Vikipediya:Kənd meydanı


Vikipediyanın gələcəyi ilə bağlı dərin narahatlıq[mənbəni redaktə et]

Salam. Mən təkcə bu gün 10-a yaxın istifadəçinin fəaliyyətini təftiş etmiş və maşın tərcüməsi vasitəsi ilə kütləvi şəkildə məqalələr yaratdıqlarını aşkarlamışam. Bu istifadəçilərin hamısı AMEA-nın əməkdaşlarıdır. Maşın tərcüməsi deyərkən nəzərdə tutduğum məqalələr heç də kiçik qüsurlu tərcümələr deyil: söhbət digər dil versiyalarından tərcümə proqramları ilə tərcümə olunmuş mətnin birbaşa olaraq, heç bir düzəliş edilmədən (və ya sadəcə texniki düzəlişlər edilərək) azvikidəki məqaləyə yapışdırılmasından gedir. Bəzi məqalələrdəki problemləri görmək üçün mətni oxuyub məzmunun mənasını anlamağa belə ehtiyac yoxdur, yəni bəzi istifadəçilər məqaləni vizual olaraq belə səliqəyə salmağa çalışmayıb. Əsas problem də odur ki, bu fəaliyyət ilə məşğul olanlar belə məqalələri kütləvi formada yaradırlar. Həmçinin istifadəçilər bu fəaliyyətlə təəssüf ki, uzun müddətdir məşğul olublar və qarşısı alınmayıb. İstifadəçilərə xəbərdarlıq etdikdə də fəaliyyətlərinə düzəliş etmək yerinə açıq-aşkar ortada olan faktı inkar edir, xəbərdarlığa məhəl qoymur və fəaliyyətlərinə olduğu kimi davam edirlər. Heç kimin haqqı çatmır ki, vikini bu hala salsın. Mən bütün inzibatçıları bu barədə sərt tədbir görməyə çağırıram. Sura Shukurlu (müzakirə) 17:34, 28 aprel 2024 (UTC)Cavabla

Dəstəkləyirəm. Hörmətlə, Gadirmüzakirə 17:44, 28 aprel 2024 (UTC)Cavabla
@Sura Shukurlu, məqalələr patrul rejimindən əvvəl yaradılanlardı? — Bikar müzakirə 18:01, 28 aprel 2024 (UTC)Cavabla
Patrul sistemi xeyli vaxtdır var, sonradan yaradılanlar da olar. Bu sistem özü çox mənasızdır, baxılmayanda bir müddət sonra redaktələr avtomatik patrullanır, yəqin səhifələr də elə olar. Hörmətlə, Gadirmüzakirə 18:08, 28 aprel 2024 (UTC)Cavabla
Heçnədən yaxşıdı — Bikar müzakirə 18:18, 28 aprel 2024 (UTC)Cavabla
@Bikar, xeyr, söhbət hələ də davam edən fəaliyyətdən gedir. Son bir neçə gündə belə, bu formada məqalələr yaradanlar olub. Köhnə olsa idi ən azından məqalələr barədə tədbir görülərdi. Burada isə söhbət bu istifadəçilərin fəaliyyəti ilə bağlı tədbir görülməsindən gedir. Mənim dəfələrlə xəbərdarlıq etdiyim olub, məhəl qoyulmayıb. Sura Shukurlu (müzakirə) 18:13, 28 aprel 2024 (UTC)Cavabla
Bəs bu məqalələr necə patrullanmış olur axı. Mən dəfələrlə müdaxilə etmişəm, inzibatçılar tədbir görmədikdən sonra mənim nəsə yazmağımın mənası yoxdu. — Bikar müzakirə 18:18, 28 aprel 2024 (UTC)Cavabla
Avtopatrul hüququna görə :) Sura Shukurlu (müzakirə) 18:35, 28 aprel 2024 (UTC)Cavabla
belə baxıram, bütün avtopatrullar yenidən nəzərdən keçirilməlidir. həmin istifadəçiləri isə minimum 3 ay olmaqla bloklamağa başlamaq lazımdır Atakhanli (müzakirə) 18:40, 28 aprel 2024 (UTC)Cavabla
Bu fəaliyyətlə məşğul olanlar neçə illik istifadəçilərdir. Hansı ki, bu fəaliyyətlərinə görə onlara mükafatlar da verilib. Baxıram ki, əvvəllər maşın tərcüməsi etməyən, faydalı məqalələr yaradan, mənim də fəaliyyətindən razı qaldığım AMEA əməkdaşları da bir müddət sonra maşın tərcüməsindən istifadə etməyə başlayıb. Bu, məni məyus etdi. Belə baxıram ki, artıq dəb düşüb. Mən bunu onunla bağlayıram ki, bu istifadəçilərlə bağlı əvvəldən heç bir ciddi tədbir görülməyib və bu da onlarda rahatlıq yaradıb, nəticədə AMEA əməkdaşları arasında bu fəaliyyət normal bir fəaliyyət növünə çevrilib. Ümumiyyətlə çox normal bir şeyə çevrilib bu fəaliyyət azvikidə, sanki, elə belə də olmalıdır və məqalələr elə bu cür yaradılmalıdır. Bizim köhnə inzibatçımız belə maşın tərcüməsi ilə onlarla məqalə yaradıb, hansı ki, bu məqalələrin çoxunda cümlələrdəki məna uyuşmazlığı, tərcümə səhvləri açıq-aşkar gözlə görünür. Bu fəaliyyətlə məşğul olan, hal-hazırda adını açıqlamadığım nə qədər istifadəçi var ki, vikicəmiyyətdə tanınan və etibar edilən istifadəçilərdir və bəziləri hətta vikipediya redaktorluğu üçün təlim verirlər. Sura Shukurlu (müzakirə) 19:10, 28 aprel 2024 (UTC)Cavabla
@Sura Shukurlu Bizim köhnə inzibatçımız belə maşın tərcüməsi ilə onlarla məqalə yaradıb, deyəndə tam olaraq kimi nəzərdə tutursuz ? Məni ? Əgər mənəmsə hansı məqalələrdən gedir söhbət ? Maraqlıdır. Bir də, fikir verdim ki, 3-4 yerdə bu istifafəçi, bu istifadəçi deyirsiz. Söhbət hansı AMEA əməkdaşlarından gedir ? Çünkü orada maşın tərcüməsi ilə məqalə yaratmayan kifayət qədər həmkarlarda mövcuddur. Bütün camianı zərbə altına qoymaq qəyiyyən doğru deyil. Baskervill 08:51, 1 may 2024 (UTC)Cavabla
@Baskervill, İstifadəçi müzakirəsi:Qolcomaq Nemoralis (müzakirə) 08:55, 1 may 2024 (UTC)Cavabla
@Nemoralis bu kritik rəyiniz üçün təşəkkür edirəm. Bir anlıq söhbətin məndən getdiyini düşündüm. O zaman sizdən də soruşum. Yuxarıda sadalanan problemlərə səbəb olan istifadəçilər kimlərdir ? Niyə müzakirələr onların adları çəkilmədən aparılır ? Bu istifadəçilər, şəxslər, onlar deyilir. Bunun spesfik bir səbəbmi varmı ? Həqiqətən bilmək istəyirəm ki, kimdir onlar. Baskervill 08:58, 1 may 2024 (UTC)Cavabla
Məqalələrdə Page Curation sisteminin tətbiq olunmasına "effektiv olmayacaq" yazanlar indi məqalələrlə bağlı narahatlıqlarını bildirirlər. Deyəsən fikriniz dəyişib. Nemoralis (müzakirə) 18:49, 28 aprel 2024 (UTC)Cavabla
5+ illik təcrübəli istifadəçilərimiz toplu maşın tərcüməsi yaradırsa, bu sistem nə edəcəkki? hamısında da avtopatrul və daha yuxarıları var. ip-dən gələn redaktələr filan deyilki Atakhanli (müzakirə) 19:23, 28 aprel 2024 (UTC)Cavabla
Həmin istifadəçidən alaq avtopatrulu, qoy məqalələri düşsün qaralamaya. Sonra baxaq yaradacaq bir də elə məqalə? Nemoralis (müzakirə) 19:30, 28 aprel 2024 (UTC)Cavabla
Maşın tərcüməsi ilə başlayan biri olaraq beləcə səhvlər edirəm amma bilərək yox bilməyərək və fikrimcə buna aid maarifləndirici video və sosial şəbəkə dəstəyi lazımdır ki, qısa da olsa həvəsi olan insanlar baxıb öyrənsinlər.
Çünki misal mən bəzi qaydaları oxusam belə başa düşmüşdüm praktiki @Sura Shukurlu @Nemoralis @Atakhanli ilə müzakirələr və suallar nəticəsində öyrəndim.
Ümumi bu mövzulardan əlavə TR-vikidə olan patrul incələnməsi sistemi olsa və aktiv patrul işləri görməyənlərdən bu status alınsa məncə hərşey qaydasında və rahat gedəcək. Redivy (müzakirə) 19:32, 28 aprel 2024 (UTC)Cavabla
Maşın tərcüməsi ilə bağlı nə video?)) İngilis dili dərsləri olsun?) Atakhanli (müzakirə) 19:35, 28 aprel 2024 (UTC)Cavabla
@Redivy, trvikidəki sistem tətbiq oluna bilməz, kodun operatoru aktiv deyil, idarə edəni yoxdur. O sistemdə olanlar layihələr də köhnədən tətbiq edilənlərdir, gərək əvvəldən elə olaydı. Yoxsa belə pis sistem dəyil :) Hörmətlə, Gadirmüzakirə 19:42, 28 aprel 2024 (UTC)Cavabla
phab:T185664 Nemoralis (müzakirə) 19:48, 28 aprel 2024 (UTC)Cavabla
@Nemoralis Burda göstərilənlər ru-vikidə də var sizcə bizdə tərtib edilə bilər və necə alınar.? Redivy (müzakirə) 20:17, 28 aprel 2024 (UTC)Cavabla
Bundan sonra niyə istifadə edilə bilməz? Redivy (müzakirə) 20:18, 28 aprel 2024 (UTC)Cavabla
ümumiyyətlə söhbət bu deyil axı. təklifin bu problem ilə nə əlaqəsi var? yenə əsas mövzu qalıb qıraqda, nəyin söhbəti gedir Atakhanli (müzakirə) 20:34, 28 aprel 2024 (UTC)Cavabla
Nə həll üsulu təklif eliyirsən? Hamıdan avtopatrullar alınsın, ancaq məqalə patrullayaq? Patrullananlar da yaxşı vəziyyətdə deyil onsuz. — Bikar müzakirə 20:36, 28 aprel 2024 (UTC)Cavabla
Təklif edirəm ki, köhnə məqalələr üzərində yoxlanılıb işlər bitənə kimi yeni məqalələr yaratmağa müvəqqəti qadağa qoyulsun))) Hörmətlə, Gadirmüzakirə 20:40, 28 aprel 2024 (UTC)Cavabla
həll üsulu bu istifadəçiləri vikidən uzaqlaşdırmaqdır. bu qədər sadə. Vikipediyaya ziyan vurmaq üçün AMEA-dan maaş, qrant alırlar Atakhanli (müzakirə) 20:46, 28 aprel 2024 (UTC)Cavabla
(Kimin nə alıb verdiyini bilmirəm, haqlarına da girmiyim.) Əvvəllər normal məqalələr yaradıblar, sonra da keçiblər maşın tərcüməsinə(normal məqalələr olmasaydı avtopatrul olmazdılar da?), məncə psixoloji birşeydi. Ya da hansısa tələblər var (məsələn ayda 500 redaktə) və ya ortada başqa stimul ola bilər. Bu da gəlir çıxır siz deyənə — Bikar müzakirə 20:54, 28 aprel 2024 (UTC)Cavabla
Eyni zamanda (bununla birlikdə yəqin ki) "məqaləm çox olsun" da ola bilər. Hörmətlə, Gadirmüzakirə 20:56, 28 aprel 2024 (UTC)Cavabla
@Redivy, hal-hazırda həmin extensionun kodu çox köhnədir və maintaineri (operatoru) yoxdur, yəni kodda hər hansısa bir problem çıxsa bunu həll edəcək biri yoxdur. Nemoralis (müzakirə) 20:48, 28 aprel 2024 (UTC)Cavabla
Qoşağ da, harada qırıldı-qırıldı) — Bikar müzakirə 20:51, 28 aprel 2024 (UTC)Cavabla
"Qoşanlar" elə demir amma 🙂 Nemoralis (müzakirə) 20:56, 28 aprel 2024 (UTC)Cavabla
mən də çox görmüşəm. Elə məqalələr var ki, heç başlıqlarına belə əl vurulmayıb. Bu adamlar böyük ehtimalla əməkhaqqı da alırlar AMEA-dan. Hamısının müddətsiz bloklanmağının tərəfdarıyam. Adam dolamaqdır bu. --► Hörmətlə: SolaVirum 21:19, 28 aprel 2024 (UTC)Cavabla
AMEA-nın marağı nədi burda, onu başa düşə bilmirəm. — Bikar müzakirə 21:25, 28 aprel 2024 (UTC)Cavabla
@Bikar, bu Nemoralis (müzakirə) 21:30, 28 aprel 2024 (UTC)Cavabla
@Bikar AMEA bu işlə çoxdan məşğuldur. Ömürlük bloklanan @İrada belə AMEA əməkdaşı idi və deyərdim ki, Azvikinin ilk istifadəçilərindən, fayda verənlərdən olub. Söhbət 2007-2010 kimi quraqlıq olaraq təsvir edə biləcəyim illərdən gedir. AMEA-nın mənə görə problemi odur ki, Vikipediya mövzusu orada sistemləşdirilmiyib. Hər bir institut və təşkilat öz metodu ilə hərəkət edir. MEK, Tenxologiya, Botanika və sairə və ilaxır. Yəni məsələn ola bilər ki, hansısa şöbənin əməkdaşları maşın tərcüməsi ilə məqalə yaradır hansısa yaratmır. Qurunun oduna qətiyyən yaşı bada vermək olmaz. İnzibatçı həmkarlar diqqətli olmalıdır, Baskervill 09:03, 1 may 2024 (UTC)Cavabla
Salam Sura Shukurlu, ilk öncə vaxt ayırıb geniş araşdırma etdiyiniz üçün təşəkkür edirəm. Ciddi və narahat doğuran bir məsələdir. Həlli isə sadədir mənim fikrimcə və tətbiq etmək üçün geniş müzakirəyə ehtiyac yoxdur. İlk olaraq bu cür məqalə yazanlara qeyd etidiyiniz kimi bildiriş xarakterli məlumat verilməli, bu cür fəaliyyətdən çəkinmələrini və həmin məqalələri düzəltməyə çalışmalarını istəməliyik. Qeyd etdiyiniz kimi cavablamayan və diqqətə almayanlar olduqda isə üçüncü tərəf kimi inzibatçılardan bir neçəsini tag etməlisiniz. Həmin inzibatçı da ilk öncə 7-10 günlük xəbərdarlıq bloku, daha sonra yenidən təkrarlanarsa 2-3 aylıq uzun müddətli blok tətbiq etməlidir. Bu cür fəaliyyəti olanlardan avtopatrul hüququ dərhal alınmalıdır. Bundan əlavə maşın tərcüməsindən istifadə edənlərə qeyd edim ki, bu qaydalara zidd deyil və təbii ki, hər kəs maşən tərcüməsindən istifadə edə bilər. Lakin çox yaxşı formada düzəlişlər edilməli, dil normaları qorunmalı və vikiləşdirilməlidir. Sura Shukurlu, bu mövzuda mən sizə yardımçı olmağa çalışacağam. Bildirişinizi diqqətə almayan istifadəçilər olduqda məni də teq edə bilərsiniz həmin müzakirələrə. Hörmətlə — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 05:14, 29 aprel 2024 (UTC)Cavabla
yoldaşlar, söhbət 1 məqalədən və ya 5 məqalədən getmir. onlarla, hətta bəzi istifadəçilərdə 100-dən artıq belə məqaləsi olan şəxslər var. bunlar zarafat deyil. və bunu edən 2-3 ay təcrübəsi olan istifadəçilər deyil. 5+ il təcrübəsi olan istifadəçilərdir, hansı ki, təcrübəsi il olaraq götürsək mənim təcrübəmdən də çoxdur. və dəfələrlə də KM və müzakirə səhifələrindən müxtəlif istifadəçilər tərəfindən bu yöndə çağırışlar edilib. bu istifadəçilər birmənalı şəkildə vikipediyadan uzaqlaşdırılmalıdır. blok müddətinə minimum 3 aydan başlamağı israrla təklif edirəm. çünki etdiklərinin ən yumşaq forması icmanı dolamaqdır. icmaya hörmətsizlikdir. kimsə kvota dolduracaq deyə icazə verməməliyik ki, bir neçə könüllü istifadəçinin əməyi hesabına bu səviyyəyə gələn viki yerlərə düşsün. onsuz da bu gedişlə axınla aşağı gedirik Atakhanli (müzakirə) 01:58, 30 aprel 2024 (UTC)Cavabla
@Atakhanli sizdə digər inzibatçl həmkarınız kimi ad çəkməmisiz, Şəxslər adlandırmasından istifadə etmisiz. Mənə çox maraqlıdır ki, icmanın canını bu qədər boğaza yığan, problem yaradan həmkarların (google translate'lə məqalə yaratsalarda texniki olaraq həmkar adlandırmaq olar) bir istifadəçi adı falan yoxdur ? Niyə kimsə demir ki, bax filan yoldaşı deyirəm. Çox qaranlıqdır.. Baskervill 08:56, 1 may 2024 (UTC)Cavabla
Əgər maşın tərcüməsindən istifadə edənlərin hesabları bəllidirsə adlarının qeyd olunması yaxşı olardı. Daha sonra isə mərhələ ilə @Eldaradonun dediyi ardıcıllıqla hərəkət etmək lazımdır. Kim tərcümə edə bilmirsə, oxunaqlı bir məqalə ortaya qoya bilmirsə fəaliyyəti dayandırılmalıdır. Çünki sıfırdan bir məqaləni yaratmaq daha rahatdır nəinki tərcümə xətası olan məqalələri. Rəcəb Yaxşı (müzakirə) 06:03, 29 aprel 2024 (UTC)Cavabla

Eldaradonun fikirləri ilə şərikəm.— Nicat49   müzakirə 18:37, 29 aprel 2024 (UTC)Cavabla

inanıram ki, bu istifadəçilərə xəbərdarlıq etmək və bu qədər məqalə üzərində işləmələrini gözləmək nəticəsiz qalacaq. yaxşı olar ki, bu istifadəçilərin fəaliyyəti dayandırılsın. Sofia (müzakirə) 13:30, 30 aprel 2024 (UTC)Cavabla
Sofia, Atakhanli eyni mövzuda daha öncə xəbərdarlıq almayan istifadəçiləri 3 aylıq və ya daha uzun müddətli bloklamaq ədalətli addım deyil. Hörmətlə — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 15:05, 30 aprel 2024 (UTC)Cavabla
bunlar qaydaları bilmir ki, guya? ələ salıblar icmanı konkret. yeni istifadəçilər olsa hə. 5+ təcrübələri vare. mən onlara xəbərdarlıq yazmağa utanıram Atakhanli (müzakirə) 15:54, 30 aprel 2024 (UTC)Cavabla
@Atakhanli ilə bu məsələdə tamamilə razıyam. Bir müddət məhdudiyyət gətirilməli, daha sonra eyni fəaliyyət davam edərsə, daha uzun məhdudiyyətlər gətirilməlidir. Yoxsa yerimizdə sayacağıq. Mən dəfələrlə olub ki, belə məqalələr qarşıma çıxıb və oxumuşam, heç nə anlamamışam, çalışmışam düzəldim ki, amma baxmışam ki, mümkün deyil, gərək silib təzədən yazasan. Bir sözlə qarma-qarışıqdır. İndiyə kimi heç bir tədbir görülmədiyi üçün AzViki dolub-daşıb belə məqalələrlə. Neçə-neçə istifadəçilərə bu barədə xəbərdarlıq vermişik, həmkarlarla birgə. Amma davam ediblər yenə. Görünür, effektiv addımlar atmaq lazımdır, gecikmişik, amma daha da gecikmədən edək. Burada başqa maraqlar heç cürə Vikipediyanın inkişafından öndə gələ bilməz. Hörmətlə, Gadirmüzakirə 16:03, 30 aprel 2024 (UTC)Cavabla
İstənilən halda qayda qaydadır. Xəbərdarlıq edilməlidir öncə. :) eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 04:41, 1 may 2024 (UTC)Cavabla
Mən bütün yazılanları oxudum. Bir dəfə bu maşın tərcüməsinə görə uyğun olmayan bir ifadə işlətmişdim və 1 aylıq bloklanmışdım. Eyni səhvi bu dəfə təkrar etməyəcəm. Ona sevinirəm ki, həmin şərhimdən sonra 1-2 həmkar gəlib yazmışdı ki, adam olanı deyib də, hər şeyi adı ilə çağırmaq lazımdır ☺️ Məsələ belədir. Bir adam, həmkar 3 səbəbdən maşın tərcüməsinə müraciət edir.
A - Yeni istifadəçidir. Elə bilir ki, elə belə də olmalıdır. Həmin şəxsi bloklamaq qətiyyən doğru deyil. İndi inzibatçı olan yoldaşlar təzə-təzə elə səhvlər ediblər ki, indi özləri görəndə əminəm ki, gülümsünürlər buna. Sadəcə başa salmaq, izah etmək lazımdır ki, belə etmək olmaz.
B - Təcrübəsi olan istifadəçidir. Bir məqaləyə kafayı takıb və onu Azvikidə görmək istəyir. Ha əlləşir, ancaq cümlələri yetinə oturda bilmir. Tərcümə etdiyi dili bilən adamlara müraciət edir, xahiş edir və onlarda bunu "hə, yaxşı" ilə yola verirlər. Özünü saxlaya bilməyib, maşın tərcüməsinə müraciət edir. Nadir də, olsa belə epizodlarda olub. Şəxsən mən inzibatçı olanda görmüşəm. Belə hallarda da mənə görə uzun müddətli yox, qısa müddətli blok və ondan da əvvəl xəbərdarlıq olmalıdır ki, axı bu fəaliyyət sənin imzana yaraşmır.
C - Yuxarıda adı çəkilən mərkəzlərdə və ya X bir şirkətdə işləyən şəxslər. Mənə görə qəlbində viki sevgisi olmayan şəxslər. Yəni, adam səhərisi gün ordan çıxıb, bir banka falan işə düzəlsə bir də üzünü açmaz Vikipediyanın. Şəxsən belə şəxsləri də çox görmüşəm. Yəni illərini bura verən adamın əli gəlməz Azvikini evini yıxmağa. Bir növ heyifi gələr. Onlarınsa gəlmir, çünkü fərqli dalğada olan insanlardı. Bəzən bunu hansısa ödəniş və ya mövqe tutmaq üçün edirsə o zaman vurduğu zərərin miqdarıda artır. Bu şəxslərə də müvafiq xəbərdarlıq edib 3 aylıq bloklamaq lazımdır məncə. Öncədən oxşar mövzuda xəbərdarlıq olubsa birbaşa bloklana da bilər.
Mənə maraqlıdır ki, həmin şəxslər kimlərdir və özlərinin bu barədə mövqeyi varmı ? Yəni bir adam niyə 100 dənə google translate'lə məqalə yaratsın ki ? Özü oxuyanda demir ki, ilahi mən nə edirəm belə ? Lütfən kimsə o şəxslərdən 1-2 nəfəri bura işarələsin ki, icma da onların mövqeyi ilə tanış olsun. Baskervill 09:21, 1 may 2024 (UTC)Cavabla
Xəbərdarlıq verilənləri və buna rəğmən davam edənləri nəzərdə tutmuşam. Həmçinin ola bilər bir müddət normal məqalə işləyib (yəni maşın tərcüməsi ilə yaradıb sonra üstündə düzəliş edib qaydasına qoyub) sonra bunları düzəltməyən yaxud artıq çox da etina ilə yanaşmayan istifadəçilər də var. Hörmətlə, Gadirmüzakirə 09:58, 3 may 2024 (UTC)Cavabla

Belə bir yazı hazırladım, hər halda unikal olaraq qayda kimi qəbul etsək faydalı olar. Fikirləriniz maraqlıdır, daha sonra danışıqlara əsasən səsverməyə çıxararıq. Hörmətlə, Gadirmüzakirə 10:12, 5 may 2024 (UTC)Cavabla

Birinci burdan başlayaq. "Maşın tərcümə" yoxsa "maşın tərcüməsi"? — Bikar müzakirə 10:19, 5 may 2024 (UTC)Cavabla
Birini yazaq, o birindən də yönləndirmə verək. Hörmətlə, Gadirmüzakirə 10:23, 5 may 2024 (UTC)Cavabla

AzVikidə olan fayl EnVikidə görünmür[mənbəni redaktə et]

Söhbət bu fayldan gedir Fayl:Böyük simfonik orkestr üçün uvertüra.jpg

Mən başa düşdüyüm qədəri ilə Commonsda deyil deyə digər vikilərdə çıxmır.

Aredoros87 (müzakirə) 20:42, 29 aprel 2024 (UTC)Cavabla

Bəli, commonsda olmalıdır. Amma azad fayl deyil deyə ora yüklənə bilməz. Kosmik Ozan utora! 23:23, 29 aprel 2024 (UTC)Cavabla
Lokala yüklənən fayllar sadəcə yükləndiyi vikidə istifadə oluna bilər. Nemoralis (müzakirə) 07:22, 30 aprel 2024 (UTC)Cavabla

Global renamer[mənbəni redaktə et]

Salamlar. Metada global renamer hüququ üçün müraciət etmişəm. Çox güman ki, inzibatçı olmadığım üçün verilmə şansı az olacaq. VP:ADM kimi səhifələrdə aktivəm. Bu hüquqla yerli istəklərə baxmağı düşünürəm. Daima uyğun olmayan adlarla qeydiyyatdan keçən və olan istifadəçiləri təftiş edir, müraciət etmələri üçün onları müvafiq səhifəyə yönləndirirəm. Düşündüm ki, əsasən yerli sorğular üçün etdiyim müraciətdə yerli icmanın etimad etməsi seçilmə şansını artırar. Bizdə hazırda bu hüquqa sahib sadəcə bir istifadəçi var. Gördüyünüz kimi, 2 həftə öncə səhifəyə yönləndirdiyim istifadəçinin həmin müraciətinə bir xeyli müddət cavabsız qaldıqdan sonra AzVikidən olmayan bu hüququ daşıyan başqa bir istifadəçi tərəfindən baxılıb. Gördüyünüz kimi, lazımdır. Keçən il də namizədlik vermişdim, dəstəklərə də baxmayaraq, inzibatçı olmadığım səbəb kimi təqdim edilmiş və nəticəyə təsir edərək seçilməmişdim. Buradan daxil olaraq iştirak edə bilərsiniz. Dəstəklərinizi gözləyirəm. Diqqətiniz üçün təşəkkürlər!

Müzakirə ən azı 2 həftə açıq olacaq: ən tezi 20:02, 14 may 2024 (UTC vaxtilə) tarixində bitəcək.

Hörmətlə, Gadirmüzakirə 20:09, 30 aprel 2024 (UTC)Cavabla

İnzibatçı seçkisi[mənbəni redaktə et]

Salam, hörmətli icma! Sizi mənim inzibatçılıq statusum ilə bağlı keçirilən səsvermədə iştirak etməyə dəvət edirəm. Hörmətlə, Gadirmüzakirə 16:29, 3 may 2024 (UTC)Cavabla

Qayda səsverməsi - 3[mənbəni redaktə et]

Salam. Burada Vikipediya:Cəsur ol qaydasının qəbulu ilə bağlı müzakirə başladılıb və iştirakınız xahiş olunur. Müddət rahat olsun deyə 25 gün təyin edilib, nəzər yetirib fikirlərinizi qeyd edə bilərsiniz. Hörmətlə, Gadirmüzakirə 01:14, 4 may 2024 (UTC)Cavabla

@Gadir, AzVikidəki mövcud aktivlik həddini nəzərə alsaq 25 gün həddindən artıq çoxdur, 10-15 gün kifayətdir. samral müzakirə 18:27, 5 may 2024 (UTC)Cavabla
@Samral, ola bilər, amma əmin deyiləm. 15 gün yetərli olar bəlkə də. Hörmətlə, Gadirmüzakirə 18:47, 5 may 2024 (UTC)Cavabla
O zaman etab-etab olar, məsələn, 2 dənəsini 15 günlük edək, sonra 2 dənəsini. Belə-belə irəlləyək. Hörmətlə, Gadirmüzakirə 20:10, 5 may 2024 (UTC)Cavabla
@Gadir, vallah mənasız bir vaxt itkisi olacaq. Ehtiyac yoxdur. Zatən heç biri mübahisəli məsələlər deyil. Sözü, iradı olan da elə 15 gün ərzində də deyər. Hansı ki heç inanmıram bu mövzular mübahisə obyektinə çevrilə. Axı bura AzVikidir, aktivlik həddi bəllidir. Nəzərə alaq. samral müzakirə 02:54, 6 may 2024 (UTC)Cavabla
Anlayıram, mənim dediyim, daha sonra istifadəçilər qayda necə qəbul olunub deyə görəndə təəccüblənməsin. Ona görə hamı vaxt edib diqqətlə incələyə bilsin və fikir bildirə bilsin deyə belə müddət qoymuşam, aktivlik səbəbilə. Tələskənlik də olmasın, rahat-rahat qəbulu icra olunsun və daha sonra problemlər çıxmasın. Vaxt məsələsi müzakirə oluna bilər yenə də. Hazırda 1 həftə çox az olardı. Öncə burda da müzakirələr gedə bilərdi, onda da daha çox vaxt xərclənərdi amma, dediyiniz kimi. Ona görə də birbaşa səsvermə səhifəsində müzakirəyə çıxarmaq yaxşıdı. Nə varsa orada bildirilər, danışılar və düzələr, zatən digər təkmil vikilərin də təcrübələrinə əsasən hazırlanan qaydalardır. Qayda boşluqları var, təməl qaydaları nə qədər çox qəbul etsək yaxşıdı. Daha ciddi və uzun mütləq qaydalar da var ki, qəbulu zəruridir və onların qəbulu üçün bir az daha artıq müddət lazım olacaq (oxunmasını bir az çəkəcək). 2-3 səslə qəbul edilməsi birmənalı qarşılanmayacaq, hansı ki, yuxarıdakı son bir qaydada bu hal yaşandı, etiraz edildi. Müddət necə olsa da, səsvermələri sıra ilə, dənə-dənə etmək daha yaxşı olmazmı, eyni vaxtda hazırladıqca 3-4 səsvermə başladılıb eyni vaxtda və ya aralarında bir neçə gün fərq olaraq təyin edilsə qarışıqlıq yarada bilər və nəticə effektiv olmaya bilər. Hörmətlə, Gadirmüzakirə 07:09, 6 may 2024 (UTC)Cavabla

Qayda səsverməsi - 4[mənbəni redaktə et]

Salam. Burada Vikipediya:Heç bir qaydaya məhəl qoymayın qaydalarının müzakirəsi gedir, qəbulu üçün iştirakınız vacibdir. Müddət 25 gündür, bu müddət ərzində nəzər yetirib fikir bildirməyiniz xahiş olunur. Hörmətlə, Gadirmüzakirə 11:09, 4 may 2024 (UTC)Cavabla

Qayda səsverməsi - 5[mənbəni redaktə et]

Salam. Burada Vikipediya:IP blokundan azad olma qaydasının müzakirəsi başladılmışdır. Yuxarıdakı müzakirəyə əsasən müddət 1 həftə təyin edilmişdir. Hörmətlə, Gadirmüzakirə 06:12, 8 may 2024 (UTC)Cavabla

Wikimedia CEE Meeting 2024[mənbəni redaktə et]

Salamlar,

27-29 sentyabr 2024-cü il tarixləri arasıda Vikimedia Türkiyə, Türkiyənin İstanbul şəhərində baş tutacaq olan Mərkəzi və Şərqi Avropa Vikimediaçılarının görüşünü təşkil edəcək.

Mərkəzi və Şərqi Avropa Vikimediaçılarının görüşü (Wikimedia CEE Meeting) Mərkəzi və Şərqi Avropa ölkələrində baş tutan və Vikimedia layihələri ətrafında cəmlənmiş, ilki 2012-ci ildə təşkil olunmuş illik konfransdır. Burada Vikimedia layihələri, digər vikilər, pulsuz/açıq mənbə proqram təminatı, pulsuz bilik, pulsuz məzmun və bu mövzulara aid sosial və texniki aspektlər haqqında təqdimatlar təqdim olunur.

10-15 may 2024-cü il tarixləri arasında Azərbaycan Vikimedia cəmiyyətinin üzvləri bu səhifədə öz namizədliyini təqdim edə bilərlər. 20 may 2024-cü il tarixində konfrans təşkilatçıları son qərarı elan edəcəklər.

Seçim prosesi və nümayəndələrlə bağlı qərarlar tamamilə konfransın təşkilatçılarından asılı olacaq. Konfransa iki nümayəndə seçiləcək.

Hörmətlə, — Mehman (WMGE) (müzakirə) 21:07, 9 may 2024 (UTC)Cavabla

Azərbaycanca Vikipediya 200.000 məqalə sayına çatdı[mənbəni redaktə et]

Salamlar. 20 ili aşmış tarixi ilə fəaliyyət göstərən Azərbaycanca Vikipediya an etibarı ilə 200.000 məqalə sayını ötüb keçdi. Bununla bağlı ötənlərdəki konsensusa bağlı olaraq loqo dəyişdirildi. Bir qədər sadə loqo olsa da, bu sayının içində də təəssüf ki, problemli səhifələr də az deyil. Ümid edirəm və inanıram ki, 250, 300 min və digər daha yüksək saylarda say baxımından olduğu kimi, məzmun baxımından da birlikdə çalışaraq daha da irəli gedib inkişaf edəcəyik. Gözəl diləklərimlə, daha nicelərə! Azərbaycanca Vikipediya və İcma adına xeyirli-uğurlu olsun! Hörmətlə, Gadirmüzakirə 09:40, 10 may 2024 (UTC)Cavabla

Təbriklər. Turkmen müzakirə 09:49, 10 may 2024 (UTC)Cavabla
Təbriklər! — Bikar müzakirə 09:52, 10 may 2024 (UTC)Cavabla
İcmanı və bu olayı əlamətdar hesab edən hər kəsi təbrik edirəm. Botla məqalə yaratmaq ortaya çıxandan sonra vikilərdəki məqalə sayı öz əhəmiyyətini çoxdan itirib. 6 milyon məqaləsi olan cebuano vikisi olmaqsansa, yunan və ya ivritcə kimi bir vikipediya olmaq hər zaman daha gözəldir. Son zamanlar yeni-yeni qaydaların tərcümə edilməsi gözəl haldır. Ümüd edirəm ki, arbitaj komitəsi də yaradılacaq. Azvikinin 2009-cu ildəki halı gözümün önünə gəlir. Ana səhifədə xəbər bölməsi yox idi, həftənin yaxşı məqaləsi də yox idi. Ərəb əlifbalı və latın əlifbalı olmaqla 2 hissəyə bölünmüş Ana səhifəmiz vardı. Gün ərzində 100-150 redaktə olurdu və bəzən bu say yüzü belə keçmirdi. Ümumi məqalə sayının 29.000 olduğu dövrü də yadıma gəlir. O günlərə dönüb baxan da, keçilmiş inkişaf yolu danılmazdır. İnşallah, 2040-cu ildə 1 milyonluq həddi botsuz keçəcəyik və birgə qeyd edəcəyik. Yeganə arzum Vəfat etmiş vikipediyaçılar səhifəsi genişlənməsin və olduğu kimi qalsın. Qalsın ki, Azviki hər zaman irəli getsin. Bu yükü çiyinlərində daşıyan, bu sevdaya gönül vermiş həqiqi insanların sayı 100 nəfəri belə keçmir çünkü.— Baskervill 10:52, 10 may 2024 (UTC)Cavabla
Təbrik edirəm. — NKO zi 12:16, 10 may 2024 (UTC)Cavabla
Hər kəsi təbrik edirəm. Çox gözəl və yaddaqalan hadisədir. Allah qismət eləsin 300-400 mini görək inşallah. Hər zaman keyfiyyəti kəmiyyətdən üstün tutaq. Lakin unutmayaq ki, təssüf ki, kəmiyyət də əhəmiyyətsiz deyil. samral müzakirə 16:00, 10 may 2024 (UTC)Cavabla
Təbriklər! — Мурад 97 (müzakirə) 16:29, 10 may 2024 (UTC)Cavabla
Təbrik edirəm! --Babək Akifoğlu (müzakirə) 17:09, 10 may 2024 (UTC)Cavabla
Mən də təbriklərə qoşuluram, xeyirli uğurlu olsun. Hörmətlə — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 17:07, 10 may 2024 (UTC)Cavabla
Təbrik edirəm.— Nicat49   müzakirə 17:38, 10 may 2024 (UTC)Cavabla
Bir gün 300.000-ci məqaləni görmək ümidi ilə! Kosmik Ozan utora! 17:41, 10 may 2024 (UTC)Cavabla
Bütün viki icmanı təbrik edirəm. 100, 150 və 200 min məqalə sayını bir çoxlarınızla birlikdə qeyd etdik. 250,300 min məqaləyə çatmaq ümidi ilə— namikilisu 03:32, 11 may 2024 (UTC)Cavabla
təbriklər, 200k məqalə sayımıza gəlməyimizdə rol oynayan ömürlük bloklanmış, fəaliyyətini artıq dayandırmış və vəfat etmiş istifadəçilərdən tutmuş hər bir kəsə təşəkkürlər Atakhanli (müzakirə) 10:31, 11 may 2024 (UTC)Cavabla

Təbriklər. Mən hərbi xidmətə gedib gələnə qədər 300.000-i görək :) Moses :) 04:36, 11 may 2024 (UTC)Cavabla

@Moses sağ-salamat. Çalış köhnə əsgərlərə baş qoşma :) Baskervill 07:15, 11 may 2024 (UTC)Cavabla
Məsləhətiniz üçün çox sağolun :)) Moses :) 08:31, 11 may 2024 (UTC)Cavabla