Akif Əkbərov

Akif Əkbərov
Akif Abbas oğlu Əkbərov
Akif Əkbərov
Akif Əkbərov
Şəxsi məlumatlar
Doğum tarixi 2 fevral 1952(1952-02-02)
Doğum yeri
Vəfat tarixi 5 avqust 1991(1991-08-05) (39 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı SSRİ SSRİ
Hərbi fəaliyyəti
Mənsubiyyəti Daxili İşlər Nazirliyi
Qoşun növü Quru Qoşunları
Xidmət illəri 1970-1991
Rütbəsi Polis Baş Çavuşu
Döyüşlər
Təltifləri "Qızıl Ulduz" medalı — 1992

Əkbərov Akif Abbas oğlu (2 fevral 1952, Balyand, Cəbrayıl rayonu5 avqust 1991, Kəlbəcər rayonu) — Qarabağ müharibəsinin iştirakçısı. 12 avqust 1992-ci ildə Kəlbəcərin Sarıyer yaylağı uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. 8 oktyabr 1992-ci ildə Azərbaycan Respublikasının 2-ci Prezidenti cənab Əbülfəz Elçibəyin 264 saylı fərmanı ilə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.[1][2]

Həyatı[redaktə | mənbəni redaktə et]

Akif Əkbərov 2 fevral 1952-ci ildə Azərbaycanın Cəbrayıl rayonunun, Balyand kəndində anadan olmuşdur. 1969-cu ildə Beyləqan şəhər 1 saylı orta məktəbini bitirib. 1970-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin Milli Ordusunun sıralarına yollanıb. 1972-ci ildə ordudan tərxis olunur. O, 1974-cü ildə Beyləqan rayon Daxili İşlər Şöbəsində Polis nəfəri kimi fəaliyyətinə başlayır. Sonuncu iş yeri Polis Şöbəsinin Dövlət Avtomobil Müfəttişliyi bölməsi olur. Polis Baş Çavuşu Akif Əkbərov həmin bölmədə Yol-Patrul Xidməti müfəttişi vəzifəsində işləyirdi.[1]

Qarabağ müharibəsi[redaktə | mənbəni redaktə et]

1991-ci ilin 5 avqust tarixində Beyləqan rayon Polis Şöbəsinin bir qrup əməkdaşı Kəlbəcər rayonunun "Sarı yer" yaylağındakı mülki şəxslərin təhlükəsizliyini təmin etmək üçün oraya ezam olunur. Polislərin arasında Akif Əkbərov da var idi. Erməni quldurları tez-tez yaylaqlara qəfil basqınlar etdiyindən, polislərimiz hər zaman sayıq olmağa çalışırdılar.[1]

12 avqust tarixində ermənilər Cermuq şəhəri tərəfdən "Sarı yer" yaylağına hücuma keçirlər. Əhalini qorumaq üçün polis işçilərimiz döyüşə girirlər. Akif elə döyüş mövqeyi tutmuşdu ki, ermənilər başlarını qaldırmağa belə macal tapmırdılar. Təxminən 6 saat davam edən bu döyüşdə Akif Əkbərov xüsusilə fərqlənir. Düşmənin xeyli canlı qüvvəsi məhv edilir. Lakin qəfil düşmən gülləsi Akifdən də yan keçmir və Akif Əkbərov qəhrəmancasına həlak olur.[1]

Milli Qəhrəman[redaktə | mənbəni redaktə et]

Akif Əkbərov Azərbaycan Respublikasının 2-ci Prezidenti Əbülfəz Elçibəyin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.[1]

Beyləqan rayonunda dəfn edilmişdir.[1]

Xatirəsi[redaktə | mənbəni redaktə et]

Akif Əkbərovun Beyləqan rayonunda büstü qoyulmuşdur. Beyləqan rayonundakı küçələrdən biri onun adını daşıyır.[1]

Ailəsi[redaktə | mənbəni redaktə et]

Ailəli idi. 5 övladı yadigar qalıb.[1]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1,0 1,1 1,2 1,3 1,4 1,5 1,6 1,7 "Əkbərov Akif Abbas oğlu" (Azərbaycan). shexsiheyet.mia.gov.az. 2021-01-31 tarixində arxivləşdirilib.
  2. "Əlamətdar və tarixi günlər təqvimi" (PDF) (Azərbaycan). anl.az. 25.12.2020 tarixində arxivləşdirilib (PDF).

Ədəbiyyat siyahısı[redaktə | mənbəni redaktə et]

  • Əkbərov Akif Abbas oğlu //Azərbaycanın Milli Qəhrəmanları: Biblioqrafiya /Azərbaycan Milli Kitabxanası; tərt. ed. H. M. Həmidova.- Bakı, 2008.- S.53.
  • Əsgərov, V. Əkbərov Akif Abbas oğlu //Əsgərov V. Azərbaycanın Milli Qəhrəmanları.- Yenidən işlənmiş II nəşr.- Bakı, 2010.- S.73.
  • Seyidzadə, M. Əkbərov Akif Abbas oğlu /M. Seyidzadə //Milli Qəhrəmanlar zirvəsi.- Bakı, 2010.- S.50