Müşviq Cəfərov (cüdoçu)

Müşviq Cəfərov
Doğum tarixi (55 yaş)
Doğum yeri Şabran
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
İxtisası cüdoçu
Fəaliyyəti idmançı

Müşviq Cəfərov (31 avqust 1968, Dəvəçi) — beynəlxalq dərəcəli idman ustası, SSRİ çempionu, cüdoçu, SSRİ Xalqlarının Spartakiadasının çempionu[1], Cüdo üzrə 2 qat dünya çempionu.

Həyat və fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Müşviq Cəfərov 1968-ci il 31 avqustda Azərbaycan Respublikasının Şabran (Dəvəçi) şəhərində doğulub. Beynəlxalq dərəcəli idman ustasıdır. SSRİ çempionudur (1991). O, 1990-cı ildə SSRİ çempionatında II, Avropa çempionatı yarışlarında 1992-ci ildə III, 1993-cü ildə II, 1994-1995-ci illərdə III yerə, dünya çempionatlarında 1992-ci ildə II, 1994-cü ildə III yerə, 1992-ci ildə Dünya Kubokunda II yerə çıxmış, 1991-ci ildə isə SSRİ Xalqlarının Spartakiadasının çempionu olmuşdur[2].

2013-cü ildə İspaniyada veteran cüdoçular arasında keçirilən dünya çempionatında M-4 kateqoriyası üzrə 66 kq çəki dərəcəsində yarışan Müşfiq Cəfərov dünya çempionatında bütün rəqiblərinə qalib gələrək qızıl medala layiq görülüb.

2014-cü ildə Dubayda veteran cüdoçular arasında keçirilən dünya çempionatında M-4 kateqoriyası üzrə 66 kq çəki dərəcəsində yarışan Müşfiq Cəfərov dünya çempionatının qızıl medalına layiq görülüb.

2019-cu il 14 oktyabr tarixində Mərakeşdə veteran cüdoçular arasında keçirilən dünya çempionatında M-5 kateqoriyası üzrə 73 kq çəki dərəcəsində yarışan Müşfiq Cəfərov dünya çempionatının bürünc medalına layiq görülüb[3].

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Çempionlarımız" (az.). sambo.az. 2018-02-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-10-28.
  2. "Usta cüdoçularımız dünya çempionatında 5 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıblar" (az.). idmantv.az. Archived from the original on 2019-10-29. İstifadə tarixi: 2019-10-28.
  3. Daha iki cüdoçumuz Avropa çempionatında medal qazandı. (az.) https://web.archive.org/web/20191029075813/http://judo.az/xeberler/77-daha-iki-cudocumuz-avropa-cempionatnda-medal-qazand.html (#bare_url_missing_title). Archived from the original on 2019-10-29. İstifadə tarixi: 2019-10-28.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]