Sofulu (Ağdam)

Sofulu
40°08′26″ şm. e. 46°52′32″ ş. u.
Ölkə  Azərbaycan
Rayon Ağdam rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı UTC+4
Xəritəni göstər/gizlə
Sofulu xəritədə
Sofulu
Sofulu

SofuluAzərbaycan Respublikasının Ağdam rayonunun Boyəhmədli kənd inzibati ərazi dairəsində kənd.[1]

Haqqında[redaktə | mənbəni redaktə et]

Sofulu kəndi Xaçınçayın sahilində, dağətəyi düzənlikdədir.

Yaşayış məntəqəsinin adı azərbaycanlıların kəngərli elinin sofulu tayfasının bu ərazidə məskunlaşması nəticəsində yaranmışdır.

Heyvandarlıqla məşğul olan sofulular keçmişdə yayı Ermənistanın Sisyan (Qarakilsə) rayonunda, qışı isə Qarabağda keçirirdilər.

Kənd 1993-ci il iyunun 26-da Ermənistan Ordusu tərəfindən işğal olunmuşdur. 20 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. [2]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
  2. "Ağdam Ağrıları - Baxşeyiş Abbasoğlu, "Şuşa" nəşriyyatı, 2003-cü il" (PDF). 2012-07-25 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2011-10-16.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı, 2007

Həmçinin bax[redaktə | mənbəni redaktə et]