Vinston Çörçill

Vinston Çörçill
ing. Winston Churchill
10 may 1940 – 26 iyul 1945
ƏvvəlkiNevill Çemberlen
SonrakıKlement Ettli
26 oktyabr 1951 – 5 aprel 1955
ƏvvəlkiKlement Ettli
SonrakıEntoni İden
Avropa Şurası Parlament Assambleyasının nümayəndəsi[d]
13 avqust 1949 – 26 noyabr 1951
1914 – 1918
ƏvvəlkiEndryu Karnegi
Şəxsi məlumatlar
Doğum adı Winston Leonard Spencer Churchill
Doğum tarixi 30 noyabr 1874(1874-11-30)[1][2][…]
Vəfat tarixi 24 yanvar 1965(1965-01-24)[1][2][…] (90 yaşında)
Vəfat səbəbi insult
Dəfn yeri
  • Müqəddəs Martin kilsəsi[d]
Partiya
Təhsili
  • Harrou Məktəbi[d]
Fəaliyyəti siyasətçi, tarixçi
Dini Anqlikan kilsəsi
Hərbi xidmət
Mənsubiyyəti Birləşmiş Krallıq, Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığı
Qoşun növü Britaniya Ordusu[d], süvari
Döyüşlər
Rütbəsi mayor[d][3]

Təltifləri 1939–45 Star Africa Star France and Germany Star Queen Elizabeth II Coronation Medal "Görkəmli xidmətə görə" medalı Territorial Decoration Order of the Oak Crown Military Medal of Luxembourg Grand Cross of the Order of the Oak Crown 1914–15 Star British War Medal Order of Liberation Hərbi medal (Fransa) Croix de Guerre Queen's Sudan Medal Queen's South Africa Medal "Ağ şir" ordeninin böyük xaçı Knight Grand Cross in the Order of the Netherlands Lion King George V Silver Jubilee Medal King George VI Coronation Medal Azadlıq Xaçı Knight Grand Cross with Collar of the Order of Saint Olav‎ "Ağ şir" ordeni Grand Cordon of the Order of Leopold Fil ordeni
ədəbiyyat üzrə Nobel mükafatı
Companion of the Liberation
Charlemagne Prize
Knight of the Garter "Xidmət" ordeni Companion of Honour Qələbə medalı Order of the Star of Nepal
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ser Vinston Leonard Spenser Çörçill (ing. Sir Winston Leonard Spencer-Churchill; 30 noyabr 1874[1][2][…]24 yanvar 1965[1][2][…]) — ingilis siyasi və dövlət xadimi, natiq və yazıçı, 1940–1945 və 1951–1955-ci illərdə Böyük Britaniyanın baş naziri və dünyanın bugünkü simasını müəyyənləşdirən əsas şəxslərdən biri. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına 46-cı şəxs olaraq daxil edilib.

Həyatı[redaktə | mənbəni redaktə et]

Vinston Çörçill hərbi formada (1895)

Vinston Çörçill 1874-cü il noyabrın 30-da Blenheym şəhərində dünyaya göz açmışdır. O, ata tərəfdən hersoq Marlboronun nəslindən idi. Ana tərəfdən isə admiral Frensis Dreykə qohumluğu çatırdı.

Çörçill 1895-ci ildə orduya daxil olmuş, HindistanSudanda hərbi ekspedisiyalarda iştirak etmişdir. 1899–1902-ci illərdə İngilis-Bur müharibəsi zamanı "Morninq Post" qəzetinin hərbi müxbiri vəzifəsində olarkən əsir düşmüşdür. Əsirlikdən qaçmağı bacaran Vinston siyasi fəaliyyətə başlayır. Mühafizəkarlar partiyasından parlamentə seçilir, lakin 1904-cü ilin aprelində Çemberlenə etiraz olaraq liberalların tərəfinə keçmir. 1905–1911-ci illər ərzində o, Koloniyalar naziri, Ticarət naziri, Daxili İşlər naziri vəzifəsində çalışmışdır. 1911–1915-ci illərdə isə Hərbi Dəniz naziri vəzifəsində olarkən Britaniya donanmasını Almaniya ilə gələcək müharibəyə hazırlayır. 1915-ci ilin fevralında Çörçillin əmri ilə keçirilən GeliboluDardanelə hücum əməliyyatı iflasa uğrayır. 1915-ci ilin ortalarında Çörçill admirallıqdan istefa verdiyini bildirir.

1917-ci ildə Lloyd Corcun köməyilə koalisiya hökumətinin tərkibinə gətirilir. Hərbi nazir vəzifəsinə təyin edilən Çörçill geniş sayda tank istehsalına başlayır və buna görə "tankların atası" ləqəbini qazanır. 1917-ci ildə Rusiyada oktyabr inqilabından sonra, bolşeviklərə qarşı "14 dövlətin yürüşü" planını hazırlayır.

1918–1922-ci illərdə Hərbi nazir və Aviasiya naziri olan Çörçill 1924–1929-cu illərdə Stenli Bolduin hökumətində Maliyyə naziri vəzifəsində çalışır.

II Dünya müharibəsi illərində[redaktə | mənbəni redaktə et]

Çörçill, Ruzvelt və Stalin Yalta konfransında

1939–1940-cı illərdə Çörçill Hərbi Dəniz naziri vəzifəsində çalışır. 1940-cı il mayın 10-da Vermaxtın Fransaya hücumu ilə Müdafiə naziri vəzifəsinə təyin olunur. Nümayəndələr Palatasının sədri seçilir. İlin sonunda isə mühafizəkarların lideri kimi Böyük Britaniyanın baş naziri olur.

Çörçill 1941-ci il iyunun 12-də SSRİ ilə İngiltərə arasında əməkdaşlıq müqaviləsi imzalanmasına nail olur. 1941-ci il iyunun 22-si — Almaniyanın SSRİ-yə hücum etdiyi gün Çörçill London radiosu ilə çıxışında SSRİ-ni dəstəklədiyini bildirir. 1942-ci il yanvarın 1-də prezident Ruzvelt, baş nazir Çörçill, SSRİ-nin səfiri Mixail Litvinov və Çinin səfiri T. Sunq Ruzveltin kabinetində "Birləşmiş Millətlərin Nizamnaməsi" adlı sənədi imzalayırlar. Birləşmiş Millətlər ifadəsi Çörçillin ideyasıdır. O, Bayronun şeirindəki "gələcəyin birləşmiş millətlərinin qılıncı" misrasından Birləşmiş Millətlər söz birləşməsini yeni yaranacaq təşkilatın adı kimi götürür.

1943-cü il 28 noyabr-1 dekabr tarixlərində antihitler koalisiyası liderlərinin — SSRİ, ABŞBöyük Britaniyanin iştirakı ilə keçirilən Tehran konfransında Çörçill 2-ci cəbhənin açılmasına qəti etirazını bildirir. Bu konfransdan sonra o, ledi Vayolet Bonem Karterə belə söyləmişdi: "Həyatımda birinci dəfə anladım ki, biz kiçik xalqıq. Mənim sağımda rus ayısı, solumda isə amerika bizonu oturmuşdu. Bu iki nəhəngin ortasında isə balaca ingilis eşşəyi əyləşmişdi."

1945-ci il 8 mayda U. Çörçill Almaniyanın kapitulyasiyası barədə ilk xəbəri verir. Almaniyanını kapitulyasiyasından sonra Çörçill ABŞ ordularının şərqə doğru irəliləməsinin dayanmamasını tələb edir. SSRİ, ABŞ və İngiltərə hökumətlərinin iştirak etdiyi Potsdam konfransında (1945-ci il, 17 iyul-2 avqust) Çörçillin əsas məqsədi Almaniyanın işğal zonalarının konkret sərhədləri müəyyənləşdirilərkən Sovet İttifaqına güzəştə getməmək, hüquqlarını məhdudlaşdırmaq oldu.

Fulton çıxışı[redaktə | mənbəni redaktə et]

border=none Əsas məqalə: Fulton çıxışı

Vinston Çörçill 1946-cı il martın 5-də ABŞ-nin Missuri ştatının Fulton şəhərindəki Vestminster kollecində səsləndirdiyi "Sülhün əzələləri" adlı çıxışında "Qərb demokratiyasını SSRİ və dünya kommunizmi təhlükəsinə qarşı birləşməyə və ingilisdilli xalqların qardaşlıq assosiasiyasını" yaratmağa çağırır. Çörçill ilk olaraq sovetlərə qarşı "dəmir pərdə"nin yaradılması ideyasını irəli sürür. Bu "dəmir pərdə" Şərqi və Qərbi Avropa arasında (Baltikdə Şeçindən — Adriatikdəki Triestə kimi) çəkilməli idi.

Siyasi fəaliyyətinin son dövrləri[redaktə | mənbəni redaktə et]

Vinston Çörçill baş nazir iqamətgahının önündə

V. Çörçill 19 sentyabr 1946-cı ildə İsveçrənin Sürix şəhərinin universitetində "Oyan, Avropa" adlı çıxış edir. O, Avropa dövlətlərinə müraciət edərək, onları Avropa Birləşmiş Ştatları yaratmağa, Almaniya və Qərbi Avropa dövlətlərini birgə ittifaqa çağırır. C. Çörçill 1951–1955-ci llərdə yenidən Böyük Britaniyanın baş naziri olur. 1955-ci ilin aprelində öz səhhəti ilə (beyinə qan sızması) əlaqədar olaraq hakimiyyətdən imtina etdiyini bildirir.

Vəfatı[redaktə | mənbəni redaktə et]

O, 80 yaşından depressiyadan əziyyət çəkməyə başlayır və ruhi sarsıntılar keçirir. Ömrünün son 10 ilini tənha yaşamağa üstünlük verir. 1965-ci ilin yanvarın 24-də Çörçill ölüm yatağında bu son sözləri deyir: "Hər şey necə cansıxıcıdır".

Ədəbi fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Vinston Leonard Spenser Çörçill ədəbiyyat sahəsində Nobel mükafatı alan ilk və yeganə hökumət başçısıdır. Yarım əsr ərzində Böyük Britaniya dövlətinə sədaqətlə xidmət edən, onun bir çox uğurlarına imzasını atan Çörçill təkcə böyük siyasətçi deyil, həm də zəmanəsinin görkəmli yaradıcı şəxsiyyətlərindən biri idi.

Əslində onu siyasət zirvəsinə aparan yol da yaradıcı əməkdən — jurnalistikadan başlanmışdı. Sandxersdəki quru qoşunları məktəbini bitirdikdən sonra 1895-ci ildə leytenant Çörçill "Deyli qrafik" qəzetinin müxbiri kimi ispan-amerikan müharibəsinin qızışdığı Kubaya getmişdi. Göndərdiyi məqalə və xəbərlər təkcə operativliyi ilə deyil, həm də təsvirlərinin canlılığı ilə diqqəti çəkirdi.

Hindistanın şimal-qərb sərhəddində xidmət etdiyi 1896–1897-ci illərdə də Çörçill hərbi vəzifə borclarını yerinə yetirməklə bir sırada yaradıcılığını da davam etdirmişdi. Bu dövrdə o, "Malakand səhra hissələrinin tarixi" kitabını, habelə ilk və son bədii əsərini — "Savranola, Lauraniyada inqilabın tarixi" romanını yazmışdı.

1899-cu ildə isə Çörçill həm zabit, həm də "Morninq post" qəzetinin hərbi müxbiri kimi lord Kitçenerin rəhbərliyi ilə Sudana göndərilən Nil ekspedisiyasında iştirak etmişdi. Topladığı materiallar əsasında "Çay müharibəsi. Sudanın yeni fəthinin tarixi" (1899) kitabını çap etdirmişdi.

Mühafizəkarlar partiyasından parlamentə seçilmək planı baş tutmayanda Çörçill "Morninq star"ın hərbi müxbiri kimi bu dəfə dünyanın digər bir qaynar nöqtəsinə — ingilislərlə burlar arasında müharibənin yenidən alovlandığı Cənubi Afrikaya getmişdi. Başgicəlləndirici Afrika macəralarından — əsirlikdən, qısa müddətli həbsdən sonra o qəhrəman kimi İngiltərəyə dönmüşdü. Çörçill 1908-ci ildən başlayaraq müxtəlif vaxtlarda Böyük Britaniya hökumətində müstəmləkələr nazirinin müavini, daxili işlər naziri, müdafiə naziri — Admirallığın birinci lordu, hərbi sənaye naziri, müstəmləkələr naziri, maliyyə naziri, iki dəfə baş nazir vəzifələrini tutmuşdu. Hər iki Dünya müharibəsi zamanı İngiltərənin dövlət sükanı bu müdrik və uzaqgörən siyasi liderin əlində olmuşdu. Çörçill Britaniyanın hər iki savaşdan minimal itkilərlə çıxmasını təmin etmişdi.

Və bütün bu son dərəcə mürəkkəb dövlət işlərindən azacıq vaxt tapan kimi o, yazmaqla məşğul olmuşdu. Təkcə qələmindən çıxan əsərlərin adları Çörçillin maraq dairəsi və dərin zəkası haqqında təsəvvür yaradır. 1923–1929-cu illərdə o, Birinci Dünya müharibəsinin tarixini əks etdirən dörd cildlik "Dünya böhranı" kitabını yazmışdı. İngilis tarixçisi Troper-Rover bu kitabı "tarixdə ən parlaq hərbi memuarlar" kimi dəyərləndirmişdi.

Parlamentə seçilmədiyi, dövlət işindən kənarda qaldığı 1929–1939-cu illərdə Çörçill bütün qüvvəsini yaradıcılığa vermiş, nəslinin tarixinə müraciət edərək dörd cildlik "Malboro. Onun həyatı və dövrü" əsərini yazmışdı.

Çörçill qeyri-adi istedada malik natiq idi. Şifahi çıxışlarının hər biri əslində öz ritmi, kompozisiyası, süjeti olan bitkin əsər sayıla bilərdi. Faşistlər İngiltərəyə hücumlarını intensivləşdirəndə o, baş nazir kimi xalqa müraciətlə demişdi: "Biz öz adamızı nəyin bahasına olursa olsun müdafiə edəcəyik. Biz dəniz sahillərində vuruşacağıq. Biz aerodromlarda vuruşacağıq. Biz çöllərdə və küçələrdə vuruşacağıq. Biz dağlarda vuruşacağıq. Biz heç zaman təslim olmayacağıq!"

İkinci Dünya müharibəsi başa çatanda o, tərkibinə Almaniyanın da daxil olduğu Avropa Birləşmiş Ştatları — indiki Avropa Birliyi modelini təklif etmişdi. 1948–1954-cü illərdə Çörçill altı cildlik "İkinci Dünya müharibəsi" əsərini yazmışdı. Bu əsərdə tarixi faktlarla şəxsi memuarlar son dərəcə bacarıqla uzlaşdırılmışdı.

1953-cü ildə, Vinston Çörçill sonuncu dəfə Böyük Britaniyanın baş naziri olduğu dövrdə İsveç Akademiyası onu "tarixi və bioqrafik xarakterli əsərlərinin böyük ustalığına, habelə ən yüksək insani dəyərlərin müdafiəsinə yönəlmiş parlaq natiqlik məharətinə görə" yekdilliklə Nobel mükafatına layiq bilmişdi.[4] Təqdimat mərasiminin keçirildiyi gün — dekabrın 10-da Çörçill Baham adamlarında beynəlxalq konfransda olduğundan mükafatı İsveç kralından yarım əsrə yaxın birgə ömür sürdüyü həyat yoldaşı Klementina Hozer almışdı.

Ömrünün sonunda, yaşına və səhhətinə görə siyasi fəaliyyətdən uzaqlaşdığı dövrdə Çörçill dörd cildlik "İngilisdilli xalqların tarixi" tədqiqatını tamamlamışdı. Gözəl rəsm əsərləri və bənnalıq sənətinin sirlərinə bələdliyi də baş nazirin sənətə yad olmadığının əlavə dəlil-sübutları sayıla bilər.

Vinston Çörçill kifayət qədər uzun həyatı və siyasi karyerası dövründə bir çox dünya ölkələrinin ali mükafatlarına layiq görülmüşdü. Onların sırasında Nobel mükafatının da təbii və qanunauyğun yeri vardır.

Mükafatları[redaktə | mənbəni redaktə et]

1953-cü ildə Ədəbiyyat sahəsində Nobel mükafatı alır. Həmin ildə kraliça II Elizabet tərəfindən "Bağlama ordeni"nə layiq görülür. 1963-cü ildə isə ABŞ-nin fəxri vətəndaşı olur.

2002-ci ildə Birləşmiş Krallıqda "BBC" teleradioşirkəti tərəfindən keçirilmiş 1 milyondan çox insanın iştirak etdiyi sosioloji sorğuda Vinston Çörçill bütün dövrlərin ən dahi britaniyalısı seçilir.

Maraqlı faktlar[redaktə | mənbəni redaktə et]

  • Çörçill gündə 10 siqar çəkirmiş.[5]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 4 Winston Leonard Spencer (Lord) Churchill (nid.).
  3. 1 2 The London Gazette 27799 (brit. ing.). 1905. burax. 27799. S. 3866.
  4. Nadir Qocabəyli, Portret: Vinston Çörçil. Ədəbiyyat üzrə Nobel mükafatı almış nəhəng siyasətçi. [ölü keçid] kult.az 08.06.2008 (az.)
  5. "Arxivlənmiş surət". 2023-01-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-08.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]