Funt sterlinq

Funt sterlinq, funt, Britaniya funtu (ing. Pound sterling, Pound, British pound) — aşağıdakı ölkələrin və ərazilərin pul vahidi:
- Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının milli pul vahidi. Ölkəyə İngiltərə, Şotlandiya, Uels və Şimali İrlandiya daxildir;
- Gernsi, Cersi və Men adası taxt-tac ərazilərinin paralel valyutasıdır;
- Britaniya dəniz əraziləri: Folklend adaları, Cəbəli-Tariq, Müqəddəs Yelena adası, Dirçəliş və Kristian-da-Kunyanın qanuni ödəniş vasitəsidir.
Funt sterlinq 100 pennidən ibarətdir. Simvolu — £ (lat. Libradan — libra, funta ekvivalentdir). Кodu ISO 4217 — GBP (ing. Great Britain Pound), hərdən istifadədən çıxmış abbrevaturadan da istifadə edilir — UKL (United Kingdom Libra). Dövriyyədə 5, 10, 20, 50 funtluq əskinaz; 1, 2, 5, 10, 20, 50 pensli, 1 və 2 funtlu sikkələr vardır. Nadir halda 25 pensli və 5 funtlu sikkələrə də rast gəlinir.
Böyük Britaniyanın ərazisindəki bəzi banklar (Şotlandiyada üç bank və Şimali İrlandiyada dörd bank) əskinazları öz dizaynları ilə buraxırlar.
Funt sterlinq ehtiyat valyuta kimi[redaktə | əsas redaktə]
Funt sterlinq bir çox ölkələrdə XVIII və XIX əsrlərdə ehtiyat valyuta kimi istifadə edilirdi. İkinci Dünya Müharibəsindən sonra ölkədəki ağır iqtisadi vəziyyət funt sterlinqin mövqeyini xeyli zəiflətdi. Hazırda o istifadəsinə görə dünyanın üçüncü ehtiyat valyutasıdır.[1]
Valyuta kursu rejimi[redaktə | əsas redaktə]
Hal-hazırda Böyük Britaniyada sərbəst valyuta kursu rejimi vardır. Onun səmərəliliyi kimi inflyasiya göstəriciləri götürülür.
Mənbə[redaktə | əsas redaktə]
- 1270-ci ildən funt sterlinqin müasir valyutaya dəyişməsi.
- 1791-ci ildən funt sterlinqin çar Rusiyası, sovet və müasir Rusiya rubluna valyutaya dəyişməsi
- Böyük Britaniya sikkələrinin kataloqu və qalereyası
- Funt srterlinqlər. Bütün əskinaz seriyası
- Funt sterlinq (ing.) (alm.)
İstinadlar[redaktə | əsas redaktə]
- ↑ "The Daily Telegraph". Sterling surges to 14-year high. Arxivləşdirilib: [1] saytından 2011-08-24 tarixində. http://www.webcitation.org/61BSZil9j. İstifadə tarixi: 24 января 2007.
This page is based on a Wikipedia article written by contributors (read/edit).
Text is available under the CC BY-SA 4.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.