Advertising Enquiries

Adolf Eyxman

Wikipedia open wikipedia design.

Adolf Eyxman
alm. Otto Adolf Eichmann
Adolf Eichmann, 1942.jpg
bayraqReyx Təhlükəsizliyinin Baş İdarəsinin Amt IV-ün alt bölməsi olan Referat IV B4-ün rəhbəri
Gestaponun IV B4 bölməsinin müdiri
1941-ci il — 1945-ci ilin mayına qədər
Şəxsi məlumatlar
Partiya
Doğum tarixi 19 mart 1906(1906-03-19)
Doğum yeri Zolinqen, Reyn vilayəti, Prussiya krallığı, Almaniya İmperiyası
Vəfat tarixi 1 iyun 1962(1962-06-01) (56 yaşında)
Vəfat yeri Ramla, İsrail
Vəfat səbəbi asılma[d]
Dəfn yeri
Atası AdolfKarl Eyxman
Anası Mariya Şefferlinq
Həyat yoldaşı Veronika "Vera" Libel (1909-1997)
Uşaqları


  • Klaus (Nikolas) Eyxman (1936-cı il təvəllüdlü)
  • Horst Adolf "Adolfo" Eyxman (1940-cu il təvəllüdlü)
  • Diter Helmut Eyxman (1942-ci ildə anadan olub)
  • Rikardo Fransisko Libl (Eyxman) (1955-ci ildə anadan olub)
Hərbi xidmət
Xidmət illəri 1932-1945
Mənsubiyyəti Flag of Germany (1935–1945).svg Üçüncü Reyx
Qoşun növü SS
Rütbəsi SS-Obersturmbannführer Collar Rank.svg SS Oberşturmbannführeri
Rəhbərlik edib SS birləşmələri
Döyüşlər İkinci Dünya Müharibəsi

Adolf Eichmann (signature).svg
Commons-logo.svg Vikianbarda əlaqəli mediafayllar

Otto Adolf Eyxman[1] (alm. Otto Adolf Eichmann‎; 19 mart 1906(1906-03-19)[2][3][…], Zolinqen[d], Reyn əyaləti[d][2]31 may 1962(1962-05-31)[2][3][4] və ya 1 iyun 1962(1962-06-01)[5][6], Ramla[2]) — alman zabiti, Gestapo məmuru, yəhudlərin kütləvi şəkildə məhv edilməsinə birbaşa cavabdeh şəxs.[7]

"Yəhudi məsələsinin son həllinə" cavabdeh olan Gestaponun IV B 4 şöbəsinin rəhbəri. SS Oberşturmbannfureri. Müharibədən sonra məhkəmədən qaçaraq Cənubi Amerikada gizlənmişdir. Burada İsrail kəşfiyyatı "Mosad"ın agentləri onu izləmiş, qaçıraraq İsrailə aparmış, orada məhkum olunaraq edam cəzası almış və edam edildişdir.

Həyatı[redaktə | əsas redaktə]

1906-cı il martın 19-da Zolinqen şəhərində anadan olmuşdur.

Ailə, qohumlar[redaktə | əsas redaktə]

Atası — Adolf Karl Eyxman "Elektrik Tramvay Şirkətində" (Zolinqen) mühasib idi, 1913-cü ildə o iş yerini Dunay çayı üzərində yerləşən Linz şəhərindəki (Avstriya) "Elektrik Tramvay Şirkəti"nə dəyişdi. Burada Adolf Karl 1924-cü ilə qədər kommersiya direktoru olaraq çalışdı. Ailə şəhərin mərkəzində Bisşofstrasse 3-də çox mənzilli yaşayış binasında yerləşmişdi. Bir neçə onillik ərzində Eyxmanın atası Linzdəki evangelist kilsə icmasının ictimai rəhbəri idi. O, iki dəfə evli olmuşdur (ikinci dəfə 1916-cı ildə).

Anası — Mariya Eyxman, qız soyadı Şhefferling (1916-cı ildə vəfat etmişdirdir).

Qardaşları - Emil (1908-ci il doğumlu); Helmut (1909-cu il doğumlu, Stalinqradda ölmüşdür); bacısı - İrmqard, (1910 və ya 1911-ci il doğumlu), kiçik qardaşı - Otto.

1935-ci ildə Adolf Eyxman katolik adət ənənlərinə sadiq kəndli ailəsindən olan Veronika Libl (1909-93) ilə ailə həyatı qurdu. Bu nigahdan onun dörd oğlu oldu:

Kiçik oğulu atasını qınayaraq ondan imtina etdi, üç böyük oğulu isə nasistlərə rəğbət bəslədiyindən atalarının günahsız olduğuna əmin idilər. "Daily Mail"in yazdığına görə, Horst və Klaus atalarının edamından sonra yəhudi müəssisələrinə və sinaqoqlara hücum etmək üçün terror hücrəsi yaratmışdılar. 1962-ci ildə Horst nasistlərin təbliğat əşyaları və odlu silah saxladığına görə 2 il həbs cəzasına məhkum edilmişdi.[8]

İlk illər[redaktə | əsas redaktə]

Uşaqlıqdan Adolf Xristian Gənclər Cəmiyyətinin üzvü idi, sonradan rəhbərlikdən narazı qaldığına görə Gənclər Birliyinə daxil olan "Gənc Turistlər Cəmiyyətinin" "Qrif" qrupuna keçdi. Adolf artıq 18 yaşında olanda da bu qrupda idi. Qısa boy, tünd saçlar və "xarakterik" bir burunu olduğu üçün dostlar onu "kiçik yəhudi" adlandırırdılar.[9] 4-cü sinfə qədər Linzdə ibtidai məktəbdə oxumuşdur (1913-1917). Adolf Hitler də eyni məktəbə getmişdi. Sonra Eyxman real peşə məktəbinə daxil oldu (Kayzer Frans-İosif adına real peşə məktəbi, inqilabdan sonra - Federal real peşə məktəbi) və burada da 4-cü sinifə qədər (1917-1921) təhsil aldı. Məzun olduqdan sonra 15 yaşında Dövlət Mühəndisliyi, Maşınqayırma və İnşaat Dövlət Federal Federal Məktəbinə (Linz) daxil oldu. O burada dörd semestr oxudu.

Bu müddətdə Adolfun atası öz işini açdığı üçün erkən təqaüdə çıxmışdı. Əvvəlcə o, Zalzburqda səhmlərinin 51 faizinə sahib olduğu bir mədən şirkəti qurdu (istehsal Zalzburg ilə sərhəd arasında idi, bu səbəbdən istehsal elə əvvəldən dayandı). Həmçinin o, Zalzburgda lokomobillər istehsal edən mühəndis şirkətinin ortaq sahibi oldu. Üstəlik o, Yuxarı Avstriyada İnn çayı üzərində dəyirman tikmək üçün yaradılan müəssisənin səhmlərini aldı. Avstriyadakı iqtisadi böhran səbəbindən yatırdığı pulu itirdi, mədən şirkəti bağlandı, lakin uzun illər xəzinəyə dağ mədən kirayəsi pul ödənişi etdi.

Adolf çalışqan tələbə deyildi, bu səbəbdən atası onu məktəbdən götürərək tibbi məqsədlər üçün istifadə edilən yağ şistindən, şist yağından qətran çıxartmaq üçün öz mədənlərinə işə göndərdi. İstehsalda on nəfərə yaxın insan çalışırdı. Mədəndə üç aya yaxın işlədi. Sonra onu "Yuxarı Avstriya Elektrik Şirkəti"ndə təcrübəçi kimi işə götürdülər, burada iki il yarım elektrik mühəndisliyini oxudu.

1928-ci ildə valideynləri 22 yaşlı Adolfa səyahət nümayəndəsi olaraq "Vacuum Oil"da işə düzəlməyə kömək etdilər. Onun vəzifələri sırasında Yuxarı Avstriyada böyük bir əraziyə xidmət etmək idi. Əsasən ərazidə qaz nasoslarının quraşdırılması ilə məşğul idi. Bu yerlər zəif elektrikləşdirildiyindən Eyxman kerosin tədarükünü təmin edirdi.

Hərbi əlaqələri olan Eyxmanın dostu Fridrix fon Şmidt onu "Cəbhəçi Gənclər Birliyi" sıralarına (Alman-Avstriya Cəbhə iştirakçıları Birliyinin gənclər şöbəsi) daxil etdi. Birliyin üzvlərinin əksəriyyəti monarxiya tərəfdarları idi.

SS. 1930-cu illər[redaktə | əsas redaktə]

1931-ci ildə artıq Avstriyada millətçi əhval-ruhiyyə artırdı, Nasional Sosialist Alman Fəhlə Partiyası iclasları keçirilirdi. SS isə Linzdəki keçmiş cəbhə iştirakçıları birliyindən üzvlər cəlb edirdi. Birlik üzvlərinə tüfəng təlimi ilə məşğul olmağa icazə verildiyi üçün SS bu işə xüsusi maraq göstərirdi.

1932-ci il aprelin 1-də Eyxman Ernst Kaltenbrunnerin tövsiyəsi ilə SS-yə qoşuldu. O, partiyada 889895 nömrəli üzvlük bileti, SS-də isə - 45326 nömrəli bileti aldı.

1933-cü ildə "Vacuum Oil" şirkəti Adolfu Zalzburqa köçürdü. Hər cümə o, Linzə qayıdır və orada SS-də xidmət edirdi. 1933-cü il iyunun 19-da Avstriya kansleri Enqelbert Dolfus Avstriyada Nasional Sosialist Alman Fəhlə Partiyasının fəaliyyətini qadağan etdi. Bundan qısa müddət sonra Eyxman SS-yə üzv olduğu üçün "Vacuum Oil" şirkətindən qovuldu və o, Almaniyaya köçdü.

Almaniyaya gəldikdən sonra Adolf Eyxman Yuxarı Avstriyanın qovulmuş qaulyayteri Andreas Bollekin yanına Kaltenbrunnerdən aldığı tövsiyə məktubu ilə gəldi. Bollek Kloster-Leçfelddə yerləşən "Avstriya Legionu"na daxil olmağı təklif etdi. Eyxman əsasən küçə döyüşləri təlimi keçdiyi "hücum dəstəsi"nin tərkibə daxil idi.

Sonra onu Passauya SS Reyxfürerinin rabitə qərargahının rəisi şturmbannfürer (mayor) Karl von Pixlin köməkçisi təyin etdilər. Burada Eyxman Himmlerin Münhendəki idarəsinə məktub və hesabatlar hazırlayırdı. Bu vaxta qədər o, unterşarfürer (unter zabit) rütbəsi aldı. 1934-cü ildə bu qərargah ləğv edildi, Eyxman 1934-cü ilin sentyabrına qədər qaldığı Daxaudakı "Almaniya" alayının batalyonuna təhvil verildi. Eyni zxamanda o, SS Reyxfüreri Himmlerin təhlükəsizlik xidmətində əvvəllər xidmət etmiş insanların işə götürülməsi haqqında məlumat əldə etdi. O, qəbu üçün ərizə təqdim etdi və onu SS Reyxfürerinin Təhlükəsizlik xidmətinə (SD) qəbul etdilər. Ancaq düşündüyü kimi Himmlerin qorunması işinə cəlb edilmədi. O, ancaq masonların sənədlərini sistemləşdirmək üçün adi kargüzarlıq işləri ilə məşğul oldu.

1935-ci ilin ikinci yarısında SS unterşturmfureri Baron Leopold İtz Edler fon Mildenşteyn Eyxmana SD-nin Baş İdarəsində təşkil etdiyi "Yəhudilər" şöbəsinə keçməsini təklif etdi. Mildenşteyn Adolfa sonradan SS-də daxili xidmət zamanı istifadə edilən Teodor Hertslin "Yəhudi Dövləti" kitabına dair bir şərh tərtib etməyi tapşırdı.

1936-cı ilin əvvəlində şöbə müdiri Eyxmandan əlavə başqa bir işçi Teodor Danneker - Diet Visliseni oldu. Reyx hökuməti yəhudi məsələsini həll etmək istəyirdi və bu dövrdə şöbə yəhudilərin Almaniyadan sürətlə məcburi köç etmələrini asanlaşdırmaq vəzifəsi ilə üz-üzə qaldı.

1936-cı ildə Eyxman SS oberşarfüreri (vermaxtın unter zabitlərinin - feldfebel yüksək kateqoriyasına uyğun), 1937-ci ildə - SS hauptşarfürer (oberfeldfebel) rütbələrini aldı.

Sonradan şöbə müdiri SS oberşarfüreri Herbert Haqen oldu. 26 sentyabr - 2 oktyabr 1937-ci il tarixlərində Eyxman yəhudi hərbi təşkilatı “Xaqana”nın nümayəndəsinin dəvətiylə müdiri ilə birlikdə ölkə ilə tanış olmaq üçün Fələstinə səfərə getdi.[10] Lakin ingilislərin Qahirədəki Baş Konsulluğunun onların Fələstinə girməsinə icazə verməkdən imtina etməsi səbəbindən səyahət uğursuzluqla başa çatdı. Bunun nəticəsi olaraq Qahirədə “Xaqana”nın nümayəndəsi Feyfel Polkes ilə Haqen və Eyxman arasında görüş baş tutdu. Haqen bu görüş haqqında 4-7 noyabr 1937-ci il tarixlərində tərtib etdiyi CDLXXX-8 hesabatında ətraflı məlumat verdi.[11].

1938-ci il yanvarın 30-da Eyxman SS unterşturmfüreri (leytenant) rütbəsinə yüksəldi. 1938-ci ildə Avstriyanın Anşlussundan sonra Eyxman yəhudi işləri ilə məşğul olmaq üçün Vyanadakı SD şöbəsinə təyin edildi. Eyxmanın əmri ilə Vyana yəhudi icmasının nümayəndəsi doktor Rixard Levenqers yəhudilərin sürətlə mühacirət prosesini təşkil etmək üçün bir plan hazırladı. Sonra Eyxman Vyanada mərkəzi yəhudi mühacirət təşkilatının yaradılmasını təmin etdi. Bundan sonra ölkəni tərk etmək üçün təqdim edilən sənədlərin verilməsi sanki konveyerə çevrildi.[12]

1939-cu ilin aprelində Bohemiya və Moraviya protektoratlığı yarandıqdan sonra Eyxman Praqaya göndərildi və burada yəhudilərin deportasiyası işini davam etdirməklə məşğul oldu.

1939-cu il oktyabrın əvvəlində Eyxman 1939-cu il sentyabrın 27-də yaradılan İmperiya Təhlükəsizliyinin Baş İdarəsi (RTBİ) daxil edildi. Həmin ilin dekabr ayında Eyxman IV B 4 sektorunun müdiri təyin edildi.

İkinci Dünya Müharibəsi zamanı fəaliyyəti[redaktə | əsas redaktə]

1941-ci ildə Eyxman Auşvitzə baş çəkdi, bundan sonra yəhudilərin ölüm düşərgələrinə göndərilməsinə icazə verdi.

Reynxard Qeydrixin əmri ilə 1942-ci il yanvarın 20-də "yəhudi məsələsinin son həlli" - bir neçə milyon yəhudinin məhv edilməsi ilə bağlı tədbirlərin müzakirə edildiyi Vanze konfransında iştirak etdi. Katib olaraq iclasın protokollarını hazırlayırdı. Eyxman yəhudilərin Şərqi Avropaya sürgün edilməsi məsələsini dərhal həll etməyi təklif etdi. Bu əməliyyatın birbaşa icra edilməsi Eyxmana tapşırıldı.

O, Gestapoda imtiyazlı hüquqa malik idi. Buna görə Eyxman tez-tez rəhbərləri H.MüllerE.Kaltenbrunnerin üzərindən birbaşa Himmlerdən əmrlər alırdı. 1944-cü ilin mart ayında Budapeştdən Auşvitzə aparılan macar yəhudilərinin nəqliyyatını təşkil edən dəstəyə rəhbərlik etdi. 1944-cü ilin avqustunda Himmlerə təqdim etdiyi hesabatda 4 milyon yəhudinin məhv edilməsi əksini tapmışdı.[13].

Müharibədən sonra[redaktə | əsas redaktə]

Eyxmanın Argentinaya qaçmasına imkan verən Beynəlxalq Qırmızı Xaçın Rikardo Klement adına verilən fotoşəkilli pasport

1945-ci ildə Almaniyanın məğlubiyyətindən sonra Eyxman onu axtaran müttəfiqlərdən qaçmağı bacardı. Amerikalılar tərəfindən tutulan zaman SS üzvlüyünü gizlədə bilmədi. Ancaq özünü 22-ci SS Könüllü Süvari Diviziyasında bir əsgər kimi təqdim etdi.[14] Aşkara çıxarıla biləcəyini anlayaraq həbsxanadan qaçdı.

Sonradan Fransiskan rahiblərinin köməyi ilə Rikardo Klement adına Argentina pasportu əldə edərək "siçovul çığırı" kimi adlandırılan yoldan istifadə edərək 1950-ci ildə Argentinaya qaçdı.[15][7] Eyxman ilkin olaraq hökumət podratçısı işlədiyi Tukuman əyalətində məskunlaşdı. 1952-ci ildə o, Avropaya geri döndü, yeni adı ilə öz həyat yoldaşı ilə təzədən evlənərək ailəsini Argentinaya apardı. Bu dəfə o,ailəsi ilə birgə Buenos Ayresdə məskunlaşdı. Ailə Qaribaldi küçəsi 14-də (indiki Qaribaldi küçəsi 6061) ev tikdi və 1960-cı ildə ora köçdü.[16][17] Onun ailəsi 1960-cı ilin mayına qədər Buenos Ayresdə yaşadı. Orada, o, "Mercedes-Benz"in yerli bölməsinə ofis işçisi kimi daxil oldu.[18] 1956-cı ilin sonlarında o mütəmadi olaraq dörd ay ərzində onun tərcümeyi-halını hazırlamaq niyyətində olan mühacirətdə yaşayan keçmiş nasist jurnalist Villem Sassenə geniş müsahibə verdi. O, Eyxmanın həyatından fraqmentlər, qeydlər və əlyazma nümunələri hazırladı.[19] Xatirələr sonradan 1960-cı illərin sonlarında "Life""Ştern" jurnallarında çıxan bir sıra məqalələrin əsası olaraq istifadə edildi.[20]

1958-ci il martın 19-da Birləşmiş Ştatların Mərkəzi Kəşfiyyat İdarəsi Qərbi Alman kəşfiyyat xidmətindən Eyxmanın olduğu yer və gizləndiyi ad haqqında məlumat aldı. Lakin MKİ və Qərbi Alman kəşfiyyatı Eyxmanın Federal Kansler Konrad Adenauer katibliyinin rəhbəri vəzifəsini icra edən Hans Qlobkenın nasist keçmişi haqqında məlumat verə biləcəyindən qorxaraq bu məlumatları gizlətməyə qərar verdi.[21][22]

Eyxmanın qaçırılması[redaktə | əsas redaktə]

1958-ci ildə İsrail kəşfiyyatı "Mossad" Argentinada Eyxmannın izinə düşdü. Müharibə zamanı nasistlərdən əziyyət çəkən Almaniya yəhudisi Lotar Qerman onun aşkara çıxarılmasında kömək etdi. Kor olmasına baxmayaraq, Argentinada yaşayan Lotar keçmiş nasistlərin axtarışı ilə əlaqəli hadisələrlə maraqlanırdı və Eyxmanın yoxa çıxdığını və axtarıldığını bilirdi. Buna görə qızının Üçüncü Reyxə xidmət edən atasının keçmişi ilə öyünən Nikolas Eyxman adlı bir gənclə tanış olduğunu eşitdikdə Qerman bu məlumatı bildikləri ilə müqayisə etdi və söhbətin Adolf Eyxmanın oğlu haqqında getdiyini başa düşdü. O, şübhələri haqqında müvafiq yerlərə məlumat verdi.[23]

Eyxmanın ələ keçirmə əməliyyatına şəxsən "Mossad" direktoru İsser Harel rəhbərlik edirdi. Rafi Eytan operativ qrupun komandiri təyin olundu. Əməliyyatın bütün iştirakçıları könüllülərdən təşkil edilmişdi. Onların əksəriyyəti ya müharibə zamanı nasistlərdən əziyyət çəkənlər, ya da onların qohumları idilər. Onların hamısına ciddi şəkildə xəbərdarlıq edildi ki, Eyxman İsrailə sağ salamat çatdırılmalıdı.[23] İsraildə Eyxmanın tutulmasında iştirak edənlərin tam siyahısı üzərindən gizlilik 2007-ci ilin yanvarında götürüldü.[24].

1960-cı il mayın 11-də Eyxman küçəsində bir qrup İsrail agenti tərəfindən tutuldu. Eyxmanın tutulmasını sonradan "agent yeddi qırx" və ya "Eyxmanı tutan adam" kimi tanınan Peter Malkin şəxsən həyata keçirdi.[25] [26][27][28]

Sonradan Eyxmanın oğlu Nikolas Quick jurnalına verdiyi müsahibədə atasının qaçırılmasından danışarkən deyirdi: "Mayın 12-də, qardaşım Diter gəldi və dedi: "Qoca yoxa çıxıb!" Bizim ilk düşüncəmiz bu oldu: "İsrail!" Dieter və mən təcili Buenos Ayresdən San Fernandoya yollandıq, yolda , atanın ən yaxşı dostu keçmiş SS zabitini xəbərdar etdik. İki gün əbəs yerə onu polisdə, xəstəxanalarda və meyitxanalarda axtardıq. Sonra onun qaçırıldığı məlum oldu. Bir qrup vətənpərvər alman gənci bizə kömək etmək üçün könüllü olmağa razılaşdı. Elə günlər olurdu ki, velosipedlərdə üç yüzə qədər adamın şəhərdə axtarış aparırdı. Atamın başqa bir dostu, eyni zamanda keçmiş keçmiş SS zabiti limanlarda və hava limanında nəzarət təşkil etdi. Bizimkilərdən kiminsə birinin növbə çəkmədiyi körpü, magistral yolların kəsişməsi, dəmir yolu stansiyası qalmamışdı. Gənclər qrupunun lideri: "Gəlin İsrail səfirini oğurlayaq və atanızın yerini deyənə qədər işgəncə verək." təklifi verdi. Kimsə İsrail səfirliyini partlatmağı təklif etdi. Ancaq bu planları rədd etdik ... "[14]

Villada mühafizə edilməsi[redaktə | əsas redaktə]

Qaçırıldıqdan sonra Eyxman agentlər tərəfindən Buenos Ayres şəhərinin ətrafındakı icarəyə götürülmüş villaya aparıldı. Əvvəlcə silah və zəhərlə intihara cəhd şübhəsi ilə onun üzərində yoxlama aparıldı. Adolf Eyxmannn şəxsi işində göstərilmiş xüsusi əlamətlərlə onun şəxsiyyəti təsdiq edildi. Sonra Zivi Aaroni Eyxmanın şəxsiyyətini 100% əminliklə müəyyən etməyə imkan verən ilk sorğu keçirdi. Əsir tərəddüd etmədən SS-dəki nömrələrini - 45326 və 63752-ni və həmçinin NSAFP biletinin nömrəsini - 889895 söylədi.[29] Eyxman onu kimin tutduğunu başa düşdüyünü və qısa bir inaddan sonra əsl adını dedi.[30] Mayın 3-də agentlər İsrail hökumətinə Eyxmanın tutulması barədə məlumat verdilər.[31]

Əməliyyatın sonrakı gedişatına rəhbərlik etmək üçün Harel "mobil qərargah" yaratdı. Qrup üzvləri müəyyən bir saatda görüşlərin keçirildiyi kafelərin siyahısını aldılar. Beləliklə, hər məkana yalnız bir dəfə baş çəkilirdi. [32]

Eyxman villada 9 gün gecə-gündüz mühafizə altında keçirdi. Günün çox hissəsində Eyxman mühafizəçilərin üzlərini görməmək üçün qaranlıq eynək taxılaraq yatağa qandallanmışdı. Mühafizəçilərdən biri Eyxman ilə otaqda olur və onu daim diqqətdə saxlayırdı. İkinci gözətçi qapısı daim açıq olan qonşu otaqda idi. Eyxmanın mühafizəçilərinə onunla danışmaq qəti qadağan edilmişdi və Rafi Eytan əmrin ciddi şəkildə icrasına nəzarət edirdi. Gecələr həyətdə mühafizə üçün adam qoyulurdu. Mühafizəçiləri köməyə çağırmaq üçün Eyxmanın otağına həyəcan zəngi quraşdırılmışdı. Həyətdə təhlükə anında qaçmaq üçün hazır avtomobil park edilmişdi.[31]

Villada saxlanıldığı müddətdə bu və ya digər şəkildə Eyxman ilə əlaqə quranların hamısı Eyxmana qarşı təcavüz göstərməmək üçün özlərini və bir-birlərini nəzarətdə saxlamağa və diqqət etməyə məcbur olmuşdular. Harel yazır ki, villada yemək hazırlayan yeganə qadın əsiri zəhərləmək cəhdindən özünü güclə saxlaya bilmişdi.[31]

Təhlükəsizlik səbəbi ilə evə giriş və çıxış ciddi şəkildə məhdudlaşdırılmışdı. İsser Harel özü məhkumu yalnız mayın 15-də ziyarət etdi. İndi Eyxmanın tutulduğuna tamamilə əmin olduğunu nəzərə alaraq əməliyyatçılara yeni təlimatlar verdi. Əgər evə polis basqını olardısa, bu halda Eyxman nəyin bahasına olursa olsun başqa yerə aparılmalı idi. Bu mümkün olmadığı halda, Rafi Eytan özünü Eyxmana qandalamalı və açarı ataraq polisə məhbusun kimliyini bildirməli idi. "Mossad"a üzvlük qəti şəkildə rədd edilməli idi. Polis tərəfindən tutulma halında, əməliyyatçılardan özlərini İsrail könüllüləri kimi təqdim etmələri tələb edilirdi.[31][33]

Eyni zamanda Eyxmandan intensiv ifadələrin alınması davam edirdi. Harel agentlərin Eyxmandan etdiyi cinayətləri könüllü yazılı şəkildə etiraf etmələrini və İsraildə mühakimə olunmasına razılıq əldə edə bildiklərini iddia edir.

" Mən, aşağıda imzanı atmış Adolf Eyxman könüllü olaraq bildirirəm ki, indi həqiqətən kim olduğum aşkara çıxdı və artıq məhkəmədən qaçmağa cəhdin mənası yoxdur. Mən İsrailə getməyə razı olduğumu və müvaffiq səlahiyyətli məhkəmə qarşısına çıxmağa hazıram. Sözsüz ki, hüquqi yardım alacağam və Almaniyada xidmətimin son illəri ilə bağlı faktları, heç nəyi gizlətmədən söyləyəcəyəm ki, gələcək nəsillər bu hadisələrin əsl mənzərəsini bilsinlər. Bu ərizəni könüllü olaraq imzalayıram. Mənə heç nə vəd etmədilər və hədələmədilər. Nəhayət dinclik tapmaq istəyirəm. Keçmişi artıq bütün təfərrüatlarla bərpa edə bilmədiyimdən və bəzən hadisələri xatırlamağım mümkün olmadığından, baş verənlərin mənzərəsini bərpa etməyə kömək edəcək sənədlər və şahidlər təqdim etməyinizi xahiş edirəm. Adolf Eyxman. Buenos Ayres, 1960-cı il may ayı.
İsser Harel. "Cəlladın qaçırılması". 27-ci hissə
"

İsrailə aparılma[redaktə | əsas redaktə]

Mayın 19-da "El Al" təyyarəsi Buenos Ayres hava limanına endi. İsraillilər heç kəsin şübhələnməməsi üçün təhlükəsizlik tədbirlərini artırdılar. Mayın 20-də nahar vaxtı Xarel mobil qərargahını birbaşa hava limanına köçürdü, izdihamlı bir kafedə masaların birində əməliyyatın sonuna qədər işçilərinə əmr verdi.[34]. Mayın 20-də anestezioloq Yona Elian Eyxmana trankvilizator tərkibli iynə vurdu və əyninə İsrail pilotu paltarı geyindirildi. Bundan sonra Argentinanın müstəqilliyinin 150 illiyini qeyd etmək üçün Buenos Ayresə uçan "El Al" təyyarəsinin xəstə bir heyət üzvü olaraq hava limanına gətirildi və Argentina sərhədçilərinə pilot Rafael Arnonun adına olan pasport təqdim etdi. Bundan əvvəl, Arnonun iştirakı ilə uydurma bir avtomobil qəzası təşkil edildi və mayın 20-də guya xəstəxanadan "xəstənin uçuşu həkim nəzarəti altında köçürə biləcəyini" ifadə edən sənəd düzəldildi. Sərhədçilər israilliləri nəzarət məntəqəsindən buraxdılar və Eyxman anlaqlı vəziyyətdə olmadığından etiraz edə bilmədi.[23][35] Gecə yarısında göyərtəsində Eyxmanın olduğu "El Al" təyyarəsi İsrailə tərəf uçdu.[36].

Eyxman itkin düşdükdən sonra alman icmasından təxminən üç yüz üzvü bir həftə ərzində Buenos Ayresdə axtarış apardı və onlar dəmiryolu stansiyalarını, dəniz limanlarını və aerodromları nəzarətdə saxlamağa çalışdılar. Ancaq şübhəli heç bir şey aşkarlaya bilmədilər. Nə Argentina polisi, nə də Eyxmanın qohumları onun yerini müəyyənləşdirə bilmədi.[29]

Məhkəmə prosesi[redaktə | əsas redaktə]

A.Eyxman məhkəmə iclasında (1961-ci il 5 aprel fotosu)
Eyxman Qüdsdə məhkəmə iclası zamanı

Qüdsdə Eyxman polisə təhvil verildi. Mayın 22-də Knessetin iclasında İsrailin Baş naziri David Ben-Qurion "Adolf Eyxmanın İsraildə olduğunu və tezliklə məsuliyyətə cəlb olunacağını" açıqladı. Eyxmanın fəaliyyəti alman dilini mükəmməl bilən 8 zabitdən ibarət xüsusi qurulmuş "006 saylı idarə" adlı polis bölməsi tərəfindən araşdırıldı.[37] Tezliklə başlayan məhkəmə prosesində xolokost zamanı sağ qalan çox sayda insan şahid kimi çıxış etdi.

Proses zamanı Almaniya kansleri Konrad Adenauer hökuməti, nasistlərlə əməkdaşlıq edən hakimiyətin bəzi yüksək vəzifəli şəxslərinin adlarının yayımlanmasına mane olmağa çalışaraq, İsrail hakiminə rüşvət verməyi planlaşdırırdı.[38]

İstintaq başa çatdıqdan sonra hökumətin hüquq məsləhətçisi Qideon Hausner 15 maddəlik iddianamə imzaladı.[39] Eyxman insanlığa qarşı cinayətlərdə, yəhudi xalqına qarşı cinayətlərdə, cinayət təşkilatlarına üzvlükdə (SS və SD, Gestapo) ittiham olunurdu. Yəhudi xalqına qarşı cinayətlər milyonlarla yəhudinin həbs edilməsi, onların müəyyən yerlərdə cəmlənməsi, ölüm düşərgələrinə göndərilməsi, qətllər və əmlaklarının müsadirə olunması da daxil olmaqla, bütün növ təqibləri əhatə edirdi. İttiham aktı təkcə yəhudi xalqına qarşı cinayət deyil, digər xalqların nümayəndələrinə qarşı cinayətlərlə də əlaqələndirildi: milyonlarla polyakın sürgünü, on minlərlə qaraçının həbs və ölüm düşərgələrinə göndərmək, çex partizanları tərəfindən Reynxard Qeydrixin öldürülməsinə qisas olaraq Çexiyanın Lidiçe kəndindən 100 uşağın Lodz gettosuna göndərmək və onları məhv etmək daxil idi. [40]

1961-ci il dekabrın 15-də yəhudi xalqına və bəşəriyyətə qarşı vəhşiliklərdə günahkar bilinən Eyxmana müharibə cinayətkarı kimi edam hökmü oxundu.

Edam[redaktə | əsas redaktə]

A.Eyxman Ramla həbsxanasında.

İsrail prezidenti İshak Ben-Sivi onun əfvini rədd etdi.[41] Eyxman 1962-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Ramla həbsxanasında asıldı; bu, məhkəmənin hökmü ilə İsraildəki ikinci və son ölüm cəzasıdır (İlk ölüm hökmü 1948-ci il iyunun 30-da kapitan Meir Tuvunskinin səhvən güllələnməsidir.). Başının bağlanmasından imtina edən Eyxman onlarla tezliklə yenidən görüşəcəyini və Allaha imanla öldüyünü söylədi.

" Yaşasın Almaniya! Yaşasın Argentina![15] Yaşasın Avstriya! Həyatım bu üç ölkə ilə bağlıdır və onları heç vaxt unutmayacağam. Həyat yoldaşımı, ailəmi və dostlarımı salamlayıram. Müharibə qaydalarına əməl etməyə məcbur idi və bayrağıma qulluq etdim. Mən hazıram. "

Hökmü həbsxananın rəisi Şalom Nagar icra etdi. Asıldıqdan sonra Eyxmanın cəsədi yandırıldı və külü İsrailin ərazi sularından kənarda Aralıq dənizinə səpildi.

Xanna Arendtin "Şərin adiliyi"[redaktə | əsas redaktə]

Yəhudi mənşəli alman-Amerika filosofu, siyasi nəzəriyyəçi və tarixçi, totalitarizm nəzəriyyəsinin banisi Xanna Arendt Qüdsdəki məhkəmə prosesində "The New Yorker" jurnalının müxbiri olaraq iştirak edirdi. Məhkəmə prosesindən sonra yazdığı “Şərin adiliyi: Eyxman Qüdsdə”[42] adlı kitabında müttəhimin şəxsiyyəti və etdiyi cinayətlərin vəziyyətini təhlil edir. Arendt Eyxmanın Xolokostun əsas ideoloqu olmadığı qənaətinə gəlir, ancaq kiçik düşüncəli, icraçı və totalitar bir maşında karyerasını quran şəxs olması qənaətinə gəlir. Eyxman nümunəsindəki kitabda "bütöv bir millətin mənəvi çöküşü" şəraitində günahkarların və qırğınların iştirakçılarının təkcə "qatı zülmkarlar" deyil, həm də ən adi insanların olduğu sübut edilmişdir.

"Arendtin gəldiyi qənaətə görə Eyxman heç də yırtıcı və ya bir növ psixopatoloji bir insan deyildi. O, olduqca dəhşətli dərəcədə normal bir insan idi və milyonlarla insanın ölümü ilə nəticələnən hərəkətləri işini yaxşı etmək istəyinin nəticəsi idi. Bu vəziyyətdə bu işin kütləvi qətllərin təşkil edilməsindən ibarət olması ikinci dərəcəli əhəmiyyət kəsb edirdi."[43].

Beynəlxalq reaksiya[redaktə | əsas redaktə]

Eyxmanın İsraildə olduğu məlum olduqdan sonra, Argentina hökuməti İsraili onu qanunsuz qaçırmaqda günahlandırdı. 1960-cı il iyunun 8-də Argentina rəsmi olaraq Eyxmanın geri qaytarılmasını tələb etdi və iyunun 15-də İsrailin hərəkətlərindən BMT-yə şikayət etdi.[44] Şikayətdə bu hərəkətlərin “suverenlik hüquqlarının kobud şəkildə pozulması, dünyada sülhün qorunması üçün təhlükəli bir atmosfer yarada bilər" - bildirilirdi.[45]

Bu hadisəni müzakirə etmək üçün BMT-də xüsusi iclas çağırıldı. İsrail Xarici İşlər Naziri Qolda Meir, qanunu pozan hərəkətlərə görə Argentinadan rəsmi şəkildə üzr istədi, ancaq bu vəziyyətdə haqlı olduqlarını da bildirdi.[45] Rəsmi versiyaya görə, Eyxmanın dövlət xidmətində olmayan bəzi "yəhudi könüllüləri" tərəfindən qaçırılmışdır.[46] Argentina xüsusi xidmət orqanları İsrail kəşfiyyatının bu işdə iştirakını sübut edə bilmədi. Bununla belə, BMT Təhlükəsizlik Şurasının 23 iyun 1960-cı il tarixli 138[47] saylı qətnaməsində İsrail hökumətinin heç olmasa, Eyxmanın Argentinadan qaçırılması planını bildiyi və həyata keçirilməsinə razılıq verdiyi ifadə edildi.[48]

Eyxmanın qaçırılmasının başqa bir nəticəsi Argentinada gizlənən nasistlər arasında kütləvi panikaya gətirib çıxardı. Xüsusilə Eyxman itkin düşdükdən sonra Auşvitz həbs düşərgəsi məhbuslarına ən qəddar işgəncə verənlərindən biri olan "Ölüm mələyi" ləqəbli Yozef Mengele əvvəl Paraqvaya, daha sonra Braziliyaya qaçdı.[49][50][51][52][53] Rafi Eitanın və başqa bir Mossad veteranı Aleks Mellerin sözlərinə görə, Buenos Ayresdə Mengelenin izinə düşmüşdülər, ancaq onu Eyxmanla eyni vaxtda və ya Eyxmanın tutulmasından dərhal sonra ələ keçirmək çox riskli idi.[54][55] Sonra "Mossad"ın bütün resursları "Yosele davası"na cəlb edildi və bu müddətdə Mengele izini itirməyi bacardı.[30]

Nasistlərə rəğbət bəsləyən ərəb mətbuatı Eyxmanı açıq şəkildə müdafiə edirdi. Xüsusilə, ingilisdilli İordaniya qəzeti "The Jerusalem Times" 24 aprel 1961-ci il tarixli nömrəsində yayımladığı məktubda Eyxman vasitəsi ilə "bəşəriyyətə bir xeyir gəldiyini" və "məhkəmənin 6 gün ərzində qisas almaq üçün qalan altı milyonun məhvi ilə sona çatacağına" inandığını bildirirdi.[56][57]

Düz 40 il sonra 2000-ci il iyunun 15-də Argentina Prezidenti Fernando de la Roi, ABŞ-a rəsmi səfəri zamanı İkinci Dünya Müharibəsindən sonra ölkəsinin nasistlərə sığınacaq verdiyi üçün bütün Xolokost qurbanlarından "ən dərin və ən səmimi şəkildə" üzr istədi. De la Roi Argentina hökumətinin nasist cinayətkarlarının ölkəyə necə girməyi bacardıqlarını araşdıracağını və cinayətlərdə günahkar olan bütün nasistlərin cəzalandırılacağını vəd etdi.[45]

SSRİ-də Eyxmanın tutulması, Qərbin (İsrail də daxil olmaqla) keçmiş nasistlərin kifayət qədər təqib etməmək konteksində zəif şəkildə işıqlandırılırdı. Sovet mətbuatında İsrail digər nasist cinayətkarlarının ifşa edilməsinin qarşısını almaq üçün Almaniya Federativ Respublikasının bütün tələblərini yerinə yetirən asılı bir dövlət kimi göstərilirdi. Sionist hərəkatının rəhbərliyi "Hitlerin varisləri Bonn revanşistləri ilə qanlı bir müqavilə bağlamaqda" günahlandırılaraq milyonlarla qurbanın xatirəsinə xəyanət etməkdə ittiham edilirdi. Eyxmanın məhkəməsində, SSRİ ölkə ərazisində mülki şəxslərə qarşı müharibə cinayətlərində günahkar olan faşistləri mühakimə etmək üçün bir fürsət gördü, SSRİ milyonlarla Sovet vətəndaşının ölümünə cavabdeh olaraq Eyxmanın işində maraqlı tərəf idi. İsrailin Eyxmanı mühakimə etmək hüququ yalnız ayrı-ayrı media vasitələrində şübhə altına alınmışdı.[58]

Qaçırılmanın tarixdə qoyduğu iz[redaktə | əsas redaktə]

2006-cı ildə ABŞ-da arxivlərin açılması nəticəsində məlum olmuşdur ki, 1958-ci il martın 19-da Birləşmiş Ştatların Mərkəzi Kəşfiyyat İdarəsi Qərbi Alman kəşfiyyat xidmətindən Eyxmanın olduğu yer və gizləndiyi ad haqqında məlumat almışdı. Lakin MKİ və Qərbi Alman kəşfiyyatı Eyxmanın Federal Kansler Konrad Adenauer katibliyinin rəhbəri vəzifəsini icra edən Hans Qlobkenın nasist keçmişi haqqında məlumat verə biləcəyindən qorxaraq bu məlumatları gizlətməyə qərar verdi.[59]

Nyu Yorkdakı Yəhudi İrsi Muzeyində bir müddət Eyxmanın qaçırıldığı gecə Peter Malkinin əlində olan əlcəyin tuncdan tökülmüş qəlbi nümayiş etdirilmişdir. Malkin Eyxmana çılpaq əlləri ilə toxunmaqdan iyrəndiyini söyləyirdi.[28] 2007-ci ilin may ayında Eyxmana Rikardo Klementin adına verilən pasport Buenos Ayresdəki Holokost Muzeyinə verildi. Pasport Buenos Ayresin məhkəmə arxivində tapılmışdırdı. Buraya isə o, polis tərəfindən verilmişdi. 1960-cı ilin may ayında Eyxmanın arvadı ərinin itməsi üçün ərizə verərkən pasportu polisə təqdim etmişdir.[60][61]

Eyxmanın qaçıran şəxslərin bəzi "yəhudi könüllüləri" yox, məhz "Mossad" agentləri olduğu 2005-ci ilin fevral ayında rəsmən etiraf edildi.[62] Həmçinin Eyxmanın qaçırılmasının iştirakçılarının tam siyahısı yalnız 2007-ci ilin yanvarında dərc edildi.[63] Əməliyyatda iştirak edən anestezioloqun adı 2007-ci ilin aprelində açıqlandı.[64]

2007-ci il iyunun 26-da İsrail Prezidentinin səlahiyyətlərini icra edən Dalia İtsik əməliyyat iştirakçılarına fəxri diplomlar və xatirə hədiyyələrini təqdim etdi. Əməliyyatın bir başa iştirakçılarından (Piter Malkin, Moşe Tavor və Şalom Dani) üçü artıq həyatda deyildilər.[65]

12 dekabr 2011-ci il dekabrın 12-də Qüdsdəki Knessetdə İsrailin Baş naziri Benyamin Netanyahunun iştirakı ilə Adolf Eyxmanın qaçırılması əməliyyatına həsr edilən sərgi açıldı. Sərgidə dövlət arxivindən ilk dəfə "Mossad" tərəfindən Argentinada Eyxmanın qaçırılması ilə əlaqədar, habelə İsraildəki məhkəmə işinə aid unikal eksponatlar və sənədlər nümayiş etdirilmişdi. Həmçinin bu eksponatlar arasında Ben-Qurionun Eyxmanın tutulması barədə əmri, cinayət işinin hökmü, oğurluq zamanı istifadə olunan anesteziya üçün xüsusi şpris, "Mossad" agentlərinin pasportları, biletləri və əlcəkləri, Eyxmanın məhkəmə salonunda saxlanıldığı şüşə otağı ümumi baxışa təqdim edilmişdir.[66][67]

İncəsənətdə[redaktə | əsas redaktə]

Adolf Eyxmanın özünün fəaliyyətinə, həm də qaçırılmasına aid bir neçə əsər yazılmış, bədii və sənədli filmlər çəkilmişdir. Belə ki, onun qaçırılması və məhkəməsi hekayəsi bütün dünyada məşhurlaşdığından dərhal dünyanın dörd bir yanından olan dramaturqların, yazıçıların və jurnalistlərin diqqətini cəlb etmişdir. Ancaq bu hekayənin vizuallaşdırılması yalnız 1968-ci ildə mümkün oldu, o zaman aktyor və ssenarist Robert Şou bu barədə roman yazdı və "Broadvey"də "Şüşə qəfəsdə adam" pyesini səhnələşdirdi. 1975-ci ildə bu roman və pyes əsasında rejissor Artur Hiller bir neçə ay ərzində Eyxmanın məhkəməsinin materialları və Xanna Arendtin məqalələri ilə tanış olaraq Maksimilian Şellin baş rolunu oynadığı "Şüşə qəfəsdə adam" bədii filmini çəkdi. Nasist cinayətlərinə görə kollektiv və fərdi məsuliyyətin mürəkkəb və mübahisəli mövzuları arasında çəkilən film, Xolokost qurbanlarının dolayı olaraq günahları və onların passivliyi məsələsini qaldırır, eyni zamanda İsrail Dövləti tərəfindən "Xolokostun özəlləşdirilməsinin" və "Qana qan" siyasətinin həyata keçirilməsinin mümkünlüyünün mənəvi və etik problemlərini qaldırır.

Ədəbiyyatda[redaktə | əsas redaktə]

1961-ci ildə Tuvia Fridman redaktor David Qross ilə birlikdə “Ovçu” (ing. The Hunter) avtobioqrafik kitabını nəşr etdirmişdi. Kitab 2007-ci ildə təkrar nəşr edilmişdir.[68][69] 1961-ci ildə yazıçı Moşe Perlmanın "Eyxmanın Qaçırılması" kitabı (ing. The Capture of Adolf Eichmann)[70][71] Təl-Əvivdə ivrit dilində[72]Londonda ingilis dilində nəşr olundu.[73] 2001-ci ildə Perlmanın "Adolf Eyxman necə tutuldu" kitabı rus dilində nəşr edildi.[74].

İsser Harel bu hadisələr haqqında "Qaribaldi küçəsindəki ev" kitabını yazmışdı.(ivr. הבית ברחוב גריבלדי, תל אביב: ספריית מעריב)1975, (ing. The House on Garibaldi Street[75]) Bu kitab 1992-ci ildə rus dilində "Cəlladın oğurlanması" adı ilə nəşr edilmişdir. Kitabın yazıldığı zaman "Mossad"ın agentləri rəsmi olaraq açıqlanmadığından, Harelin əsərində onlar təxəllüs altında verilmişdir. Məsələn, "Cəlladın qaçırılması" kitabında Rafi Eitan - "Qaby", Piter Malkin - "Eli", Zvi Aaroni - "Kenet" və s. adlar altında keçir. Öz adı altında verilən yeganə agent 1963-cü ildə vəfat edən saxta sənəd hazırlama mütəxəssisi Şalom Dani idi.[76]

1990-cı ildə amerikalı yazıçı Harry Stein ilə həmmüəllif olaraq Piter Malkin "Eyxman əlimizdədir" (ing. Eichmann in My Hands) kitabını yazmışdır. 1990-cı ildə Tuvia Fridman "Əməliyyatdakı rolum" sənədlər toplusunu nəşr etdirdi.[77]

1996-cı ildə Zivi Aaroni alman yazıçısı Vilhelm Dietl ilə birlikdə "Der Jäger — Operation Eichmann" kitabını buraxmışdılar.

Kinoda[redaktə | əsas redaktə]

1961-ci ildə Eyxman hələ də İsrail həbsxanasında olarkən, ABŞ-da rejissor R.J.Sprinqstin tərəfindən çəkilmiş "Eyxman Əməliyyatı" (ing. Operation Eichmann) bədii filmi sərbəst prokata buraxıldı. Eyxman rolu Verner Klemperer tərəfindən canlandırılmışdır.[78] İsser Harelin "Qaribaldi küçəsindəki ev" əsəri əsasında 1979-cu ildə Xaim Topol və Martin Balsamın baş rollarda çəkildiyi "Garibaldi küçəsindəki ev" ("The House on Garibaldi Street")[79] bədii filmi çəkilmişdir. 1996-cı ildə Harry Stein ilə Piter Malkinin yazdığı "Eyxman əlimizdədir" kitabı əsasında "Eyxmanı tutan adam" telefilmi çəkilmişdir. Filmdə Eyxman rolunu Robert Duvall, Malkinin obrazını isə Arlis Howard canlandırmışdır. Filmin konsultantı Malkin olmuşdur.[80]

2006-cı ildə Rusiyada Tuvia Fridmanın fəaliyyətinə həsr olunmuş rejissor Fyodor Stukovun "Nasist Ovçuları" 4 epizodlu sənədli filmi ekranlara buraxıldı.[81][82] 2007-ci ildə İsrail məhkəməsi sənədlərinə əsaslanan bioqrafik "Eyxman" ingilis-macar filmi ekranlara buraxıldı. Filmdə baş rolda Tomas Kreçman çəkilmişdir. Eyxmanın qaçırılması mövzusu ilə dolayı əlaqəli bir çox əsərlərdə yaradılmışdır.[83] Məsələn 2007-ci ildə ekranlara çıxan "Borc" bədii filmində üç gənc "Mossad" agentinin sağ qalan nasist cinayətkarlarından birini axtarmaq üçün Avropaya yola düşdüyü əks olunur.[84] 2009-cu ildə "Miramax" studiyası əsas rolların birində Helen Mirrenin çəkildiyi eyni adlı filmin remeykini buraxdı. Film 2011-ci ilin avqustunda studiyanın bağlanmasından sonra yayımlandı.[85][86].

2018-ci ilin avqustunda Ben Kinqslinin oynadığı Eyxmanın tutulmasından bəhs edən "Final əməliyyatı" (ing. Operation Finale) filmi nümayiş olundu.[87].

2019-cu ildə F.Dikin yazdığı "Yüksək qaladakı adam" romanının motivləri əsasında çəkilən teleserialda, 1964-cü ildə alternativ gerçəklikdə SS oberstqruppenfüreri Eyxman obrazını aktyor Timoti V. Mörfi canlandırır.

Eyxmanın gündəliyi[redaktə | əsas redaktə]

Eyxman həbsxanada gündəliklər yazırdı. Lakin İsrail hökumətinin qərarı ilə onlarla tanış olma və istifadəsi qadağan edilmişdir. 1999-cu ildə Eyxmanın oğlu İsrail Ali Məhkəməsinə gündəlikləri nəşr etdirmək məqsədiylə icazə üçün müraciət etdi. 2000-ci il fevralın 29-da İsrail hökumətinin əmri ilə Eyxmanın gündəlikləri nəşr olundu.

Onlardan məlumatlar ilk dəfə 2000-ci ilin martında Devid İrvinqin İngiltərə məhkəməsində Debora Lipstadta qarşı qaldırdığı məhkəmə prosesində Xolokost tarixinin dəlilləri olaraq açıq şəkildə istifadə edildi.

İstinadlar[redaktə | əsas redaktə]

  1. THE FIRST STAGE. THE PERSECUTION OF THE JEWS IN GERMANY Arxiv surəti 14 fevral 2012 tarixindən Wayback Machine saytında [EIchmann trial transcript] / The Nizkor Project
  2. 1 2 3 4 Almaniya Milli Kitabxanası, Berlin Dövlət Kitabxanası, Bavariya Dövlət Kitabxanası və b. Record #118529447 // Ümumi tənzimləmə nəzarəti (GND) — 2012—2016.
  3. 1 2 SNAC — 2010.
  4. 1 2 Find a Grave — 1995. — ed. size: 165000000
  5. https://www.dhm.de/lemo/biografie/adolf-eichmann
  6. https://babel.hathitrust.org/cgi/pt?id=mdp.39015065795596&view=1up&seq=178 — səh. 160/178.
  7. 1 2 Локализация Эйхмана в Аргентине (alm.)
  8. 1 2 3 [1]
  9. из книги Quentin Reynolds «The Minister of Death» (1960), об этом писали в германских газетах, вышедших в апреле 1961 года, например Abendblatt
  10. The Holocaust and the Neo-Nazi Mythomania ©1978, The Beate Klarsfeld Foundation
  11. The Holocaust and the Neo-Nazi Mythomania ©1978, The Beate Klarsfeld Foundation
  12. The Holocaust and the Neo-Nazi Mythomania ©1978, The Beate /Klarsfeld Foundation
  13. К. А. Залесский. КТО БЫЛ КТО В ТРЕТЬЕМ РЕЙХЕ
  14. 1 2 [В.] "Именем шести миллионов жертв". gzt.ru. 2009-03-21 tarixində orijinalından (html) arxivləşdirilib. İstifadə tarixi: 2010-02-21. (#parameter_ignored); (#bad_paramlink)
  15. 1 2 Палачи Третьего Рейха, которым отомстили спустя годы
  16. Cesarani, 2005. səh. 221
  17. Simon Wiesenthal Center, 2010
  18. Levy, 2006. səh. 144–146
  19. Bascomb, 2009. səh. 87–90
  20. Bascomb, 2009. səh. 307
  21. "ЦРУ знало, где скрывается Адольф Эйхман, но не выдавало его". NEWSru.com. 2009-01-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 31 декабря 2008. (#parameter_ignored_suggest)
  22. Джулиан Боргер. "Why Israel's capture of Eichmann caused panic at the CIA" (ingilis). Гардиан. 2009-02-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 31 декабря 2008. (#parameter_ignored_suggest); (#parameter_ignored)
  23. 1 2 3 Харель, 1992
  24. Впервые опубликован полный список участников охоты на Эйхмана
  25. Олег Сулькин. "Агент «Семь сорок»". Итоги № 11(457). 2009-02-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 31 декабря 2008. (#parameter_ignored_suggest); (#parameter_ignored)
  26. Олег Сулькин. "Чистые руки Питера Малкина". MIGNews. 2009-02-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 31 декабря 2008. (#parameter_ignored_suggest); (#parameter_ignored)
  27. Юрий Певзнер, Юрий Чернер. (2001). На щите Давидовом начертано «Моссад». Секретные миссии. М.: Терра. səh. 193. ISBN 5-275-00303-X.
  28. 1 2 "Умер шпион, поймавший Адольфа Эйхмана". Русская служба Би-би-си. 2010-02-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 31 декабря 2008. (#parameter_ignored_suggest); (#parameter_ignored)
  29. 1 2 Гинодман В. "Именем шести миллионов жертв". Ежедневная газета. 2009-03-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 31 января 2012. (#parameter_ignored)
  30. 1 2 Sitat səhvi: Yanlış <ref> teqi; beider adlı istinad üçün mətn göstərilməyib
  31. 1 2 3 4 Иссер Харель (1992). "Гл. 22". Похищение палача. СП Компас, УКК Данном. 255. ISBN 5-712-80004-7.
  32. Сергей Кулида. Операция «Эйхман». Радио Свобода (21 июня 2005). Дата обращения 31 декабря 2008.
  33. Şablon:Kitab 3
  34. Иссер Харель (1992). "Гл. 31". Похищение палача. СП Компас, УКК Данном. səh. 255. ISBN 5-712-80004-7.
  35. Die Welt: Nach 57 Jahren fliegt El-Al wieder nach Argentinien (alm.)
  36. Иссер Харель (1992). "Гл. 32". Похищение палача. СП Компас, УКК Данном. 255. ISBN 5-712-80004-7.
  37. Змеелов
  38. ФРГ пыталась подкупить судью во время процесса над Эйхманом
  39. Гидеон Хаузнер: «За мною — шесть миллионов…»
  40. Эйхмана процесс
  41. Суд над Эйхманом
  42. Eichmann in Jerusalem: A Report on the Banality of Evil (1963). (Rev. ed. New York: Viking, 1968).
  43. Процессы социальной идентификации, групповая динамика и поведение комбатантов
  44. "Аргентина в XX веке". Хронос. 2012-01-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 31 декабря 2008.
  45. 1 2 3 Любовь Грахова. (15 июня 2006). "Аргентина вновь извинилась перед евреями". Коммерсантъ. İstifadə tarixi: 31 декабря 2008.
  46. "День в истории: 44 года назад вынесен смертный приговор Эйхману". NEWSru.com. İstifadə tarixi: 31 декабря 2008. (#parameter_ignored)
  47. "S/RES/138 (1960). 23 июня. Вопрос, касающийся дела Адольфа Эйхмана". Совета Безопасности ООН. 2012-01-30 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 31 декабря 2008.
  48. "Ответственность государств". ООН. 2012-01-30 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 31 декабря 2008.
  49. Леонид Млечин. "Близнецы в объятиях ангела смерти". Журнал Алеф. İstifadə tarixi: 7 января 2009. (#parameter_ignored)
  50. Омеро Чаи. "Тень Менгеле над «арийской деревней»". La Repubblica. İstifadə tarixi: 30 января 2009. (#parameter_ignored)
  51. Иссер Харель (1992). "Гл. 28". Похищение палача. СП Компас, УКК Данном. 255. ISBN 5-712-80004-7.
  52. Иссер Харель (1992). "Гл. 4". Похищение палача. СП Компас, УКК Данном. 255. ISBN 5-712-80004-7.
  53. Nick Evans. "Nazi angel of death Josef Mengele «created twin town in Brazil»" (ingilis). Дейли Телеграф. 2011-08-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 30 января 2009. (#parameter_ignored)
  54. "Агент «Моссада»: Израиль мог получить доктора Менгеле, но не захотел". NEWSru.com. 23 апреля 2009. İstifadə tarixi: 2009-11-23.
  55. "Рафи Эйтан: «Мы выследили доктора Менгеле, но его спас захват Эйхмана»". NEWSru.com. 1 сентября 2008. İstifadə tarixi: 2009-11-23.
  56. Джонсон П. (2001) [A History of the Jews]. Популярная история евреев. Историческая литература (7000 nüs.). М: Вече. ISBN 5-7838-0668-4.
  57. Суд над Эйхманом // И.Телушкин. Энциклопедия «Еврейский мир»
  58. Нати (Анатолий) Канторович (2009). "Реакция на процесс Эйхмана в Советском Союзе: попытка предварительного анализа, 1960 - 1965 годы". Яд Вашем: Исследования. Часть 1. Яд Вашем.
  59. "ЦРУ знало, где скрывается Адольф Эйхман, но не выдавало его". NEWSru.com. 2009-01-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 31 декабря 2008. (#parameter_ignored_suggest)
  60. "Паспорт нацистского убийцы Эйхмана стал музейным экспонатом". NEWSru.com. İstifadə tarixi: 31 декабря 2008. (#parameter_ignored)
  61. "Argentina uncovers Eichmann pass" (ingilis). Би-би-си. 2012-01-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 31 декабря 2008. (#parameter_ignored)
  62. "Спустя 45 лет Израиль признал, что Эйхмана похитили агенты «Моссада»". NEWSru.com. İstifadə tarixi: 27 декабря 2008. (#parameter_ignored)
  63. Sitat səhvi: Yanlış <ref> teqi; spisok adlı istinad üçün mətn göstərilməyib
  64. Чач И. "Укол для Эйхмана". 2012-01-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-6-17.
  65. "Государство наградило участников операции по поимке Эйхмана с опозданием на 47 лет". NEWSru.com. İstifadə tarixi: 27 декабря 2008. (#parameter_ignored)
  66. "В Кнессете открылся мини-музей захвата Эйхмана". Портал IzRus. 12.12.2011 20:15. İstifadə tarixi: 2011-12-13.
  67. Сова Е. (13-12-2011). "«Моссад» и похищение Эйхмана: выставка в Кнессете". Русская служба Би-би-си. 2012-01-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-12-13.
  68. Tuviah Friedman. (2007). The Hunter. Kessinger Publishing. ISBN 0548438374.
  69. Кульчинский Г. "Откуда взялись неонацисты?." Вести. İstifadə tarixi: 1 января 2009. (#parameter_ignored)
  70. The Capture of Adolf Eichmann, by Moshe Pearlman книга Перлмана в библиотеке Восточного райдинга Йоркшира
  71. Library of Congress Online Catalog — книга Перлмана в Библиотеке Конгресса США
  72. Moshe Pearlman. (1961). The Capture Of Adolf Eichmann (In Hebrew). Тель-Авив: Am Oved.
  73. Moshe Pearlman. (1961). The capture of Adolf Eichmann. Лондон: Weidenfeld and Nicolson.
  74. Перлман М. (2001). Как был пойман Адольф Эйхман. Библиотека Российского еврейского конгресса. М.: Лимбус Пресс. 286. ISBN 5-8370-0166-6.
  75. Harel I. (1976) [ברחוב גריבלדי, תל אביב: ספריית מעריב]. The House on Garibaldi Street: The First Full Account of the Capture of Adolf Eichmann. Bantam Books. 328., переиздана в 1997, ISBN 978-0-7146-4315-1
  76. Иссер Харель. Предисловие автора // Похищение палача. — СП Компас, УКК Данном, 1992. — 255 с. — ISBN 5-712-80004-7.
  77. Тувья Фридман. "My Role in Operation Eichmann". Центр Симона Визенталя. İstifadə tarixi: 1 февраля 2009. (#parameter_ignored); (#parameter_ignored)
  78. Operation Eichmann (англ.) на сайте Internet Movie Database
  79. The House on Garibaldi Street (англ.) на сайте Internet Movie Database
  80. The Man Who Captured Eichmann (англ.) на сайте Internet Movie Database
  81. "Охотники за нацистами (2006)". İstifadə tarixi: 1 января 2009. (#parameter_ignored)
  82. "Охотники за Нацистами — 4 серии". 2012-01-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 1 января 2009.
  83. "Koch on Film" (ingilis). thevillager.com. 2012-02-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-2-1.
  84. The Debt (англ.) на сайте Internet Movie Database
  85. The Debt (англ.) на сайте Internet Movie Database
  86. Жогова Н. (29 января 2010). "Disney окончательно закрыл легендарную киностудию Miramax". RB.ru. "Юнайтед Пресс". İstifadə tarixi: 2010-06-06.
  87. "Operation Finale (2018)" (ingilis). IMDb. İstifadə tarixi: 2018-10-10.


This page is based on a Wikipedia article written by contributors (read/edit).
Text is available under the CC BY-SA 4.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.

Destek