KEiiNO

KEiiNO
KEiiNO qrupu Avroviziya 2019 səhnəsində
KEiiNO qrupu Avroviziya 2019 səhnəsində
Əsas məlumatlar
Üslub
  • Elektropop
  • yoyk
  • dans-pop
  • etno elektronika
Fəaliyyət illəri 2018–h.h.
Ölkə  Norveç
Şəhər Kautokeino
Leybl Universal Music Group[d]
Heyət Tom Huqo Hermansen
Fred-Rene Bulyo
Aleksandra Rotan
Əlaqəli layihələr Duolva Duottar
Radiojam
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

KEiiNO — saamlı reper və yoyker Fred-Rene Bulyo və norveçli müğənnilər Tom Huqo Hermansen və Aleksandra Rotandan təşkil olunmuş musiqi qrupu. Qrup 2018-ci ilin sonlarında xüsusi ilə Norveçin NRK telekanalının təşkil etdiyi Melodi Grand Prix 2019 yarışması üçün qurulmuşdur.[1] KEiiNO yarışmada "Spirit in the Sky" mahnısı ilə mübarizə apararaq nəticədə qələbə qazanmışdır. Mahnının əsas mövzusu gender bərabərliyi və önmühakimələrdir.[2] Həmin mahnı ilə KEiiNO qrupu Norveçi İsrailin Tel-Əviv şəhərində keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. 2 il sonra şanslarını yoxlayaraq ölkəsinin Melodi Grand Prix 2021 seçim turuna qatılaraq Monuments söylədilər. Finalda qalib gələrək 2021 Avroviziya Mahnı Müsabiqəsində Norveçi təmsil etmək şansı əldə etdilər

Uzun məşqlərdən sonra KEiiNO 16 may tarixində baş tutan müsabiqənin yarımfinal mərhələsində 15-ci nömrə altında səhnə almışdır. Nəticədə 210 xalla 7-ci yeri tutaraq, final mərhələsinə vəsiqə qazanmışdır. Müsabiqənin finalında bir daha öz mahnısını ifa edən qrup 26 ölkə təmsilçisinin mübarizə apardığı şouda 331 xal toplayaraq, 6-cı yeri tutmuşdur. KEiiNO finalda SMS səsverməsinə görə birinci yeri tutsa da, münsif səsverməsində on səkkizinci yerdə qərarlaşmışdır.

Diskoqrafiya[redaktə | mənbəni redaktə et]

Sinqllar[redaktə | mənbəni redaktə et]

Mahnı adı İl
"Spirit in the Sky" 2019
"Monument" 2021

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Dette er årets MGP-artister" (norveçcə). 2 mart 2019. 2019-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-04.
  2. "Gamle helter og nye stjerneskudd i Melodi Grand Prix-feltet" (norveçcə). 2019-01-25. 2019-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 mart 2019.
Əvvəlki:
Aleksandr Rıbak
"That's How You Write a Song"
Norveç Avroviziya Mahnı Müsabiqəsində

2019
Sonrakı:

Həmçinin bax[redaktə | mənbəni redaktə et]