İstifadəçi müzakirəsi:Sofia

Sizin üçün bir ulduz![mənbəni redaktə et]

Orijinal ulduz
Faydalı fəaliyyətinizə görə təşəkkür edirəm. Gadirmüzakirə 17:36, 26 avqust 2023 (UTC)Cavabla

Sizin üçün bir ulduz![mənbəni redaktə et]

Redaktəçi ulduzu
AzVikipediya üçün verdiyiniz dəyərli töhvələrə görə təşəkkür edir və fəaliyyətinizdə uğurlar arzu edirəm. Aaiitacc (müzakirə) 12:21, 28 avqust 2023 (UTC)Cavabla

Sizin üçün bir ulduz![mənbəni redaktə et]

Xüsusi ulduz
Tərəfinizdən yaradılan maraqlı məqalələrə görə Baskervill | müzakirə 02:30, 6 sentyabr 2023 (UTC)Cavabla

Enwiki[mənbəni redaktə et]

Salam. Başqa dildə olub, azvikidə olmayan məqalələrə bu şablon vasitəsiylə keçid vermək lazımdı. Şablon:Link-interwikiBikar müzakirə 17:14, 7 sentyabr 2023 (UTC)Cavabla

indi sınayıram Texas Reznikoff (müzakirə) 17:23, 7 sentyabr 2023 (UTC)Cavabla

Təşəkkür[mənbəni redaktə et]

Salam. Son zamanlarda populyar mədəniyyətlə bağlı bir çox məqalə yaratdığınızı gördüm. Sadəcə bu barədə təşəkkür etmək istədim. Hörmətlə, Şiroi Akuma 10:25, 8 sentyabr 2023 (UTC)Cavabla

White Demon ulduzu[mənbəni redaktə et]

White Demon ulduzu
Salamlar. Fəaliyyətinizi izləyirəm, son vaxtlarda populyar mədəniyyət mövzusunda 150-dən çox məqalə yaratmısız. Ən xoşuma gələn cəhət isə film posterlərinin, albom üzlüklərinin və s. yüklənməsini doğru şəkildə (lisenziya və mənbənin göstərilməsi) aparmağınızdır ki, AzVikidə bir çox istifadəçi buna diqqət yetirmir. Bunlara görə də sizə öz şəxsi mükafatımı təqdim edirəm. Gələcək fəaliyyətinizdə uğurlar!— Şiroi Akuma 13:45, 30 sentyabr 2023 (UTC)Cavabla
Təşəkkür edirəm. Texas Reznikoff (müzakirə) 13:48, 30 sentyabr 2023 (UTC)Cavabla

Sizin üçün bir ulduz![mənbəni redaktə et]

Çalışqanlıq ulduzu
Yaratdığınız səliqəli məqalələrə görə Nemoralis (müzakirə) 18:21, 29 oktyabr 2023 (UTC)Cavabla
Çox sağ olun. Texas Reznikoff (müzakirə) 15:15, 31 oktyabr 2023 (UTC)Cavabla

Sizin üçün bir ulduz![mənbəni redaktə et]

Orijinal ulduz
Salam! Yüklədiyiniz faylların səliqəsinə və qaydalara uyğunlaşdırılmasına görə. Fəaliyyətinizdə uğurlar! Turkmen müzakirə 05:57, 2 noyabr 2023 (UTC)Cavabla
Təşəkkürlər. Texas Reznikoff (müzakirə) 16:47, 2 noyabr 2023 (UTC)Cavabla

Addəyişdiricilərə müraciət[mənbəni redaktə et]

Salam, zəhmət olmasa VP:ADM-ə müraciət edərkən "şərh" bölməsində səbəb də qeyd edin. Turkmen müzakirə 14:23, 15 noyabr 2023 (UTC)Cavabla

Vandalizm[mənbəni redaktə et]

Salam həmkar, vadalizmlə mübarizə apardığınızı görürəm. Məsləhət görərdim ki, rollbacker hüququ üçün müraciət edəsiniz.— Bikar müzakirə 06:53, 18 noyabr 2023 (UTC)Cavabla

Məsləhətiniz üçün təşəkkür edirəm, bunun üçün elə indicə müraciət etdim. Texas Reznikoff (müzakirə) 07:44, 18 noyabr 2023 (UTC)Cavabla

İstifadəçi qruplarınız dəyişdirildi[mənbəni redaktə et]

Salam hörmətli həmkar. İstifadəçi qruplarınız dəyişdirildi. Belə ki, rolbaker, səhifə addəyişdiricisi və patrul hüquqları əlavə edildi. Patrul hüququ rolbaker hüququ vasitəsi ilə geri qaytardığınız redaktələri patrullamaq üçün verilir. Uğurlar ! Turkmen müzakirə 08:47, 18 noyabr 2023 (UTC)Cavabla

@Turkmen çox sağ olun. Texas Reznikoff (müzakirə) 08:49, 18 noyabr 2023 (UTC)Cavabla

Daxil olduğunuz istifadəçi qrupuna əlavələr haqqında məlumat[mənbəni redaktə et]

Nümunə

Bu mesaj standart olaraq "addəyişdirici qrupu"na daxil olan istifadəçilərə göndərilir.

Salam hörmətli Texas Reznikoff. Daxil olduğunuz səhifəfayl addəyişdiriciləri qrupuna yeni texniki icazə (suppressredirect) daxil edildi. Belə ki, yanlış adlandırma və digər hallarda, istiqamətləndirmə qoymadan, yəni keçmiş adı silərək (nümunə şəkildə) addəyişmə edə biləcəksiniz.

Xoş vikilər! Turkmen müzakirə 11:41, 13 mart 2024 (UTC)Cavabla

Sizin üçün bir ulduz![mənbəni redaktə et]

İncəsənət ulduzu
Salam! İncəsənət (musiqi, albom, film, serial, şəxslər və s.) ilə bağlı etinayla hazırladığınız keyfiyyətli məqalələrə, faylları doğru qaydada yüklədiyinizə, yaratmış olduğunuz lazımi kateqoriyalara və ümumi işə qatmış olduğunuz töhfələrinizə görə bu ulduz təqdim olunur. Şübhəsizdir ki, bu könüllü fəaliyyət sizin üçün bir hobbi də olsa, Vikipediya və insanlıq adına qiymət biçilməzdir. Vikipediyada incəsənətlə məşğul olduğunuz üçün təşəkkür edirəm! Gözəl şeylər yaratmağa davam edin. Fəaliyyətlərinizdə bol uğurlar! Hörmətlə, Gadirmüzakirə 15:53, 31 mart 2024 (UTC)Cavabla
@Gadir çox sağ olun. — Texas Reznikoff (müzakirə) 15:54, 31 mart 2024 (UTC)Cavabla

İstifadəçi qruplarınız dəyişdirildi[mənbəni redaktə et]

Salam hörmətli Sofia. Yüklədiyiniz faylların səliqəsinə görə təşəkkür edirəm. Bundan sonra az-vikidə yükləmə hüququ təkcə VP:Yükləyici qrupunda olacaq. Sizi qrupa əlavə edirəm, ümid edirəm ki, gələcək fəaliyyətniz bu yöndə stabil davam edəcək.

Xoş vikilər. Turkmen müzakirə 14:31, 16 aprel 2024 (UTC)Cavabla

İzah edin[mənbəni redaktə et]

Niyə belə edirsiz ? Məqalədə iş gedir şablonu var və gəlib neçənci dəfədir redaktə edirsiniz. Yarım saatdan çox kodlarla qarışıq şeylər yazdım, yaddaşa verən eyni vaxtda redaktə dedi və mənim yazdıqlarım silindi. Siz necə patrulsunuz ? Nədir məqsədiniz ? Nə deməliyik ki, siz və sizin kimi bəzi istifadəçilər anlasın ki, iş gedir şablonu olanda müdaxilə etməməlisiniz ? — Qızılbaş (müzakirə) 16:14, 20 aprel 2024 (UTC)Cavabla

@Qızılbaş səhvimə görə bağışlayın. :( mən elə bildim ki, məqaləni əvvəlcə qeyd dəftərində hazırlayıb sonra yapıştırırsınız. belə olacağını istəməmişdim, zərər verdiyimə görə üzr istəyirəm. Sofia (müzakirə) 16:24, 20 aprel 2024 (UTC)Cavabla

Səhifənin bərpasında dəstək[mənbəni redaktə et]

Salam Sofia xanım, zəhmət olmasa Qaralama:Samira Bağırova səhifəsini bərpa edə bilərsiniz dəyişiklik etmək istəyirdim. Z.Elmar (müzakirə) 17:05, 24 aprel 2024 (UTC)Cavabla

@Z.Elmar427 salam, yardım üçün inzibatçılara müraciət edin. Onlarda səhifələri bərpa etmək üçün lazım olan alətlər var. Sofia (müzakirə) 17:29, 24 aprel 2024 (UTC)Cavabla

Sual[mənbəni redaktə et]

Salam, Vikipediya ilə çox da əlaqədar deyil, amma maraqlı gəldi. Sizin "Letterboxd" hesabınız varmı ("Xüsusi:EmailUser" funksiyasıyla göndərə bilərsiniz)? Yaratdığınız məqalələr xoşdur, aralarında izləmiş olduğum və sevdiyim filmlər də var. Ona görə də göz atmaq istərdim profilə :) --► Hörmətlə: SolaVirum 12:54, 25 aprel 2024 (UTC)Cavabla

@Solavirum salam, mən şəxsi letterboxd hesabımı paylaşmağa hazır deyiləm, lakin bəyəndiyim filmlərin içində olduğu hər kəsə açıq siyahılar var ki, onları elə indicə burada məmnuniyyətlə paylaşaram. Sofia (müzakirə) 14:23, 25 aprel 2024 (UTC)Cavabla
okie, xoş olar. --► Hörmətlə: SolaVirum 14:25, 25 aprel 2024 (UTC)Cavabla
@Solavirum summer vibes https://boxd.it/5GyAM
Girls on Film https://boxd.it/clkG Sofia (müzakirə) 14:42, 25 aprel 2024 (UTC)Cavabla

Film ulduzu[mənbəni redaktə et]

Film ulduzu
Filmlər, aktyorlar, seriallar mövzusunda yaratdığınız məqalələrə görə təşəkkür edir və bu ulduzu sizə təqdim edirəm. Fəaliyyətinizin davamlı olması diləyi ilə. Hörmətlə, — Kosmik Ozan utora! 16:36, 26 aprel 2024 (UTC)Cavabla
@White Demon çox sağ olun. Sofia (müzakirə) 16:45, 26 aprel 2024 (UTC)Cavabla

Maşın tərcüməsi ilə bağlı[mənbəni redaktə et]

salam həmkar. fəaliyyətiniz üçün təşəkkürlər. bəzi isitfaədçilərin məqalələrinə sil şablonu qoymusunuz, M2 səbəbi ilə. maşın tərcüməsi olduğunu lütfən əsaslandıra bilərsinizmi? bir də lütfən KM-dakı son mövzuya da nəzər yetirin. son aylarda əlini hansı istifadəçiyə, məqaləyə atırsan maşın tərcüməçisi çıxır Atakhanli (müzakirə) 12:19, 30 aprel 2024 (UTC)Cavabla

@Atakhanli salam, maraqlandığınız üçün sağ olun. Şablonu yerləşdirdiyim məqalələrin müəllifi olan istifadəçi(lər) yaratmış olduğu məqalələrə demək olar ki, heç bir səy göstərməməkdədir. İstifadəçinin dərc etdiyi bir çox məqaləyə diqqətlə baxanda aydın olur ki, bu müəyyən bir proqram vasitəsilə başqa bir dil bölməsindən tərcümə edilərək yaradılıb. Sözügedən məqalələrin digər dillər bölməsinə daxil olduqda və brauzerdəki səhifə tərcüməsi funksiyasını açdıqda məlum olur. Sofia (müzakirə) 12:47, 30 aprel 2024 (UTC)Cavabla

Xahiş[mənbəni redaktə et]

Salam hörmətli həmkar @Sofia xanım. Necəsiniz? Sizə bir sual verəcəm. Mən məqalələr tərcümə edərkən tərcümə proqramlarından istifadə edirəm. Ancaq özümdə məqalələrdə redaktələr edərək düzəlişlər edir, bir sıra hallarda tərcümə ilə tərcüməsi səhv çıxan və ya alınmayan sözləri tərcümə edirəm. Yəni ki, maşın tərcüməsini olduğu kimi saxlamıram. Sizə sualım bundan ibarətdir ki, mənə məlumat verəsiniz zəhmət olmasa. Siz özünüz məqalələrinizi necə yaradırsınız? Bir də maşın tərcüməsi olmayan tərcümə dedikdə konkret olaraq nəyi başa düşürsünüz? Mən necə tərcümə edim ki, o maşın tərcüməsi sayılmasın. Bir halda ki, mənim vermiş olduğum tərcümə ilə, maşının tərcüməsi çox zaman üst-üstə düşür. Hörmətlə Tarixçi (müzakirə) 06:19, 2 may 2024 (UTC)Cavabla

@Həsən İmanov salam, maşın tərcüməsi alətləri işi tez bitirməyə kömək edən, lazım olduqda hamımız tərəfindən istifadə edilən faydalı bir vasitədir. Ancaq etiraf etmək lazımdır ki, bu alətlər mətnləri effektiv şəkildə tərcümə etsə belə, oxunaqlı məqalələr yaratmaq imkanında deyil. Odur ki, bu vasitələrdən istifadə edərkən, işə dil biliyinizi də qatmağı unutmayın və qeyri-təbii ifadələri sildiyinizə əmin olun, oxucular arasında yarana biləcək hər hansı bir çaşqınlığı və ya narazılığı minimuma endirmək üçün məqalələrinizi aydın və başa düşülən şəkildə təqdim etməyə diqqət yetirin. Sofia (müzakirə) 08:24, 2 may 2024 (UTC)Cavabla
Hörmətli @Sofia xanım. Dediklərinizi başa düşdüm. Bundan sonra bacardığım qədər daha diqqətli olacağam. Yenə də yaratmış olduğum məqalələrdəki nöqsanları gördükdə imkan daxilində kömək məqsədi ilə özünüz aradan qaldırın, ya da ki, mənə xəbər verin. Aradan qaldıraram. Diqqətinizə görə minnətdarlığımı bildirirəm. Hörmətlə Tarixçi (müzakirə) 08:43, 2 may 2024 (UTC)Cavabla

VP:ADM[mənbəni redaktə et]

Salam, Sofia. VP:ADM-dəki müraciətlərə baxandan sonra səhifələrdən {{Addəyişmə təklifi}} şablonlarını çıxarmağı da unutma lütfən. Hörmətlə, Gadirmüzakirə 10:05, 14 may 2024 (UTC)Cavabla

@Gadir istifadəçinin öhdəsinə buraxmışdım, bundan sonra özüm edərəm. Sofia (müzakirə) 10:19, 14 may 2024 (UTC)Cavabla