Misir inqilabı (1919)

Misir inqilabı
Tarix noyabr 1918 – iyul 1919
Yeri
  • Misir sultanlığı[d]
Nəticəsi
  • İngiltərənin Misirin istiqlaliyyətini tanıması
  • Yeni konstitusiyanın tətbiqi
  • Misir krallığının qurulması
  • İngiltərənin Misir və Sudanda varlığının davam etməsi
Münaqişə tərəfləri

 Böyük Britaniya

 Avstraliya[1]

Etirazçılar

Komandan(lar)

Recinald Vingeyt

Səəd Zəğlul

İtkilər

29 britaniyalı hərbçi həlak olmuşdur
Ən azı bir avstraliyalı hərbçi həlak olmuşdur[2]
31 avropalı mülki şəxs həlak olmuşdur

İğtişaşlarda 800 nəfər həlak olmuş və 1,600 nəfər yaralanmışdır

Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1919-cu il Misir inqilabı (ərəb. ثورة 1919‎‎, translit. Təvra 1919) və ya 1919–1921-ci illər Misir üsyanları[3]Misir xalqının İngiltərə müstəmləkəçilərinə qarşı milli azadlıq üsyanları.

Tarixi[redaktə | mənbəni redaktə et]

1919-cu il üsyanı[redaktə | mənbəni redaktə et]

Misirə istiqlaliyyət verilməsi tələbi ilə çıxış edən "Vəfd" Partiyasının rəhbəri Səəd Zəğlulun həbs edilməsi əleyhinə 9 mart 1919-ci il tarixində Qahirə şəhərində fəhlələr tətilə başlamışdır. 11 martda ingilis qoşunlarının nümayiş və tətil iştirakçılarını gülləbaran etməsi növbəti gün ölkədə ümumi üsyana səbəb olmuşdur. 18 martda üsyançılar ingilis qarnizonlarını Yuxarı Misirdən qovmuş və yaxud da müharisəyə almışdı. Aşağı Misirin bir çox şəhər və kəndlərində inqilabi hakimiyyət orqanları yaradılmışdır. Lakin üsyanın mərkəzləşdirilmiş rəhbərlərinin olmaması, "Vəfd" Partiyası rəhbərlərinin tərəddüd və qətiyyətsizliyindən istifadə edən ingilis müstəmləkəçiləri Misirə böyük ordu yeridə bilmişdir. 1919-cu ilin aprel ayının əvvəllərində üsyan yatırılmışdır. Ayrı-ayrı yerlərdə döyüşlər aprelin sonuna qədər davam etmişdir. Sentyabr-noyabr aylarında Qahirə və İsgəndəriyyədə iri inqilabi döyüşlər baş vermişdir.[3]

1922-ci il üsyanı[redaktə | mənbəni redaktə et]

İngiltərənin Misiri ağır şərtl müqavilə imzalamağa məcbur etmək cəhdinə, həmçinin "Vəfd" Partiyası xadimlərinin həbs və sürgün edilməsinə qarşı 23 dekabr 1921-ci il tarixində başlamış yeni üsyan isə 1922-ci ilin əvvəlinə qədər yatırılmışdır.[3]

Nəticə[redaktə | mənbəni redaktə et]

Məğlubiyyətinə baxmayaraq, Misir inqilabi Misirdə ingilis hökmranlığına ciddi zərbə vurmuşdur. 1922-ci ilin fevralında Birləşmiş Krallıq Misir üzərində protektoratlığından əl çəkmiş və formal olaraq onun istiqlaliyyətini tanımışdır.[3]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Australian War Memorial – Egyptian Uprising 1919". 2018-05-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-08-01.
  2. Tyquin, Michael. Keeping the Peace – Egypt 1919, Journal of the Royal United Services Institute, Vol. 61, No. 4, December 2010.
  3. 1 2 3 4 Мисир үсјанлары (1919, 1922) // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VII ҹилд: МисирПрадо. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1983. С. 5.

Əlavə ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Daly, M.W. The British Occupation, 1882–1922. Cambridge Histories Online: Cambridge University Press. 1988.
  • Fahmy, Ziad. Ordinary Egyptians: Creating the Modern Nation through Popular Culture. Stanford University Press. 2011.
  • Goldberg, Ellis. Peasants in Revolt – Egypt 1919. International Journal of Middle East Studies 24, no. 2. 1992.
  • Jankowski, James. Egypt: A Short History. Oxford: Oneworld Publications. 2000.
  • Valentine, Chirol. The Egyptian Question. Journal of the British Institute of INternational Affairs 1, no. 2. 1922.
  • Vatikiotis, P.J. The History of Modern Egypt (4th). Baltimore: Johns Hopkins University. 1992.
  • "800 natives dead in Egypt's rising; 1,600 wounded". The New York Times. 25 July 1919.
  • Quraishi, Zaheer Masood. Liberal Nationalism in Egypt: Rise and Fall of the Wafd Party. Kitab Mahal Private LTD. 1967.
  • Zunes, Stephen. Nonviolent Social Movements: A Geographical Perspective. Blackwell Publishing. 1999.