Ermənistan Krallığı (antik)

Wikipedia open wikipedia design.

II Tiqranın hakimiyyət dövründə imperiya
Ermənistan Krallığı
Մեծ Հայք
Metz Hayk
Bayraq
Bayraq
Maps of the Armenian Empire of Tigranes.gif
İmperiya II Tiqranın işğallarından sonra
 Orontid Armenia -250-en.svg
 Coatof Mihranids.png
Byzantine imperial flag, 14th century, square.svg 
Derafsh Kaviani flag of the late Sassanid Empire.svg 
Coatof Mihranids.png 
e.ə. 331 — b.e. 428

Paytaxt Tiqranakert
Dil(lər) Ermənicə
Din Atəşpərəstlik
Sahəsi 500,000 km2
İdarəetmə forması mütləq monarxiya
Sülalə Arşakiləri
Commons-logo.svg Vikianbarda əlaqəli mediafayllar

Ermənistan Krallığı - Pəhləvi əsilli ArtaşeslərArşakilər sülalələrinin hakimiyyətindəki torpaqları nəzərdə tutan termin. Günümüzdə Erməni Ekspansiyasını vurğulmaq üçün istifadə edilən termin.

Mənbələrə görə Böyük Ermənistan ifadəsi iki mənada işlədilir: coğrafi və siyasi mənalarda. Həmin ifadə coğrafi mənada 1800-cü ildə erməni keşişləri ortaya atmışdır. O dövrdə III Antiox Selevki Ararat çarlığını işğal edərək həmin ərazini Ermənistanın əsas ərazisi ilə (Van gölü ətrafı) birləşdirmiş, "Böyük Ermənistan" ifadəsi də o vaxt yaranmışdı. Yəni indiki ermənilərin (haylar) (həqiqi ermənilər-ərmənlər və ya armanlar qədim türk tayfalarıdırlar və əslində "Böyük Ermənistan" da indiki ermənilərin-hayların qurduğu bir dövlət deyildi. Haylar bu əraziyə daha sonrakı tarixi dövrlərdə Şimali Fərat hövzəsindən gəlmişdi) iddia etdikləri kimi "Böyük Ermənistan" heç də dənizdən-dənizə (Aralıq, Qara və Xəzər dənizləri) olmamışdır. "Kiçik Ermənistan" (Van gölü ətrafı) ifadəsinin də erməni keşişləri ortaya atmışdır). Üç kilsədəki alban əlyazmaların təhrif etməklə ermənilər çox yalanlar yayırlar. Böyük sözünü ermənilər sovet dövründə tarixi və coğrafi sənədlərə rus xəritələrinə əlavə etməklə 1956-cı ildən başlayıblar.

Selevkilər dövlətinə tabe idi. Antiox Artaksi (qədim türkcə (ermənilərin iddiasına görə qrabarca) Artaşes) sülaləsinin başçısını "Böyük Ermənistan" strateqi təyin etmişdi. Beləliklə, "Kiçik Ermənistan"a nisbətən daha böyük Ermənistan yaranır. "Böyük Ermənistan" ifadəsi siyasi anlayış kimi e.ə. II-I əsrlər üçün, Artaşesin və II Tiqranın hakimiyyət başında olduqları və "Böyük Ermənistan"ın öz qüdrətinin ən yüksək zirvəsinə çatdığı dövr üçün xarakterikdir. Buna görə də "Böyük Ermənistan" ifadəsi yalnız e.ə. II-I əsrlərdə həm coğrafi, həm də siyasi ifadə kimi haradasa özünü doğruldur. Ancaq II Tiqran imperiyasının süqutundan sonra, yəni e.ə. 65-ci ildə "Böyük Ermənistan" da öz ömrünü başa vurdu və Ermənistan ərazicə yalnız Ərmən yaylası hüdudlarında qaldı. Coğrafi mənada isə bu ifadə erkən orta əsrlərə qədər işlədildi.

Mənbə[redaktə | əsas redaktə]

  • Fəridə Məmmədova – Qafqaz Albaniyasının siyasi tarixi və tarixi coğrafiyası. Bakı: 1993.
  • Fəridə Məmmədova- Kavkazskie Albaniya i Albanı.
  • Əziz Ələkbərli – Qədim Türk oğuz yurdu-Ermənistan

Xarici keçidlər[redaktə | əsas redaktə]



This page is based on a Wikipedia article written by contributors (read/edit).
Text is available under the CC BY-SA 4.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.

Destek