Vikipediya:Silinməyə namizəd səhifələr

Zəhmət olmasa, aşağıdan yeni mövzu əlavə edin
Qısa keçid-yönləndirmə
  • VP:SNS
  • VP:SNM

Bu səhifə Vikipediyadakı səhifələrin silinməsi barədə müzakirələr aparmaq üçündür. Burdakı müzakirələr VP:SNSMÜZAKİRƏSİ qaydasına əsasən aparmalıdır. Bərpa üçün müzakirələr bu səhifədə yox bərpa üçün namizəd səhifələr səhifəsində aparılmalıdır.

Müzakirəyə qoşulmazdan əvvəl istifadəçilərdən şəxslərin ensiklopedik əhəmiyyəti, etibarlı mənbələr və digər qaydalarla tanış olmaları tələb olunur. Fikir bildirərkən silmə müzakirələrində istifadə etməkdən çəkinməli arqumentlərlə tanış olmağınız tövsiyə olunur.

Səhifə bu səhifəyə təqdim olunarkən Səhifəyə {{Silinməyə namizəd}} şablonu yerləşdirilməlidir. Müzakirə açmaq üçün aşağıdakı düyməyə klikləyin:

Yeni müzakirə yarat

Arxivləşdirilmiş müzakirələrə buradan baxa bilərsiniz. Arxivdə axtarış etmək üçün aşağıdakı axtarış formasını istifadə edə bilərsiniz.



Sonuncu divarın daşları (roman)

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

@Mosesin yazıdığı ilə razıyam müzakirə olunsun. Vusalsuvarov1996 (müzakirə) 12:15, 30 mart 2024 (UTC)Cavabla

Cek Cəmiyyəti

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

  • Fəaliyyətindən geniş bəhs edən mənbə əlavə olunmayıb. Məqalədə birliyin fəaliyyətindənsə ceklilərin 31 martda soyqırıma məruz qalmasından danışılır. Ondan sonra da birliyin adı bir dəfə dəyişib və Facebook səhifəsi fəaliyyətə başlayıb. Bu qədər? Nemoralis (müzakirə) 08:02, 30 mart 2024 (UTC)Cavabla
✔ Qalsın: məncə etnik azlıqların ictimai birlikləri ensiklopedikdir, amma başqa bir variant kimi Şahdağ xalqlarının ictimai birlikləri kimi məqalə yaradıb birləşdirmək olar. --► Hörmətlə: SolaVirum 11:31, 1 aprel 2024 (UTC)Cavabla
 Birləşdirilsin: — Şahdağ xalqlarının ictimai birlikləri kimi məqalə yaratmaq olar. Ora birləşdirmək olar. Vusalsuvarov1996 (müzakirə) 16:22, 1 aprel 2024 (UTC)Cavabla
Məqalədə ümumiyyətlə fəaliyyətindən bəhs olunmur. Birliyin adının dəyişməsi və facebook səhifəsinin açılmasıdır tək fəaliyyəti? Nemoralis (müzakirə) 19:45, 1 aprel 2024 (UTC)Cavabla
✔ Qalsın: Solavirumun fikirləri ilə razıyam. — Tarixi Nadir (müzakirə) 20:02, 1 aprel 2024 (UTC)Cavabla
✔ Qalsın: Məqalənin saxlanılmasında heç bir problem görmürəm. Məzmun olaraq da ensiklopedik hesab edilməlidir məncə.— Baskervill 15:47, 3 aprel 2024 (UTC)Cavabla
@Baskervill, @En Merker, məqalədə birliyin fəaliyyətindən bəhs olunmur. 10 istinad var, 5-i ölü, 2-si məqaləni yaradan istifadəçinin yazdığı məqalədir. Qalanları isə ümumiyyətlə birlikdən yox soyqırımdan bəhs edir. VP:TƏŞKİLAT kriteriyasının hansı bəndini ödəyir? Nemoralis (müzakirə) 19:39, 3 aprel 2024 (UTC)Cavabla
  • X Silinsin: Şübhəsiz qeyri-ensiklopedikdir. Haqqında heç bir mənbə yoxdur, məqalənin özündə belə mənbə yerləşdirilə bilinməyib, 10 istinaddan 6-sı mövzudan əlaqəsizdir, 3-ü tərəfli mənbədir (2-sində adının keçib-keçmədiyi belə yoxlanıla bilmir), 1-də adının keçməsi ehtimalı var. Ümumiyyətlə məqalənin özündə qurumun fəaliyyəti haqqında heç bir məlumat yoxdur ki, ensiklopedikliyini dəyərləndirək. Bu məqalədə hansı faktı dəyərləndiririk bilmirəm, nəyin ki ensiklopedik hesab etmək. — Sura Shukurlu (müzakirə) 13:41, 11 aprel 2024 (UTC)Cavabla
  • X Silinsin: ayrıca ensiklopedik yükü yoxdur. Cek səhifəsinə bölmə kimi  Köçürülsün:. Toghrul R (m) 12:08, 24 aprel 2024 (UTC)Cavabla
  • Ceklilər məqaləsində bölmə kimi verilə bilər. Müstəqil mövzu olaraq əhəmiyyətli deyil. Eminn (müzakirə) 12:10, 9 may 2024 (UTC)Cavabla

Qazaxlar (Tərtər)

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

Düşünürəm ki, @Zohrab javad bu mövzuda daha çox məlumat sahibi ola bilər. Hörmətlə, Gadirmüzakirə 23:36, 9 aprel 2024 (UTC)Cavabla
@Gadir Tərtər rayonunda bu kənd Qırmızı Saqqallar kəndidir. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. Vusalsuvarov1996 (müzakirə) 02:25, 10 aprel 2024 (UTC)Cavabla
Salam, həmkar. Bu kəndlər əvvəl ayrı olub sonra birləşdiriliblər? Yoxsa bir kəndin iki fərqli adı olub müxtəlif vaxtlarda. Kompdan daxil olduqda baxacam atdığınıza. Hörmətlə, Gadirmüzakirə 02:58, 10 aprel 2024 (UTC)Cavabla
@Gadir Bir kəndin iki fərqli adı olub. İndi hal hazırda kəndin adı Qırmızı Saqqallar kəndidir. Qazaxlar kəndi birləşdirilsin Qırmızı Saqqallar kəndinə  Birləşdirilsin: Vusalsuvarov1996 (müzakirə) 04:21, 10 aprel 2024 (UTC)Cavabla
@Vusalsuvarov1996, təşəkkürlər, bəy.  Birləşdirilsin: Vüsal bəyin qeyd etdiyi keçidə daxil olun (səh. 97): Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-ün statistikasında Qırmızı Saqqallar kəndi qeyd olunsa da, Qazaxlar adına rast gəlmədim. Burada əksi qeyd edilsə də, rəsmi məlumata etibar etmək doğru olar. Hörmətlə, Gadirmüzakirə 05:37, 10 aprel 2024 (UTC)Cavabla
Ağdərə rayonunun yaşayış məntəqələrində yuxarıda qeyd etdiyim keçiddən istifadə etmişəm. İnşallah yaşayış məntəqlərinin dəqiq adlarıynan istifadə olunacaq. Yerdə qalan o, biri adlar ya birləşdiriləcək yada silinəcək. Vusalsuvarov1996 (müzakirə) 07:21, 10 aprel 2024 (UTC)Cavabla

Ağdamın baş planı (2021)

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

  • 2021-ci ildə bu məqaləni SNS etmişdim, amma üzərində işlənilənəcək bəhanəsilə saxlanılmışdı. Artıq 2024-cü ildir və məqaləyə heç mə əlavə edilməyib, bütün istinadlar üç il əvvəlindir. --► Hörmətlə: SolaVirum 00:45, 3 aprel 2024 (UTC)Cavabla
X Silinsin: — Qeyd olunan yazı ilə razıyam. Vusalsuvarov1996 (müzakirə) 16:57, 3 aprel 2024 (UTC)Cavabla
X Silinsin: - Dr.Wiki54 (müzakirə) 08:24, 1 may 2024 (UTC)Cavabla
 Köçürülsün: Ağdam şəhəri məqaləsinə. samral müzakirə 02:38, 6 may 2024 (UTC)Cavabla
 Köçürülsün: Böyük Qayıdış məqaləsinə. — NKO zi 05:37, 6 may 2024 (UTC)Cavabla
X Silinsin: Əhəmiyyətli mövzu deyil. Qısaca məlumat Ağdam məqaləsində verilə bilər. Eminn (müzakirə) 07:46, 11 may 2024 (UTC)Cavabla

Aygün Əliyeva

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

  • Binəqədi icra başçısının humanitar məsələlər üzrə müavini olub. Bu mövzudan xəbərdar olanlar bilir ki, hər icra başçısının mütləq 1 xanım müavini olmalıdır humanitar məsələlər üzrə. Bu neçə illərdir qaydadır. PA-nın tapşırığıdır səhv etmirəmsə. Şərti olaraq 3-cü müavin hesab edilirlər belə xanım müavinlər. Yəni ki, bu hal təklikdə kimisə ensiklopedik etmir. Əlavə olaraq şəxs hal-hazırda QHTDDA-nın icraçı direktorudur (İD). Bu hal da VP:SİYASƏTÇİ qaydasına əsasən şəxsi ensiklopedik etmir. Çünki bu vəzifəyə şəxsi nəinki Prezident və ya baş nazir, heç hansısa nazir təyin etmir. Müşahidə Şurası seçir İD-ni. samral müzakirə 15:58, 8 aprel 2024 (UTC)Cavabla
  • X Silinsin: məqaləyə göz ucu baxanda açıq aydın görünür məqalənin PR məqsədilə yaradıldığını. Əslində isə elə tarixçə bölməsindən hər şey aydın olur. Məqaləni şəxs özü yaradıb. Təltifləri bölməsi tamam q/e-dir. Bircə medal var. Digər hamısı isə tədbirlərə görə verilən diplomlardır. Vəzifələrdə şəxsi ens etmir. Samral hər şeyi detallı izah edib. Grenzsoldat 16:06, 8 aprel 2024 (UTC)Cavabla
    Qaydalar və @Toghrul R və @Atakhanli qeyd etdiyi arqumentlər ilə birlikdə ✔ Qalsın:Redivy (müzakirə) 21:53, 8 aprel 2024 (UTC)Cavabla
    X Silinsin: — @Samralın yazdığı detallı şəkildə digər istifadəçilər üçün açıq və aydın izah edilib. Yazdığıynan razıyam silinməlidir. Vusalsuvarov1996 (müzakirə) 02:03, 9 aprel 2024 (UTC)Cavabla
  • Mən bilmirəm, bu məlumatlar sizdə haradandır. Hansısa orqanın tapşırığının olması, neçənci müavini hesab edilməsi və s. Bu cür arqumentləri müzakirədə səsləndirmək üçün ciddi əsaslar olmalıdır. Digər tərəfdən isə bu cür iddialar ümumiləşdirilməməlidir. Şəxsin özünə gəldikdə isə onu deyə bilərəm ki, əsaslı vəzifə tutur. QHT-lərə Dövlət Dəstəyi Agentliyi birbaşa Azərbaycan Respublikası Prezidentinə tabedir. Hər hansısa orqana tabe deyil. Bu, orqanın əhəmiyyətinin hansı dərəcədə olmasını göstərir. Həmin agentliyə yüzlərlə irili-xırdalı QHT daxildir. Aygün Əliyeva isə bütün QHT məsələlərinə rəhbərlik edən şəxs, icraçı direktordur. Üstəlik, mediada da çox işıqlandırılıb. Ölkənin ən əsas xəbər portallarında haqqında məlumatlar var. VP:SİYASƏTÇİ-nin 2-ci bəndinə uyğun olmasa da, şəxsin fəaliyyəti 4-cü bəndə uyğun gəlir. Buna görə ✔ Qalsın: deyirəm Toghrul R (m) 06:43, 16 aprel 2024 (UTC)Cavabla
  • Toghrul R fikri ilə tam razıyam. ✔ Qalsın:A.Aida88 (müzakirə) 06:29, 18 aprel 2024 (UTC)Cavabla
  • ✔ Qalsın: məqaləyə baxdım, xüsusən də mükafatları bölməsində ələ alınacaq 1 dənə də olsun bir şey yoxdur. amma digər yandan nəzərə almaq lazımdır ki, QHT-lər qeyri hökumət təşkilatları kimi müstəqil olsalar da, istər kiçik, istərsə də beynəlxalq dərəcədə fəaliyyət göstərən QHT-lərin fəaliyyətlərində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi mühim mövqe tutur. onlar fəaliyyətlərində agentlik ilə məsləhətləşir, rəy alır və və s. bu da, qurumu təsir gücünə malik kimi önəmli quruma çevirir. xanım da, həmin agentliyə rəhbərlik edir. bunları nəzərə alıb saxlamaq olar məncə Atakhanli (müzakirə) 08:32, 21 aprel 2024 (UTC)Cavabla
    @Atakhanli, rəyiniz silinsin deyir, şablonunuz qalsın. Lap Ağadadaş Ağayevin mahnısındakı kimi: ”Baxışların sevdim-sevdim, dilin yıxıl öl deyir”. samral müzakirə 05:24, 4 may 2024 (UTC)Cavabla

İlhami Cəfərsoy

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

Azər Qasımlı (neftçi)

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

  • X Silinsin: Məqalə VP:ALİM şərtlərinə cavab vermir. Ümumi və qısa olaraq təsnifləndirsəm qeyd edərəm:

Bütün bunları nəzərə alaraq tərəfsiz rəy bildirmənizi rica edirəm. Grenzsoldat 15:48, 9 aprel 2024 (UTC)Cavabla

Şərh Şərh: "Bacardığım düzəlişləri etdim lakin məqalənin üzərində ciddi istinad və mənbə işləri görülməlidir. Hal-hazırda olan vəziyyətinə görə" X Silinsin: Redivy (müzakirə) 21:58, 9 aprel 2024 (UTC)Cavabla

Ceyhun Ocadov

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

Sona Qasımova

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

İqbal Hacıyev

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

  • X Silinsin: VP:ŞEƏ şərtlərini ödəmir. Əvvəlcə qeyd edim məqalə özü VP:SK tələblərini ödəmir, məqalə vizual olaraq yaxşı vəziyyətdə deyil. İndi isə bir-bir məqalədə olan məlumatlarının təftişini aparıram. Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü olduğu yazılıb. Bu da şəxsi birbaşa ens etmir. Avropa Azərbaycanlıları Konqresinin Rumıniya üzrə vitse-prezidenti olduğu yazılıb. Bu da şəxsi birbaşa ens etmir. Konqresin Rumıniya üzrə prezidenti belə deyil, vitse-prezidentidir. Daha sonra qeyd olunub - H. Əliyev Fondunun Rumıniya nümayəndəliyinin rəhbəridir. Bu da qaydalara əsasən şəxsi birbaşa ens etmir. Sonda yazılıb AZƏRTAC-ın Rumıniya üzrə xüsusi müxbiridir. Bu da həmçinin şəxsi ens etmir. Yəni şəxsin intro hissəsində göstərilib heç bir vəzifə/iş şəxsin məqaləsinin olması üçün birbaşa əsas deyil. Məqalədə istinadlar və mənələrin də az olduğunu, əsasən dövlət orqanlarının saytları olaraq göstərilən mənbələr olduğunu bildirim. Təltif olunduğu bir medal var - Tərəqqi medalı. Bu medal da minlərlə adama verilib. Bu da şəxsi ens etmir. Ümumi olaraq bütün məlumatları bir-bir təftiş etdim və səbəblərini açıq izah etdim. Bu qədər. Grenzsoldat 10:58, 10 aprel 2024 (UTC)Cavabla
Həmçinin bir məqamı da qeyd edim. Məqaləni yaradan istifadəçinin fəaliyyətinə diqqət yetirdim. Onlarla bu tipdə xaricdə yaşayan, "diaspor" fəaliyyəti ilə məşğul olan şəxslər haqqında q/e məqalələr yaradıb. Diqqətdə saxlamaq lazımdır məsələni. Grenzsoldat 11:01, 10 aprel 2024 (UTC)Cavabla
X Silinsin: @Grenzsoldat ətraflı izah etdiyiniz üçün təşəkkür edirəm. Göstərdiyiniz arqumentlərlə razıyam, bunlar şəxsi ensiklopedik etmir. Eminn (müzakirə) 08:01, 11 may 2024 (UTC)Cavabla

Quram Marxuliya

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

  • X Silinsin: VP:ŞEƏ şərtlərini ödəmir. Bu da növbəti "diaspor nümayəndəsi" məqaləsi. Bir-bir vəzifə/fəaliyyətini təftiş edirəm. Suxumi Dövlət Universitetinin professoru olması şəxsi ens etmir. Şəxsin heç gürcü dilində məqaləsi yoxdur. Əslində bu məqalənin təftişi cümlələr üzərindən yox, birbaşa açıq mənbələrdən olsa daha yaxşıdır. Baxın deməli. Şəxsin adını Azərbaycan dilindi Googleda vurdum. Ancaq tərifedici, prezidentdən və s. söhbətlər, standart tezislər çıxdı. İndi isə gürcü dilində Googleda vurdum. Şəxsin ancaq Trend, Report İA-ya olan müsahibələri çıxdı. Yəni adam öz vətənində professor olaraq heç bir əhəmiyyəti yoxdur. Sadəcə diasporçuluq-lobbi fəaliyyəti çərçivəsində büdcə pulları üçün Azərbaycanda obraz düzəldilib. Hələ AMEA-nın fəxri adı da verilib. Hə əsas da medal təbii. Azərbaycanın Tərəqqi medalı. Bayaqda qeyd etdim, indi də yazım - bu medal minlərlə adama verilib. Yəni belə. Hə bu cümlədə marağlıdır məqalədə qeyd olunub - Azərbaycan alimləri ilə sıx əlaqə saxlayır. Azərbaycan həqiqətlərinin təbliğində təkcə Gürcüstanda deyil, İsraildə və başqa dövlətlərdə də fəal iştirak edir. Yəni belə :d Grenzsoldat 12:00, 10 aprel 2024 (UTC)Cavabla
Həmçinin bu məqamı bir daha qeyd edim. Məqaləni yaradan istifadəçinin fəaliyyətinə diqqət yetirdim. Onlarla bu tipdə xaricdə yaşayan, "diaspor" fəaliyyəti ilə məşğul olan şəxslər haqqında q/e məqalələr yaradıb. Çox güman PR məqsədi ilə edib. Hansısa quruma və ya şəxsə bağlıdır. Grenzsoldat 12:02, 10 aprel 2024 (UTC)Cavabla
@Grenzsoldat Bəzi detallar əlavə etdim həmçinin şəxsin yazdığı əsər prezident kitabxanasına əlavə edilib və əlavə etdiyim bütün istinadlarda şəxs tarixçi olaraq əhəmiyyətli mövqeydədir hansı ki,istinadlar dövlət qurumlarına aiddir məncə biraz qərəzli və uzun araşdırma həmçinin gürcüstan ilə əlqaələri geniş olan birilərindən fikir almaq lazımdır. Redivy (müzakirə) 23:08, 10 aprel 2024 (UTC)Cavabla
@Grenzsoldat, @Redivy Gürcüstandakı elmi cəmiyyət bu şəxsi qəbul etmir, açıq aydın saxtakar və plagiatçıdır. Suxumi Dövlət Universitetindən çıxarılıb, çoxdandır həmin universitetdə dərs demir. Aşağıda Solmaz Rüstəmova-Tohidinin şərhini yerləşdirmişəm. Yousiphh (müzakirə) 18:18, 2 may 2024 (UTC)Cavabla
  • ✔ Qalsın: Şəxsin Suxumi Dövlət Universitetinin professoru olması onu niyə ensiklopedik şəxs etməsin ki ? Gürcücə Vikipediyada məqaləsi olsaydı o zaman saxlanılması mümkün idi ? Google axtarışı zamanı az da olsa məlumatlar tapmaq mümkündür. Hesab edirəm ki, məqalə saxlanıla bilər. — Baskervill 05:52, 11 aprel 2024 (UTC)Cavabla
    Bu plagiatçı "tarixçi" haqqında Solmaz Rüstəmova-Tohidi yazmışdı: "Mənim Bakıda 1918-ci il mart soyqırımı ilə bağlı monoqrafiyamdan 30-səhifəlik bir mətni adı geniş məlum olan bir gürcü(abxaz) elmlər doktoru bir gürcü saytında ayrıca məqalə kimi dərc etmişdi. Heç adını da dəyişməmişdi, ona görə də qarşıma çıxdı. Sayta yazdım, cavab verdilər ki, sildik. Sonra özü mənə yazdı ki, hay-vay, bağışlayın, amma mənim elə məqaləm yoxdur, amma yazı indiyədək bunun adına çıxır. Belə fırıldaqçı tarixçi "alimi" guya erməniləri söyür deyə Tarix institutu özünün "Fəxri doktoru" edib, rəngli portretini Akademiyada institutun divarından bizim görkəmli tarixçi alimlərlə yanaşı asıb. Bu hadisəni onu himayə edən, hər dəfə konfranslara çağıran Tarix institutuna bildirəndə: güldülər(!), dedilər, sən allah, onunla işin olmasın, boş burax, bilirik, bütün yazıları oğurluqdur, amma bizə onun gürcü familiyasl lazımdır!!! (Sonralar bu adam öz işlədiyi universitetdən (Gürcüstanda) qovulanda Tarix institutuna yarım ştat işə də götürdülər). Yousiphh (müzakirə) 22:13, 30 aprel 2024 (UTC)Cavabla

Nərmin Knyaz

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

  • En-vikidə də silinmə zamanı qeyd etdiyim kimi burada da qeyd edirəm,sadəcə müəyyən verlişlərdə lahiyə və aparacı olmaq və müəyyən lahiyələr keçirmək hansı ki o lahiyə və verlişlər şəxsi ensklopedik edəcək dərəcədə deyil deyə ensklopedik göstərici görmədim.X Silinsin: Redivy (müzakirə) 22:20, 10 aprel 2024 (UTC)Cavabla

* ✔ Qalsın: məhşur aparıcıdır. Grenzsoldat 15:10, 21 aprel 2024 (UTC)Cavabla

Qızılhacılı (Barmaqsız)

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

@Grenzsoldat Fikiri ilə razıyam,məncədə ayrıca məqaləyə ehtiyac yoxdur, sadəcə adiyyatı məqalədə ayrıca hissə ayrılması kifayətdir. Redivy (müzakirə) 21:39, 12 aprel 2024 (UTC)Cavabla

Azərbaycan antikorrupsiya kampaniyası (2011)

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

Fərid Hacıyev

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

  • Daha əvvəlki SNS müzakirəsi tez-tələsik yekunlaşdırılıb. 2-ci dərəcəli dövlət müşaviri olmaq bir şəxsi birbaşa ensiklopedik edirmi? Məncə mübahisələndirmək və müzakirə etmək olar. Aparat rəhbəri olmaq, məncə, heç kimi birbaşa ensiklopedik etmir, gərək digər məqamlara da baxıla. Bu şəxsin II d DM dərəcəsi aldığı sərəncama baxsaq onunla eyni vaxtda başqa qurum və nazirliklərin aparat rəhbərləri də bu dərəcəni alıb. Deməli bu bir növ qaydadır. Şəxsin bioqrafiyasına nəzərə saldıqda bu 2 məqamdan başqa onu ensiklopedik edə biləcək hər hansı bir məqam görmədim. samral müzakirə 05:53, 13 aprel 2024 (UTC)Cavabla
    @Samral 2-ci dərəcə dövlət müşaviri general-leytenant və ya vitse-admiral hərbi rütbəsinə bərabərdir. sadəcə biri hərbi rütbədir, digəri diplomatik və ya xüsusi rütbə. bundan əlavə Azərbaycan Respublikası Milli Məclisi Aparatının rəhbəri olması da şəxsi ensiklopedik edir. Atakhanli (müzakirə) 08:08, 13 aprel 2024 (UTC)Cavabla
    Bütün general-leytenantlar birmənalı şəkildə ensiklopedikdirlərmi? Azərbaycandakı demək olar ki, bütün aparat rəhbərləri (A.r.) II d. DM-dir. Hamısı ensiklopedikdir? Məhz MM-in A.r.-si olmaq şəxsi birmənalı şəkildə ensiklopedik edirmi? Edirsə buyurun qaydalara əsasən əsaslandırın, zəhmət olmasa. samral müzakirə 12:44, 13 aprel 2024 (UTC)Cavabla
@Samral Aparat rəhbəri sahibə Qafarova adından çıxış edəcək vəya əvəz edəcək yeganə şəxs olaraq qeyd edilir hətta buna aid mediada xəbərlər mövcuddur, həmçinin bütün milli məclisin komitə, şöbə və s rəhbəri statusu sayılır, yenədə müzakirələndirilməsi daha uyğundur çünki doğrusu budur. Redivy (müzakirə) 07:59, 13 aprel 2024 (UTC)Cavabla
@Redivy, mən bilən spiker adından vitse-spiker və ya digər müavinlər danışa bilər. Təyin edilən bürokrat seçilmiş deputatdan, seçki ilə seçilən komitə sədrindən necə üstün ola bilər? samral müzakirə 12:45, 13 aprel 2024 (UTC)Cavabla
@Samral üstün yox əvəz edir çıxışları, status olaraq siz dediyinizdir bundan əlavə müşavir statusu ensiklopedik edir. Redivy (müzakirə) 12:48, 13 aprel 2024 (UTC)Cavabla
@Redivy, sizə kim deyir ki, hər müşavir birmənalı ensiklopedikdir? samral müzakirə 16:07, 14 aprel 2024 (UTC)Cavabla
@Samral Müşavirlərin hamısını nəzərdə tutmuram lakin müşavir statusu çox az sayda prezident tərəfindən verilən statusdur. Həmçinin şəxsin tutduğu yer ilə müşavirlik ensklopedik etməyə yetərlidir. Redivy (müzakirə) 16:16, 14 aprel 2024 (UTC)Cavabla
@Redivy, o dərəcəni aldığı sərəncama baxın. Həmin vaxt onunla birlikdə neçə dövlət qulluqçusu alıb bu dərəcəni, neçəsi də elə Fərid bəy kimi Aparat rəhbəri. İndi hamısı ensiklopedikdir? Sözümün canı odur ki, razı deyiləm bu arqumentlə. samral müzakirə 02:26, 15 aprel 2024 (UTC)Cavabla
2-ci və 1-ci dərəcəli müşavirlər hə. + şəxsin milli məclisdəki vəzifəsini də nəzərə aldıqda ensiklopedik hesab etmək olar. elə sərəncamın özünə baxsanız görərsiniz ki, elə belə adamlara verilməyib. qanunla 1-ci dərəcəli müşavir general-polkovnik və ya admiral hərbi rütbəsinə, 2-ci dərəcə dövlət müşaviri isə general-leytenant və ya vitse-admiral hərbi rütbəsinə malikdir. Atakhanli (müzakirə) 02:31, 15 aprel 2024 (UTC)Cavabla
Sırf hansısa "vəzifə tutmasının ya da medal almasının şəxsi birbaşa ensiklopedik edir" arqumentinə mən də kəskin qarşıyam. Düşünürəm ki, doğru arqument deyil. Buna oxşar bir qayda, alt kriteriya lazımdır ki, sadəcə bu kimi arqumentlərlə qarşılaşanda istinad edəsən ki, elə şey yoxdur, öncəlik və əlavə olaraq mənbələr lazımdır. Məsələn, ciddi vəzifəsi, medalı olmayan, amma haqqında əhatəli yazılar olan bir şəxs, belə şəxslərlə müqayisədə ensiklopedikdirlər, nəinki belə şəxslər. Təsəvvür edin, məqalədə bir dənə də normal istinad yox, sadəcə filan vəzifəyə təyin olundu, filan vaxtı azad olundu, filan medalı aldı və bir neçə istinad da elə bununla bağlı, bir iki dənə də ya müsahibə, ya da nəsə bir şirkətin təsisi və ləğvi ilə bağlı bir-iki cümləlik yazı :d Qeyd: Bu məqalə barədə fikir bildirməmişəm, sadəcə mövcud mənzərəyə ümumi fikrimi qeyd etmişəm. Hörmətlə, Gadirmüzakirə 02:44, 15 aprel 2024 (UTC)Cavabla
@Gadir Digər məqalədə də qeyd etdiyim kimi milli məclis və xəbər saytları şəxsin statusunu və bioqrafiyasinj təsdiq edir, zatən məqalədə bunlardan başqa çox şey qeyd edilməyib. Müşavirlik statusu isə təkrar olaraq qeyd edirəm, verilmə mərhələsi dərəcələri və s prezident tərəfindən verilən və xüsusi seçilmiş nümayəndələr və proses icraçılarına təqdim edilir. Həmçinin bu məqalədə olan şəxs öz fəaliyyətləri və statusundan başqa nə etməlidir ki, ensiklopedik olsun ? Redivy (müzakirə) 07:25, 15 aprel 2024 (UTC)Cavabla
Digər məqalədə cavab verdim. Hörmətlə, Gadirmüzakirə 21:57, 15 aprel 2024 (UTC)Cavabla
  • X Silinsin: Söhbətə uzaqdan girəcəm. Əvvələ bu Aparat rəhbəri vəzifəsinin ən olduğuna baxaq. Milli Məclisdə 125 deputat var. (indi 115 olsa belə). Bundan savayı parlamentin binasının Aparatı var. Burada da azı 100-dən çox adam çalışır. Onlar Aparata tabedir. Aparat bir növ inzibati işdir. Elə bil "binanın rəhbəri"dir. Səlahiyyətləri məhduddur. Aparat rəhbəri gündəliyi müəyyən edir, ictimaiyyətə məlumat verir, stenoqramları çap edir və s. Yəni inzibati işləri görür. Hər bir nazirliyin də Aparatı var. Onda bir-bir hamısının məqaləsi olmalıdır? Aparat anlayışını hərbi dildə desəm qərargah elə bil. Qərargaha cavabdeh olan şəxs. İnzibati işləri görən şəxs. Yəni belə. Uzaqdan girdim söhbətə. Grenzsoldat 13:04, 13 aprel 2024 (UTC)Cavabla
  • ✔ Qalsın: Bütün aparat rəhbərləri 2-ci dərəcəli müşavir olmurlar. Heç mərkəzi icra hakimiyyəti orqanları (nazirliklər və birbaşa NK tabeliyindəki komitə, xidmət və agentliklər) aparatının rəhbərlərinə müşavir dərəcəsi verilmir. Bu yalnız ali dövlət orqanlarına aiddir.
Ümumiyyətlə, Milli Məclisdə iki cür rəhbər olur — ya seçki yolu ilə seçilən, ya da dövlət qulluğu ilə yüksələn. Həmin orqanın sədri və müavinləri sırf seçki əsasında həmin vəzifəni tuturlar. Aparat rəhbəri isə Milli Məclisin ümumi işlərinə rəhbərlik edir. Yəni faktiki olaraq şəxs orqanın rəhbəri sayılır, çünki bütün şöbələrinə başçılıq edir.
Bundan əlavə, Prezident sərəncamına nəzər yetirsək, görə bilərik ki, şəxs Milli Məclisdən Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına təyin edilən 5 nəfərdən biridir. Onlardan 4-ü deputatdır. VP:SİYASƏTÇİ kriteriyasının 2-ci bəndinə əsasən şəxsin ensiklopedik olduğunu düşünürəm. Toghrul R (m) 07:29, 15 aprel 2024 (UTC)Cavabla
  • ✔ Qalsın: Milli Məclisdə olduqca böyük vəzifədədir. Bu vəzifə və əhəmiyyəti ilə bağlı digər deyilən fikirlərə qatılıram. Birmənalı ensiklopedikdir. — Sura Shukurlu (müzakirə) 20:49, 18 aprel 2024 (UTC)Cavabla
    @Sura Shukurlu, məhz sizdən daha tutarlı arqument gözləyərdim. Təəssüf. samral müzakirə 05:27, 4 may 2024 (UTC)Cavabla
    @Sura Shukurlu, bir söz də soruşum, ürəyimdə qalmasın. Diqqət etmişəm, heç vaxt @Atakhanli ilə əks mövqe ortaya qoymursuz. Ya dəstək olursuz (bu müzakirədəki kimi), ya da susursuz (Aygün Əliyeva müzakirəsindəki kimi). Niyə? Əlbəttə ki, demirəm eyni adamsız. O söhbət bağlanıb artıq. Sadəcə bu dərəcədə eyni fikirliliyin səbəbi nədir? samral müzakirə 21:18, 8 may 2024 (UTC)Cavabla
    @Samral, salam. Nə demək istədiyinizi anlamadım, Aygün Əliyeva ilə bağlı müzakirədə mən ümumiyyətlə iştirak etməmişəm. Necə yəni "eyni adam olduğumuzu demirsiniz, o söhbət bağlanıb artıq"? Daha əvvəl belə bir söhbət olduğunu sübut edə bilərsiniz? Sözügedən müzakirənin keçidini yerləşdirin lütfən. Bu, həqiqətən ciddi bir iddiadır. Sura Shukurlu (müzakirə) 10:41, 9 may 2024 (UTC)Cavabla
    @Sura Shukurlu, bəs mən də onu deyirəm də. Diqqət edin, yazmışam ki, ya dəstək olursuz, ya da susursuz. Bəs susmaq nə deməkdir? Yəni həmin müzakirədə iştirak etmirsiz. Eyni adam məsələsinə gəldikdə, deyəsən xəbəriniz yoxdur, barənizdə çekyuzerə müraciət edilmişdi, daha sonra müraciət ləğv edildi. Onu nəzərdə tutmuşdum. Hər bir halda, təəssüf ki, sualıma cavab almadım buarada. samral müzakirə 12:00, 9 may 2024 (UTC)Cavabla

Talib Zeynalov

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

  • X Silinsin: VP:İDMANÇI şərtlərini ödəmir. Məqalədə olan məlumatları bir-bir təftiş edirəm. 2023-cü ildə Dubayda Dünya Çempionatının +107 Kg.da gümüş medalçısı olduğu yazılıb. İngilis dilli versiyada çox gözəl məqalə var. Ətraflıdır. +107 Kg. turnirində gümüş medalı İranlı Mahdi Sayadi qazanıb. Yəni bu məqam yalandır. Zeynalpv sadəcə turnirin həvəsləndiri medalına layiq görülüb. Azərbaycan mediası isə bunu yalannan gümüş medal olaraq təqdim edir. Nəticələr var yuxarıda. Hətta En məqalədə də bu məlumat yoxdur. Avropa Çempionatına gəlirəm. Rəsmi saytdır bu. Avropa Pauerliftinq Federasiyasının. 2022-ci ildə AÇ heç Tbilisidə baş tutmayıb. Heç Gürcüstanda beynəlxalq turnir olmayıb. Yeganə doğru məqam World Cup seriyalı turnirdə medal almasıdır. Sübutda var. Amma bu uğur Paralimpiya Oyunları və ya Dünya Çempionatı və ya Avropa Çempionatından nüfuzsuz turnirdir. Bu arada o, həmin turniri "gənc idmançılar" növündə qazanıb. Yəni gənclər arasında DÇ və ya AÇ bir tərəfə aşağı dərəcəli turnirdə qalib olub. Həmçinin qeyd edim World Cup turnirləri seriyalıd yarışdır. Hər ay bir şəhərdə mərhələ yarışları olur. Cüdodan misal gətirim. Mövsüm ərzində onlarla şəhərlərdə mərələ yarışları olur. Digər uğurlara baxaq. V və VI Uşaq Paralimpiya İdman Oyunları Azərbaycan daxili yarışdır. Bu şəxsi ens etmir. Digər uğurlar barədə də yazdım. Bu arada bir məsələni qeyd edim. İstedadlı idmançıdır və növbəti illərdə ola bilsin Paralimpiada da çıxış etsin. Amma hazırda şəxsin onu birbaşa əhəmiyyətli edə bilən heç bir uğuru yoxdur deyə məqaləsi olmalı deyil. Grenzsoldat 07:20, 13 aprel 2024 (UTC)Cavabla
Bu arada daha bir məqamı qeyd edəcəm. Bu xəbərdə qeyd olunub - Türk Ağsaqqalları İctimai Birliyinin Gənclər Təşkilatının İdman Komitəsinin sədri. Bu məqaləni yaradan istifadəçinin adı qeyd olunan İB ilə səhv etmirəmsə əlaqəsi var. Bu məqalənin ÖR çərçivəsində olmasa belə (iddia etmirəm) PR məqsədilə yaradıldığı açıq aydındır. +Burada səs ovçuluğu olacaq, indidən deyirəm :D Grenzsoldat 07:22, 13 aprel 2024 (UTC)Cavabla
 Cavab: @Grenzsoldat qeyd etdiklərizin heç bir əsası yoxdur indidən qeyd edim və zəhmət olmasa bu məqalə fikr bildirinlər zəhmət olmasa ilk öncə yazdığımı nəzərdən keçirsinlər. İlk öncə bu istifadəcinin qeyd etdiklərinin heç birinin əsası yoxdur sadəcə söz yığınıdır. Hansısa məsələ götürüm təqdim edim heç bir əsas gətirmədən yazım və sonra da deyim ki səs ovu olacaq belə olacaq elə olacaq. Bir daha deyirəm səs ovu nə qədər olur olsun əgər arqument yoxdursa bir nəticə də olmayacaq. Bu arada yuxarıda qeyd etdiyiniz linkdə sizin yazdığınız o məlumat ümumiyyətlə yoxdur :) zəhmət olmasa əsas gətirin. Məqaləyə gəldikdə isə qələbə çaldığı və gümüş medal aldığı anın həmin çəkini qaldırma anına qədər video roliki məndə var yani istəsəniz hansısa platforma üzərindən atım şahidi olun. Sadəcə google üzərində axtarış etdikdə nə qədər məlumat olduğunun şahidi ola bilərsiniz. Bir sözlə sadəcə burada Qərəzli formada çıxış görürəm istifadəçidə başqa heç bir anladığım yoxdur son zamanlar bir neçə istifadəçinin məni təftiş etməsini də hiss edirəm buda həmin nümunələrdən biridir. Hörmətlə: Sahil ;)   (müzakirə) 08:56, 13 aprel 2024 (UTC)Cavabla
@Sahil Dosməmmədov Mənə bilirsiniz nə maraqlıdır bu titullar və statuslar varsa niyə rəsmi istinadda qeyd olunmayıb ? yalnız yerli xəbər saytlarında qeyd olunub ? o zaman belə fikir yaranır ya reklamdır yada həvəsləndirici yarışlar olub. Pauerliftinq (1) Pauerliftinq (2) Redivy (müzakirə) 21:55, 13 aprel 2024 (UTC)Cavabla
 Sürətli qalsın: bu saytdakı video görüntü öz sözünü deyir. -- ☞QRAF☜   (✉ → ♕) 13:07, 15 aprel 2024 (UTC)Cavabla
✔ Qalsın: @Qraf-ın qeyd etdiyini yuxarıda vurğulamışam bəli video görüntüdə açıq aydın çəkini qaldırmağı görsənir və gümüş medala layiq görülür. @Redivy Rəsmi istinadların olmaması mənim üçündə maraqlı qaldı. İstinad baxımından həddindən cox istinad və video roliklər mövcudur - Sahil ;)   (müzakirə) 14:00, 15 aprel 2024 (UTC)Cavabla
X Silinsin: Qrafın atdığı xəbərdə yazılıb ki, "Azərbaycan idmançısı dünya çempionatında rekord qırıb iki medal qazandı". Çempionatın saytına və xarici mediaya baxıram, Talıb Zeynalov adlı bir şəxsin adı ümumiyyətlə yoxdur. Adı sadəcə azərbaycanca saytlarda keçir, onlar da açıq aydındır ki, saxta propaqandadır. Şəxsin TAİB üzvü olduğu təsdiqləndiyi və məqalənin də yenə eyni birliyin üzvü olan istifadəçi tərəfindən yaradıldığını nəzərə alsaq, burda əminliklə deyə bilərəm ki, məqalə sifarişlə hazırlanıb, ya da şəxs özü məqaləsinin yaradılmasını istəyib. Nemoralis (müzakirə) 07:30, 16 aprel 2024 (UTC)Cavabla
@Nemoralis Son zamanlarda özümün birdə@Grenzsoldat məqalə təftişləri zaman bu qeyd etdiyiniz nüans çox yaşanır. Misal üçün şəxs haqqında yazılıb filan ildə dünya çempionatında 2 qızıl amma o çempionatın rəsmi saytında şəxs haqqında ümumiyətlə bir detal yoxdur amma yerli media vasitələrində 8-10 ədəd xəbər yayılır. Redivy (müzakirə) 10:14, 16 aprel 2024 (UTC)Cavabla

Əlimərdan Əliyev

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

Başa düşdüm şəxs kimi qələmə vermək üçün xaiş edirəm mənbəni redaktə icazə verin Aliqurbanov (müzakirə) 05:49, 15 aprel 2024 (UTC)Cavabla
Bura nəzər yetirsəz yaxşı olar. Hörmətlə, Gadirmüzakirə 05:52, 15 aprel 2024 (UTC)Cavabla
Qəbul etdim Hörmətli Gadir Aliqurbanov (müzakirə) 05:56, 15 aprel 2024 (UTC)Cavabla
X Silinsin: qeyri-ensiklopedik məqalə. Moses :) 07:39, 15 aprel 2024 (UTC)Cavabla
Təşəkkürlər Aliqurbanov (müzakirə) 08:49, 15 aprel 2024 (UTC)Cavabla

Babək Hüseynov

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

Gəncüm ağa Xandəmirov

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

Nizami Tağıyev

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

  • X Silinsin: İdmançı məqalələrinin təftişinin əsas mərhələsi başa çatsa da, gözümdən qaçan 1-2 məqalə var. Bu məqalə VP:ŞEƏVP:İDMANÇI şərtlərini ödəmir. Məqalədə intro hissəsində qeyd olunan əsas hissə belədir - əlbəyaxa döyüş üzrə birinci azərbaycanlı SSRİ idman ustası. Təsəvvür edin ens əhəmiyyəti olmayan bir adın - SSRİ idman ustası adının (Ki, bu ad azı 3675 nəfərə verilib. Bu təbii hələ məqaləsi olanlardı ha. Məqaləsi olmayan yüz minlərləsi var). Hə, deməli həmin adın bir növü üzrə - Əlbəyaxa döyüş üzrə alan birinci azərbaycanlıdır. Bu şəxsi heç bir halda əhəmiyyətli etmir. SSRİ idman ustası olan birinci azərbaycanlı olsaydı haradasa başa düşərdim. Heç onda da ens deyildi hər halda. İndi isə digər hissələrə baxaq. Məqalədə olan məlumatlar. Polis olubmuş. İndi aydın oldu. İdmançılardan savayı polislər və hüquq-mühafizə orqanlarının işçilərinə də deməli bu ad verilib :d Hə deməli Sabunçu PB rəisi olub. Xızı PB rəisi olub. Nəqliyyatda Baş Polis idarəsinin şöbə rəisi olub. Sonra da universitetdə çalışıb. Sonra isə QHT qurub. Heç bir ens fəaliyyəti olmayan şəxsdir. Açıq mənbələrə baxaq. Cəmi bir mənbə var. Bu da elə Cil mahalı haqda olan bloq səhifədir. Bir sözlə şəxsi əhəmiyyətli edən heç bir məqam yoxdur. Polis general olsaydı ən azından baxmaq olardı. Yəni belə. Uzun oldu biraz :D Grenzsoldat 16:10, 14 aprel 2024 (UTC)Cavabla
Üzürlü hesab elə. Bu məqaləni vaxtilə yaratmağımla indi xeyli vaxtını almış olduğumu gördüm. Araz Yaquboglu (müzakirə) 04:39, 15 aprel 2024 (UTC)Cavabla
Problem deyil bəy. Əslində hər istifadəçi öz yaratdığı məqalələrin təftişinə başlasa əla olar. Bir il əvvəl fayllarla bağlı çağırışım olmuşdu. Demişdim hər istifadəçi müəllif hüquqlarını pozan fayllarına sil şablonu qoysun. Sağolsunlar, xeyli sayda fayldan təmizləndi bura. Grenzsoldat 12:32, 15 aprel 2024 (UTC)Cavabla
X Silinsin: "Ensklopedik dəyərləri olmayan məqalədir və istinad yox dərəcəsindədir." Redivy (müzakirə) 11:32, 15 aprel 2024 (UTC)Cavabla

Müşviq Cəfərov (cüdoçu)

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

  • X Silinsin: İdmançı məqalələrinin təftişinin əsas mərhələsi başa çatsa da, gözümdən qaçan 1-2 məqalə var. Bu məqalə VP:ŞEƏVP:İDMANÇI şərtlərini ödəmir. Məlumatları bir-bir təftiş edirəm. Həmdə səhv məlumatlar, həm də q/e hissələr var. Əvvəla qeyd edim xeyli sayda cümlələrdə istinadlar və mənbələr yoxdur.
  1. beynəlxalq dərəcəli idman ustası olduğu yazılıb. Bu şəxsi əhəmiyyətli etmir. Yüz minlərlə adama verilib SSRİ zamanında.
  2. SSRİ çempionu olduğu yazılıb 1991-ci ildə. Bu SƏHV məlumatdır. 1991-ci il Cüdo üzrə SSRİ Çempionatının nəticələri burada var. Bu səhvdir.
  3. 1990-cı ildə SSRİ çempionatında II olduğu yazılıb. Bu da SƏHV infodur. 1990-cı il SSRİ Çempionatının nəticələri burada var. Davam edirəm.
  4. 1992-ci ildə Avropa Çempionatının bütünc medalçısı olduğunu yazıb. Bu da SƏHV infodur. 1992-ci il Avropa Çempionatının nəticələri qeyd olunub.
  5. 1993-cü ildə Avropa Çempionatının finalçısı olduğu yazılıb. Bu da SƏHVdir. 1993-cü il Avropa Çempionatının nəticələrinə baxa bilərsiz buradan.
  6. Ardınca da yazıb - 1994-1995-ci illərdə isə III yerə çıxıb AÇ-larda. 1994-cü il AÇ nəticəsi1995-ci il AÇ nəticəsi. Hamısı var. Bunlarda SƏHV infolardır. Grenzsoldat 16:24, 14 aprel 2024 (UTC)Cavabla
  7. Dünya Çempionatları hissəsinə heç baxmaq istəmirəm. Amma baxaq :d dünya çempionatlarında 1992-ci ildə II, 1994-cü ildə III yerə çıxdığını yazıb. 1992-ci ildə cüdo üzrə DÇ olmayıb. Həmin il Barselona Olimpiadası var idi deyə :d Həmçinin 1994-cü ildə də baş tutmayıb. Ətraflı buradan baxa bilərsiz.
  8. 1991-ci ildə SSRİ xalqlarının oyunlarının qalibi olduğu yazılıb. Bununla bağlı heç bir istinad və mənbə tapmadım. Turnir beynəlxalq deyil və ittifaq dövlətləri arasında olub. Yəni SSRİ Çempionatı səviyyəsində + 1991-ci ildə SSRİ-nin dağılması ərəfəsində belə turnirin nəticələrini tapmaq çətindir. Bunlar bir tərəfə qalsın. Bu belə şəxsi ens etmir.
  9. İndi isə ən marağlı hissə. 2013-cü ildə İspaniyada veteran cüdoçular arasında DÇ qalibi olduğunu yazıb. 2013-cü ildə ildə bu turnir BƏƏ-də olub.
  10. 2014-cü ildə 2014-cü ildə Dubayda veteran cüdoçular arasında dünya çempionatında qızıl medal aldığını yazıb. 2014-cü ildə bu turnir Malaqada olub. Bu qədər.

Bu qədər səhv məlumatlar var məqalədə. Məqalə əslində sürətli silinməyə belə uyğundur. Grenzsoldat 16:32, 14 aprel 2024 (UTC)Cavabla

Şıx qalası

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

X Silinsin: - Bu məqalədə Dairəvi Mərdəkan qalası haqqında danışılır. Dairəvi Mərdəkan qalası haqqında olan mövcud məqalə çox geniş və təkmildir. Buna görə də bu məqaləni birləşdirmədən də silə bilərik. Çox güman fərqli adlandırmalara görə səhv salınıb. Belə bütün şəkillərdə, videolarda eləcə də yerləşdiyi yerə görə təyin etmək olur ki bu elə Dairəvi Mərdəkan qalasıdır. — Rəcəb Yaxşı (müzakirə) 08:04, 15 aprel 2024 (UTC)Cavabla

@Rəcəb Yaxşı Fikirləri ilə razıyam eyni məqalədir və Dairəvi Mərdəkan qalası təkminləşmiş məqalə olduğu üçün onun qalması və digər məqalənin silinməsi daha uyğunur. Redivy (müzakirə) 21:05, 18 aprel 2024 (UTC)Cavabla

Pərvin Əsgərli

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

  • X Silinsin: Şəxsin fəaliyyətinin mənbələrdə əhəmiyyətli əhatəsi yoxdur. Sadəcə işdən ayrılması, yeni iş yeri kimi rutin xəbərlər var. Nə aparıcı kimi fəaliyyəti, nə də erkən həyatı haqqqında mənbə mövcud deyil. Birbaşa özü və fəaliyyəti mənbələrin mövzusu olmayıb. Sura Shukurlu (müzakirə) 19:13, 15 aprel 2024 (UTC)Cavabla
  • X Silinsin: VP:ŞEƏ şərtlərini qəti ödəmir. Qeyd edilən arqumentlərlə razıyam. Grenzsoldat 19:14, 15 aprel 2024 (UTC)Cavabla
    Mən razı deyiləm, bu xanım çox savadlı və çox gözəl danışıqı ilə bizə xəbər verirdi çox istedadlı və gözəl bir jurnalistdir, silməyin bu onun haqqında wikipediyanı 185.43.191.189 07:31, 18 aprel 2024 (UTC)Cavabla
    nəzərə alarıq Grenzsoldat 14:52, 21 aprel 2024 (UTC)Cavabla
    Pərvin Əsgərli əvvəllər AZTV də Pərvin Səfaqızı kimi tanıyırdıq .çox peşəkar xanım jurnalistlərdəndir. Prezident seçkilərində, ölkə tarixindəki önəmli günlərdə hər zaman canla başla işləyib. Bölgələrdən reportajlarını görmüşəm televizorda, canlı bağlantılar qirub. Hər zaman da təmkinli və sadə olib. Digərləri kimi day dayla gəlməyib teleməkana. Açın bir bir youtubda axtarın tapın vodeolarını , süjetıəeini. Özü də BDU da bakaıvr magistr oxuyub. Son olaraq da Almaniyaya köçdü və gözəl də alman dilində danışır. 4 dil bilir jurnalist Pərvin Əsgərli.Xarici DİLLƏR universitetində tələbələr yetişdirib. Sizin bu məlumatı siımək kimi haqqınız ola bilməz. İmkan verin ölkəmizi savadı ilə tanıdan gənclərimizin haqqında hər kəs rahat girib məlumat əldə etsin. Ən azında mən Pərvin Əsgərlinin 44 günlük müharibə zamanı efirdən etdiyi bağlantıları və canlı efirləri izləmişəm. Savadlı və əxlaqlı insanları silməyə haqqınız yoxdur. ! 185.43.191.192 16:52, 25 aprel 2024 (UTC)Cavabla
    Savadlı ya da əxlaqlı olmasının Vikipediyaya heç bir aidiyyatı yoxdur. Sizi "Vətən, millət, Sakarya" düşüncəsini tərk edib obyektiv düşünməyə və Vikipediya qaydaları ilə tanış olmağa dəvət edirəm Nemoralis (müzakirə) 21:54, 25 aprel 2024 (UTC)Cavabla
  • X Silinsin: @Grenzsoldat və @Sura Shukurlu ilə həmfikirəm məqalədə ensklopedik meyyarlar yox dərəcəsindədir. Redivy (müzakirə) 17:03, 18 aprel 2024 (UTC)Cavabla

Elnarə Təhməzova

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

  • X Silinsin: Deməli 2015-2016-cı illərdə burada bir dəb var idi. Bütün televiziya aparıcılarına məqalələr yaradılırdı. Əsasəndə çoxunu Masalli qasimli adlı istifadəçi yaradırdı. Köhnələr tanıyır onu. Bu da həmin məqalələrdən biridir. VP:ŞEƏ şərtlərini ödəmir. Həyatı və təhsilini bir tərəfə qoyuram. Fəaliyyətinə baxıram. Space TV-də müxbir olub 1 il. Şəxsi ens etmir. Lider TV-də proqramlarda çalışıb və aparıcı olub. Ən ciddi "uğuru" ANS TV-də 5 il veriliş aparmaq olub. Hə birdə YAP üzvü olduğuna görə İlhamla İrəli şüarı altında bölgələr üzrə olan tədbirləri aparıb. Yəni bildiyimiz aparıcıdır. Dəhşət populyarlığı və tanınmışlığı yoxdur. Nüfuzlu verilişi olmayıb. Misal üçün Osmanqızının Açıq Söhbət verilişi. Hətta En versiyada belə məqaləsi var. Yəni belə. Düşünürəm bura şou-biznes adamlarının və aparıcılarının İnstagramına çevrilməli deyil. Qaydalar əsasdır. Grenzsoldat 19:24, 15 aprel 2024 (UTC)Cavabla

Azərbaycan Ətraf Mühit İcması

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

X Silinsin: indiki halda sadəcə reklam, təbliğatdır. Atakhanli (müzakirə) 14:30, 16 aprel 2024 (UTC)Cavabla
Ətraf mühit qoruma icmasıdır. Dövlət qeydiyyatı olmadığı üçün media paylaşmağa maraqlı deyil. 5.191.127.83 17:17, 16 aprel 2024 (UTC)Cavabla
Təəssüf ki, bu Vikipediyanın problemi deyil. VP:TƏŞKİLAT kriteriyasını oxuyun. Nemoralis (müzakirə) 19:17, 16 aprel 2024 (UTC)Cavabla
Təşəkkür edirəm. Bir neçə əlavələr etdim. Ulvimammadly1 (müzakirə) 19:58, 16 aprel 2024 (UTC)Cavabla
@Atakhanli @Nemoralis Fikirləri ilə həmfikir olaraq reklam xarakterli olduğunu düşünürəm və bu tip icmalar üçün adiyyatı üzrə nazirlik daxilində açılanda sadəcə nazirliyin məqaləsində alt başlıq kimi verilər bilər düşünürəm digər hallarda müzakirə olunandır. Redivy (müzakirə) 20:59, 16 aprel 2024 (UTC)Cavabla
İcmalar mütləq nazirliklər tərəfindən açılmalı deyil. Bu insanların öz sərbəst toplaşmaq konstitusional hüququndan istifadə edərək yaratdığı icmadır. Ulvimammadly1 (müzakirə) 06:39, 17 aprel 2024 (UTC)Cavabla
İcmanın nə olduğunu açıqlamağa ehtiyac yoxdur. Sadəcə Vikipediyada məqaləsinin ola bilməsi üçün mediada əhəmiyyətli dərəcədə əhatə olunmalıdır. Nemoralis (müzakirə) 07:20, 17 aprel 2024 (UTC)Cavabla
@Ulvimammadly1 Nazirlik detallarını olan ststusun ensiklopedik dəyərinin artırılması üçün qeyd etdim, çünki media və digər kütləvi informasiya vasitələrində yetəri qədər bir detallar yoxdur. Redivy (müzakirə) 07:21, 17 aprel 2024 (UTC)Cavabla
Çox sağ olun, aydınlatma üçün.
Ölkəmizdə təəssüf ki, icmalara nəinki xeyriyyə yardımı, heç KİV tərəfdən də dəstək yoxdur. Bir məqalənin saytda dərc edilməsi üçün 100, 200 manat ödəniş tələb edirlər. Bu səbəblə öz maaşımızdan ayıraraq ayaqda tutduğumuz icmanın KİV-də işıqlandırılmasına vəsait çatdıra bilmirik.
Bir neçə KİV-də paylaşım etdirmişik müəyyən ödəniş qarşılığında, onları da istinad olaraq qeyd etmişəm. Təbii ki, anlayıram ki, bu VİKİPEDİYA-nın problemi deyil. Sizdən anlayış göstərməyinizi xahiş edirəm. İşinizin nə qədər çox və çətin olduğunu başa düşür və yüksək rəğbət və hörmət bəsləyirəm. Ulvimammadly1 (müzakirə) 09:07, 17 aprel 2024 (UTC)Cavabla
@Ulvimammadly1 Fikrimcə gedişatdan təxminən xəbərdar olmusunuz yəni ictimailəşdirmə, tanıntmaq lazımdır və kateqoriyası üzrə üzərində işlədikdən sonra ensklopedik dəyərlərini artırdıqdan sonra yenidən bərpası üçün müraciət edə bilərsiniz düşünrəm. Redivy (müzakirə) 16:55, 18 aprel 2024 (UTC)Cavabla
Dəstəyiniz üçün təşəkkür edirəm. Qaydalar hamı üçün eynidir və mən bunu təkzib etmirəm. Ümid edirəm ki, KİV icmalara dəstək mövzusunda daha duyarlı və fərqində olacaq. Təbii ki, bu mövzuda sizinlə həmfikirəm. Ulvimammadly1 (müzakirə) 20:14, 18 aprel 2024 (UTC)Cavabla
İstinad əlavə edildi. Ulvimammadly1 (müzakirə) 20:10, 20 aprel 2024 (UTC)Cavabla

Lamiyə Səlimova

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

İlkin vərəm

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

razıyam. ad saxlanılıb yönləndirilmə də verilməldir. envikidə yönləndirilib. Atakhanli (müzakirə) 13:04, 18 aprel 2024 (UTC)Cavabla
 Birləşdirilsin: @Araz Yaquboglu @Atakhanli Fikirləri ilə razıyam. Redivy (müzakirə) 16:51, 18 aprel 2024 (UTC)Cavabla

Qazax Sement Zavodu

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

Eurodesign

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

Onixomikoz

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

Bəli, deyilən fkkirlə razıyam. Bu ad da yönləndirmə kimi qalmalıdır. Çünki digər dillərdə bu adla gedir. Araz Yaquboglu (müzakirə) 02:56, 19 aprel 2024 (UTC)Cavabla
Elmi adıdı. Bizdə günlük həyatda daha çox "göbələk xəstəliyi" kimi işlənir və "dırnaq göbələyi" (onixomikoz) də onun bir növüdür. Hörmətlə, Gadirmüzakirə 05:51, 19 aprel 2024 (UTC)Cavabla

Elxan Cəfərov (alim)

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

Bürhan Əliyev

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

Tamilla Şəfəq

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

Ağarəhim Əlizadə

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

  • X Silinsin: Məqalədə şəxsin fəaliyyəti ilə bağlı faktlara görə dəyərləndrisək, onun fəaliyyətini həmkarlarından fərqli edən xüsusi əhəmiyyətli töhfəsi yoxdur və ümumiyyətlə fəaliyyəti haqqında məlumat yox dərəcəsində təqdim edilib. Şəxsi dəyərləndirmək üçün axtarışda başqa mənbə tapmadım. Sura Shukurlu (müzakirə) 18:39, 19 aprel 2024 (UTC)Cavabla
  • Şərh Şərh: Məqalədə ciddi nüanslar var əgər istinad və mənbə olarsa ensklopedik olar düşünürəm lakin heçbir mənbə ilə əsaslı istinadlar tapa bilmədim. Lakin hal-hazırki vəziyyətdə X Silinsin: Redivy (müzakirə) 22:31, 19 aprel 2024 (UTC)Cavabla
  • X Silinsin: sürətli silinməyə belə uyğundur. Grenzsoldat 15:02, 21 aprel 2024 (UTC)Cavabla

Seymur Musayev

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

Qumru Teymurova

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

  • X Silinsin: Şəxs və fəaliyyəti haqqında mənbələrdə əhatə yoxdur. Məqalədə qeyd edilən mənbi yoxlamaq olmur, amma məqalənin həmin mənbəyə əsasən yazıldığını da düşünsək, şəxs haqqında onu ensiklopedik edəcək hər hansı xüsusi əhəmiyyətli fakt məlum deyil. Ölüm tarixi belə bəlli deyil, ona görə şablonda 103 yaş göstərir, şəxs yəqin ki, artıq vəfat edib. Sura Shukurlu (müzakirə) 20:13, 19 aprel 2024 (UTC)Cavabla
  • X Silinsin: qeyd edilən arqumentlə razıyam. Grenzsoldat 15:00, 21 aprel 2024 (UTC)Cavabla

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR