Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası

Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası
Ensiklopediyanın 1-ci nəşrinin üz qabığı
Ensiklopediyanın 1-ci nəşrinin üz qabığı
Janr ensiklopediya
Orijinalın dili azərbaycanca
Ölkələr Azərbaycan Azərbaycan
Orijinalın nəşr ili 2004-2005
Nəşriyyat “Lider nəşriyyat” (I nəşr),
“Şərq-Qərb” Nəşriyyat Evi (II nəşr)
Səhifə 440 (I cild - 2004, 2014),
472 (II cild - 2005, 2014)

Azərbaycan Xalq Cümhuriyyəti EnsiklopediyasıAzərbaycan Xalq Cümhuriyyəti tarixinin bütün sahələrini əhatə edən ilk fundamental elmi soraq əsəri.[1]

Ensiklopediya ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə ilk dəfə 2004–2005-ci illərdə nəşr olunub və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" 12 yanvar 2004-cü il tarixli sərəncamına[2] əsasən ölkə kitabxanalarına hədiyyə edilib.

Haqqında[redaktə | mənbəni redaktə et]

İki cilddən ibarət olan Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyasının səhifələrində Azərbaycan xalqının istiqlal mübarizəsi və ictimai fikir tarixinin ən mühüm məqamlarını, azadlıq hərəkatının görkəmli nümayəndələrinin həyat və fəaliyyətini, Azərbaycan Xalq Cümhuriyyətini doğuran tarixi şəraiti, Cümhuriyyət xadimlərinin həyat və mübarizəsini, Azərbaycan xalqına qarşı həyata keçirilən kütləvi soyqırımlarını, Qafqaz İslam Ordusunun xilaskarlıq əməliyyatlarını, böyük dövlətlərin və qonşu ölkələrin Azərbaycanla bağlı qəsbkarlıq planlarını, Cümhuriyyət Parlamenti və Hökumətinin fəaliyyətini, dövlət quruculuğu, xarici siyasət, ordu quruculuğu və ölkənin ərazi bütövlüyü uğrunda mübarizəni, ictimai-siyasi, sosial-iqtisadi, mədəni-maarif həyatını, xarici dövlətlərdəki Azərbaycan diplomatik nümayəndəliklərinin fəaliyyətini, habelə Cümhuriyyətin süqutundan sonra istiqlal ideallarını yaşadan milli hərəkat, siyasi mühacirət və s. məsələləri işıqlandıran 1500-ə qədər termin-məqalə verilir.[3]

Ensiklopediyada Azərbaycan Xalq Cümhuriyyəti dövrünün inzibati-ərazi bölgüsünü əks etdirən çoxsaylı rəngli xəritələr, mətndaxili ağ-qara və rəngli şəkillər, xəritələr, cədvəllər, diaqramlar, portretlər, hərbi əməliyyat planları və başqa illüstrasiya materialları verilir. Bunların bir çoxu ilk dəfə Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyasında işıq üzü görür.

Tarixi varislik və dövlətçilik prinsipləri əsas götürülərək, həm də Şimali Azərbaycanda dövlət müstəqilliyinin bərpası, Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu prosesinin ən önəmli məqamlarını əks etdirmək məqsədilə ensiklopediyada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və onun davamçısı Prezident İlham Əliyev haqqında da ayrıca məqalələr verilir.

Ensiklopediya 2014-cü ildə təkmilləşdirilərək, yenidən nəşr olunub.

Redaksiya heyəti[redaktə | mənbəni redaktə et]

Əsas məqalələrin müəllifləri[redaktə | mənbəni redaktə et]

Ensiklopediyanın 2-ci nəşrinin üz qabığı

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Yaqub Mahmudov hansı ilklərə imza atıb? - Tarixçilərin ARAŞDIRMASI" (az.). modern.az. 2023-01-23. 2023-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-31.
  2. "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (12 yanvar 2004-cü il)" (az.). e-qanun.az. 2020-02-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-22.
  3. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. 2 cilddə. I cild. Bakı: “Lider nəşriyyat”, 2004. — səh. 9. ISBN 9952-417-14-2. Archived from the original on 2023-03-22. İstifadə tarixi: 2023-03-22.
  4. Xəlilov, Nazim; Nəciyev, Elnur. Ağır sınaqlarda sınmayan böyük alim: Yaqub Mahmudov. Bakı: “Zərdabi‐Nəşr” MMC, 2022. — səh. 119. ISBN 978‐9952‐479‐46‐1. Archived from the original on 2023-05-31. İstifadə tarixi: 2023-05-31.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]