21 iyun
May – İyun – İyul | ||||||
1 | 2 | 3 | 4 | 5 | 6 | 7 |
8 | 9 | 10 | 11 | 12 | 13 | 14 |
15 | 16 | 17 | 18 | 19 | 20 | 21 |
22 | 23 | 24 | 25 | 26 | 27 | 28 |
29 | 30 |
21 iyun — Qriqorian təqvimi ilə ilin 172-ci (uzun illərdə 173-cü) günü.
Əhəmiyyətli hadisələr[redaktə | əsas redaktə]
Dünyada olan hadisələr[redaktə | əsas redaktə]
- 1633 - Qalileo Qaliley, inkvizisiya məhkəməsində Yer kürəsinin fırlandığı ilə bağlı nəzəriyyəsindən imtina etmək məcburiyyətində qalıb.
- 1908 - Londonda 200 min qadın, seçmə və seçilmə hüququ almaq tələbi ilə nümayış keçirib.
- 1934 - Türkiyədə soyadı Qanunu qəbul edildi.
- 1940 - Dövlət operası ilk təmsilini verdi: Mozart'tan "Bastien ilə Bastienne".
- 1948 - "Manchester Baby" (SSEM) kod adlı bir program, bir kompüterin öz elektron yaddaşında depolanıb oradan işlədilən ilk kompüter proqramı olma ünvanını qazandı.
- 1990 - İranda 7,3 gücündəki zəlzələdə 50 min adam öldü.
- 2009 - Danimarkanın keçmiş müstəmləkəsi Qrenlandiya müstəqilliyini elan edib.
- 2006 - Plutonun yeni kəşf edilən peyklərinə Nix və Hydra adları verildi.
Azərbaycanda olan hadisələr[redaktə | əsas redaktə]
- 1992 – Azərbaycan Respublikası BMT-nin Uşaq Hüquqları Konvensiyasına qoşulmuşdur.
Doğumlar[redaktə | əsas redaktə]
- 1794 - Abbasqulu ağa Bakıxanov, Azərbaycan şairi, yazıçı, alim, mütəfəkkir və tərcüməçi
- 1905 - Jan Pol Sartr (Jean-Paul Sartre), fransız yazıçı və filosof.
- 1933 - Tofiq İsmayılov, akademik
- 1954 - Müjdə Ar, Türk kino və serial aktyoru.
- 1955 - Mişel Platini, Fransa futbolçusu, məşqçi və futbol məmuru.
- 1982 - Şahzadə William, İngilis kral ailəsi mənsubu, Uels Şahzadəsi Charles və Diana Frances Spencer'nın oğlu
- 1986 - Lana Del Rey, ABŞ-lı müğənni və söz müəllifi
Ölümlər[redaktə | əsas redaktə]
- 1037- İbn Sina, İslam dünyasının böyük alimi.
- 1954 - Gideon Sundbək, İsveçli ixtiraçı (d. 1880)