23 dekabr
Noyabr – Dekabr – Yanvar | ||||||
1 | 2 | 3 | 4 | 5 | 6 | 7 |
8 | 9 | 10 | 11 | 12 | 13 | 14 |
15 | 16 | 17 | 18 | 19 | 20 | 21 |
22 | 23 | 24 | 25 | 26 | 27 | 28 |
29 | 30 | 31 |
23 dekabr — Qriqorian təqvimi ilə ilin 357-ci günü (uzun illərdə 358-ci). İlin sonuna 8 gün qalır.
Əhəmiyyətli hadisələr[redaktə | əsas redaktə]
- 1876 — Osmanlı tarixinin ilk konstitusiyası olan Birinci məşrutiyyət elan edildi.
- 1888 – Mərcdə uduzan rəssam Van Qoq öz qulağını kəsib.
- 1900 – Kanadalı Rejinald Obri səsin ilk dəfə olaraq 1 kilometr məsafəyə simsiz ötürülməsinə nail olub.
- 1904 – Vilnüsdə litva dilində ilk qəzet çap olunub.
- 1913 – ABŞ Federal Ehtiyatlar Sistemi yaradılıb.
- 1920 – Fransa və Böyük Britaniya "Suriya və Fələstin sərhədlərini müəyyən edən Konvensiya"nı ratifikasiya edib.
- 1930 – Türkiyə və Yunanıstan arasında ərazi mübadiləsi həyata keçirilib.
- 1933 – Almaniyada Reyxstaq yandırılıb və bu böyük bir siyasi prosesin başlanğıcı olub.
- 1947 – İlk tranzistor təqdim edilib.
- 1947 – SSRİ Nazirlər Soveti "Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi ilə əlaqədar tədbirlər haqqında" 754 saylı qərar qəbul edib.
- 1953 – Hərbi məhkəmənin qərarı ilə uzun müddət SSRİ xüsusi xidmət orqanlarının rəhbəri olmuş Lavrenti Beriya güllələnib.
- 1975 – ABŞ Konqresi metrik ölçü sistemini rəsmiləşdirsə də, bu sistem ölkədə heç zaman istifadə olunmayıb.
- 1979 – SSRİ ordu hissələri Əfqanıstana daxil olub.
- 1986 – Sovet dissidenti Andrey Saxarova Qorki şəhərindən siyasi sürgündən Moskvaya qayıdıb.
- 1989 – Azərbaycan Xalq Cəbhəsi Naxçıvan MSSR sərhəd dəstəsi komandirinə ultimatum verərək dekabrın 31-dək sərhəddən adamların müəyyən qayda ilə keçərək qohum əqrəbası ilə əlaqə saxlamasına imkan yaratmağı tələb edib. Ultimatum yerinə yetirilməyib.
- 1990 – Sloveniya müstəqillik əldə edib.
- 1991 – İsveçrə Azərbaycanın müstəqilliyini tanıyıb.
- 1994 – Qaqauz türklərinə Moldovanın tərkibində muxtariyyat verilib.
- 1995 – Hindistanda bir mərasim zamanı baş verən yanğında 540 nəfər həlak olub.
- 1999 – Fil Dişi Sahilində hərbi çevriliş baş verib.
- 2004 – İordaniyada 28 ildən sonra ilk dəfə bələdiyyə seçkiləri keçirilib.
- 2005 – Saat 22:19-da havaya qalxan Bakı aeroportundan AN-140 tipli sərnişin təyyarəsi təxminən 7 dəqiqədən sonra beynəlxalq hava limanından 18 kilometr aralıda, Nardaran qəsəbəsi yaxınlığında yerə düşmüş, təyyarədə olan 18 sərnişin və 5 heyət üzvü həlak olmuşdur.
Doğumlar[redaktə | əsas redaktə]
- 1777 – I Aleksandr – Rusiya çarı (ö.1825)
- 1790 – Jan Fransua Şampolyon – fransız misirşünas. O, ilk dəfə "Rozetta daşı"nı oxumağa müvəffəq olub
- 1918 – Helmut Şmidt – Almaniya Federativ Respublikası kansleri
- Məmnun Hüseyn - Pakistanın 12 ci prezidenti.
Ölümlər[redaktə | əsas redaktə]
- 1834 – Tomas Robert Maltus – ingilis iqtisadçısı (d. 1766).
- 2003 - Sərdar Kərimov - əməkdar həkim.
- 2013 – Mixail Kalaşnikov – Rusiya mühəndisi, Kalaşnikov avtomatının yaradıcısı, general-polkovnik.