Elektron kitab (qurğu)

Elektron kitab qurğusu (ing. e-book reader) – elektron kitabların saxlanması və oxunması üçün istifadə olunan aparat vasitəsidir. (çəkisi təxminən 600 qrama bərabər olan xüsusiləşdirilmiş mikrokompüterdir) Həcmi minimum 16 mb olan elektron kitab fləş-yaddaşın köməyi ilə qurğuda saxlanılır. Bu da minimum 3200 mətn səhifəsini və ya ən azı 10-a qədər orta həcmli kitabı saxlamağa imkan verir.

Elektron kitab elektron nəşrin bir qoludur. Elektron kitab bu və ya digər formatda: məs. Microsoft Word kimi mətn redaktorlarında yaradılan DOC formatında, HTML hipermətn dili vasitəsi ilə yaradılan mətn formatında və ya ZIP, RAR, ARJ – sıxılmış (arxivləşdirilmiş) formatda yayımlanmış kitab mətnlərindən ibarət olan fayldır. Həmin mətnlər HTML dilinin vasitəsilə müxtəlif freym strukturların yaradılması, mətn və şəkillərin formalaşdırılması, siyahı və cədvəl strukturlarının təşkil edilməsi, şərh və istinadların daxil edilməsi əsasında yaradılır.

Elektron kitabda fayl dedikdə oraya – şəkil, qrafik, diaqram, səs də daxil edilə bilər. Elektron kitab qurğularını planşet kompüter sinfinə daxil etmək olar. Planşet fərdi kompüterin adi kompüterdən fərqi onun məhdud funksiyaları avtonom iş zamanı böyük vaxtın olmasıdır. Müasir elektron kitab qurğuları adətən, sensorlu ekran ilə təchiz edilirlər və geniş funksiyalar toplusuna malik olurlar.

Elektron sənədləri oxumaq üçün ixtisaslaşdırılmış ilk qurğu DEC şirkəti tərəfindən yaradılmışdır. 1996-cı ildə DEC dəmir tərkibli "DEC-LECTURE" adlı, monoxrom sensorlu ekranı olan planşet kompüterlər yaradılmışdır. İlk dəfə yaradılarkən, çox baha olduğundan istehsalda geniş yer tuta bilməmişdi. İlk kütləvi LCD monoxrom ekranlı elektron kitab qurğusu 1998-c ildə Nivo Media və Soft Book Press şirkətləri ilə eyni vaxtda buraxılmışdır. Bir müddət sonra onlar modernləşdirilmiş və rəngli ekranlı, geniş funksiyalı elektron kitab qurğuları istehsal edilməyə başlanılmışdı. Bu model texniki imkanların yüksək olmasına baxmayaraq, geniş vüsət ala bilməmişdi.

Bir müddət sonra xolestrik (maye-kristal ekranlı) elektron kitab qurğuları yaradıldı. Ekran imkanının artmasına və fərdi iş vaxtının çoxalmasına baxmayaraq, onlara ehtiyac az oldu. 2007-ci ildə ekranın (elektron kağız texnologiyalı ekranın yaranması ilə) elektron kitab qurğuları bazarında artım oldu. Bəzi modellərə tələbat olsa da, onlar populyarlıqda fərdi kompüterlərdən və smartfonlardan geri qalırdılar.

Elektron kitabların ənənəvi kağız kitablarla müqayisə etsək:

  • 1.Elektron kitabda mətndə axtarış edilə bilər, böyük istinadlara keçid ola bilər, müvəqqəti qeyd və seçmə təsvir edilə bilər.
  • 2.Bir qurğuda 1000-dən artıq kitab saxlanıla bilər.
  • 3.Elektron kitabı bir yerdən başqa yerə aparmaq asandır, çünki çox kiçik həcmə və ölçüyə malikdir.
  • 4.Lazım olduqda, oxuma zamanı, şriftin formasını və ölçüsünü dəyişmək mümkündür.
  • 5.Elektron kitab animasiyalı şəkillərə, multimediyalı kliplərə baxmağa imkan verir.
  • 6.Elektron kitabın kağız kitabdan baha olmasına baxmayaraq, elektron mətn kağız mətndən xeyli ucuzdur.
  • 7.Daxili proqramlar, nitq sintezatorları, mətni səsləndirməyə imkan verir.
  • 8.Elektron kitabın axtarışı və yayılması xeyli yüksəkdir.
  • 9.Elektron kitab təbiətə ziyan vurmağın qarşısını alır, belə ki, böyük həcmli kağıza qənaət edir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]