İsidor Baraxov

İsidor Nikiforoviç Baraxov
Şəxsi məlumatlar
Doğum tarixi (31.1)
Vəfat tarixi (40 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Kommunarka poliqonu[d]
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İsidor Baraxov (İvanov) (rus. Исидор Никифорович Барахов (Иванов); 31 yanvar 189815 sentyabr 1938, Kommunarka poliqonu[d], Moskva vilayəti) — sovet dövləti xadimi, XX əsrin əvvəllərində Yakutiyanın ictimai-siyasi xadimi, vətəndaş müharibəsinin iştirakçısı.

Maksim AmmosovPlaton Oyunski ilə birlikdə RSFSR-in tərkibində Yakutiya ASSR-in yaradıcılarından idi.

Həyatı[redaktə | mənbəni redaktə et]

31 yanvar (12 fevral), 1898-ci ildə Yakutiya vilayətinin Verxnevilyui ulusunun Xarbalax nasleqində varlı bir kəndli-maldar ailəsində anadan olmuşdur. 1914-cü ildə Verxnevilyui[ru]Yaxşı məqalə kənd ibtidai məktəbini bitirmişdir. Yakutiya şəhərindəki müəllimlər seminariyasında oxuduğu müddət Y. M. Yaroslavski ilə tanış olmuş və onun inqilabi dərnəyində iştirak etmişdir.

1917-ci ilin sentyabrından RSDİP[ru]Yaxşı məqaləüzvüdür. Rusiya Kommunist Partiyası (b) Yakutya quberniyası, Vilyuy rayon bürosunun katibi (1920–1922), YaASSR Xalq Komissarları Sovetinin sədri (1922–1924), Ümumittifaq Kommunist Partiyası (b) Yakutiya Vilayət Komitəsinin birinci katibi (1926–1928). Millət vəkili, sonra — ÜKP (b) Mərkəzi Komitəsinin kənd təsərrüfatı şöbəsinin Şərqi Sibir və Uzaq Şərq sektorunun müdiri (1933–1938). Partiyanın X, XII, XV qurultaylarının nümayəndəsi, SSRİ Mərkəzi İcraiyyə Komitəsinin YMİK-nin üzvü seçilmişdir[1]. 1926-cı ildə Bakıda keçirilən Birinci Ümumittifaq Türk Qurultayında Yakutiya heyətinə rəhbərlik etmişdir. 1921-ci illin mart ayında Kommunist Partiyasının X qurultayında səsvermə hüququna sahib olan yeganə Yakutiya nümayəndəsi olaraq iştirak etmşdir (ikinci nümayəndə Platon Oyunski məsləhətçi səsə sahib idi). 1921–1924 partiya bürosunun katibi, Yakut ASSR Xalq Komissarları Sovetinin sədri vəzifələrində işləmişdir. 1926–1928-ci illərdə Yakutiyada partiya təşkilatına rəhbərlik etmişdir. 1928–1933-cü ilərdə Qırmızı Professorlar İnstitutunda[ru]Yaxşı məqalə oxumuşdur. Məzun olduqdan sonra Mərkəzi Komitə aparatında, Şərqi SibirdəUzaq Şərqdə kənd təsərrüfatı sektorunun müdiri işləmişdir. Yakutiya iqtisadiyyatı haqqında elmi məqalələrin müəllifidir. 1938-ci ildə saxta ittihamlarla repressiya edilmiş və həmin il 15 sentyabrda Moskva yaxınlığında, Kommunarka poliqonunda[ru]Yaxşı məqalə güllələnmişdir.

31 oktyabr 1956-cı ildə bəraət edilmişdir[2].

Arvad — Aleksandra Andreyevna Çerepanova, oğlu — Yaroslav.

Xatirəsi[redaktə | mənbəni redaktə et]

  • İ. N. Baraxovun adı Verxnevilyui 1 nömrəli orta məktəbə, Yakutiya, Verxnevilyui küçələrinə və digər yaşayış məntəqələrinə verilmişdir.
  • 31 oktyabr 1974-cü ildə "Oka " gəmiqayırma zavodunda inşa edilmiş "Sovetskaya Yakutiya " layihəsinin yeni bir gəmisinə İsidor Baraxovun adı verilmişdir.
  • 2014-cü ilin fevralında, 1976-cı ildə “Lena Birləşmiş Çay Gəmiçiliyi Şirkəti”[ru]Yaxşı məqalə tərəfindən inşa edilmiş "Lenaneft-2004" neft tankerinin adı İsidor Baraxovun adına dəyişdirilmişdir[3][4].
  • 27 aprel 2014-cü ildə Yakutiyada İ. Baraxovun abidəsi açılmışdır[5].

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Краткий справочник по фондам архивов Национального архива РС(Я)". 2014-03-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-04-30.
  2. Делегат трех партийных съездов. Д. Пухов. Газета "Якутия" 2008 г. 13 февраля, № 27
  3. "Танкер "Ленанефть-2004" Ленского пароходства получил новое имя". 2014-03-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-18.
  4. ""Исидор Барахов"". 2014-03-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-18.
  5. В Якутске поставили памятник государственному деятелю Исидору Барахову — ЯСИА Arxivləşdirilib 2015-01-06 at the Wayback Machine

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]