İctimai Təşkilatların İcraiyyə Komitəsi

İctimai Təşkilatların İcraiyyə KomitəsiRusiyada Fevral inqilabından (1917) sonra təşkil olunmuş Müvəqqəti hökumətin yerli idarəetmə orqanları.

Haqqında[redaktə | mənbəni redaktə et]

Cənubi Qafqazın idarəsi üçün Xüsusi Zaqafqaziya Komitəsi (XZK; rus dilində OZAKOM-Osobıy Zakavkazskiy Komitet adlanır) təsis edilmişdi. Quberniya və qəzalarda ictimai təşkilatların icraiyyə komitələri yerli idarəetmə orqanları oldu.

İcraiyyə komitələri ictimai təhlükəsizliyi təmin etməli və yeni dövlət qanunlarını həyata keçirməli idi. Onlar quberniya və qəza komissarlarını təyin edirdilər. Xüsusi Zaqafqaziya Komitəsi əldə edilmiş təcrübəni nəzərə almaqla, aprelin 27-də "Zaqafqaziyada yerli idarəetmənin təşkili haqqında" qərar qəbul etdi. Qərara uyğun olaraq, İcraiyyə Komitələrinə yeni seçkilər keçirilməli idi. Lakin bu seçkilər də yaşamağa qadir yerli idarəçilik sistemi yarada bilmədi.

İcraiyyə komitələri azərbaycanlıların dövlət idarə orqanlarına cəlb edilməsində müəyyən rol oynadı.[1]

Bakı[redaktə | mənbəni redaktə et]

Martın 3-də Bakı Şəhər Duması İctimai Təşkilatların Müvəqqəti Komitəsini yaratmağı qərara aldı, martın 5-də Bakı İctimai Təşkilatlar Şurası yaradıldı, 17-də isə onun İcraiyyə Komitəsi seçildi. İcraiyyə komitəsinin tərkibinə Luka Bıç (sədr, sonra onu V.İ.Frolov əvəz etmişdi), Məmmədhəsən Hacınski, İbrahim bəy Heydərov və b. daxil idi.

Bakı Soveti 1917-ci ilin Oktyabr çevrilişindən sonra Bakıda hakimiyyəti ələ almağa cəhd göstərdi. Sovet oktyabrın 27-də keçirilən yığıncağında ali hakimiyyət orqanı kimi Bakı Soveti İctimai Təhlükəsizlik Komitəsi yaratmağa nail oldu. Lakin Sovetdə mövqelərini möhkəmləndirən bolşeviklər Bakıda ali hakimiyyət orqanı kimi Bakı Soveti İcraiyyə Komitəsini yaratdılar. İcraiyyə Komitəsi noyabrın 12-də Bakı Soveti İctimai Təhlükəsizlik Komitəsinin ləğvi haqqında qərar qəbul etdi, noyabrın 22-də Bakı İctimai Təşkilatlar Şurası buraxıldı.

Gəncə[redaktə | mənbəni redaktə et]

Yelizavetpolda (Gəncə) İctimai Təşkilatlar İcraiyyə Komitəsinin sədri Xəlil bəy Xasməmmədov seçilmişdi.

Daha sonra siyasi şəraitin mürəkkəbləşməsi ilə əlaqədar, Yelizavetpol quberniyasında hərbi vəziyyət elan olundu, 16 nəfərdən ibarət Yelizavetpol Soveti İctimai Təhlükəsizlik Komitəsi yaradıldı.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. İctimai Təşkilatların İcraiyyə Komitəsi // Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II. Bakı: "Lider". 2005. səh. 35. ISBN 9952-417-44-4.