktə]

Tarixdə ilk dəfə "prezident" titulunu milli rəhbər mənasında istiqlaliyyət müharibəsi dövründə Corc Vaşinqton istifadə etmişdir. 1787-ci ildə ABŞ Konstitusiyası qəbul olunanadək o, Britaniya İmperiyasına qarşı üsyan qaldıran ştatların "Kontinental konqres"inin prezidenti olmuş, sonradan isə ABŞ-ın prezidenti seçilmişdir.



This page is based on a Wikipedia article written by contributors (read/edit).
Text is available under the CC BY-SA 4.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.

Destek