Dankan Lourens

Dankan Lourens
ing. Duncan Laurence
Dankan Lourens 2019-cu ildə
Dankan Lourens 2019-cu ildə
Ümumi məlumatlar
Doğum adı Dankan de Mur
nid. Duncan de Moor
Ləqəbləri Dankan Lourens
ing. Duncan Laurence
Doğum tarixi (30 yaş)
Doğum yeri Speykenisse, Niderland
Vətəndaşlığı  Niderland
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni, bəstəkar
Fəaliyyət illəri 2014–h.h.
Janr
Musiqi alətləri vokal, piano
Albom şirkəti Universal Music Group[d]
duncanlaurence.nl
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Dankan de Mur (nid. Duncan de Moor; 11 aprel 1994, Speykenisse[d], Cənubi Hollandiya, Niderland) və ya səhnə adı ilə Dankan Lourens (ing. Duncan Laurence) — Niderland müğənnisi və bəstəkarı. O, "Arcade" mahnısı ilə Niderlandı İsrailin Tel-Əviv şəhərində keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş və nəticədə Niderlanda 5-ci Avroviziya qələbəsini qazandırmışdır[1].

Həyatı və musiqi karyerası[redaktə | mənbəni redaktə et]

Dankan de Mur 11 aprel 1994-cü ildə Niderlandın Speykenisse şəhərində anadan olmuşdur. Dankan 13 yaşından etibarən musiqi ilə maraqlanmağa başlamışdır. O, öz musiqi karyerasını Tilburq şəhərində yerləşən Rok Akademiyasında bir neçə musiqi qruplarının üzvü olaraq başlamışdır. The Slick and Suited rok qrupunun üzvü kimi Dankan Eurosonic Noorderslag festivalında çıxış etmişdir. O, həmin Rok akademiyasında təhsilini 2017-ci ildə bitirmişdir.

2014: The Voice of Holland[redaktə | mənbəni redaktə et]

2014-cü ilin avqust ayında Dankan Niderlandın The Voice səs yarışmasının beşinci mövsümündə dinləmələrdə iştirak etmişdir. İlkin dinləmədə Ed Şiranın "Sing" mahnısını ifa edən gənc Dankan İlse DeLanjın komandasında yer alaraq, növbəti mərhələyə adlamışdır. Yarışmada iştirakını uğurla davam edən Dankan finalın bir addımlığında münsiflərin seçimi ilə yarışmada iştirakını dayandırmışdır.

2019: Avroviziya Mahnı Müsabiqəsi[redaktə | mənbəni redaktə et]

2019-cu ilin yanvar ayında Niderlandın AVROTROS telekanalı Dankanın Niderlandı İsrailin Tel-Əviv şəhərində keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil edəcəyini elan etmişdir. Onun Avroviziyada ifa edəcəyi "Arcade" mahnısı 7 martda təqdim olunmuşdur.[2] Lourens müsabiqə üçün aparılan uzun məşqlərdən sonra 16 may tarixində baş tutan yarımfinal mərhələsində 16-cı nömrə altında çıxış etmişdir. Nəticədə 280 xalla 1-ci yeri tutaraq, final mərhələsinə vəsiqə qazanmışdır. Müsabiqənin finalında bir daha öz mahnısını ifa edən Dankan Lourens 26 ölkə təmsilçisinin mübarizə apardığı şouda 498 xal toplayaraq, Niderlanda 5-ci Avroviziya qələbəsi sevincini yaşatmışdır.[3]

Şəxsi həyatı[redaktə | mənbəni redaktə et]

Avroviziya finalından öncə keçirilən mətbuat konfransı zaman Dankan Lourens biseksual olduğunu açıqlamışdır: "Mən sadəcə ifaçı deyiləm. Mən insanam, mən yaşayan biriyəm, mən biseksualam, mən musiqiçiyəm, mənim qoruduqlarım var və mən kim olduğumu hər kəsə göstərmək fürsətini əldə etdiyim üçün özümlə qürur duyuram."[4]

Diskoqrafiya[redaktə | mənbəni redaktə et]

Sinqllar[redaktə | mənbəni redaktə et]

Mahnı adı İl
"Arcade" 2019
"Bassa Sababa" 2019

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Duncan Laurence will represent The Netherlands this year". eurovision.tv. 21 yanvar 2019. 2019-05-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-23.
  2. "Duncan Laurence takes 'Arcade' to Eurovision for The Netherlands". eurovision.tv (ingiliscə). 2019-03-07. 2019-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-08.
  3. "Eurovision 2019: Netherlands wins song contest". BBC News. 19 may 2019. 14 April 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 May 2019.
  4. "Dutch Eurovision contestant Duncan Laurence comes out as bisexual". Gay Times. 18 may 2019. 19 May 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 may 2019.
Əvvəlki:
Ueylon
"Outlaw in 'Em"
Niderland Avroviziya Mahnı Müsabiqəsində

2019
Sonrakı:

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]