Britaniya Hind okeanı əraziləri

Wikipedia open wikipedia design.

Britaniya Hind okeanı torpaqları

British Indian Ocean Territory
gerbi
Gerbi
Şüarı: lat. "In tutela nostra Limuria"
"Lemuriya bizim müdafiəmizdədir"
xəritədə yeri
PaytaxtıDieqo Qarsiya
Rəsmi dilləriingilis
Etnik qrupları
95.88 % britaniyalı / amerikalı
4.12 % digərləri
İdarəetmə formasıKonstitusiyalı monarxiya
• Monarx
II Elizabet
• Qubernator
Peter Ays
• Administrator
Tom Mudi
Böyük Britaniyadan asılıdır.
• Yaranması
1965
Ərazisi
• Ümumi
54.400
• Su (%)
99,89
Əhalisi
• Təxmini
3.000
ValyutasıABŞ dolları (de fakto)
Funt sterlinq (de jure)
Saat qurşağı(UTC +6)
Telefon kodu246
İnternet domeni.io

Britaniya Hind okeanı əraziləri (ing. British Indian Ocean Territory) — Böyük Britaniyadan asılı olan və Hind okeanında 55 adadan ibarət bölgə. Böyük Britaniyanın Hind okeanında yerləşən müstəmləkəsi olan bu bölgə ancaq Çaqos adalarından ibarətdir.

Bölgəyə aid Dieqo Qarsiya adası 1966-cı ildə imzalanan müqaviləyə görə 50 illiyinə ABŞ-a kirayəyə verilmişdir.

Coğrafiya[redaktə | əsas redaktə]

Dieqo Qarsiya adası

Bölgə bir çoxunda yaşayış olmayan 55 adadan ibarətdir. Britaniya Hind okeanı ərazilərinin ən böyük adası Dieqo Qarsiya adasıdır. Bu adadan başqa Böyük Çaqosbank adası, Peros Banhos adası, Solomon adası, Eqmont adası ilə ancaq aşağı dəniz səviyyəsində görünən Blenheym rifi də bölgəyə aiddir. Britaniya Hind okeanı ərazilərinin sahəsi 54.400 km² olsa da çox böyük hissəsi su olub torpaq sahəsi cəmi 60 km²-dir.

Əhali[redaktə | əsas redaktə]

Adanın yerlisakinləri olan çaqoslular 1960-cı illərdə Böyük Britaniya hökuməti tərəfindən güclə Mavriki, Seyşel adaları və Böyük Britaniya göndərilmişdir. Hazırda adalarda heç bir yerli yaşamır və 3.500 ABŞ və Böyük Britaniya əsgəri vardır.

Yerli xalqlar illər ərzində bu məcburi köçdən sonra ərazilərinə qayıtmaq üçün məhkəmə qaldırmış, amma yenə də qayıda bilməmişdirlər.[1]

Qalereya[redaktə | əsas redaktə]

Həmçinin bax[redaktə | əsas redaktə]

İstinadlar[redaktə | əsas redaktə]

Xarici keçidlər[redaktə | əsas redaktə]



This page is based on a Wikipedia article written by contributors (read/edit).
Text is available under the CC BY-SA 4.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.

Destek