Alexa Internet

Alexa Internet A.Ş.
Loqonun şəkli
Screenshots of Alexa internet.PNG
Tipi Törəmə
Yaranma tarixi 1996[1]
Yeri San-Fransisko, Kaliforniya, ABŞ
Sənaye İnternet
Məhsulu İnternet trafik və qiymətləndirmə
Ana şirkət Amazon.com
Sayt alexa.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Alexa InternetAmazon.com nəzdində şirkət, öz saytı ilə tanınır, hansı ki başqa saytların ziyarətçi statistikası toplanır. Alexa, Alexa Toolbarı yükləmiş internet istifadəçiləri vasitəsi ilə informasiya yığır və bunun əsasında saytların ziyarət edilməsi statistikasını, əlaqəli linklərin siyahısını formalaşdırır. Şirkətin mənzil-qərargahı ABŞ-ın Kaliforniya ştatındadır.

Tarixi[redaktə | mənbəni redaktə et]

Şirkət 1996-cı ildə Brüster Keyl və Brüst Gilliat[2] tərəfindən yaradılmışdır. Şirkət internet istifadıçilərinə tulbar (ing. toolbar) təklif edir, əvəzində isə onlara digər saytların ziyarətçi statıskasını göstərir.

1999-cu ildə Alexa, Amazon.com kompaniyası tərəfindən təxminən 250 milyon dollara satın alınmışdır.[3].

Alexa 2002-ci ilin payızında Google, 2003-cü ilin yanvarında isə Open Directory Project şirkəti ilə əməkdaşlığa başlamışdır. Amma ki 2006-cı ilin mayında Windows Live Search, Googleni axtarış nəticələri provayderi rolunda əvəz etdi[4]. Sentyabr 2006-cı il tarixində isə onlar öz Axtarış platformalarından istifadə etməyə başladılar. 2006-cı ilin dekadrında Alexa Image Search meydana çıxdı.

İstinadlar[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]