Talib Zeynalov
Talib Zeynalov | |
---|---|
Talib Ramin oğlu Zeynalov | |
Şəxsi məlumatlar | |
Tam adı | Talib Ramin oğlu Zeynalov |
Vətəndaşlığı | Azərbaycan |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan |
Təhsili | Bakı Dövlət Universiteti |
Boyu | 170 sm. |
İdman növü | Pauerliftinq |
Məşqçisi | İlqar İbişov (şəxsi) |
Talib Zeynalov (23 avqust 2004, Bakı) — Azərbaycanı təmsil edən pauerliftinqçi. 2023-cü il Dubayda keçirilən Dünya Çempionatında Avropa Rekordunu yeniləyib.[1] Avropa çempionu, Dünya Kubokunun qalibi, dünya 2-cisi.[2]
Həyatı[redaktə | mənbəni redaktə et]
Talib Zeynalov 23 avqust 2004-cü ildə Bakı şəhərində hərbçi ailəsində doğulub. III qrup əlildir.[3] 2021-ci ildə Bakı Dövlət Universiteti Tarix fakültəsinin Regionşünaslıq ixtisasına qəbul olub.[4] 2019-cu ildən Azərbaycan Milli Paralimpiya Komitəsinin tərkibində olan parapauerliftinq (ağırlıq qaldırma) idman növü ilə məşğul olur.[5] Şəxsi məşqçisi İlqar İbişovdur.[6]
Karyerası[redaktə | mənbəni redaktə et]
14 noyabr 2019-cu ildə V Uşaq Paralimpiya İdman Oyunlarında 105 kq çəki qaldıraraq qızıl medal qazanıb.[7] 24 dekabr 2021-ci ildə VI Uşaq Paralimpiya İdman Oyunlarında 138 kq çəki qaldıraraq qızıl medal və kubok qalibi olmuşdur.[8] 2022-ci il 24–28 sentyabr tarixlərində Gürcüstanın Tbilisi şəhərində keçirilən Açıq Avropa Çempionatında +107 kq çəki kateqoriyasında 155 kq çəki qaldıraraq qızıl medal sahibi olmuş və eyni zamanda rus idmançının rekordunu yeniləyib yeni avropa rekorduna imza atmışdır. 29 aprel — 1 may 2023-cü il tarixlərində Gürcüstanın Tbilisi şəhərində keçirilən Dünya Kubokunda 146 kq çəki qaldıraraq qızıl medala sahiblənmişdir. 22–30 avqust 2023-cü il tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən Dünya Çempionatında +107 kq çəki dərəcəsində 160 kq çəki qaldıraraq gümüş medala sahiblənsə də avropa rekordunu yenidən yeniləmişdir.
İstinadlar[redaktə | mənbəni redaktə et]
- ↑ "Talib Zeynalov Avropa rekordunu yeniləyərək medallar qazandı". Yeni Çağ Media (az.). 22 avqust 2023.
- ↑ "PARALİMPİYA: Talıb Zeynalov DK-nın gənclər yarışının qalibidir". azpressmedia.az (ingilis). 2024-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-04.
- ↑ "Azərbaycan paraatletləri Tbilisidə daha iki medal qazanıblar".
- ↑ "Bakı Dövlət Universiteti". bsu.edu.az. 2024-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-04.
- ↑ "Dünya çempionatında 6 qızıl medal". Xalqqazeti.az (az.). 2024-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-04.
- ↑ "Xocalı idmançısı ikiqat dünya mükafatçısı olub". Xalqqazeti.az (az.). 2024-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-04.
- ↑ "Azərbaycan idmançısı dünya çempionatında rekord qırıb iki medal qazandı - VİDEO". Oxu.Az (az.). 22 avqust 2023. 2024-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-04.
- ↑ "Talıb Zeynalovdan 2 qızıl mükafat". İdman Son Xəbər - Allsport.az (az.). 1 may 2023. 4 February 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 February 2024.