Taharka

Taharka
Misir fironu
e.ə. 690 – 664
ƏvvəlkiŞabataka
SonrakıTanutamon
Şəxsi məlumatlar
Doğum tarixi e. ə. VIII əsr
Vəfat tarixi e.ə. 664
Fəaliyyəti dövlət xadimi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Taharka (q.misir 𓇿𓉔𓃭𓈎, tꜣ-h-rw-k; akkad. , Tar-qu-u2, ivr. תִּרְהָקָה‏‎; Bibliyada Tirqak; Manefona görə Tarkos/Tarakos; Strabona görə Tearkon) — Qədim Misirin XXV sülaləsinin fironu (Efiopiya və ya Nubiya sülaləsi). O, təxminən e.ə. 690–664/663-cü illərdə hökm sürmüşdür. Taharka Assuriya padşahı Sennaxerib ilə döyüşə getmişdi və İudeya hakimi Ezekiyanın müasiri idi.[1]

Binalar tikdirməsi və dindarlığından başqa onun daxili siyasəti haqqında çox az şey məlumdur. Xarici siyasətə gəldikdə, Taharka Misirə iddialar qaldıran Assuriyaya qarşı çıxmışdır. Asarhaddon e.ə. 671-ci ildə Misirə yürüş edərək Nil deltasını tutmuşdur, firon isə Tebenə qaçmışdır. Buna baxmayaraq, o, Assuriya hökmdarının gedişindən sonra, e.ə. 669-cu ildə bu əraziləri geri almışdır.[2]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Тиргак // Библейская энциклопедия архимандрита Никифора. — М., 1891—1892.
  2. "Taharka". 2022-05-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-23.

Əlavə ədəbiyyat[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]