Sinqapur himni

Majulah Singapura
İrəli, Sinqapur

Sinqapur rəsmi himni
Bəstəkar Zubir Said, 1958
Sözlərin müəllifi Zubir Said, 1958
Təsdiqi 1965
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Majulah Singapura (malay dilindən tərcümədə: İrəli, Sinqapur) — Sinqapurun dövlət himni.

Sinqapurun dövlət himni ölkə bayrağıgerbi ilə birlikdə millətin mədəni individuallığını ifadə edir.

Himn Sinqapurun milli və dörd rəsmi dilindən biri olan malay dilində oxunur.

Tarixi[redaktə | mənbəni redaktə et]

Himnin musiqisi və sözləri 1956-1957-ci illərdə - ölkədə millətçiliyin geniş vüsət aldığı bir dövrdə bəstələnmiş və yazılmışdır.

Himnin bəstəkarı və sözlərinin müəllifi Zubir Səid "Majulah Singapura" (İrəli, Sinqapur) şüarını əsas götürmüşdür. 1965-ci ildə Sinqapur müstəqilliyini elan edəndən sonra bu himn dövlət himni statusu almışdır.

Himnin sözləri[redaktə | mənbəni redaktə et]

Malay dilində[redaktə | mənbəni redaktə et]

Majulah Singapura

Mari kita rakyat Singapura
Sama-sama menuju bahagia
Cita-cita kita yang mulia
Berjaya Singapura
Marilah kita bersatu
Dengan semangat yang baru
Semua kita berseru
Majulah Singapura
Majulah Singapura

Azərbaycan dilinə tərcüməsi[redaktə | mənbəni redaktə et]

İrəli, Sinqapur

Biz, Sinqapur xalqı,
Birlikdə xoşbəxtliyə doğru gedirik.
Bizim nəcib arzumuzdur -
Sinqapuru uğura qovuşdurmaq.
Gəlin birləşək
Yeni mənəvi əsasda
Və birlikdə deyək:
İrəli, Sinqapur!
İrəli, Sinqapur!

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]