Mikela Paç

Mikela Paç
malta Michela Pace
Ümumi məlumatlar
Doğum tarixi 25 yanvar 2001(2001-01-25) (23 yaş)
Doğum yeri
Vətəndaşlığı  Malta
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni
Fəaliyyət illəri 2017–h.h.
Janr
Musiqi aləti vokal
Albom şirkəti Sony Music Italy
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mikela Paç (malta Michela Pace; 25 yanvar 2001, Gozo) — Malta müğənnisi. O, Maltanın X Factor musiqi yarışmasının birinci mövsümünün qalibi olaraq Maltanı İsrailin Tel-Əviv şəhərində keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmək hüququnu qazanmışdır.[1][2] Mikela daha öncə "Cruise Control" mahnısı ilə 2017-ci ildə Maltanın Avroviziya üçün seçim turunda iştirak etmişdir. Mikelanın Avroviziyada ifa edəcəyi "Chameleon" mahnısı mart ayının 10-du təqdim olunmuşdur.[3]

Mikela Paç Avroviziya üçün aparılan uzun məşqlərdən sonra 16 may tarixində baş tutan yarımfinal mərhələsində 11-ci nömrə altında çıxış etmişdir. Nəticədə 157 xalla 8-ci yerdə qərarlaşaraq, final mərhələsinə vəsiqə qazanmışdır. Müsabiqənin finalında bir daha öz mahnısını ifa edən Mikela 26 ölkə təmsilçisinin mübarizə apardığı şouda 107 xal toplayaraq, 14-cü yerdə qərarlaşmışdır.

Diskoqrafiya[redaktə | mənbəni redaktə et]

Sinqllar[redaktə | mənbəni redaktə et]

Mahnı adı İl
"Chameleon" 2019

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Michaela Pace wins grand final of X Factor Malta and will represent Malta at Eurovision 2019". Wiwibloggs. 26 yanvar 2019. 2020-01-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 yanvar 2019.
  2. "Malta: Michela Pace to Eurovision 2019". Eurovoix. 26 yanvar 2019. 2019-01-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 yanvar 2019.
  3. "Malta: Michela Pace to Sing "Chameleon" at Eurovision 2019". Eurovoix. 10 mart 2019. 2019-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-12.
Əvvəlki:
Kristabel Borq
"Taboo"
Malta Avroviziya Mahnı Müsabiqəsində

2019
Sonrakı: