Elşad Yəhyayev

Elşad Yəhyayev
Elşad Məmmədhənifə oğlu Yəhyayev
Doğum tarixi
Doğum yeri Şəki, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (26 yaşında)
Vəfat yeri Xocalı rayonu, Azərbaycan
Vəfat səbəbi Şəhid olmuşdur.
Dəfn yeri Şəhidlər Xiyabanı
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Mükafatları "Qızıl Ulduz" medalı — 1992

Elşad YəhyayevAzərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi.

Həyatı[redaktə | mənbəni redaktə et]

5 may 1966-cı ildə Şəki şəhərində doğulmuşdur. 1973-cü ildə Şəkidəki 12 saylı məktəbə getmişdi. 1977-ci ildə ailələri ilə Bakıya köçürlər. 1983-cü ildə Xətai rayonundakı 56 saylı orta məktəbi bitirir. 1984–1986-cı illərdə hərbi xidmətdə olmuşdur. 1987-ci ildə Saratov Ali Hərbi Komandirlər Məktəbinə daxil olur. 1991-ci ildə leytenant rütbəsi ilə Vətənə dönür. Bu zaman artıq Qarabağ müharibəsi başlamışdı.

Döyüşlərdə iştirakı[redaktə | mənbəni redaktə et]

Elşad könüllü olaraq DİN-ə müraciət edir və onu "N" saylı hissəyə taqım komandiri təyin edirlər. Cəsur komandir Sırxavənd, Naxçıvanlı, Papravənd kəndlərində gedən döyüşlərdə iştirak edir. Ermənilərə öz şücaətini göstərən döyüşçü xeyli qulduru məhv etmişdi. Naxçıvanlı kəndində qaynar döyüşlər gedirdi ermənilər ağır itki verdilər və geri çəkildilər…Elşad bu döyüşdə xeyli düşməni məhv etmişdi lakin qəfil snayper gülləsi onun gənc ömrünü qırdı 20 iyun 1992-ci il o, qəhrəmancasına şəhid oldu.

Ailəsi[redaktə | mənbəni redaktə et]

Subay idi.

Milli Qəhrəman[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Yəhyayev Elşad Məmmədhənifə oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.

Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.

Şəki rayonundakı 12 saylı məktəb qəhrəmanımızın adını daşıyır.

Bakı şəhərindəki 56 saylı orta məktəbdə isə onun büstü qoyulub.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Mənbə[redaktə | mənbəni redaktə et]

Elbrus Şahmar "Şah İsmayıl qartalları" Bakı-1996. ("Elşad kimi oğlu olan ağlamaz" oçerki) səh.51-54.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]