Qafbüro

Qafbüro
Ümumi məlumatlar
Ölkə
Yaradılma tarixi 8 aprel 1920
Əvvəlki qurum Qafqaz Diyar Komitəsi
Ləğv edilib fevral 1922
Qafbüronun 5 iyul 1921-ci il tarixli qərarı

Rusiya Kommunist Partiyası Mərkəzi Komitəsinin Qafqaz Bürosu və ya qısaca QafbüroSovet İttifaqı Kommunist Partiyasının Qafqazdakı regional orqanı kimi 1920-ci ilin aprelində bolşeviklər tərəfindən yaradılmış təşkilat. 1920-ci ilin iyuluna qədər Qafqaz Bürosu Pyatiqorskda, oktyabrın sonuna qədər Armavirdə, 1920-ci il noyabrın əvvəlindən 1921-ci ilin martınadək - Rostov-na-Donuda, sonra isə Tiflisdə yerləşirdi.[1]

Qafbüro 8 aprel 1920-ci ildə Serqo Orconikidze (sədr) və Sergey Kirovun (sədr müavini) rəhbərliyi ilə yaradılmışdır. Dərhal narahatlıq doğuran məqamlardan biri o idi ki, Qafbüro heç bir müstəqil kommunist partiyasının onların nəzarətindən kənar yaradıldığını görmək istəmirdi.[2]

Tarixi[redaktə | mənbəni redaktə et]

Qafqaz Bürosu RKP (b) MK Plenumunun 8 aprel 1920-ci il tarixli qərarı ilə yaradılmışdır.[1] O, RKP(b)-nin Qafqaz Diyar Komitəsini əvəz etdi,[1][3][4] baxmayaraq ki, Qafqaz Bürosunun yaradılması heç də Qafqaz Diyar Komitəsinin ləğvi demək deyildi.[5] Qafqaz Diyar Komitəsinin Qafqaz Bürosu ilə əvəzlənməsi sonradan baş verdi. Sənədlər göstərir ki, aprelin 8-dən sonra Qafqaz Diyar Komitəsi Qafqaz Bürosu ilə paralel olaraq Qafqaz partiya təşkilatlarına rəhbərlik etməkdə fəaliyyətini davam etdirmişdir.[6] Qafqaz Diyar Komitəsi RKP (b) MK-nın qərarı ilə mayın 20-də fəaliyyətini dayandırdığını elan etdi. Komitənin qərarı mayın 25-də RKP (b) MK Siyasi Bürosu tərəfindən təsdiq edildi.[7]

Yerli partiya təşkilatlarının regional idarəetmə orqanı olan Qafqaz Diyar Komitəsindən fərqli olaraq, Qafqaz Bürosu ümumrusiya partiya mərkəzinin regional səlahiyyətli orqanı idi.[8] Onun fəaliyyətinə RKP(b) MK və şəxsən Lenin rəhbərlik edirdi.[3] Qriqori Orconikidze Qafqaz Bürosunun sədri, Sergey Kirov isə onun müavini təyin edildi. 1920-ci ilin iyununda Qafqaz Bürosunun tərkibində iki üçlük yaradıldı: Orconikidzenin başçılıq etdiyi Bakı və Aleksandr Beloborodovun rəhbərlik etdiyi Armavir (oktyabrdan sonra Rostov).[1] Üçlüklər Don və Şimali Qafqazın partiya təşkilatlarına rəhbərlik edirdilər.[1]

Oktyabrda Leninin sədrliyi ilə RKP (b) Mərkəzi Komitəsinin Siyasi Bürosu "Şərq xalqlarının məskunlaşdığı ərazilərdə RKP (b)-nin vəzifələri haqqında" məsələni müzakirə etdi. Layihəsi Lenin tərəfindən yazılmış qərar qəbul edildi: "Hələ muxtar qurumlara malik olmayan şərq millətləri üçün konkret şəraitə uyğun formalarda muxtariyyətin həyata keçirilməsi zəruri hesab edilsin".[9] Oktyabrın 27-də Vladiqafqazda Qafqaz Bürosunun plenumu "dağ muxtariyyəti" məsələsini müzakirə etdi. RKP (b) MK Siyasi Bürosunun bu qərarı əsasında Qafqaz Bürosunun plenumu "Başqırd Sovet Respublikası tipli Terek və Dağıstan dağ sovet respublikalarının vaxtında yaradılmasını" nəzərdən keçirdi.[10]

1922-ci ilin fevralında keçirilən Zaqafqaziya Kommunist Təşkilatlarının I Qurultayında Qafqaz Bürosu RKP(b)-nin seçilmiş Zaqafqaziya Vilayət Komitəsi (Zakkraikom) ilə əvəz olundu.[1]

Qarabağ[redaktə | mənbəni redaktə et]

Qafbüronun qərarlarından biri Azərbaycan-Ermənistan arasında mübahisəli olan bölgə Qarabağla bağlı idi. Çar hakimiyyəti dövründə ərazi Bakıdan idarə olunurdu. Lakin Rusiya inqilabından sonra baş verən etnik münaqişələr fonunda Qarabağ erməniləri Ermənistana ilhaq etmək istəyirdilər. Bunun qarşısı əvvəlcə Osmanlı imperiyasının, onun süqutundan sonra isə ingilislərin müdaxiləsi ilə alındı. Əvvəlcə 1920-ci ilin aprelində yaradılmış Azərbaycan SSR Qarabağın Ermənistanın bir hissəsi olacağına söz verdi. Bu 1920-ci il iyulun 3-də Qafbüro tərəfindən təsdiq edildi, ancaq iki gün sonra "müsəlmanlar və ermənilər arasında milli harmoniyanın zəruriliyi, yuxarı və aşağı Qarabağ arasında iqtisadi əlaqə və onun Azərbaycanla daimi əlaqələri nəzərə alınaraq" dəyişdirildi.[11] Bəzi erməni tarixçiləri bunu StalininAzərbaycan İnqilab Komitəsinin sədri Nəriman Nərimanovun işə qarışması ilə əlaqələndirirlər. Ermənistan Kommunist Partiyasının etirazlarına baxmayaraq, bu mövqe dəyişdirilmədi. Aleksandr Myasnikyan Qafbüro görüşünü belə təsvir edib:

" Əgər Qafqaz Bürosunun son iclasını xarakterizə etsək, sanki orada Ağaronyan, TopçubaşovÇxenkeli oturmuşdu. Azərbaycan belə deyirdi ki, əgər Ermənistan Qarabağı tələb edirsə, kerosin buraxmayacağıq[11] "

Mətbuat orqanı[redaktə | mənbəni redaktə et]

1920-ci ilin aprel-sentyabr aylarında Qafqaz Bürosunun mətbuat orqanı "Sovet Qafqazı" qəzeti, oktyabr ayından isə "Sovet cənubu" olmuşdur.[1] 1920–1922-ci illərdə "RKP (b) MK Qafqaz Bürosunun İzvestiyası" jurnalı nəşr olunurdu.[3][1]

Üzvləri[redaktə | mənbəni redaktə et]

Adı
(həyatı)
Şəkli Dövrü Partiyaya qoşulma tarixi Milliyyəti Partiyadakı mövqeyi Digər vəzifələri
Aleksandr Beloborodov[4][12]
(1891–1938)
may 1920[13]
mart 1921[13]

1907–1927
və 1930–1936-cı illərdə partiya üzvü idi[14]
rus[14]
RKP(b) Mərkəzi Komitəsinin üzvlüyünə namizəd[13]
Qafqaz Fəhlə Ordusu İnqilabi Hərbi Şurasının sədri[13]
Sergey Kirov[4][12]
(1886–1934)
1904[15]
rus[15]
Filipp Maxaradze[12]
(1868–1941)
1920[16]
?
1903[16]
gürcü
Polikarp Mdivani[4][12]
(1877–1937)
1920[17]
1921[17]
1903[17]
gürcü
Gürcüstan Kommunist Partiyasının (b) sədri[17]
Bakı İnqilab Komitəsi Rəyasət Heyətinin üzvü[17]
RSFSR Xalq Xarici Ticarət Komissarlığının Bakıdakı komissarı[17]
Fars Qırmızı Ordusu İnqilabi Hərbi Şurasının üzvü[17]
Amayak Nazaretyan[12]
(1889–1937)
25 may 1920[18]
22 avqust 1921[18]
21 mart 1921[18]
18 fevral 1922[18]
1905[18]
erməni
Nəriman Nərimanov[4][12]
(1870–1925)
1905[19]
azərbaycanlı
Azərbaycan Müvəqqəti İnqilab Komitəsinin sədri (27. aprel 1920 tarixindən)
Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri (28. aprel 1920 tarixindən)
Azərbaycan SSR Xalq Xarici İşlər Komissarı (28. aprel 1920 tarixindən)
Mamiya Oraxelaşvili[4][12]
(1881–1937)
noyabr 1920[20]
11 avqust 1921[20]
1903[20]
gürcü
Gürcüstan KP (b) MK Rəyasət Heyətinin sədri[20]
Serqo Orconikidze[4][12]
(1886–1937)
1903[21]
gürcü[21]
Yan Poluyan[12]
(1891–1937)
iyun 1920[22]
mart 1921[22]
1912[22]
ukraynalı
Kuban-Qara dəniz Regional İnqilab Komitəsinin sədri
İvar Smilqa[4][12]
(1892–1937)
1907–1927
və 1930[23]
latış[23]
Yelena Stasova[4][12]
(1873–1966)
?
1921[24]
1898
(şəxsi fikrə görə)[25]
rus[26]
AKP (b) MK Rəyasət Heyətinin sədri
Yuri Fiqatner[12][27]
(1889–1937)
dekabr 1920[27]
yanvar 1922[27]
1903[27]
yəhudi
ÜHİMŞ Qafqaz Bürosunun sədri
Aleksandr Şotman[12][28]
(1880–1937)
1920[28]
21 mart 1921[28]
1899[28]
ingermanlandlı

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 5 6 7 8 Гражданская война и военная интервенция в СССР: Энциклопедия. М.: Советская Энциклопедия. 1983. 245.
  2. Audrey L. Altstadt, The Azerbaijani Turks, Stanford, Calif: Hoover Institution Press, Stanford University, 1992, ISBN 0-8179-9181-6, OCLC 24846708, OL 1560533M, 0817991816.
  3. 1 2 3 Революция и Гражданская война в России: 1917 — 1923 гг.: Энциклопедия. В 4 томах. 2. М.: ТЕРРА. 2008.
  4. 1 2 3 4 5 6 7 8 9 İvanidze, 1975. səh. 342
  5. İvanidze, 1975. səh. 344
  6. İvanidze, 1975. səh. 344-345
  7. İvanidze, 1975. səh. 346
  8. İvanidze, 1975. səh. 343
  9. Daniyalov, 1968. səh. 133
  10. Daniyalov, 1968. səh. 134
  11. 1 2 Suny, Ronald Grigor. "Nationalism and Democracy in Gorbachev's Soviet Union: The Case of Karabagh". Michigan Quarterly Review. XXVIII (4). 1989: 481–506. hdl:2027/spo.act2080.0028.004:03.
  12. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 Гражданская война и военная интервенция в СССР: Энциклопедия. М.: Советская Энциклопедия. 1983. 246.
  13. 1 2 3 4 "Белобородов Александр Георгиевич" (rus). Справочник по истории Коммунистической партии и Советского Союза 1898–1991. 2020-07-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-03.
  14. 1 2 Состав руководящих органов Центрального Комитета партии — Политбюро (Президиума), Оргбюро, Секретариата ЦК (1919–1990 гг.) // Известия ЦК КПСС. № 7. М.: Издание Центрального Комитета КПСС. 1990. 86.
  15. 1 2 Состав руководящих органов Центрального Комитета партии — Политбюро (Президиума), Оргбюро, Секретариата ЦК (1919–1990 гг.) // Известия ЦК КПСС. № 7. М.: Издание Центрального Комитета КПСС. 1990. 101.
  16. 1 2 "Махарадзе Филипп Иесеевич" (rus). Справочник по истории Коммунистической партии и Советского Союза 1898–1991. 2009-02-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-03.
  17. 1 2 3 4 5 6 7 "Мдивани Буду (Поликарп) Гургенович" (rus). Справочник по истории Коммунистической партии и Советского Союза 1898–1991. 2016-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-03.
  18. 1 2 3 4 5 "Назаретян Амаяк Маркарович" (rus). Справочник по истории Коммунистической партии и Советского Союза 1898–1991. 2018-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-03.
  19. Нариманов Н. Н. Избранные произведения. Т. 1. Баку: Азернешр. 1988. 351.
  20. 1 2 3 4 "Орахелашвили Мамия (Иван) Дмитриевич" (rus). Справочник по истории Коммунистической партии и Советского Союза 1898–1991. 2009-01-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-03.
  21. 1 2 Состав руководящих органов Центрального Комитета партии — Политбюро (Президиума), Оргбюро, Секретариата ЦК (1919–1990 гг.) // Известия ЦК КПСС. № 7. М.: Издание Центрального Комитета КПСС. 1990. 113.
  22. 1 2 3 "Полуян Ян Васильевич" (rus). Справочник по истории Коммунистической партии и Советского Союза 1898–1991. 2017-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-03.
  23. 1 2 Реабилитация: как это было. Документы Президиума ЦК КПСС и другие материалы. Том II. Февраль 1956 - начало 80-х годов. М.: МФД. 2003. 403.
  24. "Стасова Елена Дмитриевна" (rus). Справочник по истории Коммунистической партии и Советского Союза 1898–1991. 2021-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-03.
  25. Стасова Е. Д. Страницы жизни и борьбы. М. 1957. 23.
  26. Состав руководящих органов Центрального Комитета партии — Политбюро (Президиума), Оргбюро, Секретариата ЦК (1919–1990 гг.) // Известия ЦК КПСС. № 7. М.: Издание Центрального Комитета КПСС. 1990. 124.
  27. 1 2 3 4 "Фигатнер Юрий Петрович (Яков Исаакович)" (rus). Справочник по истории Коммунистической партии и Советского Союза 1898–1991. 2016-11-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-03.
  28. 1 2 3 4 "Шотман Александр Васильевич" (rus). Справочник по истории Коммунистической партии и Советского Союза 1898–1991. 2020-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-03.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • İvanidze, K. Славные страницы борьбы и побед. История деятельности Кавказского краевого комитета РКП(б) 1917 — 1920 годы [Mübarizə və qələbələrin şanlı səhifələri. RKP (b) Qafqaz Vilayət Komitəsinin 1917 - 1920-ci illər üzrə fəaliyyət tarixi.]. Tbilisi: Merani. 1975.
  • Daniyalov, Q.D. История Дагестана. Т. III (PDF) (rus). Moskva: Наука. 1968.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]