Mançester Yunayted FK

Wikipedia open wikipedia design.

Soccerball mark.svg
Manchester United Football Club
Ölkə Flag of England.svg İngiltərə
Ləqəb(lər) The Red Devils (Qırmızı Şeytanlar)
Yaranma tarixi 1878-ci il, Newton Heath LYR F.C. adıyla
Sahibi Qlazer ailəsi
LiqaPremyer Liqa
2017-18II
Rəsmi saytı
VikiAnbarda Commons-logo.svg əlaqəli mediafayllar

Mançester Yunayted (ing.: Manchester United) — İngiltərə Premyer Liqasında Mançester şəhərini təmsil edən titullu ingilis futbol klublarından biridir. Ləqəbi "Qırmızı şeytanlar" olan bu futbol klubu 1878-ci ildə "Nyuton Hit" adı ilə təsis olunmuş, 1902-ci ildə adını "Mançester Yunayted" olaraq dəyişdirmişdir.[1] 1910-cu ildən etibarən öz ev oyunlarını Mançester şəhərində yerləşən Old Trafford stadionunda keçirir.

"Mançester Yunayted" indiyə qədər ingilis futbol klubları arasında ən çox titul qazanan klub kimi tarixə adını yazdırmışdır.[2] Klub 20 dəfə İngiltərə Premyer Liqasını, 12 dəfə İngiltərə Federasiya Kubokunu, 5 dəfə İngiltərə Liqa Kubokunu, rekord sayda - 21 dəfə İngiltərə Milli Futbol Superkubokunu, 3 dəfə UEFA Çempionlar Liqasını, 1 dəfə UEFA Avropa Liqasını, 1 dəfə UEFA Kuboklar Kubokunu, 1 dəfə UEFA Superkubokunu, 1 dəfə Qitələrarası kuboku və 1 dəfə də FİFA Klublararası Dünya Kubokunu qazanmışdır. 1998-99 mövsümündə klub Avropada qızıl het-trik gerçəkləşdirən ilk ingilis klubu kimi futbol tarixinə keçmişdir.[3] 2016-17 mövsümündə UEFA Avropa Liqasını qazanmaqla UEFA tərəfindən təşkil olunan hər üç turnirdə çempion olan beş klubdan biri və mümkün olan bütün titulları qazanan yeganə ingilis klubu olmuşdur.[4]

1958-ci ildə Münhen şəhərində baş vermiş aviafaciə nəticəsində klubun yalnız səkkiz futbolçusu sağ qalmışdır. Buna baxmayaraq, 1968-ci ildə Mett Basbinin rəhbərliyi altında çıxış edən "Mançester Yunayted" Avropa kubokunu qazanan ilk ingilis klubu olmuşdur. Aleks Ferqyuson 1986-2013-cü illər aralığında 13 dəfə İngiltərə Premyer Liqası, 5 dəfə İngiltərə Federasiya Kuboku və 2 dəfə UEFA Çempionlar Liqası da daxil olmaqla baş məşqçi kimi bu klubla birlikdə 38 titul qazanmışdır.[5][6][7]

"Mançester Yunayted" 2016-17 mövsümündə illik 676.3 milyon avroluq gəliri ilə dünyanın ən gəlirli futbol klubu olmuş[8] və 2018-ci ildə 3.1 milyard funt-sterlinq dəyərlə dünyanın ən dəyərli futbol klubu seçilmişdir.[9] Klubun səhmləri 2005-ci ilin may ayında London fond birjasında Malkolm Qleyzer tərəfindən təqribən 800 milyon funt-sterlinq qarşılığında satın alınmışdır. "Mançester Yunayted" dünyada ən çox azarkeşə sahib olan klublardan biridir. Bu klubun əsas rəqibləri "Liverpul", "Mançester Siti", "Arsenal" və "Lids Yunayted" futbol klublarıdır.

Tarixi[redaktə | əsas redaktə]

Klub Mançester şəhərinin dəmiryol fəhlələri tərəfindən 5 mart 1878-ci ildə Newton Heath (L & Y.R.) F.C. adı altında yaradılmışdır. Klubun ilk rəngləri yaşıl və qızılı idi. 1892-ci ildə klub Futbol liqasına daxil olur və dəmiryol stansiyasından ayrılaraq müstəqil olur. 1902-ci ildə 2500 funtdan çox borcla iflas həddinə çatır. Klubu iflasdan yerli pivə istehsalçısı Con Henri Deyvis xilas edir. O klubu alır və kluba kapital qoyur. 26 aprel 1902-ci ildə klubun adı dəyişdirilərək rəsmən "Manchester United" olur. Eyni zamanda klubun rəngləri də yaşıl-qızılıdan qırmızı-ağa dəyişdirilir.

1906-cı ildə "United" Birinci diviziona yüksəlir və 1907/08 mövsümündə özünün ilk çempion titulunu qazanır. 1908-ci ildə "Manchester United" öz tarixində ilk dəfə İngiltərə superkubokunu, 1909-cu ildə isə özünün ilk İngiltərə kubokunu əldə edir. 1910/11 mövsümündə "United" ikinci dəfə Birinci divizionun çempionu olur. Bundan sonrakı 41 il ərzində bu onlara müyəssər olmur. Həmin ildə klub özünün yeni "Old Trafford" stadionuna köçür. Növbəti onillikdə klub yeni titullar qazana bilmir və 1922-ci ildə İkinci diviziona düşür. 1925-ci ildə "Manchester United" Birinci diviziona qayıdır, ancaq klub yalnız yerini qorumaq uğrunda mübarizə aparır. 1931-ci ildə yenidən İkinci diviziona yuvarlanır. İkinci Dünya müharibəsindən əvvəlki səkkiz il ərzində "United" divizionlar arasında yerdəyişmələr edir. 1934-cü ildə tarixi ərzində ən zəif nəticəni göstərir və İkinci divizionda 20-ci yeri tutur. Müharibədən əvvəlki son mövsümü (1937/38)isə klub Birinci divizionda 14-cü yerdə bitirir.

Basbinin uşaqları[redaktə | əsas redaktə]

İkinci Dünya Müharibəsindən sonra klubun baş məşqçisi Ser Met Basbi (ing. Sir Matt Busby)təyin olunur. Basbi çox güclü bir komanda düzəldir. Onun rəhbərliyi altında klub iki il dalbadal – 19561957-ci illərdə İngiltərə çempionu olur. 1958-ci ildə böyük bir faciə baş verir. Fevralın 6-da Almaniyanın Münhen şəhərində klubun təyyarəsi qəzaya uğrayır. Qəza nəticəsində klubun 8 oyunçusu həlak olmuş, digər oyunçular və məşqçi heyəti(o cümlədən Met Basbi) sağ qalmışdır. Çoxları bu hadisədən sonra klubun zəifləyəcəyini söyləyirdi. Lakin Basbi sağ qalmış oyunçulardan və gənclərdən güclü bir komanda düzəltmiş və onu 19651967-ci illərdə çempion etmişdir.

Bundan sonra klubda bir durğunluq baş vermiş və 30 ilə yaxın bir müddətdə klub İngiltərə çempionluğuna həsrət qalmışdır. Bu uğursuzluq komandanın sükanına ser titullu digər bir şəxsin gələcəyinə qədər davam etmişdir.

II Ser[redaktə | əsas redaktə]

1986-cı ildə kubun baş məqçisi Ser Aleks Ferqyuson (ing. Sir Alex Ferguson) təyin olunur. Ferqyuson demək olar ki, komandanı yenidən yaratmışdır. Komandanı ayağa qaldırmaq uzun sürmüş və klub 1993-cü ilə qədər çempion olmamışdır, ancaq sonradan klub fantastik sezonları dalbadal sıralamışdır. Klubun həmin dövrlərdə qazandığı uğurların bəziləri; 11 sezonda 8 çempionluq, eyni sezonda Premier League çempionluğu və FA Cup çempionluğu və Avropa çempionu olmuş yeganə klubdur.

Futbol klubları içərisində ən güclü azarkeş dəstəyinə malik olan klubun səhmlərinin böyük bir hissəsinin 2005-ci ildə Amerikalı iş adamı Malkolm Qleyzer (ing. Malcolm Glazer) tərəfindən alınması azarkeşlərin boyük narazılığına səbəb olmuşdur.

Mançester Yunayted cari İngiltərə çempionu titulunu daşıyır.

2007/08 mövsümündə Mançester Yunayted dubla imza atdı. Beləki klub tarixində 17-ci dəfə İngiltərə çempionu titulunu qazandı. Baxmayaraq ki, Mançester mövsümə o qədər də uğurlu başlamamışdı. İkinci böyük zəfərə isə Moskvanın Lujniki stadionunda imza atıldı. Çelsi ilə keçən dramatik oyun Mankuniyanların qələbəsi ilə başa çatdı, bu isə 3-cü Avropa Çempionlar Kubokunun qazanılması demək idi. 2008/09 mövsümündə Mançester Yunayted üçüncü dəfə dalbadal premyer-liqanın qalibi oldu. Klub həmçinin Liqa kubokunuKlublararası dünya çempionatını qazanır. 2010 ci ildə komanda ardıcıl ikinci dəfə Liqa kubokuna sahib çıxır.

2010/11 mövsümündə isə 19-cu dəfə İngiltərə çempionluğunu bayram edən mankunianlar bu göstəriciyə görə Liverpulu arxada qoyaraq İngiltərə futbolu tarixində ən uğurlu komanda statusunu əldə edirlər.

Uğurlar[redaktə | əsas redaktə]

Məşhur oyunçuları[redaktə | əsas redaktə]

Klubun forması Avropa Liqası Muzeyində

İstinadlar[redaktə | əsas redaktə]

  1. "Premier League Handbook Season 2015/16" (PDF). Premier League. Arxivləşdirilib: [1] saytından 6 sentyabr 2015 tarixində. https://web.archive.org/web/20150906045556/http://www.premierleague.com/content/dam/premierleague/site-content/News/publications/handbooks/premier-league-handbook-2015-16.pdf. İstifadə tarixi: 23 May 2016.
  2. McNulty, Phil (21 sentyabr 2012). "Liverpool v Manchester United: The bitter rivalry". BBC Sports. https://www.bbc.co.uk/sport/football/19653230.
  3. "BBC ON THIS DAY - 14 - 1969: Matt Busby retires from Man United". BBC News. http://news.bbc.co.uk/onthisday/hi/dates/stories/january/14/newsid_3334000/3334059.stm.
  4. Thomas, Lyall (4 may 2017). "Jose Mourinho wants Manchester United to 'close the circle' of trophies and win Europa League". Sky Sports. http://www.skysports.com/football/news/11667/10862214/jose-mourinho-wants-manchester-united-to-close-the-circle-of-trophies-and-win-europa-league.
  5. "The 49 trophies of Sir Alex Ferguson - the most successful managerial career Britain has ever known". The Independent (London: Independent Print). 8 may 2013. https://www.independent.co.uk/sport/football/premier-league/the-49-trophies-of-sir-alex-ferguson-the-most-successful-managerial-career-britain-has-ever-known-8607136.html. İstifadə tarixi: 29 dekabr 2018.
  6. Stewart, Rob (1 oktyabr 2009). "Sir Alex Ferguson successful because he was given time, says Steve Bruce". The Daily Telegraph (London: Telegraph Media Group). https://www.telegraph.co.uk/sport/football/teams/manchester-united/6250406/Sir-Alex-Ferguson-successful-because-he-was-given-time-says-Steve-Bruce.html. İstifadə tarixi: 29 dekabr 2018.
  7. Northcroft, Jonathan (5 noyabr 2006). "20 glorious years, 20 key decisions". The Sunday Times (London: Times Newspapers). http://www.timesonline.co.uk/tol/sport/football/article625585.ece. İstifadə tarixi: 29 dekabr 2018.
  8. "Manchester United remain football's top revenue-generator". BBC News (British Broadcasting Corporation). 23 yanvar 2018. https://www.bbc.com/news/business-42767374. İstifadə tarixi: 29 dekabr 2018.
  9. "Man United Forbes' most valuable soccer team again". Euronews. 12 iyun 2018. http://www.euronews.com/2018/06/12/man-united-forbes-most-valuable-soccer-team-again. İstifadə tarixi: 29 dekabr 2018.

Xarici keçidlər[redaktə | əsas redaktə]



This page is based on a Wikipedia article written by contributors (read/edit).
Text is available under the CC BY-SA 4.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.

Destek