Azərbaycan Sovet Ensiklopediyası
Azərbaycan Sovet Ensiklopediyası | |
---|---|
Азәрбајҹан Совет Енсиклопедијасы | |
![]() Kitabın üz örtüyü | |
Janr | Ensiklopediya |
Orijinalın dili | Azərbaycanca |
Ölkə | ![]() |
Orijinalın nəşr ili | 1976-1987 |
Nəşriyyat | AMEA |
Cild | 10 |
Səhifə | 6265 |
Azərbaycan Sovet Ensiklopediyası və ya qısaca ASE (Kiril əlifbası: Азәрбајҹан Совет Енсиклопедијасы[1] (АСЕ)) — 10 cilddən ibarət Azərbaycan dilində ensiklopediya.
Tarixi[redaktə | mənbəni redaktə et]
Azərbaycan Sovet Ensiklopediyası 1976–1987-ci illərdə kiril əlifbası ilə nəşr edilmişdir. Hazırda Azərbaycan dilində ensiklopedik informasiya bazalarından ən mükəmməlidir. "Azərbaycan Sovet Ensiklopediyası"nın baş redaksiyası 1965-ci ildə görkəmli şair Rəsul Rzanın baş redaktorluğu ilə yaradılıb. Sonra Azərbaycan Sovet Ensiklopediyasına tarix elmləri doktoru, akademik Cəmil Quliyev rəhbərlik edib.
1966–1968-ci illərdə Ensiklopediyanın Baş redaksiyasında Ədəbiyyat və İncəsənət redaksiyasının müdiri, 1976–1988-ci illərdə isə baş redaktorun birinci müavini sonradan isə 1988 ci ildən ömrünün axrına qədər yəni 1990-cı ilə qədər Azərbaycan Sovet Ensiklopediyasının Baş redaktoru vəzifəsində çalışmış əməkdar elm xadimi Araz Dadaşzadənin əməyi böyük və danılmazdır.
"Azərbaycan Sovet Ensiklopediyası" Azərbaycan tarixində bilik və məlumatların bütün sahələrini əhatə edən ilk universal xarakterli fundamental əsər olmuşdur. Böyük elmi potensialın cəlb olunması ilə hazırlanan bu oncildlik ensiklopediyanın nəşri Azərbaycanın elmi və mədəni həyatında mühüm hadisəyə çevrilmişdir.
Ensiklopediyanın bütün cildləri 2020-ci ildə "Elmi Spektr" saytının "Habitat" layihəsi çərçivəsində elektronlaşdırılıb. Bütün cildlər optik işarə tanıma sistemindən (OCR) keçirdildiyinə görə, kitab daxilində axtarış aparmaq da mümkündür.[2]
Redaksiya heyəti[redaktə | mənbəni redaktə et]
Rəsul Rza (1966–75), Cəmil Quliyev (1976–1987)[3] və Araz Dadaşzadə (1988–1990) fərqli dövrlərdə ensiklopediyanın baş redaktoru vəzifəsini icra etmişdirlər. Rüstəm Hüseynov isə baş redaktorun müavifini vəzifəsində çalışmışdır. Ensiklopediyanın baş redaksiya heyətində aşağıda adları göstərilmiş alimlər yer alırdı:
- Mikayıl Abdullayev
- Həsən Abdullayev
- Müzəffər Abutalıbov
- Ziya Bünyadov
- Əli Quliyev
- Məmmədpaşa Quluzadə
- Araz Dadaşzadə
- Əfrand Daşdəmirov
- Vahab Əliyev
- H.Ə. Əliyev
- Cəlal Əliyev
- Azad Əfəndizadə
- Fikrət Əhmədov
- Mirzə İbrahimov
- Nazim İbrahimov
- Firudin Köçərli
- Mehdi Mehdizadə
- Şəfaət Mehdiyev
- Musa Musayev
- İmam Mustafayev
- Eldar Salayev
- Mikayıl Useynov
- Məmməd Cəfər Cəfərov
- Çingiz Cuvarlı
- Məmmədağa Şirəliyev
Cildlərin çap olunması xronologiyası[redaktə | mənbəni redaktə et]
Adı | Cild | Nəşr tarixi | Əlifba sırası | Nəşr yeri | Səhifə sayı | Bax |
---|---|---|---|---|---|---|
Азәрбајҹан Совет Енсиклопедијасы (Azərbaycan Sovet Ensiklopediyası) | 1 | 1976 | А—БАЛЗАК | Bakı | 648 | [2] |
Азәрбајҹан Совет Енсиклопедијасы (Azərbaycan Sovet Ensiklopediyası) | 2 | 1978 | БАЛЗАМ—ГАЈДАР | Bakı | 638 | [3] |
Азәрбајҹан Совет Енсиклопедијасы (Azərbaycan Sovet Ensiklopediyası) | 3 | 1979 | ГАЈЫБОВ—ЕЛДАРОВ | Bakı | 628 | [4] |
Азәрбајҹан Совет Енсиклопедијасы (Azərbaycan Sovet Ensiklopediyası) | 4 | 1980 | ЕЛДӘҜӘЗ—ИТАБИРА | Bakı | 616 | [5] |
Азәрбајҹан Совет Енсиклопедијасы (Azərbaycan Sovet Ensiklopediyası) | 5 | 1981 | ИТАЛИЈА—КУБА | Bakı | 624 | [6] |
Азәрбајҹан Совет Енсиклопедијасы (Azərbaycan Sovet Ensiklopediyası) | 6 | 1982 | КУБА—МИСИР | Bakı | 647 | [7] |
Азәрбајҹан Совет Енсиклопедијасы (Azərbaycan Sovet Ensiklopediyası) | 7 | 1983 | МИСИР—ПРАДО | Bakı | 623 | [8] |
Азәрбајҹан Совет Енсиклопедијасы (Azərbaycan Sovet Ensiklopediyası) | 8 | 1984 | ПРАДО—СПРИНТ | Bakı | 608 | [9] |
Азәрбајҹан Совет Енсиклопедијасы (Azərbaycan Sovet Ensiklopediyası) | 9 | 1986 | СПУТНИК—ФРОНТОН | Bakı | 623 | [10] |
Азәрбајҹан Совет Енсиклопедијасы (Azərbaycan Sovet Ensiklopediyası) | 10 | 1987 | ФРОСТ—ШҮШТӘР | Bakı | 610 | [11] |
Ümumi (1–10) | 1976–1987 | А—ШҮШТƏР | 6265 |
Digər sovet ensiklopediyaları[redaktə | mənbəni redaktə et]
İstinadlar[redaktə | mənbəni redaktə et]
- ↑ "Азәрбајҹан Совет Енсиклопедијасы (Azərbaycan Sovet Ensiklopediyası)" Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası Arxivləşdirilib 2014-09-02 at the Wayback Machine (az.)
- ↑ 10 cildlik Azərbaycan Sovet Ensiklopediyası (Азәрбајҹан Совет Енсиклопедијасы, ACE) dilimizdə yazılmış ən vacib istinad əsəridir
- ↑ [1]
Xarici keçidlər[redaktə | mənbəni redaktə et]
- "Азәрбајҹан Совет Енсиклопедијасы (Azərbaycan Sovet Ensiklopediyası)" Internet Archive-da arxivlənmiş dijitallaşdırılmış nüsxələr