II Qılınc Arslan

II Qılınc Arslan
Şəxsi məlumatlar
Doğum tarixi təq. 1113
Doğum yeri
Vəfat tarixi 26 avqust 1192
Vəfat yeri
Dəfn yeri
Fəaliyyəti siyasətçi
Atası I Rüknəddin Məsud[d]
Uşaqları
Ailəsi Səlcuqlular
Dini islam
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

II Qılınc Arslan (osm. قلج أرسلان‎ — Kılıc Arslân, türk. Kılıç Arslan) tam adı — İzzəddünya və din Qılınc Arslan ibn Məsud 1155–1192) — Rum sultanlığının sultanı.

Həyatı[redaktə | mənbəni redaktə et]

İkinci Sultan İzzəddin Qılınc Aslan, 1116-cı ildə Konyada dünyaya gəldi. Türkiyənin dördüncü hökmdarı olan Rum sultanlığı sultanı I Məsudun oğludur. Atasının taxta çıxdığı gün dünyaya gəldi və onun 39 illik səltənəti dövründə tək varis olaraq qaldı və atası öldükdən sonra isə sultan oldu. Qılınc Aslan İsfahan sarayında Sultan Məlikşahın himayəsində çox yaxşı təhsil görmüşdü. Kiçik yaşlarından etibarən döyüş meydanlarında olmuş, savaş sənətində təcrübə qazanmışdı.

II Qılınc Aslan haqqında məlumata keçməzdən əvvəl bir qədər onun yaşadığı dövrə qədərki hadisələr haqqında sizlərə qısa məlumat vermək istərdik. Rum sultanlığı səlcuqların Anadoluda qurduğu dövlətdir. Türklərin Oğuz tayfalarının Anadoluya yerləşməsi 1071-ci ildə baş verən Malazgirt döyüşündən sonra sürətləndi. Səlcuq sərkərdəsi Qutalmışoğlu Süleyman Şah Anadoludakı fəthləri qərbə doğru genişləndirərək, 1075-ci ildə İznik şəhərini Bizans dövlətinin əlindən aldı və buranı paytaxt seçərək müstəqilliyini elan etdi. Beləliklə qurulan Rum sultanlığı, son Rum Səlcuqlu sultanı taxtdan endirilənə qədər, yəni 1308-ci ilə qədər varlığını davam etdirdi.

Bizansın sərhəd qonşusu olan Süleyman Şah bir müddət sonra bu dövlətin işlərinə qarışmağa başladı. 1078-ci ildə Böyük Səlcuqlu Sultanı Məlikşah, Anadoluda ayrı bir dövlət quran I Süleyman Şahın güclənməsindən narahat olmağa başladı. 1078-ci ildə ordusunu Süleyman Şahın üzərinə göndərdi. Lakin gözlədiyi zəfəri qazana bilmədi. Süleyman Şah, Bizansdakı taxt döyüşlərindən faydalanaraq sərhədlərini genişləndirməyə başladı. I Süleyman Şah 1082-ci ildə Adana və Tarsus şəhərləriylə birlikdə bütün Kilikya torpaqlarına sahib oldu. 1084-cü ildə də Antakyanı ələ keçirdi.

Qutalmışoğlu Süleyman Şah 1086-cı ildə Antakya yaxınlarında Suriya Səlcuqluları dövləti Sultanı olan Tutuş ilə etdiyi müharibədə məğlub olaraq öldü. Biz tarix boyu öz dəyərlərimizi məhv etmədik? Tariximizdə qardaşın qardaşı qırması ilə bağlı saysız hesabsız faktlar vardır. Bu ərəfədə Süleyman Şahın iki oğlu, I Qılınc Aslan və Qulan Aslan Böyük Səlcuqlu Dövləti Sultanı Məlikşahın İsfahandakı sarayında əsir idilər. Beləliklə Anadoluda hakimiyyət boşluğu yaranmışdı. Bu boşluqdan istifadə edən İznik bəyi Əbülqasım Anadolu Səlcuqlu Dövlətində hakimiyyəti əlinə keçirdi. Qardaşı Əbülqazi Həsən Bəylə birlikdə Mərmərə ətrafında bizanslılarla döyüşərək dövlətin sərhədlərini genişləndirməyə başladı.

Sultan Məlikşah Anadolunu özünə tabe etmək məqsədilə, Urfa əmri Bozanı Əbülqasımın üstünə yolladı. Əmr Bozan İznik şəhərini mühasirə etsə də, şəhəri ala bilmədi. Ancaq Böyük Səlcuqlu Dövləti ilə bacara bilməyəcəyini başa düşən Əbülqasım qardaşını İznikdə saxlayaraq Məlikşahla razılaşmaq üçün İsfahana hərəkət etdi. Məlikşah Əbülqasım ilə razılaşmağa yanaşmadı. Əbülqasım İznikə geri dönərkən 1092-ci ildə yolda tutularaq edam edildi. Bizim ulu babalarımız əlbir olub böyük qüvvəyə çevriləcəyinə bir-birlərini niyə qırıblar bunu başa düşmək çətindir..! Əbülqasımın ölümündən sonra qardaşı Əbülqazi qısa bir müddət İzniki əlində saxlamağa davam etdi. Sultanı Məlikşahın ölümündən sonra Süleyman Şahın iki oğlu I Qılınc Aslan və Qulan Aslan İsfahandan buraxıldılar. Əbülqazi İznikə 1092-ci ilin sonlarında çatan I Qılınc Aslana müqavimət göstərmədən rəhbərliyi ona təhvil verdi. Beləliklə Anadolu Səlcuqlu Dövlətinin rəhbərliyi təkrar Qutalmışoğlu Süleyman Şahın xanədanına geri dönmüş oldu.

Deməli qardaşlar arasında gedən döyüşlərin, tökülən qanların səbəbi taxt imiş. I Qılınc Aslan 1092-ci ildə Anadolu Səlcuqlu dövlətinin taxtına çıxdı. I Qılınc Aslan, İzmir bölgəsində getdikcə güclənən Çaka adlı Bəyi aradan qaldırdı. Yenə həmin tarixi xəstəliyimiz yenə özünü büruzə verdi, bir bəyimiz daha aradan götürüldü. Halbuki Çaka Bəy, Türk tarixində dəniz qüvvəsini yaradan ilk tarixi şəxsiyyətdir, ilk bəydir. Ona arxa olmamız əvəzinə aradan götürürük..! Nə böyük bədbəxtlikdir bu..! I. Qılınc Aslan Xaçlılar qarşısında məğlubiyyətdən sonra İznik’i tərk edib Anadolu içərilərinə çəkilmək məcburiyyətində qaldı və Qonyanı özünə paytaxt etdi. 1100-ci ildə Danişməndlilərə məğlub olan xaçlılar, sonrakı il Anadoluya ikinci bir ordu göndərdilər.

Böyük Səlcuqlu Dövlətinin taxtını istəyəcək qədər güclənən Rum sultanlığı 1107-ci ildə Böyük Səlcuqlu Dövlətinin hakimiyyəti altında olan Musul üzərinə səfərə çıxdı. Amma Habur Suyu sahilində Böyük Səlcuqlu ordusuna məğlub oldu və atıyla çayı keçərkən boğularaq dünyasını dəyişdi. I Qılınc Aslanın ölümüylə Anadolu Səlcuqlu Dövlətinin müstəqilliyi sarsıldı. Anadoluda üstünlüyü Danişməndlilər ələ keçirdi.

I Qılınc Aslanın ölümüylə, Anadolu Səlcuqlu taxtı bir müddət boş qaldıqdan sonra, I Qılınc Aslanın oğlu Şahin Şah 1110-cı ildə hakimiyyətə keçdi. Amma qardaşı Rüknəddin Məsud onun sultanlığını tanımadı və Danişməndlilərin köməyilə iqtidarı ələ keçirdi. Tarix boyu qarşımıza çıxan və belimizi sındıran qardaşlararası mübarizə burda da ifritə surətini göstərir. I Rüknəddin Məsud, bir müddət Danişməndlilərin nəzarəti altında qaldı. 1142-ci ildə Danişməndli Məmməd Bəyin ölümündən sonra Anadolu Səlcuqlarının Anadoludakı üstünlüyü yenidən yarandı. Anadolu Səlcuqlu Dövləti 1146-cı ildə Bizans ordusunu Qonya önlərində məğlub etdi. Sonrakı il II Xaçlı ordusunu Əskişəhir yaxınlığında məğrubiyyətə uğratdı. Bilirsiniz ki, səlib yürüşlərinin əsl məqsədi Türkləri Anadolu və yaxın şərqdən çıxarıb məhv etməkdi. I Rüknəddin Məsud ölkəsini üç oğlu arasında bölüşdürdü və II Qılınc Aslanı vəliəhd elan etdi. I Rüknəddin Məsudun 1155-ci ildə dünyasını dəyişməsindən sonra oğulları arasında taxt döyüşləri başlandı. Bu zaman Danişməndlilər, Bizanslılar, Mosul Atabəyi Nurəddin Mahmud Zəngi və Erməni Dərəbəyi Toros birləşərək Anadolu Səlcuqlu Dövlətinə qarşı çıxdılar. II Qılınc Aslan əvvəl Bizansla sülh əldə etməyin yollarını axtardı və İstanbula gedərək müqavilə imzaladı. Daha sonra, qardaşı Şahin Şah ilə Danişməndlilərin birləşmiş ordusunu məğlub etdi. 1175-ci ildə Danişməndlilərin müstəqilliyinə son verildi.

II Qılınc Aslanın hakimiyyəti dövründə üç mühüm hədəfi vardı. Bizansın imperiyasının, Anadolunu Türklərdən geri alaraq gənc Türkiyə dövlətini ortadan qaldırmaq ümidinə sonvermək, bundan başqa Xaclı dalğalarını Türkiyə dövlətinin sərhədlərinin kənarında tutmaq və sonuncusu isə özünün tabeliyində olan və Anadoluda yaranmış Türk bəyliklərini öz bayrağı altında birləşdirərək vahid qüvvəyə çevirmək idi.

Bir müddət sonra II Qılınc Aslan ilə Bizans arasındakı sülh pozuldu. Bizanslılar böyük bir orduyla Anadoluya hücum çəkdi. II Qılınc Aslan 1176-cı ildə, Sandıqlı ilə Dayanarın şərqində, Miryakefalon döyüşündə Bizans ordusunu pusquya saldı və ağır bir məğrubiyyətə uğratdı. Bu nəticə, türklərin Anadoluda Bizans qarşısında Malazgirtdən sonrakı ən böyük zəfəri idi. Bu məğlubiyyətdən sonra Bizanslılar, türkləri Anadoludan çıxarmaq ümidini tamamilə itirdilər. Bu hamlə II Qılınc Aslanın dövlət idarəçiliyində birinci hədəf idi.

1189-cu ildə artıq qocalan Sultan Qılınc Aslan, Türkiyəni dəhşətli bir Xaçlı ordusuna qarşı müdafiə etmək məcburiyyətində qaldı. İllərdir bu təhlükəni gözlədiyi üçün bütün qüvvəsini Bizansın üzərinə gedərək tükətməmişdi. Çünki babası da, atası Birinci Məsud da səlib yürüşlərinə qarşı Türkiyəni şücaətlə müdafiə etmişdilər. İndi isə II Qılınc Aslan Üçüncü Xaçlı səfərinin qarşısını almalıydı.

II Qılınc Aslan 1186-cı ildə ölkəsini 11 oğlu arasında bölüşdürdü. Özü hələ sağ ikən oğulları arasında, Türk millətinin tarix boyu qənimi kəsilən vəliəhdlik mübarizəsi başladı.

Rum sultanlığı avropalıların başlatdıqları Səlib yürüşləri kifayət etmirmiş kimi bir də qardaş vuruşmaları səbəbiylə potensial qüvvələrini ardıcıl olaraq itirdi ve axırda dünyada özünü dəhşət hadisələri ilə göstərən Monqol hakimiyyətinə daxil olmaq məcburiyyətində qaldı. Daha Anadolu əyalətlərini təyin olunmuş valilər idarə etdilər. 1308-ci ildə, son sultan II Məsudun ölümündən sonra isə Anadolu Səlcuq Dövləti ömrünü tamamlayaraq tarixin qaranlıq dəhlizində bir ad buraxaraq səhnədən sürüşüb getdi.

İstinadlar[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]