9 dekabr

NoyabrDekabrYanvar
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31  

9 dekabrQriqorian təqvimi ilə ilin 343-cü günü (uzun illərdə 344-cü). İlin sonuna 22 gün qalır.

Əhəmiyyətli hadisələr[redaktə | əsas redaktə]

Dünyada olan hadisələr[redaktə | əsas redaktə]

  • 1917 — İngiltərə ordusu Osmanlı dövlətinin tabeliyində olan Qüdsü işğal edib.
  • 1931 — İspaniyada İkinci Respublika yaradılıb.
  • 1941 — Çin, Yaponiya, Almaniya və İtaliya saziş imzalayıblar.
  • 1950 — Harri Gold atom bombasının sirlərini SSRİ-yə verdiyi üçün 30 il müddətinə azadlıqdan məhrum edilib.
  • 1961Tanzaniya müstəqillik qazanıb, Julius Nyrere prezident seçilib.
  • 1985 — BMT-nin üzv ölkələri yekdilliklə terrorizmin bütün formalarını cinayət kimi qiymətləndirən qətnamə qəbul ediblər.
  • 1990Polşada prezident seçkilərində Lex Valesa qalib gəlib.
  • 1992 — BMT Somalidə sülhməramlı əməliyyatlara başlayıb.
  • 1992 — İngiltərə şahzadəsi Çarlz və Şahzadə Diana ayrıldıqlarını açıqlayıblar.
  • 1996 — BMT İraq əhalisinə neft əvəzinə ərzaq vermək haqqında qətnamə qəbul edib.
  • 1997 — Klod Monenin "Truvildə çimərlik" tablosu 8,6 mln ABŞ dollarına satılıb.
  • 1998 — Rut Dreifuss İsveçrə Konfederasiyasının ilk xanım prezidenti seçilib.
  • 1998 — Arxeoloqlar Cənubi Afrikada yaşı üç milyon ildən çox olan ilk (bütöv) insan skeletinin tapıldığını bildiriblər.
  • 2003 — İraq Dövlət Şurası bəşəriyyətə qarşı cinayətlərdə günahlandırılan Səddam Hüseynin keçmiş rejimində yüksək vəzifə sahibləri olmuş şəxsləri araşdırmaq üçün xüsusi məhkəmə təşkil edib.
  • 2004 — Kanada Konstitusiya məhkəməsi eyni cinsdən olan insanların evlənmələrinin konstitusiyaya zidd olmadığı qərarını verib.
  • 2008 — Moskvanın və bütün Rusiyanın Patriarxı II Aleksi dəfn olunub.

Azərbaycanda olan hadisələr[redaktə | əsas redaktə]

  • 1925 — Zaqafqaziya kommunist təşkilatlarının IV qurultayı başa çatıb.
  • 1927 — Sovet şairi Mayakovski Bakıya gəlib.
  • 1989 — AXC idarə heyəti buraxılıb, onun səlahiyyətlərini yerinə yetirən, radikallardan ibarət Müvəqqəti Təşkilat Qrupu yaradılıb və nəticədə radikallar daha da fəallaşıb.
  • 2007 — Milli Məclisin qərarı ilə Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Şahbuz qəsəbəsinə şəhər statusunun verilib.

Doğumlar[redaktə | əsas redaktə]

Ölümlər[redaktə | əsas redaktə]

Bayramlar və xüsusi günlər[redaktə | əsas redaktə]