Marqarita Al

Marqarita Al
Doğum tarixi 7 oktyabr 1959(1959-10-07) (64 yaş)
Doğum yeri
Fəaliyyəti şairə, redaktor
Əsərlərinin dili rus dili
İstiqamət avanqard
Janrlar avanqard, Eksperimental ədəbiyyat
wow-lifft.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Marqarita Al (rus. Маргари́та Ви́кторовна Аль 7 oktyabr 1959, Almatı) — rus və qazax şairəsi, filosof, rəssam, nasir, ədəbiyyatşünas, metametafor və rus kosmizminin tədqiqatçısı, Avrasiya Xalqları Assambleyasının ədəbi şurasının sədri, Avrasiya xalqlarının mədəni layihələrinin inkişafına yardım fondunun "LIFFT" pezidenti, Ümumdünya Yazıçılar Təşkilatının "WOW" prezidenti (2023), peşəkar rəssamlar Yaradıcılıq Birliyinin üzvü, beynəlxalq PEN təşkilatının üzvüdür[1].

Poetik janrda 10 şerin müəllifi kimi şöhrət qazanmışdır. Futurist Vasili Kamenskinin(ru) instalyasiyalarının ənənələrini davam etdirərək, poetik səhnələr yaratmışdır.

Oljas Süleymenov, Konstantin Kedrov və Aleksander Oçhirov onun ədəbi və ictimai fəaliyyətində müəllimləri və mentorları hesab olunur.

Həyatı[redaktə | mənbəni redaktə et]

7 oktyabr 1959-cu ildə Qazaxıstan SSR-nin SSRİ Alma-Ata şəhərində anadan olmuşdur.

1990-cı ildə Avrasiya Milli Universitetini bitirib.

1997-ci ildə SSRİ parçalanandan sonra Moskva şəhərinə köçüb.

2005-ci ildən Poeziya və Fəlsəfə Akademiyasında.

2023-cü ildən Maksim Qorki adına Ədəbiyyat İnstitutunda fəaliyyət göstərir.

2019-cu ildə Bakıda dünyanın 52 ölkəsindən olan yazıçıların iştirakı ilə "Ədəbiyyatda gələcəyin insan obrazının yaradılması" dəyirmi masasının moderatoru olmuşdur. Bu tədbirdə beynəlxalq məruzəçilər Oljas Süleymenov, Konstantin Kedrov, Kristof Şatrovski, yazıçı və dramaturq, İsrailin Baş naziri Benyamin Netanyahunun kiçik qardaşı İdo Netanyahu olmuşlar.

2020-ci ildə Medelin beynəlxalq poeziya festivalında (Kolumbiya) dünyanın 103 ölkələri nümayəndələri sırasında Rusiyanı təmsil etmişdir və avanqard poeziyası iki dildə — rus və ispan dillərində təqdim olunub: Marqarita Al və Andrey Voznesenski.[2]

2021-ci ildə Bakıda keçirilən Nizami Gəncəvi Beynəlxalq forumunun spikeri olmuşdur[3].

2023-cü ildə Misirin Qahirə şəhərində Dünya Yazıçılar Təşkilatının "WOW" yaradılması haqqında Memarandumun imzalanması üçün dünyanın 18 ölkəsindən olan yazıçılardan ibarət təşəbbüs qrupunda çıxış etmişdir.

25 dekabr 2023-cü ildən Ümumdünya Yazıçılar Təşkilatının "WOW" təsisçilərindən biri və prezidentidir.[4]

4 poetik kitabın müəllifidir. Şerləri ingilis, fransız, ispan, ərəb və azərbaycan dillərinə tərcümə edilmişdir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "The Eurasian Cultural Spaces -An Interview". 2023-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-10.
  2. "Подведены итоги Евразийского фестиваля "ЛиФФт" в Баку – красная дорожка, победители". 2024-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-10.
  3. "Российская поэтесса Маргарита Аль: Ни одна нация не делает столько, сколько делает азербайджанский народ в память о Низами Гянджеви во всем мире". 2024-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-10.
  4. "مهرجان أوراسيا الأدبي على شاشة النيل الثقافية". 2023-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-10.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]