Qarapirimli (Ağdam)

Qarapirimli
40°09′29″ şm. e. 46°51′50″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə
Qarapirimli xəritədə
Qarapirimli
Qarapirimli

QarapirimliAzərbaycan Respublikasının Ağdam rayonunun Papravənd kənd inzibati ərazi dairəsində kənd.[1]

Qarapirimli kəndi 1993-cü ilin iyun ayında erməni işğalçıları tərəfindən işğal olunub. 20 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.

Tarixi[redaktə | mənbəni redaktə et]

1930-cu ilə qədər Qarapirimli kəndi Yelizavetpol quberniyasının Cavanşir qəzasının tərkibində olub.

Pir Məhəmməd Qarabağinin ləqəbinin "Qara Pirim" olduğu anlaşılır. Qara Pirim Qarabağın sufizm tarixinin açarıdır. İşğaldan yenicə azad olunan Ağdamın Qarapirimli və Papravənd kəndlərində Mənaqibnamədə adı çəkilən hadisə və yerlərlə bağlı maddi-mədəniyyət abidələrinin varlığı da müəyyən edilib. Maraqlıdır ki, Qarabağın XIX əsr sufizm tarixinin önəmli şəxsiyyəti Həmzə Nigari də ilk təhsilini Qarapirimlidə almışdır.[2][3]

Bəzi mənbələrdə bu kəndin adı Qarapirim kimi də göstərilir. Azərbaycan Respublikasının Goranboy rayonunda da Qarapirimli adlı kənd var. Qarapirimli kəndi rayon mərkəzindən 20 km. şimalda, Xaçın çayından 6 km. məsafədə, Papravənd çayının sağ sahilində, Ağdam – Ağdərə yolundan 1 km. şərqdə, Qarabağ düzündə yerləşir. İqlimi isti, quru subtropikdir. Qarabağın bütün kəndləri kimi, Qarapirimli kəndi də olduqca gözəl bir yaşayış məskənidir.

Mədəniyyəti[redaktə | mənbəni redaktə et]

Qarapirimli kəndinin qərbində, Papravənd – Boyəhmədli – Qarapirim üçbucağında tunc və ilk dəmir dövrünə aid kurqanlar – Qarapirim təpələri var. Erməni işğalına qədər abad və mənzərəli bir kənd olan Qarapirimlidə mədəniyyət evi, orta məktəb, kitabxana, daş karxanası, tibb məntəqəsi, müxtəlif ticarət-iaşə obyektləri, heyvandarlıq kompleksi var idi.

Əhalisi[redaktə | mənbəni redaktə et]

1977-ci il əhalinin siyaıya alınmasına görə, Qarapirim kəndinin əhalisi 400 nəfər olub. Əhalinin əsas məşquliyyəti heyvandarlıq, taxılçılıq və üzümçülükdür.

Şəhidləri[redaktə | mənbəni redaktə et]

  • Qurbanov Rəfail Əkbər oğlu;
  • Abdullayev Lənkəran Əli oğlu
  • Teymurov Xasay Vəliyəddin oğlu.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Azərbaycan tarixi, 1964-cü il, II cild;
  • Azərbaycan Sovet Ensiklopediyası, III cild;
  • Ramiz Abbaslı, “Yeddi kəndin məktəbi”
  • Ramiz Abbaslı, “Papravənd kəndi”.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
  2. Fariz Sabir Khalilli
  3. [1]