Çobankənd
Çobankənd | |
---|---|
40°34′23″ şm. e. 45°34′25″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.307 m |
Saat qurşağı | |
Çobankənd — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd.
Tarixi[redaktə | mənbəni redaktə et]
Çobankənd kəndi Novosaratovka-Novoivanovka yolunun üstündə yerləşir. Kənd ümumilikdə üç hissədən ibarətdir. Novoivanovka, Yenikənd, Arabaçı və Şahdağ kəndi ilə sərhəddir.
Toponimikası[redaktə | mənbəni redaktə et]
Çobankənd oyk. Gədəbəy r-nunun eyniadlı i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Yerli əhalinin məlumatına görə, inqilabdan əvvəl Novoivanovka kəndində şəxsi təsərrüfatlarda çobanlıq edənlərə 1925-ci ildə Alağac adlanan bu yerdə torpaq sahəsi verilmişdi. 1925-1926-cı illərdə bir neçə çoban öz ailələri ilə birlikdə burada məskunlaşaraq kəndin əsasını qoydular. Ona görə də kənd Çobankənd adlandırılmışdır.[1]
Mədəniyyəti[redaktə | mənbəni redaktə et]
Əhalisi[redaktə | mənbəni redaktə et]
Əhalisi maldarlıq-qoyunculuq və qaramal saxlamaqla, eləcə də əkinçiliklə (kartofçuluq) məşğuldur. Maldarlıq yaylaq və qışlaq prinsipi ilə həyata keçirilir. Kənd əhalisi Oğuz Türkmən boyu olan Eymur boyundandırlar. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1482 nəfər əhali yaşayır.[2]
İqtisadiyyatı[redaktə | mənbəni redaktə et]
- Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Tanınmış şəxsləri[redaktə | mənbəni redaktə et]
- Amin Rzayev — Vətən müharibəsi şəhidi
Həmçinin bax[redaktə | mənbəni redaktə et]
Xarici keçidlər[redaktə | mənbəni redaktə et]
İstinadlar[redaktə | mənbəni redaktə et]
- ↑ Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
- ↑ Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629