Novoivanovka

Novoivanovka
40°33′34″ şm. e. 45°32′33″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub 1834
Mərkəzin hündürlüyü 1.391 m
Saat qurşağı
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ2129
Xəritəni göstər/gizlə
Novoivanovka xəritədə
Novoivanovka
Novoivanovka
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Novoivanovka (keçmiş adları - Qarapapaq, Seyiddərəsi, Qərib Seyid) — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd.

Toponimikası[redaktə | mənbəni redaktə et]

Novoivanovka (oyk.) - Gədəbəy rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Dağətəyi ərazidədir.

Yaşayış məntəqəsi 1852-ci ildə qonşu Novosaratovka kəndindən ayrılaraq burada yurd salmış Q.F.İvanovun adını daşıyır. Onun başdaşında kəndi 1852-ci ildə həmin İvanovun salması barədə yazı var. Oykonim “İvanovun yeni kəndi” mənasındadır.[1]

Tarixi[redaktə | mənbəni redaktə et]

Kənd əvvəllər Qarapapaq, Seyid dərəsi, Qərib Seyid adlarını daşımışdır. Kənddə 4-cü əsrdə tikilmiş 1600-il yaşı olan Ağkilsə adında tikili mövcuddur. Ağkilsə Gədəbəy rayonunun ən qədim tarixi abidəsi hesab olunur.

Novoivanovka Gədəbəydə sonucu sərhəd kəndidir. Burada Rus mədəniyyət mərkəzi yerləşir. 80-ci illərin sonlarında başlanan müharibə ilə burada məskunlaşan rusların (molokanların) çoxu kəndi tərk etmişdir. Hal-hazırda kənddə təqribən 18-23 molokan yaşayır. Əhalinin əksəriyyətini Ermənistandan bura köçmüş Azərbaycan türkləri təşkil edir.

Haqqında[redaktə | mənbəni redaktə et]

Novoivanovka kəndi Gədəbəy rayonunda əsasən molokanların məskunlaşdığı 3 kənddən biridir. Paytaxt Bakıdan 400 kilometr qərbdə, dəniz səviyyəsindən 1391 metr hündürlükdə yerləşir və əhalisi 1668 nəfərdir. Kəndin ən hündür yeri dəniz səviyyəsindən 1606 metr hündürlükdə yerləşir. Kənddə 1 kvadrat kilometrə 70 nəfər düşür.

İqlimi kontinentaldır. Orta illik temperatur 7 °C-dir. Ən isti ayı avqust ayıdır, hansı ki, bu ayda orta aylıq temperatur 18 °C olur. Ən soyuq ayı isə yanvar ayıdır, ki bu aydı temperatur -6 °C olur. Orta illik yağıntı 736 millimetr təşkil edir. Ən çox yağıntı may ayında 104 mm, ən az yağıntı isə avqust ayında 23 mm düşür.

Novoivanovkanın yerli insanları

Əhalisi[redaktə | mənbəni redaktə et]

2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1788 nəfər əhali yaşayır.[2]

İqtisadiyyatı[redaktə | mənbəni redaktə et]

Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıqheyvandarlıq təşkil edir.

Görüntülər[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]