Proqres Niderkorn FK

Proqres Niderkorn FK
FC Progrès Niederkorn
Loqonun şəkli
Klubun tam adı Proqres Niderkorn Futbol Klubu
Ölkə Lüksemburq Lüksemburq
Rəng(lər)          Sarı-qara
Yaranma tarixi 14 avqust 1919 (104 il əvvəl) (1919-08-14)
Stadionu Yos Haupert
Tutumu 2.800[1]
Prezidenti Fabio Maroçi
Baş məşqçisi Paolo Amodio
Liqa Lüksemburq Milli Diviziyası
2021-22 5.
Rəsmi saytı

"Proqres Niderkorn" FK (fr. Football Club Progrès Niedercorn) — Lüksemburqun Niderkorn şəhərini təmsil edən peşəkar futbol klubu.

Tarixi[redaktə | mənbəni redaktə et]

"Proqres Niderkorn" futbol klubu 1919-cu ildə yaranıb. Almaniyanın İkinci dünya müharibəsinin gedişində Lüksemburqu işğal etməsi nəticəsində "Proqres" 1942—43 mövsümündə "Niderkorn" adı altında Qauliqada (Prussiyanın Reyn bölgəsinin mərkəzi və cənubi bölgələrinin çempionatı) iştirak edib və ikinci pilləni tutub. Üç dəfə Lüksemburq çempionatının, dörd dəfə isə ölkə kubokunun qalibi olan "sarı-qaralar" ən yaxşı dövrlərini 1970-ci illərin sonu, 80-ci illərin əvvəllərində yaşayıblar. Komanda 1981-ci ildən bəri çempion ola bilmir.[2] "Proqres" son mövsümü çempion "Düdelanj"ın 5 xal gerisində, ikinci pillədə bitirib.[3]

"Proqres" ev oyunlarını 2 min 800 nəfər azarkeş tutumuna malik[1] "Yos Haupert" stadionunda keçirir. Niderkorn təmsilçisinin oyunlarını orta hesabla 710 azarkeş izləyir.[2]

Uğurları[redaktə | mənbəni redaktə et]

Qalib (3): 1952–53, 1977–78, 1980–81
Finalçı (6): 1931–32, 1936–37, 1976–77, 1978–79, 1981–82, 2017–18
Qalib (4): 1932–33, 1944–45, 1976–77, 1977–78
Finalçı (3): 1945–46, 1955–56, 1979–80

Avrokuboklarda çıxışı[redaktə | mənbəni redaktə et]

İndiyə kimi avrokuboklarda 15 oyun keçirən "Proqres"in aktivində 1 qələbə, 2 heç-heçə, 12 məğlubiyyət var. 3 dəfə fərqlənən komanda qapısında 42 qol görüb.[2] "Proqres" avrokuboklardakı yeganə qələbəsini Şotlandiyanın "Reyncers" klubu üzərində qazanıb. Lüksemburq klubu UEFA Avropa Liqasının 2017— 2018 mövsümünün I təsnifat mərhələsində səfərdə 0:1 məğlub olduğu Qlazqo təmsilçisinə doğma meydanda 2:0 hesabı ilə qalib gələrək mübarizədən kənarlaşdırmışdı.[2][4]

Turnir üzrə nəticələri[redaktə | mənbəni redaktə et]

22 iyul 2018 tarixində yenilənib.

Turnir Oyunlar Qələbə Heç-heçə Məğlubiyyət Vurub Buraxıb
UEFA Çempionlar Liqası 4 0 1 3 1 17
UEFA Avropa Liqası 9 1 1 7 2 15
UEFA Kuboklar Kuboku 2 0 0 2 0 10
Ümumi 15 1 2 12 3 42

Oyunlar[redaktə | mənbəni redaktə et]

Mövsüm Turnir Raund Rəqib Ev Səfər Ümumi
1977–78 Kuboklar Kuboku 1R Danimarka Vayle 0–1 0–9 0–10
1978–79 Çempion Klublar Kuboku 1R İspaniya Real Madrid 0–7 0–5 0–12
1979–80 Avropa Liqası 1R İsveçrə Qrasshopper Sürix 0–2 0–4 0–6
1981–82 Çempion Klublar Kuboku 1R Şimali İrlandiya Qlentoran 1–1 0–4 1–5
1982–83 Avropa Liqası 1R İsveçrə Servett 0–1 0–3 0–4
2015–16 Avropa Liqası 1R İrlandiya Şemrok Rovers 0–0 0–3 0–3
2017–18 Avropa Liqası 1R Şotlandiya Reyncers 2–0 0–1 2–1
2R Kipr AEL Limassol 0–1 1–2 1–3
2018–19 Avropa Liqası 1R Azərbaycan Qəbələ

Heyəti[redaktə | mənbəni redaktə et]

Nömrə Ölkə Mövqeyi Futbolçu
1 Fransa GK Sebastiyen Floss
13 Lüksemburq GK Çarli Şinker
30 Lüksemburq GK Stefan Kosta
5 Lüksemburq DF Ben Fogel
17 Portuqaliya DF David Markeş
21 Lüksemburq DF Kevin Kerger
23 Fransa DF Adrian Ferino
38 Fransa DF Metin Karayer
70 Lüksemburq DF Yaan Matias
Nömrə Ölkə Mövqeyi Futbolçu
8 Lüksemburq MF Dzenid Ramdedoviç
10 Lüksemburq MF Olivye Till
11 Lüksemburq MF Mayk Şnayder
16 Almaniya MF Maksimilian Vatska
19 Lüksemburq MF Mario Muts
31 Lüksemburq MF Sebastyan Till
14 Fransa MF Emmanuel Fransuaz
77 Belçika FW Mayron De Almeyda
87 Ermənistan FW Aleksandr Karapetyan

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 "Stadiums in Luxembourg". Worldstadiums.com. 24 Sentyabr 2011 tarixində arxivləşdirilib.
  2. 1 2 3 4 "İnkişafdan qalan "Proqres" - "Qəbələ"nin 99 yaşlı rəqibi". Apasport.az. 22 İyun 2018 tarixində arxivləşdirilib.
  3. Ostlere. "National Division 2017/2018". Soccerway.com. 2018-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-21.
  4. "Progres 2 Rangers 0". BBC Sport. 4 July 2017. 2 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 July 2017.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]