Fikrət Hacıyev

Fikrət Hacıyev
Fikrət Əli oğlu Hacıyev
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Qızılhacılı, Goranboy rayonu, Azərbaycan SSR
Vəfat tarixi (27 yaşında)
Vəfat yeri Goranboy rayonu, Azərbaycan
Vəfat səbəbi şəhid
Dəfn yeri Qızılhacılı, Goranboy rayonu
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Quru qoşunları
Xidmət illəri 1991-1992
Rütbəsi Əsgər
Döyüşlər Qarabağ müharibəsi
Təltifləri "Qızıl Ulduz" medalı

Fikrət HacıyevAzərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.

Həyatı[redaktə | mənbəni redaktə et]

19 may 1964-cü ildə Goranboy rayonunun Qızılhacılı kəndində doğulmuşdur. 1978-ci ildə səkkizinsi sinfi bitirərək, Gəncə texniki-peşə məktəbində elektrik ixtisasına yiyələnmişdir. 1982-ci ildə Goranboy rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Hərbi xidməti Ufa şəhərində keçirmişdir. Bakı Kooperativ Texnikumunda təhsilini başa vurmuşdur.

Döyüşlərdə iştirakı[redaktə | mənbəni redaktə et]

1991-ci ilin sonunda könüllü olaraq cəbhəyə yollanır. Goranboy özünümüdafiə batalyonunun tərkibində Şəfəq, Zeyvə, Qaraçinar və digər yaşayış məntəqələrinin müdafiəsində fəal iştirak edir. Goranboy döyüşlərində 1992-ci il 5 mayda qəhrəmancasına həlak olur.

Ailəsi[redaktə | mənbəni redaktə et]

Subay idi.

Milli Qəhrəman[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı Fərmanı ilə Hacıyev Fikrət Əli oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir.

Qızılhacılı kənd qəbristanlığında dəfn edilmişdir.

Ballıqaya kənd orta məktəbi onun adını daşıyır. Goranboy rayonunda büstü qoyulmuşdur.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]