Rostov-na-Donu

Rostov-na-Donu
Ростов-на-Дону
Bayraq[d] Gerb[d]
Bayraq[d] Gerb[d]
47°13′21″ şm. e. 39°42′36″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub 1749
Sahəsi
Mərkəzin hündürlüyü 70 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 1.135.968 nəf. (1 yanvar 2023)
Rəqəmsal identifikatorlar
Telefon kodu +7 863
Poçt indeksi 344000–344999
Digər
rostov-gorod.ru
Rostov-na-Donu xəritədə
Rostov-na-Donu
Rostov-na-Donu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Rostov-na-Donu (rus. Ростов-на-Дону) — Rusiyanın cənub-qərbindəki ən böyük şəhər, Cənub Federal Dairəsinin və Rostov vilayətinin inzibati mərkəzi. Hərbi Şöhrət şəhəri (2008)[2].

15 dekabr 1749-cu ildə imeratiriçsa Yelizaveta Petrovnanın nizamnaməsi ilə qurulur[3]. Şərqi Avropa düzənliyinin cənub-şərqində, Don çayının hər iki sahilində, onun Azov dənizi ilə birləşməsindən 46 km və Qara dənizdən 380 km, Moskvadan 1092 km məsafədə yerləşir.

Əhalisi 1.137.704 nəfərdir (2021). Rusiyanın ən çox əhalisi olan onuncu şəhəridir. 2.16 milyondan çox insan Rostov aqlomerasiyası (ölkənin beşinci ən böyük aqlomerasiyası) daxilində yaşayır.

Şəhər böyük bir inzibati, iqtisadi, mədəni, elmi, təhsil, sənaye və Rusiyanın cənubundakı ən əhəmiyyətli nəqliyyat mərkəzidir. Qeyri-rəsmi olaraq Rostov "Qafqazın Qapısı"[4] və "Rusiyanın cənub paytaxtı"[5][6], həmçinin Donun paytaxtı adlanır. 21 fevral 2019-cu ildə Rostov-na-Donu qanunverici səviyyədə vilayətin paytaxtı olaraq tanınır[7][8].

2018-ci ildə Rostov-na-Donu Futbol üzrə Dünya Çempionatının oyunlarına ev sahibliyi edən şəhərlərdən biri olur[9].

Etimologiya[redaktə | mənbəni redaktə et]

1761-ci ildə Dimitr Rostovski qalası kimi qurulmuşdur. Bu ad, həyatının son yeddi ilini Rostov və Yaroslavl mitropoliti olmuş, 1757-ci ildə Rus Pravoslav Kilsəsi tərəfindən müqəddəs sayılan Müqəddəs Dimitrinin adına kilsəyə verilmişdir. Gündəlik həyatda Rostov adlanan qala da sadəcə Rostov adlandırmağa başlayan bir qəsəbə yarandır. 1796-cı ildə eyniadlı şəhərə çevrilir. Sonralar onu qədim Rostovdan fərqləndirmək üçün bu şəhər Rostov-na-Donu adlandırılmağa başlanır.

Fiziki və coğrafi xüsusiyyətlər[redaktə | mənbəni redaktə et]

Coğrafi mövqe[redaktə | mənbəni redaktə et]

Rostov-na-Donu Şərqi Avropa düzənliyinin cənub-şərq hissəsində yerləşir. Şəhər daha çox Don çayının sağ sahilində yerləşir, sol sahilində isə bəzi sənaye müəssisələri, ticarət və əyləncə mərkəzləri vardır. Şəhərin cənub-qərb kənarları Don çayının deltasına bitişikdir.

Rostov-na-Donu Moskva vaxt qurşağında (Moskva vaxtı ilə) yerləşir. Tətbiq olunan vaxtın UTC-dən ofseti +3: 00-dır. İstifadə olunan vaxta və coğrafi uzunluğa uyğun olaraq, Rostov-na-Donuda orta günlü günorta saatı 12:21-ə təsadüf edir.

İqlimi[redaktə | mənbəni redaktə et]

Rostov-na-Donu şəhərinin iqlimi mülayim kontinentaldır. Orta illik iqlim göstəriciləri: temperatur + 11,9 ° C, küləyin sürəti 3,2 m/s, havanın rütubəti 52%. İllik yağıntı təxminən 410 mm-dir[10].

Qış mülayim və az qarlıdır; qar örtüyünün orta qalma müddəti 10–25 gündür. Yanvarın orta temperaturu −0,9 °C, qışda illik orta statistik minimum −19,4 °C, mütləq minimum yanvarda müşahidə edilmiş və 1940-cı ildə −31,9 °C olmuşdur. İstilik mövsümü 5 ay davam edir.

Relyef[redaktə | mənbəni redaktə et]

Şəhərin relyef tipi onun coğrafi rayonlaşdırılması ilə birbaşa bağlıdır. Rostov-na-Donu ərazisinin relyefi düzən, yarğan-bataqlıq xarakteri daşıyır. Rostov-na-Donu yaxınlığında sağ sahilin hündürlüyü 80 m-ə çatır. Sol sahildə hündürlüyü təxminən 10 m olan alçaq Batayskaya silsiləsi uzanır və yalnız Azov şəhəri yaxınlığında Donun sol sahili əhəmiyyətli dərəcədə yüksəlir. Sağ sahildən yüksəyə qalxır[11]. Əsas süxurlar çöküntü məhsullarıdır. Asanlıqla külək və su eroziyasına (Leysan yağışları səbəbindən) məruz qalır. Ərazidə geniş yayılmış cazibə qüvvəsinin təsiri altında yer səthinin dağılması prosesləri (sürüşmə, ovuntu) də yarğanların inkişafına kömək edir. Don vadisi müxtəlif ölçülü yarğanlar və axan dərələr ilə sıx parçalanmışdır[12].

Bitki örtüyü[redaktə | mənbəni redaktə et]

2008–2009-cu illərdə Rostov-na-Donu yaşıllaşdırma obyektlərinin yenidən qurulması və yaradılması üçün 40-dan çox layihə işləyib hazırlamışdır ki, onların da əksəriyyəti artıq şəhərdə həyata keçirilmişdir[13].

2009-cu ildə şəhərdə 6 mindən çox ağac əkilmişdir. Çoxillik çiçəklər yarıya 3 min koldan ibarət olmuşdur. Hər il çox illik çiçəklər əkilir. İndiyənə qədər bir milyon yarımdan çox kol əkilmişdir[14].

2008-ci ildə yaşılaşdırmağa 202 milyon, 2009-cu ildə 174 milyon, 2010-cu ildə isə 54 milyon rubl vəsait xərclənmişdir. 2011-ci ildə administrasiya abadlıq işlərinə təxminən 63 milyon rubl ayırmışdır.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. https://rostov-gorod.ru/ourcity/aboutrostov/aboutcity/.
  2. "Указ Президента Российской Федерации от 5 мая 2008 года № 556 "О присвоении городу Ростову-на-Дону почётного звания Российской Федерации "Город воинской славы""". 2015-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-03.
  3. "Официальный портал городской Думы и Администрации города". 2013-12-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-03.
  4. "Ростов-на-Дону — ворота Кавказа". // travel.ria.ru. 2012-10-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-8-29.
  5. "10 самых перспективных российских мегаполисов". // urbaneconomics.ru. 2014-03-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-8-29.
  6. Также "Южной столицей России" называют Краснодар
  7. Александр СЕВЕРСКИЙ | Сайт «Комсомольской правды». "Ростов-на-Дону законодательно признан региональной столицей" (rus). KP.RU - сайт «Комсомольской правды». 2019-02-21. 2020-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-24.
  8. "О статусе административного центра Ростовской области". special.donland.ru. 2020-06-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-01-24.
  9. "Ростов примет чемпионат мира по футболу в 2018 году" (rus). www.donnews.ru. 2013-03-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-15.
  10. "Архив данных о погоде в Ростове-на-Дону". 2021-05-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-30.
  11. "Географическое положение, климат, рельеф Ростовской области". 2012-05-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-01.
  12. "Природный ландшафт, как часть архитектуры города | Социальная сеть работников образования".[ölü keçid]
  13. "Власти Ростова-на-Дону в 2010 году направят на озеленение города 305 млн рублей — Репортажи — Юг и Северный Кавказ — interfax-russia.ru". 2014-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-01.
  14. Александрова, Людмила. "Президент призвал заняться «уборкой страны»". Информационно-аналитический журнал «Национальные приоритеты». 2011-05-08. 2014-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-01-21.