Larri Uoll

Larri Uoll
ing. Larry Wall
Doğum tarixi 27 sentyabr 1954(1954-09-27)[1] (69 yaş)
Doğum yeri
Uşağı 4
Elm sahəsi proqramçı
Təhsili
wall.org
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Larri Uoll (ing. Larry Wall; 27 sentyabr 1954[1], Los-Anceles, Kaliforniya) — Amerikalı kompüter proqramçısı. Perl proqramlaşdırma dilini müəllifi.

Həyatı[redaktə | mənbəni redaktə et]

Larri Uoll 27 sentyabr 1954-cü ildə (Kaliforniya), Los-Ancelesdə anadan olmuşdur. Sonra Bremertonda yaşamışdır. 1976-cı ildə Seattle Sakit okean universitetində ali təhsil almış, kimya və musiqi sahəsində ixtisaslaşmış, bir neçə ildən sonra universitetin hesablama mərkəzində işləyən bir bakalavr Təbii və Süni dillərdə dərəcəsi almışdır.

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Amerikalı proqramçı, linqvist, Perl proqramlaşdırma dilinin müəllifi Larri Uoll "Usenet" elanlar lövhəsinin və "Unix" əməliyyat sisteminin, məşhur "Patch" proqramının da müəllifidir. O, 1998-ci ildə azad proqram təminatının inkişafına görə "Free Software Foundation" fondunun mükafatına (Free Software Foundation Award for the Advancement of Free Software) layiq görülərək fondun ilk laureatı olmuşdur.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Əliquliyev R. M., Salmanova P. M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Deutsche Nationalbibliothek Record #138937079 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]